“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   2   3   4   5   6   7   8   9   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 

        Əsas uçot siyasətləri, davamı 

(e)

 

Maliyyə alətləri, davamı 

(i)

 

Təsnifat, davamı 

Xalis debitor borcu mövqeyindəki (müsbət ədalətli dəyər) bütün ticari derivativlər, habelə alınmış 

opsionlar, aktivlərdə əks olunur. Xalis kredit borcu mövqeyindəki (mənfi ədalətli dəyər) bütün ticari 

derivativlər, habelə silinmiş opsionlar, öhdəliklərdə əks olunur. 

Təşkilatın  rəhbərliyi  maliyyə  alətlərinin  həmin  kateqoriyada  təsnifləşdirilməsinin  müvafiqliyini 

onlar uçota alındığı zamanı müəyyən edir. Derivativ maliyyə alətlərinin və uçota alındığı zaman 

ədalətli  dəyər  əsasında  mənfəətə  və  ya  zərərlərə  aid  edilmiş  maliyyə  alətlərinin  "ədalətli  dəyər 

əsasında mənfəət və ya zərərlər kateqoriyası" təsnifatı dəyişdirilə bilməz. Kredit və debitor borcu 

meyarlarına cavab verən maliyyə aktivlərinin "ədalətli dəyər əsasında mənfəət və ya zərərlər" yaxud 

"satıla bilən" təsnifatı o zaman dəyişdirilə bilər ki, Bankın onları gələcəkdə və ya ödəniş tarixinədək 

özündə saxlamaq üçün həm niyyəti, həm də imkanları olsun. Digər maliyyə alətlərinin "ədalətli 

dəyər əsasında mənfəət və ya zərər" təsnifatı yalnız çox nadir hallarda dəyişdirilə bilər. Bu cür hallar 

qeyri-

adi  xarakteri  olan  və  yaxın  gələcəkdə  təkrarlanması  ehtimal  olunmayan  tək  bir  hadisə 



nəticəsində yarana bilər. 

Kreditlər  və  debitor  borcları,  aşağıdakı  hallar  istisna  olmaqla,  fəal  bazarda  qiymətləri 

göstərilməyən,  ödənişləri  sabit  və  ya  müəyyənləşdirilə  bilən  xarakter  daşıyan  qeyri-derivativ 

maliyyə aktivləridir: 

Bank onları dərhal və ya yaxın müddətdə satmaq niyyətindədir



Bank onları uçota aldığı zaman ədalətli dəyər əsasında mənfəətə və ya zərərlərə aid edir; 

Bank onları uçota aldığı zaman satıla bilən kateqoriyasına aid edir, və ya, 



Bank ilkin qoyuluşunun böyük bir hissəsini itirə bilər (kreditlərin keyfiyyətinin dəyərsizləşməsi 

halları istisna olmaqla). 

Ödəniş tarixinədək saxlanılan investisiyalar, aşağıdakı hallar istisna olmaqla, ödənişləri sabit və ya 

müəyyənləşdirilə bilən xarakter daşıyan sabit bitmə tarixinə malik və Bankın bitmə tarixinə qədər 

saxlamağa niyyəti və qabiliyyəti olan qeyri-derivativ maliyyə aktivləridir: 

Bankın ilkin tanınma zamanı mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər kimi təyin etməsi; 



Bankın satıla bilən aktiv kimi təyin etməsi və ya

kreditlər və debtor borcları anlayışına uyğun olması. 



 

Satıla  bilən  maliyyə  aktivləri  satıla  bilən  kateqoriyasına  aid  edilmiş  yaxud  kreditlər  və  debitor 

borcları,  ödəniş  tarixinədək  saxlanılan  investisiyalar  və  ədalətli  dəyər  əsasında  mənfəətə  və  ya 

zərərlərə aid edilmiş maliyyə alətləri kimi təsnifləşdirilməyən qeyri-derivativ maliyyə aktivləridir. 



(ii)

 

Maliyyə alətlərinin tanınması 

Bank hər hansı alət üzrə müqavilə bağladığı zaman maliyyə vəziyyəti haqqında hesabatda müvafiq 

maliyyə  aktivləri  və  öhdəlikləri  uçota  alınır.  Adi  qaydada  alınmış  bütün  maliyyə  aktivləri 

hesablaşma tarixində tanınır. 

 

 

 



 

12 


 


AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 

3          Əsas uçot siyasətləri, davamı 

(e)

 

Maliyyə alətləri, davamı 

(iii)

 

Maliyyə aktivlərinin qiymətləndirilməsi 

Maliyyə aktivi və ya öhdəliyi ilkin olaraq ədalətli dəyəri və mənfəət və ya zərərlərə ədalətli dəyər 

əsasında  aid  edilməmiş  maliyyə  aktivi  və  ya  öhdəliyi  olduqda,  həmin  maliyyə  aktivinin  və  ya 

öhdəliyinin  alınmasına  və  ya  buraxılmasına  birbaşa  aid  edilə  bilən  əməliyyat  xərcləri  əsasında 

tanınır. 

İlkin tanınmadan sonra isə maliyyə aktivləri, o cümlədən, aktivlərə aid olan derivativlər satış və ya 

sair yo

lla  özgəninkiləşdirmə  ilə  əlaqədar  çəkilə  bilən  əməliyyat  xərcləri  çıxılmamaqla  ədalətli 



dəyərlər əsasında qiymətləndirilir. İstisna halları aşağıdakılar təşkil edir:  

effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyər əsasında qiymətləndirilən kreditlər və debitor 



borcları 

effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyər əsasında qiymətləndirilən ödəniş tarixinədək 



saxlanılan investisiyalar 

fəal  bazarda  göstərilən  bazar  qiyməti  olmayan,  ədalətli  dəyəri  etibarlı  qaydada  dəqiqliklə 



qiymətləndirilə bilməyən və qiymət əsasında əks edilən kapital (səhm) alətlərinə qoyuluşlar.  

Ədalətli dəyər əsasında mənfəətə və ya zərərlərə aid edilmiş maliyyə öhdəliklərindən, və uçotu 

ədalətli dəyər əsasında aparılan maliyyə aktivinin köçürməsi təsnifatının dəyişdirilməsi üçün əsas 

vermədiyi hallarda yaranan maliyyə öhdəliklərindən başqa, bütün maliyyə öhdəlikləri amortizasiya 

edilmiş dəyər əsasında qiymətləndirilir. 

(iv)

 

Amortizasiya edilmiş dəyər 

Əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri 

üçün isə dəyərsizləşmə zərərləri üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks 

etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz 

metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası 

daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və 

amortizasiya  edilmiş  diskont  və  ya  mükafat  (verilmə  zamanı  təxirə  salınmış  komissiyalar  daxil 

olmaqla,  əgər  varsa)  ayrıca  göstərilmir  və  maliyyə  vəziyyəti  haqqında  hesabatda  müvafiq 

maddələrin balans dəyərinə daxil edilir.  

(v)

 

Ədalətli dəyərin müəyyənləşdirilməsi prinsipləri 

Ədalətli dəyər əməliyyat tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində və 

ya, həmin tarixdə Banka ən əlverişli bazarda aktivin satışından və ya öhdəliyin ötürülməsindən 

yaranan məbləğdir. Öhdəliyin ədalətli dəyəri fəaliyyətsizlik riskini əks etdirir.  

Bazar qiyməti mövcud olduqda, Bank maliyyə alətlərini həmin maliyyə alətləri üçün ədalətli dəyəri 

cari bazar qiyməti ilə müəyyən edir. Aktiv və ya öhdəlik üçün əməliyyatlar kifayət qədər müntəzəm 

və kifayət həcmdə aparıldıqda bazar fəal hesab edilir.  

Maliyyə aləti üçün fəal bazarı yoxdursa, Bank ədalətli dəyəri qiymətləndirmə üsulundan istifadə 

etməklə təyin edir. Seçilmiş qiymətləndirmə üsulu bazar məlumatlarında maksimum istifadə edir, 

Banka məxsus olan ehtimallara mümkün qədər az əsaslanır, bazar iştirakçılarının qiymət qoyarkən 

nəzərə aldıqları bütün faktorları özündə birləşdirir və maliyyə alətlərinin qiymətləndirilməsi üçün 

qəbul edilmiş iqtisadi metodlarla uyğun olur. 

 

13 


 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə