“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   2   3   4   5   6   7   8   9   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(f)

 

Əmlak və avadanlıqlar 

(i)

 

Mülkiyyətdə olan aktivlər 

Əmlak və avadanlıqlar hər hansı yığılmış amortizasiya və ehtiyac yaranarsa, dəyərsizləşmə üzrə 

zərərlər çıxılmaqla, ilkin dəyərdə və ya aşağıda göstərildiyi kimi yenidən qiymətləndirilmiş dəyərdə 

uçota alınır.  

Əmlak və ya avadanlıqlar müxtəlif yararlı xidmət müddətləri olan böyük komponentlərdən ibarət 

olduğu təqdirdə, onların uçotu ayrı-ayrı əmlak və avadanlıq əşyaları kimi aparılır.  



(ii)

 

İcarəyə götürülmüş aktivlər 

Mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə Bankda olan icarələr maliyyə 

lizinqləri kimi təsnif edilir. Maliyyə lizinqi ilə əldə olunan avadanlıqlar yığılmış amortizasiya üzrə 

zərərlər  çıxılmaqla  ədalətli  dəyərlə  lizinqin  götürülən  zaman  minimal  icarə  ödənişlərinin  cari 

dəyərindən daha az olan dəyərdən əks olunur.  

(iii)

 

Yenidən qiymətləndirmə  

Binaların  yenidən  qiymətləndirilməsi  mütəmadi  əsasda  aparılır.  Yenidən qiymətləndirmənin 

müddəti yenidən qiymətləndirilən binalar üzrə ədalətli dəyərin dəyişməsindən asılıdır. Binaların 

yenidən  qiymətləndirilməsi  üzrə  yenidən  qiymətləndirmə  artımı  sair  məcmu  gəlir  haqqında 

hesabatda tanınır, hərçənd ki, belə artımın bundan əvvəl mənfəət və zərər uçotunda tanınmış eyni 

aktivin  yenidən  qiymətləndirməsinin  azalmasını  əvəz  etdiyi  və,  nəticə  etibarı  ilə,  öncədən 

xərclənmiş  azalma  həcmində  mənfəət  və  zərər  hesabının  kreditinə  yazıldığı  hal  istisna  edilir. 

Binaların yenidən qiymətləndirilməsindən yaranan balans dəyərinin azalması, bu məbləğ həmin 

aktivin əvvəlki yenidən qiymətləndirilməsi ilə bağlı binaların yenidən qiymətləndirmə ehtiyatındakı 

qalıqdan, əgər varsa, artıq olduğu halda mənfəət və zərər uçotunda tanınır. 



(iv) 

Amortizasiya 

Am

ortizasiya  ayrı-ayrı  aktivlərin  hesablanmış  faydalı  istifadə  müddətləri  üzrə  düz  xətt  prinsipi 



əsasında mənfəətə və ya zərərlərə aid edilir. Amortizasiya aktiv əldə edildiyi tarixdən yaxud, daxili 

qaydada  inşa  edilən  aktivlər  halında,  aktiv  tam  inşa  edilib  istifadə  üçün  hazır  olduğu  tarixdən 

etibarən başlanır. Torpaq üzrə amortizasiya hesablanmır. Təxmin edilən faydalı istifadə müddətləri 

aşağıdakı illik amortizasiya dərəcələri ilə müəyyən olunur: 

 

-

 



binalar 

33-34 il 

-

 

icarəyə götürülmüş aktivlərin 



yaxşılaşdırılması  

14 il 


-

 

ofis və komputer avadanlıqları 



4-7 il 

-

 



mebel və ləvazimatlar 

4-7 il 


 

 

16 


 


AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(g)

 

Qeyri-

maddi aktivlər 

Alınmış qeyri-maddi aktivlərin uçotu yığılmış amortizasiyanın və keyfiyyətin dəyərsizləşməsi ilə 

bağlı itkilərin məbləğini çıxmaqla qiymət əsasında aparılır.  

Proqram t

əminatı  üzrə  əldə  edilmiş  lisenziyalar həmin proqram təminatının  alınması  və  tətbiq 

edilm


əsi üçün çəkilmiş xərclər əsasında kapitallaşdırılır. 

Amortizasiya qeyri-

maddi aktivlərin hesablanmış faydalı istifadə müddətləri üzrə düz xətt prinsipi 

əsasında mənfəət və ya zərərlərə aid edilir. Onların təxmin edilən faydalı istifadə müddəti 5 – 10 il 

təşkil edir. 

(h)

 

Satış məqsədləri üçün saxlanılan aktivlər 

Uzunmüddətli aktivlər, və ya öhdəliklərdən və aktivlərdən ibarət olan silinmə qrupları, hansılar ki, 

əvəzinin  ödənilməsi  davamlı  istifadə  ilə  yox,  satış  yolu  ilə  daha  məqsədə  uyğun  olanlar  satış 

məqsədləri üçün saxlanılan aktivlər kimi təsnifləşdirilir. Satış məqsədləri üçün saxlanılan aktivləri 

və ya silinmə qrupuna aid olan komponentləri təsnifləşdirmədən öncə Bankın uçot siyasətinə uyğun 

olaraq 


yenidən qiymətləndirilməsi vacibdir. Ümumiyyətlə, aktivlər və ya silinmə qrupları ən aşağı 

olan  ya  qalıq  dəyəri  kimi  və  ya  ədalətli  dəyər  çıxılsın  satış  üçün  çəkilmiş  xərclər  kimi 

qiymətləndirilir.  

(i)

 

Dəyərsizləşmə 

Bank hər bir hesabat dövrünün sonunda maliyyə aktivi və ya maliyyə aktivləri qrupunun qiymətdən 

düşməsi  barədə  obyektiv  dəlilin  olub  olmamasını  qiymətləndirir.  Bu  cür  dəlil  mövcud  olduğu 

təqdirdə, Bank qiymətdən düşmə zərərlərinin məbləğini müəyyənləşdirir. 

Maliyyə aktivi və ya maliyyə aktivləri qrupu yalnız o halda qiymətdən düşür və qiymətdən düşmə 

zərərləri ödənilir ki, maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və  ya bir neçə 

hadisə (zərər hadisəsi) nəticəsində qiymətdən düşmə barədə obyektiv dəlil meydana çıxsın və həmin 

hadisə (və ya hadisələr) etibarlı şəkildə ölçülə bilən maliyyə aktivi və ya maliyyə aktivləri qrupunun 

gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinə təsir etmiş olsun.  

Maliyyə  aktivlərinin  qiymətdən  düşməsi  barədə  obyektiv  dəlil  borcalanın  ödənişi  yerinə 

yeti

rməməsi və ya gecikdirməsi, kredit müqaviləsi və ya şərtlərinin pozulması, Qrupun əks halda 



nəzərə almayacağı maliyyə aktivi və ya maliyyə aktivləri qrupunun restrukturizasiyası, borcalanın 

və  ya  borc  verənin  müflis  olacağı  barədə  göstəricilər,  qiymətli  kağız  üzrə  fəal  bazarın  aradan 

qalxması, aktivlər qrupu ilə bağlı girov və ya digər müşahidə oluna bilən məlumatların dəyərinin 

pisləşməsi,  məsələn  Qrupda  borcalanların  ödəniş  statusunda  mənfi  dəyişikliklər,  yaxud  Qrupda 

ödənişlərin həyata keçirilməməsi ilə əlaqədar olan iqtisadi şəraitlərdən ibarət ola bilər. 

Satıla  bilən  qiymətli  kağızlara  qoyulan  investisiyalar  üzrə  dəyərsizləşmənin  obyektiv  sübutu 

qiymətli kağızın ədalətli dəyərinin əhəmiyyətli dərəcədə və ya uzun müddət ərzində azalmasıdır. 

(i)

 

Amortizasiya 

edilmiş dəyərlə uçota alınan maliyyə aktivləri 

Amortizasiya  edilmiş  dəyərlə  uçota  alınmış  maliyyə  aktivlərinə  əsasən  kreditlər  və  sair  debitor 

borcları  (kreditlər  və  debitor  borcları)  daxildir.  Dəyərsizləşməni  mütəmadi  qaydada 

qiymətləndirmək məqsədi ilə Bank kredit və debitor borclarını nəzərdən keçirir.  

 

17 


 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə