“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   2   3   4   5   6   7   8   9   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(e)

 

Maliyyə alətləri, davamı 

(v)

 

Ədalətli dəyərin müəyyənləşdirilməsi prinsipləri, davamı 

Maliyyə alətinin ilkin tanınma zamanı ədalətli dəyərinin ən yaxşı sübutu əməliyyat qiymətidir, yəni 

verilən və ya qəbul edilən məbləğin ədalətli dəyəri, bir halda ki həmin alətin ədalətli dəyəri eyni 

alətdə sair müşahidə olunan cari bazar əməliyyatları ilə müqayisədə sübut olunur (yəni modifikasiya 

edilməmiş)  və  ya  yalnız  müşahidə  edilə  bilən  bazarlardan  olan  məlumatları  özündə  cəmləyən 

məlumat  qiymətləndirmə  metoduna  əsaslanır.  Əməliyyat  qiyməti  ilkin  tanınma  zamanı  ədalətli 

dəyərin ən yaxşı sübutunu təmin edirsə, maliyyə aləti ilk olaraq əməliyyat qiymətində tanınır və 

həmin  qiymətlə  qiymətləndirmə  metodu  nəticəsində  təyin  edilən  dəyər  arasındakı  fərq  alətin 

istifadə  müddəti  ərzində  uyğun  əsasla  qiymətləndirmə  tam  olaraq  bazar  məlumatı  ilə 

əsaslanmağından  yaxud  əməliyyatın  bağlanma  tarixindən  gec  olmayaraq,  mənfəət  və  zərər 

hesabatında tanınır. 

Ədalətli  dəyərində  ölçülən  aktiv  və  ya  öhdəliyin  tender  qiyməti  və  təklif  qiyməti  varsa,  Bank 

a

ktivləri  və  uzun  pozisiyaları  tender  qiymətində,  öhdəlikləri  və  qısa  pozisiyaları  isə  təklif 



qiymətində qiymətləndirir.  

Bank dəyişikliyin baş verdiyi hesabat müddətinin sonuna ədalətli dəyər iyerarxiyasında səviyyələr 

arasında transferləri tanıyır. 

(vi)

 

Sonrakı qiymətləndirmə nəticəsində yaranan gəlir və zərərlər 

Maliyyə aktivinin və ya öhdəliyinin ədalətli dəyərində dəyişiklikdən yaranan gəlir və ya zərərlər 

aşağıdakı qaydada uçota alınır:  

mənfəətə və ya zərərlərə ədalətli dəyər əsasında aid edilmiş maliyyə aləti üzrə gəlir və ya zərərlər  



mənfəətə və ya zərərlərə aid edilir 

satıla bilən maliyyə aktivi üzrə gəlir və ya zərərlər aktivin təsnifatı dəyişdirilənədək kapitalda sair 



məcmu  gəlir  kimi  əks  olunur  (satıla  bilən  maliyyə  alətlərinin  keyfiyyətinin  dəyərsizləşməsi 

nəticəsində yaranan itkilər və xarici valyuta gəlirləri və itkiləri istisna olmaqla). Bu zaman əvvəl 

kapitalda əks edilmiş kumulyativ gəlir və ya itkilər mənfəətə və ya zərərlərə aid edilir. satıla bilən 

maliyyə aktivi üzrə hesablanan faizlər effektiv faiz dərəcəsi üslubu ilə mənfəətdə və ya zərərlərdə 

əks edilir. 

Amortizasiya 

edilmiş  dəyər  əsasında  tanınmış  maliyyə  aktivləri  və  öhdəlikləri  üzrə  gəlir  və  ya 

itkilər maliyyə aktivi və ya öhdəliyi uçotdan çıxarıldıqda, ya da onun keyfiyyəti pisləşdikdə, habelə 

amortizasiya prosesi vasitəsilə mənfəətdə və ya zərərlərdə əks edilir. 

(vii)

 

M

aliyyə aktivlərinin tanınmasının dayandırılması 

Bank maliyy

ə aktivlərinin tanınmasını o zaman dayandırır ki, aktivlər geri alınır və ya bu aktivlərlə 

əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə  hüquqların  müddəti  başa  çatır  və  ya Bank maliyyə 

aktivl

ərindən daxil olan pul vəsaitlərinin hərəkəti üzrə mülkiyyət hüququnu ötürür və ya ötürülmə 



haqqında müqavilə bağlayır və bu zaman həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk 

v

ə faydaları əsas etibarilə başqa tərəfə ötürür və ya bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar 



bütün risk v

ə faydaları əsas etibarilə ötürmür və ya saxlamır, lakin həmin aktivlər üzrə nəzarət 

hüququnu özünd

ə  saxlamır.  Bank  tərəfindən  yaradılmış  və  ya  saxlanılmış  tanınmanın 

dayandırılmasını  təsvir edən  köçürülmüş  maliyyə  aktivlərində  istənilən faiz maliyyə  vəziyyəti 

haqqında hesabatda ayrıca aktiv  və ya öhdəlik kimi  tanınır. Bank, müqavilə öhdəlikləri sərbəst 

buraxıldığı, ləğv edildiyi və ya başa çatdığı zaman maliyyə öhdəliklərinin tanımasını dayandırır. 

14 


 


AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(e)

 

Maliyyə alətləri, davamı 

(vii)

 

Maliyyə aktivlərinin tanınmasının dayandırılması, davamı 

Bank,  maliyyə  vəziyyəti  haqqında  hesabatında  əks  edilmiş  aktivlərin  ötürülməsini,  lakin,  eyni 

zamanda,  ötürülən  aktivlərlə  bağlı  risklərin  və  faydaların  ya  bütövlüklə,  ya  da  qismən  Bankda 

qalmasını  nəzərdə  tutan  əməliyyatları  həyata  keçirir.  Risklərin  və  faydaların  hamısı  yaxud 

əksəriyyəti Bankda qaldığı təqdirdə, ötürülən aktivlərin tanınması dayandırılmır.  

Maliyyə  aktivi  üzrə  mülkiyyətlə  bağlı  bütün  və  ya  əksər  risklər  və  faydalar  Bankın  nə  özündə 

saxlamadığı, nə də ki, Sair bir şəxsə ötürmədiyi əməliyyatlar aparılarkən, Bank həmin aktiv üzrə 

nəzarət hüququnu itirdiyi təqdirdə həmin aktivin tanınması dayandırılır.  

Aktiv üzrə nəzarət hüquqlarının Bankda qalmasını nəzərdə tutan ötürmələr aparılarkən, Bank həmin 

aktivdə iştirak etdiyi müddət ərzində onu uçotda saxlayır. Bankın aktivdə iştirak dərəcəsi ötürülən 

aktivlərin dəyərində baş verən dəyişikliklərin təsirinə nə dərəcədə məruz qalması ilə müəyyən edilir.  

Bank öz b

orc öhdəliyini geri aldığı zaman, o, maliyyə vəziyyəti haqqında hesabatdan çıxarılır və 

öhdəliyin  balans  dəyəri  ilə  ödənilmiş  kompensasiya  arasındakı  fərq  borc  öhdəliyinin  vaxtından 

əvvəl ləğv edilməsi ilə əlaqədar yaranan gəlirlərə və ya zərərlərə aid edilir.  

Bank geri qaytarıla bilinməyən hesab etdiyi aktivləri balansdan silir. 



(viii)

 

Derivativ maliyyə alətləri  

Derivativ maliyyə alətlərinə svoplar, forvardlar, fyuçerslər, spot əməliyyatları və faiz dərəcələri, 

xarici valyutalar, qiymətli metallar və fond bazarları üzrə opsionlar, habelə qeyd edilən alətlərin 

istənilən kombinasiyaları daxildir. 

Derivativlər derivativ müqavilə bağlandığı tarixdə olan ədalətli dəyər əsasında uçota alınır, sonra 

isə dövri qaydada ədalətli dəyər əsasında yenidən qiymətləndirilir. Bütün derivativ alətlər onların 

ədalətli dəyəri müsbət olduqda aktiv kimi, ədalətli dəyər mənfi olduqda isə öhdəlik kimi qeydə 

al

ınır.   



Derivativlərin ədalətli dəyərində dəyişikliklər dərhal mənfəətdə və ya zərərlərdə əks edilir.  

Derivativlər  Sair  alətlər  üzrə  müqavilələrə  (əsas/baş  müqavilə)  daxil  edilə  bilər.  Bu  cür  əlavə 

edilmiş derivativ baş müqavilədən ayrılır və yalnız onun iqtisadi xüsusiyyətlərinin və risklərinin 

baş müqavilənin iqtisadi xüsusiyyət və riskləri ilə sıx əlaqəsi olmadığı hallarda derivativ kimi uçota 

alınır. Əlavə edilmiş derivativ ilə şərtləri eyni olan ayrıca alət derivativ anlayışına uyğundur; ümumi 

(toplam) alət isə ədalətli dəyərində dəyişikliklər mənfəətdə və ya zərərlərdə əks edilərək ədalətli 

dəyər  əsasında  uçota  alınmır.  Maliyyə  aktivlərinə  və  ya  maliyyə  öhdəliklərinə  mənfəət  və  ya 

zərərlər vasitəsilə ədalətli dəyər əsasında əlavə edilən derivativlər ayrılmır. 

Baxmayaraq ki, Bank, risklərin hedcinq edilməsi məqsədi ilə derivativlərin alqı-satqısında iştirak 

edir, bu cür alətlər hedcinq uçotuna daxil edilmək üçün müvafiq meyarlara cavab vermir. 



(ix)

 

Qarşılıqlı əvəzləşdirmə 

Maliyyə  aktiv  və  öhdəliklərin  əvəzləşdirilməsi  və  xalis  məbləğin  maliyyə  vəziyyəti  haqqında 

hesabata  daxil  edilməsi,  qeydə  alınmış  məbləğlərin  əvəzləşdirilməsi  üçün  qanunvericilikdə 

müəyyən edilmiş hüquq, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya 

edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. 

15 


 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə