Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə7/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   2   3   4   5   6   7   8   9   10   ...   292

20

Əxlaq-İslam  çox  geniş,  əhatəli  həyatı  tənzimləmə  sistemidir. 

Müsəlmanın  həyatının  demək  olar  ki,  bütün  cəhətləri  dini  baxımdan 

müəyyən məna daşıyır.Etiqadla ənənəvi həyat tərzi arasında bağlılıq İs-

lam aləmi üçün bütün dövrlərdə səciyyəvi cəhət olmuşdur. 

Adil-Allah dünyaya göndərdiyi insanları cürbəcür vəziyyətlər ilə im-

tahan edir. Ən birinci imtahan Allahın bizə verdiyi surət və əzalar, bizə 

bəxş  etdiyi  ömrün  vaxtlarıdar.  Sonra  dünyaya  gətirdiyi  məkan,vətən 

və  torpaq,bəxş  etdiyi  din,  valideynlər,  övladlar,  qardaş-bacı,  qohum-

əqrəba, qonşular, bizə verdiyi cürbəcür xəstəliklər, verdiyi çoxlu var-

dövlət, dünyada tutduğumuz yüksək mövqe və ya kasıblıq, zərurətdən 

doğan  təsadüflər  nəticəsində  körpəlikdən  qocalanacan  rastlaşdığımız 

insanlar ilə son nəfəsimizəcən Allah-taala tərəfindən imtahan olunaca-

ğıq.


Bundan başqa bu müvəqqəti dünyaya gəlişimizin əsas səbəbi bu sı-

naqlardan üzü ağ çıxıb əbədi dünyamızda öz yerimizi tutmaqdır. Buna 

görə də Allah-taala öz ruhundan üfürüb yaratdığı, xislətinə bələd olduğu 

insanlar üçün ədəb, tərbiyə, davranış, insana verilən duyğu üzvlərindən 

olan  qəzəb  və  şəhvətin  düzgün  idarə  edilməsi  və  ümumiyyətlə, 

müvəqqəti dünyada insanların düzgün yaşamaları üçün,Din-yəni düz-

gün  yol  adlanan  qayda-qanun,  təlim-tərbiyə  layihəsi  göndərmişdir. 

Əgər belə olmasaydı,Cəhənnəmə düşən insan sual edərdi ki, Sən məni 

yaratdın,  əql  və  duyğu  üzvlərini  verdin,  lakin  niyə  yaşamaq  tərzini 

öyrətmədin və mənə haram-halalı başa salmadın? Hər şeydən agah olan 

Uca Allah istəkli bəndəsi bu sualı verməsin deyə, dünyada ilk insanı 

yaratdığı gündən onlara Allahın qoyduğu qanunları, əmrləri çatdırmaq 

üçün dini təbliğ edən Peyğəmbərlər,yəni xəbər gətirənlər göndərmişdir.

Yer üzünə göndərilmiş Peyğəmbərlərin əvvəlincisi Hz.Adəm olmuş, 

axırıncısı isə Hz.Muhəmməddir, dinlərin axırıncısı da İslam dinidir. 

əl-Mumin-65 - Əbədi, həmişə diri olan ancaq Odur! Ondan başqa 

ibadətə  layiq  məbud  yoxdur.  Dininizi  xalis  edərək,onu  çağırıb  deyin 

ki,həmd bütün aləmlərin pərvərdigarı Allah üçündür.

əl-Nəhl-125 - Ya Peyğəmbər!Möhkəm dəlil və gözəl nəsihət ilə Al-

lahın yoluna və dininə çağır! Gözəl sözlərlə, yumşaq tərzdə onlar ilə 

mübahisə et. Sənin Allahın, Allahın yolundan azmışları yaxşı tanıyır. 

Allah hidayət tapmışları da çox yaxşı tanıyandır.



Şəriət xoş bir nəsim, canını tapşır ona,

Aləmə bənd olma ki, üst-başına toz qona.

Şəriət gülşənində qızılgülsən, nanəsən,

Təbiətə tapınma, şəriətə tapın sən. (N. Gəncəvi) 

 


21

 İSLAM DİNİNDƏ MƏCBURİYYƏT YOXDUR 

Düşüncəli, hünərli, qəlbi azad olan kəs,

Din qəmi çəkər ancaq, dünya qəmini çəkməz.

İstəsən ki, bu aləm daim məskənin olsun?

Dini Nizamiyə ver, dünya qoy sənin olsun. (”Sirlər Xəzinəsi”)

əl-Bəqərə-256 - Dində məcburiyyə, zorakılıq yoxdur. Artıq doğru-

luq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir. Hər kəs Şeytanı (ta-

ğutu) inkar edib Allaha iman gətirərsə, o, artıq qırılmaq bilməyən, ən 

möhkəm  bir  ipdən  (dəstəkdən)  yapışmış  olar. Allah  hər  şeyi  olduğu 

kimi eşidən və biləndir. 

əl-Hucurat-17 - Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qo-

yarlar. De ki:“Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, 

əgər iman gətirdiyinizi doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq 

etməklə, əslində, Allah sizin boynunuza minnət qoymuş olar!” 



əş-Şura-8-10  -  Əgər  Allah  istəsəydi,  onları,  sözsüz  ki,  bir  din 

üzrə  edərdi.  (aralarında  ixtilaf  olmasın)  Lakin Allah  istədiyi  kəsi  öz 

rəhmətinə daxil edər və zalımların nə dostu, nə də köməyi vardır.Din və 

dünya işlərində ixtilaf etdiyimiz şeyin hökmü Allah üçündür. Allah öz 

bəndələrindən istədiyi kəsi İslama yönəldər və haqqa tərəf qayıdan kəsi 

öz dininə hidayət edər.



əş-Şura-15-16 - Ya Muhəmməd! İnsanları bu dinə çağır və özün də 

əmr olunduğu kimi dində sabit ol! Təbliğı tərk etmək barədə müşriklərin 

istəklərinə tabe olma! De ki:-Mən Allahın başqa Peyğəmbərlərə nazil 

etdiyi kitablara iman gətirdim. Mən məmuram ki, istər hökmdə, istərsə 

də Allaha tərəf çağırmaqda sizin aranızda ədalətli olum. O həm mənim, 

həm də sizin Allahınızdır. Bizim əməlimiz özümüz üçün,sizin əməliniz 

özünüz  üçündür.Hüccət  qəbul  olandan  sonra Allah  barədə  mübahisə 

edən kəslərin dəlili öz Allahının yanında batildir. Bizimlə sizin aranızda 

mübahisə etməyə ehtiyac yoxdur, çünki bizim dinimiz haqq,sizin dini-

niz nahaqdır. Qayıdacaq yer, Allaha tərəfdir və O bizi Qiyamət günü 

cəm edər. 

 ALLAH İSTƏDİYİ KƏSİ İSLAMA HİDAYƏT EDƏR

Açıqlama:  Mövlanə  Cəzalinin  (”Kimyayi-Səadət”)  kitabından:-

Kainatın gərdişi Quranın hökmlərinə uyub, Kəlamı-Haqla yaşayıb və 

yaşatmaqdır. Gördüyümüz bu göy üzü və kainat boş-boşuna deyildir. 



22

Bunların  dirəyi  İslamdır.  Bu  din  inananlarındır.  Insanlar  qəlblərində 

həqiqi ədaləti yaşasalar, dünyaya hakim olarlar.

əl-Ənam-125  -  Allah  hidayət  etmək  istədiyi  kəsin  sinəsini  İslam 

üçün açar, onun qəlbini işıqlandırıb haqqa meyl etdirər, istədiyi kəsin 

sinəsini çox daraldar ki, eşitdiyini yadda saxlamasın. Onun göyə çıxma-

sı mümkün olmadığı kimi imana gəlməsi də mümkün deyil.Beləliklə, 

Allah  onların  qəlblərini  dar  etdiyi  kimi,  iman  gətirməyən  kəslərə  də 

əzab verər. 



ər-Rum-30  -  Ya  Muhəmməd!Ümmətinlə  birlikdə  batildən  haqqa 

tapınaraq,  üzünü Allahin  fitri  dininə,İslama  tərəf  çevir. Allahın  dini-

ni, onun yaratdığı Tövhid dini olan İslamı heç cür dəyişdirmək olmaz. 

Doğru din budur, lakin insanların əksəriyyəti haqq dinin İslam olduğu-

nu bilməzlər. Allah bütün insanları müsəlman, təkallahlı yaratmış, lakin 

ata-anaları onları başqa dinlərə sövq etmişlər.



əz-Zumər-22 - Məgər Allahın köksünü (qəlbini)islam dini üçün aç-

maqla Rəbbi tərəfindən qəlbi nurlanan kəs, qəlbi möhürlənmiş kimsə 

kimi ola bilərmi?! Elə isə vay qəlbləri Allahın zikrinə(Qurana) qarşı 

sərt olanların halına! Onlar haqq yoldan açıq-aydın azmışlar. 



ən-Nəhl-37 - Ya Muhəmməd! Əgər sən onların hidayət tapmalarını 

istəsən də, Allah yoldan çıxardıqlarını doğru yola salmaz!



Hədis:-Peyğəmbərimiz belə buyurmuşdur:-Mən ancaq aləmlərə rəh-

mət  olaraq  göndərildim. Əzab vermək və zorluq üçün göndərilmədim. 

Allah məni sıxıntı, zəhmətverici və bunu arzuedici olaraq göndərmədi. 

Allah məni öyrədici, bildirici və hidayətedici olaraq göndərdi. Dininiz 

dinlərin ən xeyirli, ən rahat olanıdır.

Həqiqətən də, din bir rahatlıqdır. Mən sizə nəyi qadağan etdimsə on-

dan çəkinin,sizə nəyi əmr etdimsə, gücünüzün çatdığı qədər əməl edin. 

Sizdən  əvvəlki  ümmətlər  ancaq  Peyğəmbərlərinə  və  onun  qoyduğu 

əməllərə qarşı çıxmaları üzündən həlak olmuşlar. Bu əməllərin gücü-

nüz çatdığı qədərini yerinə yetirin.Siz ibadətdən bezməyincə,Allah da 

savab verməkdən yorulmaz. Dininizi asanlaşdırın,zorlaşdırmayın,müj-

dələyin, hürkütməyin (“Sahih-i Buhari”) 



 

 İSLAM ELM VƏ BARIŞ DİNİDİR

Açıqlama:  Qurani-Kərimdə  olan  ayələrin  əzəmətli  mənaları  mü-

asir  dövrümüzdə  elm  və  texnikanın  inkişafı,  alimlərin  təcrübə  və 

tədqiqatları nəticəsində açıqlanır və onların sirləri anlaşılmağa başlanır.

Elmi kəşflərin sayı artdıqca, kainat və həyat məsələlərinin sirləri üzə 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə