“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   2   3   4   5   6   7   8   9   10   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(i)  

Dəyərsizləşmə, davamı 

(i)

 

Amortizasiya edilmiş dəyərlə uçota alınan maliyyə aktivləri, davamı 

İlk  olaraq,  Bank  hər  biri  ayrılıqda  əhəmiyyətli  olan  kreditlərin  və  debitor  borclarının 

dəyərsizləşdiyinin  obyektiv  sübutlarının  mövcud  olub-olmadığını  ayrı-ayrı,  sonra  isə  hər  biri 

ayrılıqda  əhəmiyyət  kəsb  etməyən  kredit  və  debitor  borcların  dəyərsizləşdiyinin  obyektiv 

sübutlarının mövcud olub-olmadığını ayrıca və ya kollektiv surətdə müəyyən edir. Bank əhəmiyyət 

kəsb edən və ya etməyən ayrıca qiymətləndirilmiş kreditin dəyərsizləşdiyini təsdiqləyən obyektiv 

dəlillərin olmadığını müəyyən edirsə, həmin krediti oxşar risk xüsusiyyətləri ilə kreditlər və debitor 

borcları  qrupuna  daxil  edib,  onların  dəyərsizləşib-dəyərsizləşmədiyini  birgə  müəyyən  edir. 

Dəyərsizləşib-dəyərsizləşmədiyi ayrıca qiymətləndirilmiş və dəyərsizləşmə ilə əlaqədar zərər üzrə 

tanınan  və  ya  uçotu  davam  etdirilən  kreditləri  və  debitor  borclarını  dəyərsizləşmənin  kollektiv 

surətdə qiymətləndirməsinə daxil edilmir. 

Verilmiş kredit və ya debitor borcu üzrə dəyərsizləşmə nəticəsində itkilərin yarandığına obyektiv 

əsaslar mövcuddursa, zərərin məbləği kredit və ya debitor borcun balans dəyəri ilə kreditin və ya 

debitor borcun ilkin effektiv faiz dərəcəsi həcmində diskontlaşdırılmış zəmanətlər və girov hesabına 

qaytarıla bilən məbləğlər də daxil olmaqla, təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari 

dəyəri arasındakı fərq kimi əks edilir. Cari maliyyə vəziyyətini əks edən müvafiq müşahidə oluna 

bilən  məlumat  əsasında  korrektə  edilmiş  müqavilə  üzrə  pul  vəsaitlərinin  hərəkəti  və  tarixi  itki 

göstəriciləri gözlənilən pul vəsaitlərinin hərəkətinin hesablanmasının əsasını təşkil edir. 

Bəzi hallarda kredit və ya debitor borcu üzrə dəyərsizləşmə ilə əlaqədar yaranmış zərərin təxmin 

edilməsi üçün tələb olunan müşahidə edilə bilən məlumatlar məhdud xarakter daşıya yaxud artıq 

cari vəziyyətə tam aidiyyatsız ola bilər. Misal üçün, borcalan ciddi maliyyə çətinlikləri ilə üzləşir 

və analoji borcalanlar üzrə çox az miqdarda tarixi məlumat vardır. Bu cür hallarda dəyərsizləşmə 

nəticəsində  yaranacaq  zərərləri  hesablamaq  üçün  Bank  öz  təcrübəsindən  və  mühakiməsindən 

istifadə edir.  

Kreditlərin və debitor borclarının dəyərsizləşməsi nəticəsində yaranan bütün zərərlər mənfəətdə və 

zərərlərdə əks edilir və onların təsnifatı yalnız o zaman  geri qaytarıla bilər ki, bərpa dəyərində 

sonradan baş vermiş artımın dəyərsizləşmə nəticəsində yaranmış zərər uçota alındıqdan sonra baş 

vermiş hadisə ilə bağlılığı obyektiv surətdə təsdiqlənə bilsin. 

Kredit qaytarıla bilmədikdə, o, kreditlər üzrə mümkün itkilərin ödənilməsi üçün yaradılmış müvafiq 

ehtiyat  hesabına  balansdan  silinə  bilər.  Bankın  rəhbərliyi  kreditləri  ümidsiz  borc  kimi 

müəyyənləşdirdikdə  və  kreditin  qaytarılması  üçün  bütün  mümkün  tədbirlər  görüldükdən  sonra, 

Bank kreditin qalığını (və mümkün kredit itkiləri üzrə müvafiq ehtiyatları) balansdan silir.  



(ii)

 

İlkin dəyər əsasında uçotu aparılan maliyyə aktivləri 

İlkin dəyər əsasında uçotu aparılan maliyyə aktivlərinə ədalətli dəyərləri etibarlı qaydada ölçülə 

bilmədiklərinə görə uçotu ədalətli dəyər əsasında aparılmayan satıla bilən maliyyə aktivlərinə daxil 

edilmiş,  bazar  qiyməti  mövcud  olmayan  kapital  alətləri  daxildir.  Bu  investisiyaların 

dəyərsizləşdiyini təsdiqləyən obyektiv sübutlar mövcuddursa, dəyərsizləşmə nəticəsində yaranmış 

zərər  investisiya  qoyuluşunun  balans  dəyəri  ilə  analoji  maliyyə  aktivi  üzrə  cari  bazar  gəlirlilik 

dərəcəsi  əsasında  diskontla  təxmin  edilən  gələcək  pul  vəsaitlərinin  hərəkətinin  cari  dəyəri 

arasındakı fərq kimi müəyyən edilir.  

18 

 



AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(i)

  

Dəyərsizləşmə, davamı

  

(ii) 

İlkin dəyər əsasında uçotu aparılan maliyyə aktivləridavamı 

Həmin investisiyaların dəyərsizləşməsi nəticəsində yaranan bütün itkilər mənfəətə və ya zərərlərə 

aid edilir və bu təsnifat artıq dəyişdirilə bilməz. 

(iii)

 

Satıla bilən maliyyə aktivləri  

Satıla bilən maliyyə aktivlərinin dəyərsizləşməsi nəticəsində yaranan zərərlər sair məcmu gəlirlərdə 

əks  edilmiş  kumulyativ  itkilərin  yenidən  təsnifləşdirmə  düzəlişi  kimi  mənfəətə  və  ya  zərərlərə 

köçürülür. Sair məcmu gəlirlər maddəsindən mənfəət və ya zərərlərə köçürülmüş kumulyativ itkilər 

əsas  məbləğ  üzrə  ödənişlər  və  amortizasiya  çıxılmaqla  alış  qiyməti  ilə,  əvvəl  mənfəət  və  ya 

zərərlərdə əks edilmiş dəyərsizləşmə nəticəsində yaranmış hər hansı itkilər çıxılmaqla, cari ədalətli 

dəyər  arasındakı  fərqi  təşkil  edir.  Müvafiq  zərər  ehtiyatlarında  vaxt  dəyərinə  aid  edilə  bilən 

dəyişikliklər faiz gəlirlərinin komponenti kimi əks olunur.  

Sonrakı  dövrlərdə  dəyərsizləşmiş  satıla  bilən  borc  qiymətli  kağızının  ədalətli  dəyəri  artarsa  və 

həmin artımın dəyərsizləşməsi nəticəsində yaranmış itkilər mənfəətə və ya zərərlərə aid edildikdən 

sonra  baş  vermiş  hər  hansı  hadisə  ilə  bağlılığı  obyektiv  surətdə  nümayiş  oluna  bilərsə, 

dəyərsizləşmə nəticəsində yaranmış itkilər bərpa olunur və bərpa olunan məbləğ mənfəət və ya 

zərərlərdə  əks  edilir.  Lakin,  dəyərsizləşmiş  satıla  bilən  qiymətli  kağızların  ədalətli  dəyərində 

sonradan baş vermiş hər hansı artım sair məcmu  gəlirlərdə əks olunur. 



(iv)

 

Qeyri-

maliyyə aktivləri 

Dəyərsizləşmənin  əlamətlərini  aşkarlamaq  məqsədi  ilə  hər  hesabat  tarixində,  təxirə  salınmış 

vergilərdən başqa sair qeyri-maliyyə aktivlərinin qiymətləndirməsi aparılır. Qudvilin bərpa edilə 

bilən  məbləği  hər  hesabat  tarixində  qiymətləndirilir.  Qeyri-maliyyə  aktivlərinin  bərpa  dəyərini 

aşağıdakı  iki  göstəricidən  daha  böyüyü  təşkil  edir  –  satış  xərcləri  çıxılmaqla  ədalətli  dəyər  və 

istifadə dəyəri. İstifadə dəyəri qiymətləndirilərkən, təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti 

pul  vəsaitlərinin  vaxt  baxımından  dəyərinin  və  aktivlə  bağlı  xüsusi  risklərin  cari  bazar 

qiymətləndirmələrini  əks  etdirən  vergiqoymadan  əvvəl  diskont  dərəcəsi  əsasında  cari 

d

əyərlərinədək azaldılır. Sair aktivlərdən asılı olmadan gəlir gətirməyən aktiv üzrə bərpa dəyəri 



həmin  aktivin  aid  olduğu  gəlir  gətirən  qrup  üzrə  müəyyənləşdirilir.  Aktivin  və  ya  gəlir  gətirən 

qrupun balans dəyəri bərpa dəyərindən artıq olduğu zaman, aktiv üzrə dəyərsizləşmə nəticəsində 

y

aranmış zərərlər qeydə alınır.  



Qeyri-

maliyyə  aktivləri  üzrə  dəyərsizləşmə  nəticəsində  yaranan  bütün  itkilər  mənfəət  və  ya 

zərərlərdə  əks  edilir  və  yalnız  bərpa  dəyərinin  müəyyənləşdirilməsi  zamanı  istifadə  edilmiş 

ehtimall


arda  dəyişiklik  baş  verdiyi  hallarda  geriyə  qaytarıla  bilər.  Dəyərsizləşmə  nəticəsində 

yaranmış  itkilərin  uçota  alınması  aktivin  balans  dəyəri  həmin  itkilər  uçota  alınmadığı  halda 

müəyyənləşdiriləcək balans dəyərindən (köhnəlmə və ya amortizasiya çıxılmaqla) artıq olması şərti 

ilə geri qaytarıla bilər.  

 

19 


 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə