AğCİYƏRİN İRİNLİ-İLTİhabi XƏSTƏLİKLƏRİ Ümumi anlayiş



Yüklə 445 b.
tarix22.03.2018
ölçüsü445 b.
#33152


AĞCİYƏRİN İRİNLİ-İLTİHABİ XƏSTƏLİKLƏRİ


ÜMUMİ ANLAYIŞ

  • Ağciyərin abses və qanqrenası ağciyərlərin qeyri-spesifik infeksion destruksiyası olub, ağciyər parenximasının nekrozu, irinli və çürüntülü prosesin inkişafı və bu zonada sonradan boşluqların əmələ gəlməsi ilə xarakterizə olunur.



ÜMUMİ ANLAYIŞ

  • Klinik təzahürünə, gedişatların ağırlığına və proqnozuna görə fərqlənən ağciyərin absesi və qanqrenasının bir qrupda birləşdirilməsinin səbəbi hər iki xəstəliyin başlanğıc fazalarının eynitipli olmasıdır.



ÜMUMİ ANLAYIŞ

  • Patoloji prosesin növbəti inkişafında xarakterik morfoloji dəyişikliklər meydana çıxdıqdan sonra xəstəlik ağciyərin infeksion destruksiyasının bu və ya digər formasına aid edilir.



AĞCIYƏRIN ABSESI

  • Ağciyər toxumasında irinli və ya çürüntülü iltihabi prosesin inkişafı zamanı formalaşan və sağlam sahədən piogen kapsula ilə məhdudlanan boşluğun əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlik ağciyərin absesi kimi qəbul olunur.



AĞCIYƏRIN QANQRENASI

  • Ağciyərin qanqrenası - başlanğıc mərhələdə ağciyər toxumasının massiv nekrozu ilə xarakterizə olunur və onun həcmindən, mikrofloranın virulentliyindən, orqanizmin ümumi vəziyyətindən asılı olaraq infeksion-destruktiv proses ətraf sağlam nahiyələrdən iltihabi-qranulyasion «yastıqla» məhdudlana bilər və ya məhdudlanma olmayan hallarda nekrotik prosesin proqressivləşməsi bütün ağciyərə yayıla bilər (ağciyərin yayılmış qanqrenası).



TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ DAXİL OLMA YOLLARI

  • Bronx-ağciyər:

      • Infeksiyanin ağız və burun-udlaqdan ağciyərə daxil olması
      • Qusuntu kütləsinin və infeksiyalaşmış materialların aspirasiyası
  • Hematogen-embolik:

      • İnfeksiyalaşmış embolların ağciyərdən kənar ocaqlardan qan dövranı vasitəsilə daxil olması (septikopiemiya, osteomielit, irinli tromboflebit və s). Təxminən 9% hallarda rast gəlinir.


TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ DAXİL OLMA YOLLARI

  • Limfogen:

      • İnfeksiyanın qonşu zonanın orqanlarının infeksion mənşəli xəstəlikləri (tonzillit, mediastinit, diafraqmaaltı abses və s) zamanı meydana çıxır. Nadir hallarda rast gəlinir.
  • Travmatik mənşəli:

      • Ağciyər toxumasının zədələnməsi zamanı infeksiyanın ağcityər toxumasına keçməsi


MEYLTÖRƏDİCİ AMİLLƏR

  • Ağciyərin infeksion destruksiyasının meydana çıxmasına şərait yaradan amillər:

      • Tənəffüs sisteminin mühafizə mexanizmlərinin pozulmasına səbəb olan tənəffüsün gigiyenasının pisləşməsi
      • İmmundefisit vəziyyətlərin tezliyinin artması (QİÇS, transplantasiya ilə əlaqədar)
      • Şəkərli diabet
      • Alkoholizm
      • Törədicilərin antibiotiklərə rezistent ştammların geniş yayılması


AĞCIYƏRLƏRIN INFEKSION DESTRUKSIYASININ TƏSNIFATI

  • I. Patogenezinə görə:

    • 1. Bronxogen (o cümlədən aspirasion və obturasion)
    • 2. Hematogen (o cümlədən embolik)
    • 3. Limfogen
    • 4. Posttravmatik
  • II. Patoloji prosesin xarakterinə görə:

    • Kəskin irinli abses
    • Kəskin qanqrenoz abses (məhdud qanqrena)
    • Ağciyərin qanqrenası (yayılmış qanqrena)
    • Xroniki abses


AĞCIYƏRLƏRIN INFEKSION DESTRUKSIYASININ TƏSNIFATI

  • III. Ağırlıq dərəcəsinə görə:

    • Ağırlaşmamış
    • Ağırlaşmış (plevranın empieması, ağciyər qanaxması, sepsis, digər ağciyərin pnevmoniyası və s)
  • Sayına və lokalizasiyasına görə abseslər:

    • a) tək; b) çoxsaylı; c) birtərəfli; d) ikitərəfli ola bilər.


RASTGƏLMƏ TEZLIYI VƏ PROQNOZU

  • Rastgəlmə tezliyi

    • Pnevmoniyalar zamanı – 2-5%
    • Döş qəfəsinin qapalı travmalarından sonra – 1,5-2%
  • Proqnozu:

    • Bu patologiyanın müalicəsində nailiyyətlərə baxmayaraq ağciyər abseslərində letallıq 10%-ə çatır, ağciyərin qanqrenasında isə həddən artıq yüksək olaraq qalmaqdadır – 40-90%.


ETIOLOGIYASI

  • Əsas törədiciləri:

    • Anaerob mikroorqanizmlər:
      • Peptosretococcus, Bacteroids, Fusobacterium species, Microaerophilic streptococcus.
    • Aerob mikroorqanizmlər:
      • Staphylococcus aureus, Streptococcus pyogens, Streptococcus pneumoniae (nadir hallarda), Klebsiella pneumoniae, Hemophilus influenza, Actinomyces species, Nocardia species və Gram-mənfi bakteriyalar.


QEYRI-BAKTERIAL PATOGEN TÖRƏDICILƏR

  • Qeyri-bakterial patogen törədicilər də ağciyər absesi törədə bilər.

  • Bu mikroorqanizmlərə aiddir:

      • 1) Parazitlər [Paragonimus , Entamoeba].
      • 2) Göbələklər [Aspergillus, Cryptococcus, Histoplasma , Blastomyces , Coccidioides].
      • 3) Mycobacterium


PATOGENEZI

  • Ağciyər toxumasında infeksion destruksiyanın meydana çıxması üçün ağciyər parenximasına sadəcə patogen mikroorqanizmlərin daxil olması kifayət deyildir.

  • Belə ki, traxeo-bronxial şaxənin drenaj funksiyası saxlandıqda və yerli və ümumi müdafiə mexanizmləri normal fəaliyyət göstərdikdə, mikrob invaziyası klinik əlamətlərlə təzahür etmir.

  • Ağciyərin kəskin infeksion destruksiyasının baş verməsi üçün bu mexanizmləri pozan patogen amillərin olması vacibdir.



ÜMUMI MÜDAFIƏ MEXANIZMLƏRINİ POZAN AMİLLƏR

  • Patogen mikrofloranın yüksək virulentliyi

  • Bronxların keçiriciliyinin və drenaj funksiyasının pozulması

  • Ağciyər toxumasının posttravmatik iltihabi və ya infeksion zonasında mikrosirkulyasiyanın pozulması



BRONXLARIN KEÇIRICILIYININ POZULMASINA SƏBƏB OLAN AMILLƏR

  • Ağciyər parenximasının massiv iltihabı zamanı kiçik bronxların selikli qişasının ödemi

  • Huşun itməsi, kəskin alkohol intoksikasiyası, narkoz, komatoz vəziyyətlər, epileptik tutmalar zamanı qusuntu kütləsinin aspirasiyası

  • Bronxların obturasiyası: Yad cisimlər, xoş və bədxassəli şişlər, parabronxial limfa düyünlərinin böyüməsi



AĞCIYƏRLƏRIN DESTRUKSIYASININ INKIŞAFINDA ROL OYNAYAN XƏSTƏLIKLƏR

  • Bronxların xroniki qeyri-spesifik xəstəlikləri

  • Alkoholizm

  • Huşun itməsi, qıcolma və udma aktının pozulması ilə müşayiət olunan nevroloji xəstəliklər

  • Qastroezofageal reflüks

  • Qida borusunun divertikulu

  • Axalaziya



AĞCIYƏRIN QAN TƏCHIZATININ POZULMASININ SƏBƏBLƏRİ

  • Ağciyərin qan təchizatının pozulması ağciyər arteriyası şaxələrinin emboliyası zamanı inkişaf edir və infarkt-pnevmoniya ilə müşayiət olunur.

  • Ağciyər arteriyası şaxələrinin emboliyası üçün şərait yaradan xəstəliklərə aiddir:

    • Septik endokardit
    • Ətraf venalarının tromboflebiti
    • Periferik və mərkəzi venaların kateterizasiyası zamanı meydana çıxan flebitlər
    • Müxtəlif lokalizasiyalı abseslər (infeksiyalaşmış trombların miqrasiyası)


PATOFIZIOLOGIYASI

  • Mənşəyindən (bakterial pnevmoniya, infarkt-pnevmoniya, septiki infarkt-pnevmoniya, aspirasion pnevmoniya) asılı olmayaraq ağciyər toxumasında iltihabi infiltrasiya zonasında bronxların selikli qişasının ödemi, spazmı, patoloji möhtəviyyatla obturasiyası nəticəsində bronxların keçiriciliyinin pozulması baş verir.



PATOFIZIOLOGIYASI

  • İnfiltrasiya və ödemin proqressivləşməsi ağciyər parenximasında mikrosirkulyasiyanın pozulmasına və ağciyər damarlarının trombozuna gətirib çıxarır ki, bu da ağciyər parenximasının nekrozuna və bu zonada patogen mikrofloranın sürətli inkişafına səbəb olur



PATOFIZIOLOGIYASI

  • Patoloji prosesin gedişindən asılı olaraq abses və ya qanqrena meydana çıxa bilər.

  • Absesin formalaşması ilə gedən destruksiya zamanı daxilində irin və nekrotik toxumalar olan və piogen kapsula ilə əhatə olunan oval formada boşluq yaranır.

  • Sonra bu boşluğun bronxlara açılması baş verir (85% hallarda) (xəstəliyin gedişinin ikinci fazası).



PATOFIZIOLOGIYASI

  • Ağciyərin qanqrenası zamanı nekrotik sahə sürətlə genişlənərək bir payı, 2 payı və ya bütün ağciyəri əhatə edir.

  • Nekrozlaşmış parenximada çürüntülü toxuma fraqmentlərinə malik çoxlu sayda boşluqlar formalaşır.



PATOFIZIOLOGIYASI

  • Məhdudlaşma olmadığından çürüntülü parçalanma məhsulları qana sorularaq ağır intoksikasiya, digər orqanların toksiki zədələnməsini törədir və ölümlə nəticələnir.



LOKALIZASIYASI

  • Sağ ağciyərin bronxlarının mənfəzi daha geniş olduğundan, xəstənin arxası üstə uzanıqlı vəzyyətində aspirasion abseslər əsasən sağ ağciyərin yuxarı payının arxa seqmentlərində və aşağı payının yuxarı seqmentində rast gəlinir.



KLINIKASI

  • Klassik ağciyər absesinin klinik gedişində 2 dövr ayırd edilir:

      • 1. Absesin bronxa açılana qədərki dövrü
      • 2. Absesin bronxa açıldıqdan sonrakı dövrü


KLINIKASI

  • Absesin bronxa açılana qədərki dövrünün klinik mənzərəsi:

      • Bədən hərarətinin kəskin olaraq 38 C-yə və daha artıq yüksəlməsi
      • Döş qəfəsində ağrılar
      • Quru və ya az miqdarda bəlğəm ifrazı ilə müşayiət olunan öskürək
      • Ümumi halsızlıq
      • Tərləmə
      • Titrətmə
      • İştahanın olmaması
      • Susuzluq


KLINIKASI

  • EÇS yüksək həddə çatır

  • Qanda hemoqlobinin səviyyəsi enir

  • Leykoformulada sola meyllik



KLINIKASI

  • Absesin bronxa açılmasından sonrakı dövr

      • Adətən xəstəliyin başlanmasından 2-3 həftə sonra baş verir.
      • Xəstələr çoxlu miqdarda irin qarışıq «bəlğəm» xaric olduğunu qeyd edirlər
      • Hərarət və intoksikasiyanın digər əlamətləri tədricən azalır
  • Leykositoz azalır

  • EÇS zəifləyir



AĞCİYƏR ABSESLƏRİNİN AĞIRLAŞMALARI

  • 1) Plevra boşluğuna açılması və empiema

  • 2) Bronxlara qanaxma və asfiksiya

  • 3) İrinin bronxlar vasitəsilə digər sahələrə yayılması və yeni abseslərin əmələ gəlməsi

  • 4) Uzaq orqanlarda metastatik abseslərin əmələ gəlməsi



DIAQNOSTIKASI

  • Absesin bronxa açılana qədərki dövrü

  • Perkussiya və auskultasiya zamanı patoloji prosesin lokalizasiyası və həcmindən asılı olaraq müxtəlif dəyişikliklər aşkar edilir

  • Absesin həcmi böyük və subplevral yerləşdikdə və plevra boşluğuna eksudasiya ilə müşayiət olunan hallarda döş qəfəsinin həmin tərəfində ekskursiyanın məhdudlaşması, perkutor səsin qısalması, tənəffüsün zəifləməsi və bəzən eşidilməməsi müəyyən edilir.

  • Ağciyərin digər nahiyələrində isə müxtəlif kalibrli quru və yaş xırıltılar eşidilir.

  • Absesin bronxa açılandan sonrakı dövr

  • Auskultasiyada destruksiya zonasında iri qovuqcuqlu xırıltılar, böyük ölçülü boşluqlar olan hallarda isə amforik tənəffüs eşidilir.



DIAQNOSTIKASI

  • Absesin bronxa açılana qədərki dövründə

  • Rentgenoloji və KT müayinədə:

      • Böyük və ya kiçik ölçülü yüksək sıxlığa malik kölgəlik müəyyən edilir.


DIAQNOSTIKASI



DIAQNOSTIKASI

  • Absesin bronxa açılandan sonrakı dövr

      • Rentgenoloji və KT müayinədə:
          • massiv infiltrasiya yerində horizontal maye səviyyəsi olan boşluq aşkar edilir.


DIAQNOSTIKASI



AĞCIYƏRIN QANQRENASININ KLINIK MƏNZƏRƏSI

  • Kliniki olaraq daha ağır gedişə malik olur

  • Çoxlu miqdarda köpüklü və pis qoxulu, “ət suyuna” oxşayan bəlğəm xaric olur

  • Həmişə kəskin nəzərə çarpan intoksikasiya əlamətləri aşkar edilir



AĞCIYƏRIN QANQRENASININ KLINIK MƏNZƏRƏSI

  • Tənəffüsün, qan dövranının, maddələr mübadiləsinin ağır pozğunluğu meydana çıxır

      • Təngnəfəslik
      • Anemiya
      • Sianoz
  • Auskultasiyada çoxsaylı müxtəlif kalibrli yaş xırıltılar eşidilir



DIAQNOSTIKASI

  • Rentgenoloji və KT müayinədə

      • Ağciyərdə hər gün böyüməyə meylli olan böyük ölçülü kölgəlik aşkar edilir.


KONSERVATİV MÜALICƏNIN PRINSIPLƏRI

  • 1. Orqanizmin müqavimətinin artırılması

      • Gigiyenik rejimə əməl olunması
      • Qidalanmanın yaxşılaşdırılması
  • 2. Absesin drenləşməsi üçün əlverişli şəraitin yaradılması

      • Bəlğəmgətirici vasitələrdən istifadə olunması
      • Bronxlara aerozol şəklində proteolitik və mukolitik preparatların yeridilməsi
      • Müalicəvi bədən tərbiyəsi və postural drenaj


KONSERVATİV MÜALICƏNIN PRINSIPLƏRI

  • 3. Rasional antibakterial terapiya

      • Həssas və geniş spektrli antibiotiklərin (aminoqlükozidlər, sefalosporinlər) sulfanilamidlər, metronidazolla kombinəolunmuş halda istifadəsi
      • Antibiotiklərin aerozol şəklində bronxlar vasitəsilə abses boşluğuna yeridilməsi
  • 4. Ürək fəaliyyətinin yaxşılaşdırılması

  • 5. Dezintoksikasion terapiya

  • 6. İmmunmodullaşdırıcı terapiyA



ANTİBİOTİKOTERAPİYA

  • Anaerob infeksiyalarda:

  • Clindamycin (bəzi anaeroblar B-laktamaza hasil etdiklərinə görə penisillin qrupu preparatlarına rezistentlik yaranır).

  • Metronidazol

  • Antibiotiklər abses boşluğuna yeridilərkən həssaslıqla yanaşı preparatın turşuluga (pH) davamlılığı da nəzərə alınmalıdır (aminoqlükozidlər)

  • Müasir tövsiyyələrə görə antibiotiklər rentgenoloji dinamika (absesin sorulması, ölçüsünün kiçilərək stabilləşməsi) əldə olunana qədər təyin olunmalıdır.



AĞCİYƏR ABSESLƏRİNDƏ CƏRRAHİ MÜALICƏNIN PRINSIPLƏRI

  • Ağırlaşmamış abseslərdə cərrahi əməliyyat nadir hallarda icra olunur.

  • Əsas göstərişlər:

  • Icra olunan əməliyyatlar:

      • Abses boşluğunun transtorakal punksiyası
      • Lobektomiya və ya pnevmoektomiya


AĞCİYƏR QANQRENASINDA CƏRRAHİ MÜALICƏ

  • Prosesin lokalizasiyasından və yayılma dərəcəsindən asılı olaraq:

      • Lobektomiya və ya Pulmonektomiya


Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə