“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(j)

  

Ehtiyatlar

 

Ehtiyat o zaman maliyyə vəziyyəti haqqında hesabatda əks olunur ki, Bankın, keçmiş dövrlərdə baş 



vermiş bir hadisə nəticəsində müəyyən hüquqi və ya konstruktiv öhdəliyi yaranmış olsun və həmin 

öhdəliyin ödənilməsi üçün iqtisadi faydaların məxaricinin tələb olunacağı ehtimal olunsun. Təsiri 

əhəmiyyətli  olduqda,  ehtiyatlar  pul  vəsaitlərinin  vaxt  baxımından  dəyərinin  cari  bazar 

qiymətləndirmələrini əks etdirən vergiqoymadan qabaq dərəcə və, müvafiq olarsa, həmin öhdəliyə 

aid olan xüsusi risklər əsasında gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılması 

yolu ilə müəyyənləşdirilir. 

Restrukturlaşdırma üzrə ehtiyat o zaman uçota alınır ki, Bank ətraflı və rəsmi restrukturlaşdırma 

planını qəbul etmiş olsun və restrukturlaşdırma ya başlamış, ya da ictimaiyyətə elan edilmiş olsun. 

Gələcək əməliyyat xərcləri üzrə ehtiyatlar yaradılmır.  

(k)

 

Kreditlə bağlı öhdəliklər 

Bank, adi ko

mmersiya  fəaliyyəti  çərçivəsində,  kredit  vermək  öhdəlikləri,  akkreditivlər  və 

zəmanətlər kimi kreditlər ilə bağlı öhdəlikləri üzərinə götürür, və sair formalarda kredit sığortasını 

təmin edir.  

Maliyy


ə zəmanətləri müştərinin üçüncü şəxslər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədiyi 

v

ə kreditlər kimi eyni kredit riskinə məruz qaldığı halda, ödənişlərin aparılması üzrə dəyişilməz 



öhd

əlikləri əks etdirir. 

Maliyyə zəmanəti öhdəliyi xalis əlaqəli əməliyyat xərcləri çıxılmaqla ilkin olaraq ədalətli dəyərdə 

uçota alınır və yığılan amortizasiya çıxılmaqla ilkin uçota alındığı məbləğdən və ya qarantiyalar 

üzrə  zərərlər  üçün  ehtiyatların  məbləğindən  yüksək  qiymətlə  ölçülür.  Maliyyə  zəmanətləri  üzrə 

zərərlər üçün ehtiyatlar və sair kreditlə bağlı öhdəliklər o zaman uçota alınır ki, zərərlər mümkün 

hesab olunsun və ya etibarlı qaydada ölçülə bilsin.  

Maliyyə zəmanəti öhdəlikləri və sair şərti kredit öhdəlikləri üzrə ehtiyatlar sair öhdəliklərə daxildir. 

Aşağıdakı hallar istisna olmaqla, kredit öhdəlikləri uçota alınmır: 

Bankın ədalətli dəyər əsasında mənfəətə və ya zərərlərə aid etdiyi kredit öhdəlikləri



Bankın, kredit vermək öhdəlikləri ilə əlaqədar yaranan aktivlərin öhdəlikləri verdikdən sonra qısa 

müddət  ərzində  satılmasında  təcrübəsi  vardırsa,  eyni  sinfə  daxil  olan  kredit  vermək  öhdəlikləri 

derivativ alətlər kimi qəbul edilir; 

əvəzi  nağd  pulla  yaxud  digər  maliyyə  alətinin  buraxılması  ilə  ödənilə  bilən  kredit  vermək 



öhdəlikləri; 

krediti bazar faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə vermək öhdəliyi. 



(l)

 

Nizamnamə kapitalı 

(i)

 

Adi səhmlər 

Adi  səhmlər  kapital  kimi  təsnifləşdirilir.  Adi  səhmlərin  və  səhm  opsionların  buraxılmasına 

bilavasitə aid edilə bilən xərclər vergiqoyma baxımından heç bir nəticə olmadan kapitaldan tutulma 

kimi uçota alınır. 

20 

 



AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

 



Əsas uçot siyasətləri, davamı 

(l)

 

Nizamnamə kapitalı 

(ii)

 

Dividentlər 

Bankın dividentləri elan edib ödəmək imkanları Azərbaycan Respublikasının qanunvericiliyində 

müəyyən edilmiş qaydada tənzimlənir. Adi səhmlərə aid olan dividendlər elan ediliyi müddətdə 

bölüşdürülməmiş mənfəətdə əks olunur. 



(m)

 

Vergiqoyma 

M

ənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi bu və 



ya dig

ər dövrdə  vergi təsiri sair məcmu gəlirlərdə  və  ya bilavasitə  kapitalda qeydə  alınan 

əməliyyatlar istisna olmaqla mənfəət və zərərdə tanınır, birinci halda isə sair məcmu gəlirdə və ya 

bilavasit

ə kapitalda qeydə alınır. 

Cari vergi xərcləri il üzrə vergilərə cəlb olunan gəlir üzrə gözlənilən ödənilməli vergilər və əvvəlki 

illər  üçün  ödənilməli  vergilərdə  hər  hansı  düzəlişlər  daxildir.  Həmin  xərclər  hesabat  tarixində 

qüvvədə  olan  və  ya  hesabat  dövrünün  sonunda  qüvvəyə  minmiş  vergi  dərəcələrinə  əsasən 

müəyyənləşdirilir. 

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri maliyyə hesabatlığı məqsədləri üçün istifadə olunan 

aktivlərin  və  öhdəliklərin  balans  dəyərləri  ilə  vergiqoyma  məqsədləri  üçün  istifadə  olunan 

məbləğləri  arasında  olan  müvəqqəti  fərqlər  üzrə  hesablanır.  Təxirə  salınmış  vergi  aktivləri  və 

öhdəlikləri aşağıdakı müvəqqəti fərqlər üzrə uçota alınmır: nə uçot, nə də ki, vergilərə cəlb edilən 

mənfəətə təsir göstərməyən aktivlərin və ya öhdəliklərin ilkin uçotu. 

Təxirə  salınmış  vergi  aktivləri  və  öhdəliklərinin  müəyyənləşdirilməsi  hesabat dövrünün  sonuna 

Bankın öz aktiv və öhdəliklərinin balans dəyərini bərpa etməyi gözlədiyi formanı izləyən vergi 

nəticələrini əks etdirir.  

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün 

sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman 

tətbiq ediləcək gözlənilən vergi dərəcələri əsasında müəyyən olunur. 

Təxirə salınmış vergi aktivi yalnız o zaman uçota alınır ki, müvəqqəti fərqlərin, istifadə edilməmiş 

vergi itkilərin və kreditlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud 

olacağı ehtimal olunsun. 

(n)

 

Gəlirlərin və xərclərin uçota alınması 

Faiz gəlirlərinin və xərclərinin uçotu mənfəətdə və ya zərərlərdə effektiv faiz üsulu ilə aparılır. 

Kreditlərin  rəsmiləşdirilməsi  haqları,  kreditlərin  xidmət  olunması  haqları  və  kreditin  ümumi 

mənfəətliliyini  təmin  edən  digər  haqlar,  müvafiq əməliyyat  xərcləri  ilə  birlikdə  təxirə salınaraq 

effektiv faiz üsulu ilə maliyyə aktivin təxmin edilən faydalı istifadə müddəti üzrə faiz gəlirlərində 

amortizasiya olunur. 

Digər  haqlar,  komissiyalar  və  digər  gəlir  və  xərc  maddələri  mənfəət  və  ya  zərərlərdə  müvafiq 

xidmətlər göstərildiyi zaman əks olunur. 

Divident gəliri dividentlər elan edildiyi tarixdə mənfəət və ya zərərlərdə əks olunur. 

Əməliyyat  lizinqləri  çərçivəsində  edilmiş  ödənişlər  lizinq  müqaviləsinin  müddəti  üzrə  düz  xətt 

prinsipi  əsasında  mənfəətdə  və  ya  zərərlərdə  əks  olunur.  Alınmış  lizinq  mükafatları  lizinq 

müqaviləsinin müddəti üzrə ümumi lizinq xərclərinin ayrılmaz hissəsi kimi əks olunur.  

21 

 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə