Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə9/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   5   6   7   8   9   10   11   12   ...   292

26

əl-Bəqərə-107-Ya  Peyğəmbər!Sən  bilmirsənmi,Yerin  və  göylərin 

padşahlığı Allah üçündür? Ondan başqa sizin üçün mövla və köməkçi 

yoxdur. 

əl-Mülk-1-2-Hökm, hər şeyin ixtiyarı əlində olan Allah nə qədər uca, 

nə qədər uludur. O, hər şeyə qadırdir! Hansınızın əməlcə daha gözəl 

olduğunu  sınamaq  üçün  ölümü  və  həyatı  yaradan  Odur.O,  yenilməz 

qüvvət sahibidir, çox bağışlayandır.



ər-Rəd-16-Ya Peyğəmbər!Göylərin və yerin Rəbbi,onlara pərvəriş 

verən kimdir? De ki, Allahdır! De ki, siz özlərinə xeyir və zərər verməyə 

qadir olmayanları özünüzə sahib və dost tutdunuzmu? De ki, korla göz-

lü, işıqla zülmət bərabərdirmi? De ki, hər şeyi yaradan Allahdır. Allah 

birdir və qələbə çalandır.

əş-Şura-3-Göylərdə və yerdə olanlar Allah üçündür.Allah şan-şöhrət 

cəhətdən uca və böyükdür. 



Açıqlama:-Tövhid-Allahı vahid bilməkdir, yəni İslam dininə etiqad 

edən şəxs gərək Allahı vahid, tək və yeganə bir vücud bilsin, ona şərik 

qərar verməsin. Allah-taala insanları yaradıb ki, onlar öz xaliqini tanı-

yıb onu təsdiq etsinlər. Allahdan başqa bütün varlıqlara aləm deyilir. 

Allahın zatı cümlədən ayrı və mücərrəddir. Allaha bəndəlik və ibadət 

etmək bəşərin ən böyük fitri və mənəvi ehtiyacının təminatçısıdır.İnsan 

Allaha bəndəlik etməklə əsl kamala çatır və mələklərdən önə keçərək 

Allahın canişini və mələklərin səcdəgahı olur. İbadət etmək isə insanın 

inkişafı, kamilliyi və əsil bəndə olması sayəsində ona nəsib olar. Allah-

taala insanlar üzərində sonsuz mərhəmət sahibidir. Uca Allah bizlərə fi-

ziki nemətlərin yanında mənəvi olaraq çox lütflər də vermişdir,xətaları 

əfv edər, tövbələri qəbul edər, insanları qoruyar, pis əməllərinin üstünü 

örtər, hidayətlərini artırar, doğru yola yönəldər. Bəndəlik insanın bü-

tün vücudu ilə Allaha ibadət etmək, onun buyurduqlarından başqası-

na qulaq asmamaq, ondan başqasına itaət etməmək, onun razılığından 

başqa bir şeyi düşünməmək deməkdir. Bəndəliyin dərəcəsi onun Allaha 

olan mərifətinə bağlıdır. Buna əsasən Allahın əzəmətini dərk edənlər, 

özlərinin Allaha olan ehtiyac və möhtaclarını anlayanlar əməl edərlər. 

Peyğəmbərlər və imamlar bu mərifətin, yəni ibadət və bəndəliyin ən 

uca zirvəsindədirlər. Bizim ən böyük arzumuz olan Allaha qovuşma-

ğın mümkünlüyü, Onun qüdrətinin böyüklüyünü fikirləşib, düşünmək 

üçün yalnız işarə və müjdələrlə dolu olan Qurani-Kərimin ayələrini və 

Peyğəmbərin buyurduqlarını öyrənib dərk etməklə mümkün ola bilər.

əl-İsra-9-Həqiqətən,  bu  Quran  bütün  bəşəriyyəti  ən  doğru  yola 

yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaq-

ları ilə müjdə verir.



27

Allah  Qurani-Kərim  vasitəsilə  bir  daha  özünü  bizə  tanıdıb,  öz 

elmini,yəni  dünya  və  kainat  elmlərini,  həmçinin  insanın  özünü  dərk 

etmə elmini bizlərə bildirmək istəmişdir.Müasir dünyada elm çox geniş 

bir məna kəsb edir, elmlərin miqdarı o qədər artıb ki, onları sayıb qur-

tarmaq olmur.Lakin məna dərinliyinə getdikcə onların bir-birinə yaxın-

laşıb bir mərkəzə tərəf gəldiyini görərik.

Hədsi:Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: ”Elm bir nöqtədir, 

cahillər isə onu çoxaldıblar.”(Hədisi Qüdsi)

Bütün  elmlərin  mənbəyi  isə  Qurani-Kərimdədir.  Bilik  imandan 

ibarətdir, çünki iman təsdiqdir, təsdiq isə elmin bilik adlanan bir qis-

midir.

Bu  haqda  İslam  alimi  Mövlana  Əbu  Həmid  Muhəmməd  Ca-



zali  (1058-1111)  belə  buyurmuşdur:”Astronomiya  və  anatomiya 

elmlərini bilməyən, Allahı tanımaqda aciz düşər”

”Ən böyük sənətkar olan Allahı tanımaq üçün astronomiya el-

mini bilmək göylərin və yerin yaradılışını düşünənlər üçün ən gözəl 

yardımçıdır!” 

Həmçinin, burada bir miqdar aləmin astronomik araşdırmalarından 

və  bir  miqdar  insan  anatomiyasından  yazılanları  açıqlamaq  münasib 

görülmüşdür.Bəlkə Allahı tanımaq istəyənlər Allaha asi olmaq halın-

dan  uzaqlaşar,  cəhalət  zindanından  çıxar,  elm  və  hikmət  aləminə  gi-

rib, həqiqətin zirvəsinə yüksələrlər. Əşyanın həqiqətindən agah olub, 

mənanın  incəliklərini  bilib,  cahanın  sirlərindən  agah  olub,  aləmin 

gərdişini olduğu kimi qəbul edərlər. Bəlkə bundan sonra özünü tanıma 

sirrinə malik olub, ondan Allahı tanıma sərvətini taparlar. 

Ey vacib-vücud olan Allahım!Rəhmətini üstümüzə saç! Səni kama-

lımızla tanımağı bizə qismət et! Sənin öyrətdiyindən başqa heç nə bilə 

bilmərik. Sənin anlatdığından başqa heç nə anlaya bilmərik. Sənin il-

ham etdiyindən başqa mərifətimiz yoxdur.Sən Alimsən, Kərimsən, Ra-

ufsan, Rəhimsən! (Mövlana Cazali) 



 

 ALLAHIN VƏSFİ

Ey bütün varlıqlara bu dünyada can verən,

Gücsüz torpağa belə qanad verən, qan verən!

Bayrağının altında əyləşib bütün cahan,

Sən özündən doğuldun, biz sənin calalından.

Varlığında görünmür nə surət, nə də tərkib,

Heç kimə bənzəməzsən, de kim sənə bənzəyib?


28

Dönməz, dəyişməz varlıq tapılarsa, o, sənsən,

Ölməyib, ölməyəcək qüdrət varsa, o, sənsən.

Sən-yaşarı və sonsuz, bizsə gəldi-gedəri,

Hökmündədir kainat, yerin, göyün mehvəri.

Kim verib fələklərə bunca qüdrət, iqtidar?

Bu qazana sənin tək can duzu atanmı var?

Başlanğıcsız varlığın cahana hayqırmada:

“Mən həqqəm!” Səndən savay kimdən qopar bu səda?

    

 

 

 

 

 

(“Sirlər Xəzinəsi”) 

Açıqlama: Hz. Əlinin “Nəhcül Bəlağə”kitabından Tövhid haqqında-

kı xütbələrindən bir hissə:-Başlanğıc kimi əvvəli, qurtarmaq kimi sonu, 

tükənəcək  kimi  bir  nəhayəti  olmayan Allaha  təriflər  olsun!  O,  Uca-

dır! Özünü vəsf etdiyi kimidir. Bütün varlıqları yaradanda onlar üçün 

müəyyən çərçivə təyin etmişdir ki, həm onların özünə, həmdə özünün 

onlara bənzəməsindən uzaq olsun. Varlıqların içinə girməmişdir ki, on-

ların içindədir deyilə bilsin.Varlıqlardan uzaq deyildir ki, onlardan ayrı-

dır deyilə bilsin. Onları tərk etməmişdir ki, haradadır deyilə bilsin. La-

kin onları öz elmi ilə əhatə etmiş və Onun yaratması onları var etmişdir. 

Havada görünməyən gizlilər gecə qaranlığının hiss edilməyən örtülüləri, 

yüksək göylərdə və yerlərdə olan hər bir şey Ondan gizli qalmaz. Hər bir 

şeyin bir qoruyanı, nəzarətçisi vardır. Hər bir şey başqa bir şeylə əhatə 

edilmişdir və Allah da hər şeyi əhatə etmişdir. O, zamanın keçməsinə 

görə dəyişilməyə məruz qalmayan birdir, təkdir, heç nəyə möhtac deyil-

dir.Bir şeyiyaratdığına görə yorulmaz, istədiyi şeyə sadəcə,“Ol!”deyər, 

o da dərhal olar.Birlik xüsusiyyətinə yalnız özü sahibdir. Sahib olduqları 

arasında onun tayı yoxdur. Mülkünün üzərindəki hakimiyyətdə heç kəs 

Ona şərik deyildir. Əbədiliyin yoxedicisi,sonsuzluğun mirasçısıdır, yal-

nız Özüdür! Hər bilən cəhalətdən, sonra, öyrənib bilik sahibi olmuşdur. 

Lakin Allah həmişə bilik sahibi olmuş, varlıqlardan qabaq da O, elm 

sahibi idi və bütün yaratdıqlarını Öz elmi ilə yaratmışdır Daimidir! Heç 

bir zaman yox olmayacaq!Yox olmaz və tükənməz Rəbbimi belə vəsf 

edirəm. Ondan başqa Allah yoxdur! Böyükdür, nə mübarək böyüklük? 

Uludur, nə mübarək ululuq? Üstündür, nə mübarək üstünlük? O, zalım-

ların söylədiklərindən Ucadır, Böyükdür, Əbədidir. Göylərdə və Yerdə 

olan əzəmət yalnız Onundur. O əzizdir, hakimdir. Yerlərin və göylərin 

ən böyüyü Allahdır. Dünya yaranıb dövr etməyə başladığı gündən heç 

bir kəs onun qədər sevilmədi, heç kimsə onun qədər arzulanmadı. Dua 

edənlər onun adı ilə yalvararlar.Onunla həyatı sevərlər. Ölüm də onunla 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə