“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   2   3   4   5   6   7   8   9   ...   34






AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 

1

 

Giriş  

(a)

 

Təşkilat və onun fəaliyyəti 

Hazırkı  maliyyə  hesabatları  “AGBank”  Açıq  Səhmdar  Cəmiyyətinin  (“Bank”)  maliyyə 

hesabatlarını təşkil edir. 

Bank Azərbaycan Respublikasında 1993-cü ildə açıq səhmdar cəmiyyəti şəklində Azərbaycanda 

qüvvədə  olan  bank  qanunvericiliyi  və  qaydalarına  əsasən  yaradılmışdır.  Bankın  əsas  fəaliyyəti 

Azərbaycan Respublikası ərazisində kommersiya və fərdi bank əməliyyatlarından ibarətdir. Bankın 

fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən tənzimlənir. Bankın 

ümumi bank lisenziyası vardır. 

Bank 29 dekabr 2006-

cı  il  tarixli  “Əmanətlərin  sığortalanması  haqqında”  Azərbaycan 

Respublikasının Qanununda nəzərdə tutulan əmanətlərin sığortalanması üzrə dövlət proqramında 

iştirak edir. Əmanətlərin Sığortalanması Fondu fiziki şəxslərdən cəlb olunmuş hər bir əmanət üzrə 

aşağıdakı qaydada 100% kompensasiya ödənilməsinə zəmanət verir: 

1 yanvar 2008-



ci il tarixinədək – 4,000 AZN-ə qədər

1 yanvar 2008-ci 



il tarixindən 1 yanvar 2010-cu il tarixinədək – 6,000 AZN-ə qədər; 

1 yanvar 2010-



cu il tarixindən 1 avqust 2013-cü il tarixinədək – illik faiz dərəcəsi 12% və 

daha az olan depozitlər üçün 30,000 AZN-ə qədər.   

1 avqust 2013-



cü il tarixinədək və sonra – illik faiz dərəcəsi 10% və daha az olan depozitlər 

üçün 30,000 AZN-

ə qədər. 

-          19 may 2014-

cü il tarixinədək və sonra - illik faiz dərəcəsi 9% və daha az olan depozitlər 

üçün 30,000 AZN-

ə qədər. 

Bankın hüquqi ünvanı: Landau küçəsi 16, AZ1073, Bakı, Azərbaycan Respublikası. 

Bankın Azərbaycan Respublikası ərazisində iyirmi üç (2013: iyirmi üç) filialı fəaliyyət göstərir.  

31 dekabr 2014-

cü  il  tarixinə  olan  vəziyyətə  görə,  Bankın  səhmlərinin  50.7%-i  cənab  Çingiz 

Əsədullayevə və onun ailə üzvlərinə və cənab Fərzulla Yusifova və onun ailə üzvlərinə məxsusdur. 

Səhmlərin  qalan hissəsi  Beynəlxalq  Maliyyə  Korporasiyası  (BMK)  17.5%, Kazimir  Investment 

Limited 10% arasında,  qalanı isə səhmdarlar arasında elə bölüşdürülmüşdür ki, onlardan da heç 

birinin səhmlərdə payı 6%-dən yüksək deyil. 

Banka Cənab Çingiz Əsəsullayev və Cənab Fərzulla Yusifov tərəfindən nəzarət olunur.  



(b)

 

Biznes mühiti 

Azərbaycanın biznes mühiti 

Bankın  fəaliyyəti,  əsasən,  Azərbaycan  Respublikasının  ərazisində  yerləşir.  Beləliklə,  Bank 

inkişafda  olan  bazar  iqtisadiyyatının  xüsusiyyətləri  ilə  səciyyələnən  Azərbaycanın  iqtisadi  və 

maliyyə  bazarlarında  fəaliyyətlə  bağlı  risklərə  məruz  qalır.  Hüquqi,  vergi  və  normativ  baza  və 

rejimlərin inkişafı davam edir, lakin onların müddəalarının həm fərqli şərh olunması, həm də tez-

tez dəyişdirilməsi müşahidə olunur. Bütün bunların və sair hüquqi və vergi maneələri nəticəsində 

Azərbaycanda fəaliyyət göstərən müəssisələr müxtəlif çətinliklərlə üzləşir. Maliyyə hesabatlarında 

Azərbaycandakı biznes mühitinin Bankın fəaliyyətinə və maliyyə vəziyyətinə təsiri Bank rəhbərliyi 

tərəfindən  qiymətləndirilir.  Gələcəkdə  biznes  mühiti  rəhbərliyin  cari  qiymətləndirməsindən 

fərqlənə bilər. 

 



AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 

2

 

Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları 

(a)

 

Uyğunluq haqqında hesabat 

Hazırkı hesabata əlavə edilən maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına  

(BMHS) uyğun olaraq hazırlanmışdır. 

(b)

 

Qiymətləndirmə əsasları 

Maliyyə  hesabatları  ilkin  dəyər  prinsipi  əsasında  hazırlanmışdır,  bir  istisna  ilə  ki,  satıla  bilən 

maliyyə aktivlərin qiyməti ədalətli dəyər, binaların qiyməti isə yenidən qiymətləndirilmiş dəyər 

əsasında təqdim olunur. 



(c)

 

Əməliyyat və təqdimat valyutası 

Bankın əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan və baş verən əksər 

hadisələrin və onlarla bağlı vəziyyətlərin iqtisadi mahiyyətini əks etdirən Azərbaycan Manatıdır 

(“AZN”). 

31 dekabr 2014-

cü  il  tarixinə  xarici  valyuta  qalıqlarının  çevrilməsi  üçün  istifadə  olunmuş  əsas 

mübadilə məzənnəsi aşağıdakı kimi olmuşdur:  1 ABŞ dolları = 0. 7844 AZN və 1 Avro = 0.9522 

AZN (31 dekabr 2013: 1 ABŞ dolları = 0.7845 AZN və 1 Avro = 1.078 AZN).  

AZN, həmçinin, bu maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır. 

Başqa cür göstərilmədiyi hallarda, AZN ilə ifadə edilən maliyyə məlumatları ən yaxın minliyə kimi 

yuvarlaqlaşdırılmışdır. 

(d)

 

Ehtimalların və mülahizələrin tətbiqi 

Maliyyə  hesabatlarının  BMHS-lərə  uyğun  olaraq  hazırlanması  rəhbərlikdən  mühasibatlıq 

siyasətlərinin tətbiq edilməsini və aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir 

göstərən mülahizə, ehtimal və fərziyyələrdən istifadə etməyini tələb edir. Belə ki, faktiki nəticələr 

həmin təxminlərdən fərqlənə bilər. 

Ehtimal  və  əsas  mülahizələr  mütəmadi  qaydada  nəzərdən  keçirilir.  Mühasibatlıq  təxminlərində 

dəyişikliklər həmin dəyişikliklər edildiyi dövrdə və təsir göstərdikləri hər hansı gələcək dövrlərdə 

əks olunur. 

Ehtimallarda ciddi qeyri-

müəyyənliklər  və  mühasibatlıq  siyasətlərinin  tətbiq  edilməsində  vacib 

mühakimələr haqqında məlumat aşağıdakı qeydlərdə əks olunur: 

 



kredit

lərin dəyərsizləşməsi üzrə ehtimallar - qeyd 16 

 

binaların yenidən qiymətləndirilməsi üzrə ehtimallar - qeyd 17 



 

maliyyə alətlərinin ədalətli dəyərləri üzrə ehtimallar – qeyd 33. 



(e)

 

Uçot siyasətləri və təqdimatda dəyişikliklər 

Bank  BMUS  32  Maliyyə  alətləri:  Maliyyə    aktivlərinin  və  maliyyə  öhdəliklərinin  qarşılıqlı 

əvəzləşdirilməsi ilə bağlı təqdimata düzəlişləri qəbul etmişdir və 1 yanvar 2014-cü il tarixindən 

etibarən onları tətbiq edir. Bu dəyişikliklərin xüsusiyyəti və təsiri aşağıda izah olunur.

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə