Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə8/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   4   5   6   7   8   9   10   11   ...   292

23

çıxdıqca  hər  şeyi  hikmət  üzündən  yaradan  Allahın  Qurani-Kərimdə 

bu məsələlər haqqında qabaqcadan xəbərlər verdiyinin şahidi oluruq.

Məhz  bu  amillər  qeyri-müsəlman  alimlərini  heyrətləndirir,  onları  İs-

lam həqiqətlərini dərk etməyə və bu dini qəbul etməyə təhrik edir. Bu-

nun nəticəsidir ki, artıq həqiqi İslam (mövhumat və xurafatdan uzaq) 

qeyri-İslam  dövlətlərində  inkişaf  edərək  daha  da  vüsət  tapmaqdadır. 

Bu  səbəbdən  də  müxtəlif  ölkələrin  alim  və  mütəxəssislərinin  iştirakı 

ilə”Quranda elmi nişanələr”və digər bu kimi mövzularda elmi konfrans-

lar keçirilir və bütün elmlərin mənbəyinin “Quran”da olması haqqında 

müzakirələr  aparılır.  Bütün  dünya,  axirət  və  kainat  elmləri  haqqında 

bilgilər verən Qurani-Kərim Allah tərəfindən dünya əhlinə bəxş edil-

miş böyük nemətdir.İslam dinini kamil din hesab etmiş məşhur alman 

şairi Höte (1749-1832)yazırdı: “Əgər İslam Allahın iradəsinə təslim 



olmaqdırsa, deməli, biz hamımız İslam əqidəsi ilə yaşayır və onunla 

da fani dünyadan köçürük. İslam elə bir dindir ki, Muhəmməddən 

əvvəlki Peyğəmbərlər də onun müjdəsini vermişlər.”

Bernard Şou (1856-1950) “Muhəmməd Allahın elçisi” əsərində 

yazırdı:“Mən həmişə Muhəmmədin dininə, malik olduğu möcüzəli 

həyat  gücü  və  enerjiyə  görə  dərin  ehtiram  bəsləmişəm.  Mənim 

fikrimcə, İslam taleyin cürbəcür fitnələrini və sivilizasiya fərqlərini 

dəf etmək yolunda uğur qazana bilən yeganə dindir. Mən qabaqca-

dan görürəm ki, avropalılar bir-birinin ardınca İslam dinini qəbul 

edəcəklər”.

Başqa  bir Avropa  alimi,  professor A.Elison  istər  öz  dövrümüzdə, 

istərsə də yaxın gələcəkdə bir çox elm adamlarını İslam dinini qəbul 

edəcəyini  bildirərək  belə  deyir:“Elm  adamlarının  apardıqları 



tədqiqatlar nəticəsində İslam dininin həqiqətləri arasında tam uy-

ğunluğun olduğunu gec-tez biləcəklər.İslam dini xalq təbəqələrindən 

əvvəl elm adamlarının dini olmuşdur”.

İnsanın  fitrəti,  qəlbi,  vicdanı  “Quran-Kərim”in  həqiqətlərini 

bilməyənədək  dünyada  həqiqi  rahatlığa  çıxa  bilməyəcək.  İnsanlar 

ömürləri boyu,“Quran” həqiqətlərini tapana qədər daim axtarışda ola-

caqlar.

əl-Maidə-3 - Bu gün Mən sizin üçün dininizi kamil etdim, (cahiliyyət 

qanunlarını  məhv  etməklə)  nemətimi  sizə  tamam  etdim.  İslamı  sizin 

üçün din seçdim.Allah-taala İslam dinini meydana çıxarmış və ucalt-

mışdır. Yalnız Məndən qorxun və mənə ibadət edin. (Çünki mən sizi 

zəfərə çatdırdım, İslam dinini bütün dinlər üzərində qalib etdim, dinini-

zin iman əsaslarını, şəriət əsaslarının hamısını sizə bildirdim.)




24

Yunus-105-Batildən  haqqa  tapınaraq  üzünü  İslam  dininə  çevir, 

müşriklərdən olma. 



Ali-İmran-19-Şübhəsiz, Allah yanında din İslam dinidir.Kitab əhli 

o dinin haqq olduğunu bildikdən sonra, həsəd və təkəbbürlülükdən ixti-

lafa düşdülər. Allahın ayətlərinə kafir olanlar bilsinlər ki, Allah tezliklə 

hesablara yetişəcəkdir. 



AIi-İmran-85-İslamdan  qeyri  bir  din  seçən  kəsdən  heç  bir  əməl 

qəbul olunmayacaq və axirətdə ziyan görənlərdən olacaqdır.



Ali-İmran-103-Hamınız Allahın ipindən,İslam dinindən yapışın və 

bir-birinizdən ayrılmayın.Allahın sizə verdiyi nemətləri xatırlayın ki,siz 

bir-biriniz ilə düşmən ikən Allah sizi İslam dini ilə birləşdirdi.

ər-Rum-43-44-Pak,düzgün dinə doğru gəl!Allahın əmrindən geriyə 

dönmək  mümkün  olmayan  günün  gəlib  çatmasından  qabaq.O  gün 

insanlar  iki  dəstə  olarlar.  Kafir  olanların  küfrü  öz  ziyanlarına  olar, 

əməlisalehlər isə özləri üçün yaxşı mükafatlar hazırlayıblar.



Hədis:-Allahın Peyğəmbəri (s.ə.s.) buyurur:-Ey camaat! Həqiqətən 

məndən sonra heç bir Peyğəmbər, sizdən sonra heç bir ümmət olma-

yacaq. Agah olun və öz Allahınıza ibadət edin. Beş vaxta namaz qılın, 

Ramazan ayının orucunu tutun, Həccə gedin, mal-dövlətinizin zəkatını 

səmimi qəlbdən verin və Allahın əmrlərinə itaət edin ki, Cənnətinə daxil 

ola biləsiniz. (Hədisi Qüdsi) 



 

 ALLAH  BÜTÜN  İNSANLARI  MÜSƏLMAN  

YARATMIŞDIR

Açıqlama: Müsəlman-lüğətdə tək bir Allaha təslim olmuş, tabe ol-

muş  mənasındadır.  İslam  dinindən  olan  insanları  “müsəlman”,  yəni, 

Vahid  olan Allaha  ibadət  edən  adlandırırlar.  Əslində,  Qurani-Kərimə 

müraciət etsək, görərik ki, Allah-taala tərəfindən dünyaya göndərilmiş 

bütün Peyğəmbərlər özlərini müsəlman adlandırmışlar.

Bu ayələrdən göründüyü kimi Allah-taala bütün insanları müsəlman 

olaraq yaratmışdır. Beləliklə, ümumi fikir budur ki, İslam yeganə Alla-

ha təslim olmaq, boyun əymək deməkdir. 



Fussilət-33-Xalqı  Allaha  tərəf  çağıran,yaxşı  is  görən  və”  Mən 

Müsəlmanlardanam!”  -  deyən  kimsədən  daha  gözəl  danışan  kim  ola 

bilər?!

əl-Bəqərə-127-128-İbrahim  və  İsmail  Beytin  bünövrəsini  ucaldan 

zaman dedilər: - Ey Rəbbimiz, bizdən bunu qəbul et! Həqiqətən, Sən 

daima  eşidən  və  bizim  niyyətlərimizdən  xəbərdarsan.  Pərvərdigara, 



25

bizim  hər  ikimizi  müsəlman  və  sənin  əmrinə  itaətkar  et!Bizim  öv-

ladlarımızdan  yalnız  Sənə  boyun  əyən  insanlar  vücuda  gətir,  bizlərə 

ibadətlərimizin  yollarını  göstər,  tövbə  etdikcə  bizə  rəhmətinlə  bax.

Tövbəni çox qəbul edən və bağışlayan yalnız Sənsən!

əl-Bəqərə-131-132-Rəbbi  İbrahimə:  -Əmrimə  təslim  ol!-dedik-

də,İbrahim də:“Aləmlərin Rəbbinə təslim oldum, müsəlman oldum!”-

deyə cavab vermişdi. İbrahim və (sonra da) Yaqub müsəlman olmağı öz 

oğlanlarına vəsiyyət ediblər. Onlardan hər biri öz övladlarına dedilər:-

Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün İslam dinini seçdi, siz də 

ancaq müsəlman olaraq ölməlisiniz!



əl-Ənam-161-(Ya  Rəsulum!)De  ki:-Şübhəsiz,Rəbbim  məni  doğru 

yola, həqiqi, düzgün dinə, batildən haqqa tapınan və müşriklərdən ol-

mayan İbrahimin dininə yönəltdi!

əl-Həcc-77-78-Allah sizin üçün İslam dinini seçdi,sizin üçün dində 

çətinlik yeri qoymadı, əksinə, atanız İbrahim millətinin genişliyi kimi, 

sizin dininizi genişləndirdi. Allah sizə İbrahimdən qabaq müsəlman adı 

qoymuşdur. Bu Quranda siz müsəlman adlanırsınız ki, Peyğəmbər sizə 

şahid olsun. Siz də keşmiş Peyğəmbərlərin ümmətinə (ya sizdən sonra 

gələn  ümmətlərə)  şahid  olarsınız  ki,  Peyğəmbər  hökmləri  çatdırmış-

dır. Namaz qılın, zəkat verin, Allahın dinindən yapışın! Sizin işinizə 

yetişən,  kömək  göstərən Allahdır.  O  nə  yaxşı  ixtiyar  sahibi,  necə  də 

gözəl imdada yetəndir. 

əl-Əraf-126-Musa  və  Harunun  duası:-Ey  Rəbbimiz,bizə  bolluca 

səbir əta et və bizi müsəlman olaraq öldür!



Yusif-101-Yusif söylədi:-Göyləri və yeri yaradan Allah!Sən dünya-

da da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman 

olaraq əbədi dünyaya köçür və salehlərin yanına apar.

Ali-İmran-102-Ey möminlər! Haqq ilə Allahdan qorxun, müsəlman 

olaraq ölməyə çalışın. 



əl-Hicr-2-Kafirlərdən bir çoxları arzu edəcəklər, kaş ki, müsəlman 

olardılar.



 

 ÜSULİD-DİNİN 5-HÖKMÜ VARDIR

 

 1-ci Tövhid-Allah təkdir

Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,

Yaşayanlar içində əbədi odur ancaq. 

Ey hələ biz yox ikən var olan ülvi, uca!

Biz öləndən sonra da hey əbədi qalacaq. (“Sirlər Xəzinəsi”)


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə