“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   2   3   4   5   6   7   8   9   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları, davamı 

(e) 

Uçot siyasətləri və təqdimatda dəyişikliklər, davamı 

(i)

 

Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi 

BMUS  32  “Maliyyə  alətləri:  Açıqlama  və  Təqdimat  –  Maliyyə    aktivlərinin  və  maliyyə 

öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi”nə düzəlişlər maliyyə aktivləri və maliyyə öhdəliklərinin 

əvəzləşdirilməsi üçün  yeni  qaydalar  tətbiq  etmir;  əksinə,  onların  tətbiqi  zamanı  meydana  çıxan 

uyğunsuzluqları aradan qaldırmaq üçün əvəzləşdirmə meyarlarını aydınlaşdırır.  Düzəlişlərə əsasən, 

hüquq


i şəxs o halda hüquqi cəhətdən tətbiq oluna bilən əvəzləşdirmə hüququna malikdir ki, həmin 

hüquq gələcək hadisə üzrə şərti deyil və həm biznesin normal gedişində, həm də hüquqi şəxsin və 

bütün rəqiblərin ödənişi yerinə yetirməməsi, müflisləşməsi və ya iflası zamanı tətbiq oluna bilir. 

Bank maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivləri və maliyyə öhdəliklərini xalis əsasda 

təqdim etmədiyi üçün, bu düzəlişlərin öz maliyyə hesabatlarına təsir edəcəyini gözləmir. 

3

 

Əsas uçot siyasətləri  

Uçot 


siyasətlərində  dəyişiklikləri  əks  etdirən  Qeyd  2(e)-də  təsbit  olunanlar  istisna  olmaqla, 

aşağıdakı  uçot  siyasətləri  hazırkı  maliyyə  hesabatlarında  əks  olunmuş  bütün  dövrlərə  ardıcıl 

qaydada Bank tərəfindən tətbiq olunur. 

(a)

 

Assosiasiya olunmuş müəssisələr 

Ass


osiyasiya  olunmuş  müəssisələr  Bankın  əhəmiyyətli  dərəcədə  təsir  göstərdiyi,  lakin  nəzarət 

etmədiyi müəssisələrdir. Assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşları pay iştirakı üzrə 

uçot  metoduna  əsasən  qeydə  alınır  və  əvvəlcə  ilkin  dəyərdə  əks  etdirilir.  Assosiasiya  olunmuş 

müəssisələrə investisiya qoyuluşlarının uçotdan silinməsi nəticəsində yaranan gəlir və ya zərər satış 

tarixində mənfəət və zərərə aid edilir. Alışdan sonra assosiasiya olunmuş müəssisələrin mənfəətində 

və  zərərində  Bankın  payı  məcmu  gəlirlər  haqqında  hesabatda,  alışdan  sonra  ehtiyatlardakı 

dəyişikliklərdə payı isə ehtiyatlarda qeydə alınır. Əgər assosiasiya olunmuş müəssisənin zərərində 

Bankın payı, onun assosiasiya olunmuş müəssisədəki payına, eləcə də hər hansı təminatsız debitor 

borclarına bərabər və ya ondan artıq olarsa, Bank yalnız həmin assosiasiya olunmuş müəssisənin 

adından üzərinə öhdəlik götürdüyü və ya ödənişlər etdiyi halda, gələcək zərərləri qeydə alır. 



(b)

 

Konsolidasiya əməliyyatları  

Assosiasiya edilmiş müəssisələrlə əməliyyatlardan əldə edilən qazanılmamış kreditlər müəssisədə 

Bankın  payından  silinir.  Assosiasiya  edilmiş  müəssisələrlə  əməliyyatlardan  əldə  edilən 

qazanılmamış  gəlirlər  müəssisədəki  investisiyadan  silinir.  Qazanılmamış  zərərlər  də  eyni  yolla 

silinir, bir 

istisna ilə ki, heç bir dəyərsizləşmə dəlilləri olmayana qədər. 

 

 

 



 

 

 



 

10 


 


AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 

        Əsas uçot siyasətləri, davamı 

(c)

 

Xarici valyuta  

Xarici  valyutalardakı  əməliyyatlar  həyata  keçirildiyi  tarixlərdə  olan  məzənnələrlə  Şirkətin 

əməliyyat valyutasına çevrilir. Hesabat tarixinə xarici valyutalarda əks olunmuş maliyyə aktivləri 

və  öhdəlikləri  həmin  tarixdə  olan  məzənnə  ilə  yenidən  əməliyyat  valyutasına  çevrilir.  Maliyyə 

madd

ələri  üzrə  xarici  valyuta  gəlir  və  ya  itkisi,  dövr  ərzində  effektiv  faiz  və  ödənişlər  nəzərə 



alınmaqla, dövrün əvvəlində əməliyyat valyutasının amortizasiya edilmiş dəyərlə hesabat dövrünün 

sonunda  məzənnə  əsasında  çevrilmiş  xarici  valyutada  amortizasiya  edilmiş  dəyər  arasında  olan 

fərqdir.  Xarici valyutada ifadə olunan və ədalətli dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə 

aktivləri  və  öhdəlikləri  ədalətli  dəyər  müəyyən  edildiyi  tarixdə  olan  məzənnə  ilə  əməliyyat 

valyutasına çevrilir. Xarici valyutada ilkin dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə hissələri 

əməliyyat aparıldığı tarixdə olan məzənnə ilə çevrilir.  

Satıla bilən səhm alətlərinin konvertasiyası fərqləri istisna olmaqla, konvertasiya zamanı yaranan 

xarici valyuta fərqləri mənfəət və ya zərərə aid edilir, fərq dəyərsizləşmə səbəbindən baş verdikdə 

isə sair məcmu gəlirdə tanınmış xarici valyuta fərqləri mənfəət və ya zərərə yenidən təsnif edilir.  

(d)

 

Pul vəsaitləri və onların ekvivalentləri 

Pul vəsaitlərinə və onların ekvivalentlərinə əskinaslar və sikkə pullar, ARMB-da və sair banklarda 

saxlanılan məhdudlaşdırılmamış hesab qalıqları (Nostro hesablar) və ilkin ödəniş müddəti üç aydan 

az olan yüksək likvidli maliyyə aktivləri daxildir ki, onların ədalətli dəyərinin dəyişmə riski çox 

aşağıdır və Bank tərəfindən qısamüddətli öhdəliklərin idarə olunmasında istifadə edilir. ARMB-da 

yerləşdirilmiş məcburi ehtiyatlar onların çıxarılması ilə bağlı məhdudiyyətləri nəzərə alaraq pul 

vəsaitlərinin ekvivalentlərinə aid edilmir.  Maliyyə vəziyyəti haqqında hesabatda pul vəsaitləri və 

onların ekvivalentləri amortizasiya edilmiş dəyər əsasında əks olunur. 



(e)

 

Maliyyə alətləri 

(i)

 

Təsnifat 

Mənfəətə və ya zərərə aid edilən ədalətli dəyər əsasında əks olunan maliyyə alətlərinə aşağıdakı 

meyarlara cavab verən maliyyə aktivləri və ya öhdəlikləri daxildir: 

əsasən, yaxın perspektivdə satılmaq və ya geri alınmaq məqsədi ilə alınıb və ya götürülüb 



birgə idarə olunan, müəyyən edilmiş maliyyə alətləri portfelinə daxildir və yaxın keçmişdə gəlir 

gətirdiklərinin dəlili mövcuddur 

derivativ  maliyyə  alətləri  (maliyyə  zəmanəti  müqaviləsi  və  ya  effektiv  hedcinq  alətləri  olan 



derivativlər istisna olmaqla) və ya, 

uçota ilk dəfə alındığı zamanı, mənfəət və ya zərərlərdə ədalətli dəyər əsasında əks olunmuşdur.  



Bank maliyyə aktivlərini və öhdəliklərini ədalətli dəyər əsasında mənfəətə və ya zərərə aşağıdakı 

hallarda aid ed

ə bilər:  

aktivlərin  və  ya  öhdəliklərin idarə  edilməsi,  qiymətləndirilməsi  və  daxili  uçotu  ədalətli  dəyər 



əsasında aparılır 

aktivlərin  və  ya  öhdəliklərin  mənfəətə  və  ya  zərərə  aid  edilməsi  əks  halda  yarana  bilən  uçot 



uyğunsuzluğunu aradan qaldırır, yaxud əhəmiyyətli dərəcədə azaldır, və ya, 

aktivin və ya öhdəliyin tərkibinə əks halda müqavilə əsasında tələb olunacaq pul vəsaitlərinin 



hərəkətinin əhəmiyyətli dərəcədə dəyişdirən derivativ vəsait daxildir. 

11 


 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə