Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


DİNLƏR HAQQINDA MÜBAHİSƏ EDƏRLƏR



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə43/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   39   40   41   42   43   44   45   46   ...   292

127

 DİNLƏR HAQQINDA MÜBAHİSƏ EDƏRLƏR

əl-Nəhl-63-And  olsun  Allaha!Həqiqətən,biz  səndən  əvvəlki 

ümmətlərə  Peyğəmbərlər  göndərdik.Şeytan  onların  əməllərini 

zinətləndirdi və Peyğəmbərləri təkzib etdilər.Qiyamət günü şeytan on-

ların dostudur.Onlar üçün dərd gətirən əzab vardır. 



əl-Kəhf- 21-22-Bilmədiyiniz bir şey haqda mübahisə etmək zahiri 

bir mübahisədir. Qeyb xəbərlərini isə Allahdan başqa heç kəs bilməz. 



əl-Ənfal-46-Allaha və onun Peyğəmbərinə itaət edin!Aranızda fikir 

müxtəlifliyi ilə mübahisə etməyin ki,zəif olarsınız və yeliniz, padşahı-

nız aradan gedər.(yel qələbə, padşah isə qoruyucu qüvvə rəmzi mənada 

işlədilir.)



əl-Həcc-66-68-Keçmişdə hər bir ümmətə bir din qərar verdik ki, ona 

əməl etsinlər. Onlar din məsələrində səninlə mübahisə etməməlidirlər. 

Çünki Musanın şəriəti bir cür, İbrahimin şəriəti isə başqa cür idi.Bəzi 

məsələlərdə sənin dininlə, bəzi məsələlərdə İbrahimin dini ilə müxalifət 

edirdilər.  Onların  mübahisələrinə  fikir  vermə.  İnsanları  öz  Allahı-

nın tərəfinə dəvət et! Həqiqətən, sən doğru və düzgün dindəsən. Əgər 

şəriət məsələləri haqqında səninlə mübahisə etsələr,de ki,sizin etdiyiniz 

əməlləri Allah daha yaxşı bilir. Allah ixtilaf etdiyiniz məsələlər barədə 

Qiyamət günü aranızda hökm edəcəkdir.

əl-Bəqərə-139-140-Ya Peyğəmbər! De ki, bizimlə Allah barəsində 

mübahisə etmək istəyirsinizmi? Kitab əhli dedilər ki, bütün Peyğəmbərlər 

bizdəndir,  bizim  dinimiz  və  kitabımız  qədimdir.  Əgər  Muhəmməd 

Peyğəmbər olsaydı, gərək bizdən olaydı. Allah onların cavabında bu-

yurur ki, Allah barəsində niyə düşmənçilik edirsiniz?O həm bizim, həm 

də sizin Rəbbinizdir. Bizim əməlimizin xeyri bizim, sizin əməlinizin 

xeyri isə sizə aiddir.Biz Allaha ixlas və iman ilə ibadət edirik.

Siz  bilmədən  İbrahim,  İsmail,  İshaq,Yaqub  və  onun  övladlarının, 

yəhudi  və  yaxud  nəsrani  olduqlarını  iddia  edirsiniz?  De  ki,  siz  yax-

şı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən olan bu şəhadəti gizlədən 

kəsdən  daha  zalım  kim  ola  bilər?  Çünki  İbrahimin  pak  olmasına 

və  onun  yəhudi,yaxud  nəsrani  olmamasına  Allahın  şəhadətini  in-

kar  etdilər,  həmçinin  Tövratda  gördükləri  Muhəmmədin  nübüvvətə 

(Peyğəmbərlərə) olan şəhadətini inkar etdilər. Allah sizin əməllərinizdən 

qafil deyil.

Ali-İmran-66-67-Xəbərdar olun! Siz o kəslərsiniz ki, bilmədiyiniz 

şeylər  haqqında  mübahisə  edirsiniz.İbrahım  yəhudi  deyildi,o  xristi-

an da deyildi. Lakin o pis əqidələrdən yaxşı əqidələrə meyl göstərən 

müsəlman idi.O,Allaha şərik qərar verənlərdən deyildi.




128

ən-Nisa-54-Allahın  verdiyi  fəzilətə  görə  onlara,  Peyğəmbərə  və 

möminlərə həsəd aparırlarmı? Halbuki, biz Ibrahim övladına da kitab 

və  hikmət  vermişdik  və  onlara  böyük  mülk,  hökmranlıq  da  bəxs  et-

mişdik.Muhəmməd  də  İbrahim  övladı  deyilmi?  Onlardan  elələri  var 

ki, Muhəmmədə iman gətirdilər,elələri də vardır ki, iman gətirməkdən 

özlərini saxladılar.Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə 

görə insanlara həsəd aparırlar? 

ən-Nəml-76-Həqiqətən, bu Quran İsrail oğullarının ixtilafda olduq-

ları şeylərin əksəriyyətini anladıb xəbər verir.



Hədis:Ənəs  ibn  Malikdən  nəql  olunur:-Bir  gün  Peyğəmbərimiz 

(s.ə.s.) məscidə gəlib görür ki, əshabi-ikram iki qrup halında oturmuş-

lar.  Bir  qrup  əshab  Quran  oxumaqla  və  zikr  etməklə,digər  qrup  isə 

elmi  məsələlər  haqqında  söhbət  etməklə  məşğuldur.  Hz.Peyğəmbər 

(s.ə.s.):-Siz nə gözəl və xeyirli şeylər haqqında söhbət edirsiniz, lakin 

Uca Allah məni öyrədici olaraq göndərdi,-deyib elmi söhbətlər aparan 

qrupun arasında oturur. Söhbət “Qədər”mövzusu haqqında mübahisəyə 

çevrilərkən  Peyğəmbərimiz  (s.ə.s.)  belə  buyurdu:-Qurani-Kərimin 

ayətlərini bir-biri ilə müqayisə edirsiniz. Bilin ki, keçmiş ümmətlər də 

bu kimi şeylər üzündən məhv oldular. (Buhari)



Dini  hekayə:-Düşüncəsizin  biri  təsadüfən  İsa  (ə.s.)  ilə  yol  yolda-

şı  olur.  Bərabər  yol  gedərkən  bir  xəndəyin  içindəki  sümükləri  görən 

bu adam Hz.İsaya:-Ey yol yoldaşım!Ölüləri necə diriltdiyini mənə də 

öyrət ki, yararlı bir insan olum.Ölülərin sümüklərini diriltməklə məşğul 

olum,-deyir. 

Hz.İsa:-Sus!Bu sənin edə biləcəyin bir iş deyil,-deyə cavab verir.

O adam:-Ya Ruhullah! Madam ki,”İsmi-Əzəmə”mən layiq deyiləm, 

onda sən oxu ki, bu sümüklər dirilsin-deyə israr edir.

İsa (ə.s.) adamın bu tələbindən narahat olur və onun israrçılığından 

ürəyi sıxılır.Buna baxmayaraq, bu israrçı adamın istəyini yerinə yetirir 

və sümükləri dirildir.Dirilən sümüklərin arasından bir aslan çıxaraq o 

adama bir pəncə vurub öldürür. Aslan adamın başını qoparıb parçala-

dıqda beyninin findıq böyüklüyündə olduğu görünür.İsa (ə.s.) aslandan 

soruşur:-Nə üçün, bu adamı öldürdün? 

Aslan:-Sən ondan rahatsız olduğun üçün,-deyir.

Hz.İsa soruşur:-Bəs niyə qanını içmədin?

Aslan:-Birinci,onun  qanı  mənim  ruzim  deyildi.İkinci,onu  ovlayıb 

öldürməkdə məqsədim onu yemək deyil,ibrət üçün idi,-deyir.



Açıqlaması:-O  ağılsız  kişi  Ruhullah  kimi  bir  Peyğəmbərə  rast 

gələrək,  onunla  yol  yoldaşı  oldu.  Lakin  ondan  elm  öyrənərək  özü-




129

nü  diriltməyi  düşünmədi,  fürsəti  qaçırdı  və  canının  dərdinə  dərman 

axtarmadı.  Nəfsi  arzusuna  uyub,  şöhrət  və  maddiyyatı  düşünərək, 

mənəviyyatını və Cənnətə aparan hidayət yolunu itirdi. (M.Cəzalı “Al-



tın Ögüdlər”-tərcümə Hüseyn Okur.) 

 ALLAH İSTƏSƏYDİ, HAMINI BİR DİNDƏN EDƏRDİ

əş-Şura-7-12-15-Əgər  Allah  istəsəydi,  onları,  sözsüz  ki,  bir  din 

üzrə  edərdi,  aralarında  ixtilaf  olmasın.  Lakin  Allah  istədiyi  kəsi  öz 

rəhmətinə daxil edər və zalımların nə dostu, nə də köməyi vardır. Din 

və dünya işlərində ixtilaf etdiyimiz şeyin hökmü Allah üçündür. Allah 

öz  bəndələrindən  istədiyi  kəsi  İslama  yönəldər  və  haqqa  tərəf  qayı-

dan kəsi öz dininə hidayət edər.Ya Muhəmməd! İnsanları bu dinə ça-

ğır və özün də əmr olunduğu kimi dində sabit ol! Təbliğı tərk etmək 

barədə  müşriklərin  istəklərinə  tabe  olma!  De  ki,  mən Allahın  başqa 

Peyğəmbərlərə nazil etdiyi kitablara iman gətirdim. Mən məmuram ki, 

istər hökmdə, istərsə də Allaha tərəf çağırmaqda sizin aranızda ədalətli 

olum. O həm mənim, həm də sizin Allahınızdır. Bizim əməlimiz özü-

müz üçün, sizin əməliniz özünüz üçündür. Hüccət qəbul olandan sonra 

Allah barədə mübahisə edən kəslərin dəlili öz Allahının yanında batil-

dir. Bizimlə sizin aranızda mübahisə etməyə ehtiyac yoxdur,çünki bi-

zim dinimiz haqq, sizin dininiz nahaqdır. Qayıdacaq yer Allaha tərəfdir 

və O bizi Qiyamət günü cəm edər, haqq qalib gələr. Kafir olduqları üçün 

onlara Allahın qəzəbi şamil olub və onlar üçün şiddətli əzab vardır. 

əl-Ənam-111-Əgər biz onlara mələklər göndərsək, ya ölü dirilərək 

onlarla danışsa və hər şeyi, mələkləri dəstə-dəstə onların başlarına top-

lasaq  da,  əgər Allah  istəməsə,  onlar  iman  gətirməzlər.  Lakin  onların 

çoxu bunu bilməzlər. 



Hədis:Cübeyr ibn.Mutimdən nəql edilir:-Ey Allahın Rəsulu! Sizin 

yanınızda olanda dünya bizə heç gəlir, hətta dünya aləmi ağlımızdan 

belə  keçmir.  Lakin  evə  gedib,  arvad-uşaqlarımızı  görüncə  vəziyyət 

dəyişilir. Hz.Peyğəmbər belə cavab verir:-Əgər eyni hal həmişə davam 

etsəydi, onda mələklər sizin ziyarətinizə gələrdilər. (Timrizi) 

 

ALLAH SİZİN ÜÇÜN İBADƏTDƏ ASANLIQ YARADAR

əl-Muzəmmil-5-10-Həqiqətən, biz ağır sözlü olan Quranı göndərərik. 

O həm sənə, həm də sənin ümmətinə ağırdır. Peyğəmliyə gəldikdə isə 

risaləti təbliğ etmək çox əziyyətli işdir. Gecə saatlarında ibadət etmək, 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə