Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 
32 
Sadə  və  mürəkkəb  hərəkət  reaksiyası  tək  növçülükdə  yüksək 
nəticə  göstərmək  üçün  mühüm  şərtlərdən  biridir.  Sürəti 
müvəffəqiyyətlə  yaxın  və  yüksək  həddə  (95-100%)  hərəkətlə 
yerinə  yetirmək mümkündür.  Lakin bu metodla işləmək çətin və 
təhlükəlidir.  Bəzən  hətta  məşq  zamanı  maksimum  yüklənmədən 
də yüksək tezliklə hərəkətlər verilir. Məsələn, yüksək nəticə əldə 
etdikdən sonra çəkini aşağı salmaqla yüngülləşdirilmiş çəkilərdən 
istifadə etmək və s. 
Sürətin  inkişafı  və  tezliyi  idmançının  sinir  sistemi  və  sinir 
əzələ  aparatının  reaktivliyindən,  elastikliyindən,  qüvvəsindən, 
oynaqların  mütəhərrikliyindən,  gərgin  vəziyyətdən  boşalmış 
vəziyyətə 
keçə 
bilmək 
bacarığından, 
əzələ 
lifləinin 
xüsusiyyətindən  sürətli  liflərin  miqdarından,  idmançının  texniki 
ustalığından və başqa fiziki qabiliyyətlərin səviyyəsindən asılıdır. 
Sürəti  artırmaq  üçün  iki  əsas  metoddan  istifadə  edilir. 
Hərəkətləri  yüngülləşdirmə,  ağırlaşdırma  metodundan  istifadə 
edilir.  Sürəti  inkişaf  etdirən  vasitələr  və  istifadə  olunan 
metodundan asılıdır. O, şəxsi çəkisini yüngülləşdirmək və  ya  ya 
ağırlaşdırmaq  müqaviməti  azaltmaq  və  ya  çoxaltmaq,  xarici 
faktorların təsiri, dozalaşdırılmış texniki vasitələr daxildir. 
Sürəti inkişaf etdirmək üçün yüngülləşdirmə üsulunda seçilən 
hərəkət asanlıqla yerinə yetirilir. Yuxarıda göstərilən metodlardan 
və  vasitələrdən  istifadə  etdikdə  idmançının  texnikasında  müsbət 
irəliləyiş bu da sürətin artmasına səbəb olur. 
Ağırlaşdırma  metodundan  istifadə  etmək  üçün  idmançıya 
verilən  hərəkətlərin  icrasında  müqavimət  artırılır.  Misal  üçün, 
dozalaşdırılmış  xarici  faktorlardan  istifadə  etmək  idmançının 
idman  alətlərində  yüklə  asılmalarda  daxildir.  Misal  üçün  ağır 
pudluq daşlar və qantellərlə hərəkətin icrası daxildir. 
Sürət-güc – qabiliyyəti – qısa vaxt ərzində maksimum böyük 
qüvvə,  enerji  (kalori)  sərf  etmək  deməkdir.  Buna  misal  olaraq 
yuxarı  gövdə  və  aşağı  ətraf  əzələlərində  bu  qabiliyyətin  inkişaf 
yolları müxtəlif olur. 


 
33 
Sürət-güc qabiliyyətinin inkişafı üçün öz çəksini dəf etmək və 
orta çəkilərdə işləməklə və xüsusi köməkçi hərəkətlərdən istifadə 
etməlidir. 
İstifadə olunan hərəkətlər həm sürət, həmdə qüvvə tələb edən 
hərəkətlər ola bilər. 
Sürət  gücün  artırılmasında  çoxlu  “təkrarlama”  metodundan 
istifadə olunmalıdır. 
Sürət-güc qabiliyyətin artırılması metodikasına əsasən məşqin 
dövürlərini nəzərə alaraq düzgün planlaşdırılmalıdır. 
Elastiklik  –  sərbəst  tərzdə  geniş  ampilitudada,  hərəkətin 
icrasının yerinə yetirmək qabiliyyətidir. 
Bu əsaəsn yaylı hərəkətlərdir. Elastiklik iki-anatomik amillər, 
əzələ-bağların  elastikliyi  və  oynaqların  mütəhərrikliyindən 
asılıdır. 
İdmançının  elastikliyi  onun  texniki  hazırlığının  icra 
keyfiyyətinin  təsiri  böyükdür.  Hərəkətin  ampilitudası  təkcə 
idmanda  dinamik,  statik  vəziyyətlərdə  bu  kəmiyyət  böyük 
əhəmiyyətə  malikdir.  Fiziki  keyifyyətlərdən  fərqli  olaraq 
elastiklik, 
hərəkət 
aparatının 
morfoloji 
və 
fizioloji 
xüsusiyyətlərindən çox asılı olur. 
İdmançının  mütəhərrikliyi  onun  dayaq  –  hərəkət  aparatının 
mütəhərriklik dərəcəsini göstərən amillərdir. 
Elastiklik müxtəlif ampiliituda da quruluş xrakterinə müvafiq 
olaraq  bükülmək,  açılmaq,  gərilmək,  boşalmaq  və  hərəkətlərin 
ampilitudası toplusudur. 
Hərəkətlərin elastikliyinə; fəal, qeyri-fəal, dinamik və statik iş 
daxildir. 
Fəal  elastiklik  –  (aktiv)  hərəkətlər  isə  oynaqlara  birləşmiş 
əzələ qrupların işi ilə təmin edilir. 
Qeyri-fəal  (passiv  elastiklik)  hərəkətlər  xarici  qüvvələrin 
təsiri nəticəsində əmələ gəlir 
Dinamik  elastiklik  –  maksimal  ampilituda  da  hərəkətlərin 
icrasına deyilir. 


 
34 
Statik  elastikliyi  –  hərəkətlərlədə  inkişaf  etdirmək  olur,  bu 
vaxt  bədən  hərəkətsizdir,  onun  hansı  bir  hissəsi  isə  maksimal 
ampilituda da hərəkəti yerinə yetirir.  
 
Bədənin  əyilmə  qabiliyyətinə  təsir  edən  faktorlar 
aşağıdakılardır; 
 
Müxtəlif  əzələ  qruplarının  sümük  –  oynaq  bağlarının 
mütəhərrikliyi və elastikliyi, idmançınını psixoloji vəziyyəti, yaşı, 
xarici  faktorların  (mühütün)  təsiri,  əzələ  qüvvəsinin  inkişaf 
dərəcəsi və masajdan ibarətdir. 
Dözümlülük – əzələ fəaliyyəti nəticəsində müxtəlif intensivlik 
zonalarına  aid  olna  fiziki  yükün  icrasının  davam  etdirilməsi 
qabiliyyətidir. Dözümlülük daha çox orqanizmin yorulmağa qarşı 
dayanmaq xüsusiyyəti kimi də xarakterizə olunur. 
Dözümülülüyün ölçüsü insanın müəyyən xarakterli intensivli 
hərəkətlərin  bacardığı  qədər  yerinə  yetirməsidir.  Bu  isə 
hərəkətlərə sərf edilən vaxta dözümlülüyün dərəcəsi deyilir. 
Dözümlülük ümumi və xüsusi ola bilər. İdmançının müəyyən 
vaxt  ərzində,  ümumi  dözümlülük,  yorğunluq  fonunda  nəticələri 
aşağı salmadan fəaliyyəti davam etdirmək səviyyəsidir. 
 Seçilmiş  fəaliyyətin  və  bu  fəaliyyətdə  yerinə  yetirilən 
hərəkətlər zamanı görülən işlər dözümlülükdür ki, bunada xüsusi 
dözümülük  deyilir.  Bütün  idman  növlərində  bu  terminlərdən 
istifadə  edilir;  sürət,  qüvvə,  tullanmalar,  statik,  dinamik  işlər 
(hərəkətlər) və başqa. 
Xüsusi dözümlülüyə aşağıdakı faktorlar aiddir; 
İdmançının sürət və gücü. 
Texniki ustalıq səviyyəsi 
Enerji  ehtiyatı,  hərəkətin  icra  vaxtı,  əzələ  işini  yerinə 
yetirərkən  yorulma  zamanı  fiziloji  funksiyaların  dayanıqlığı, 
bədənin  aerob  imkanları,  yaşı  və  bərpa  dövrü  üçün  əsas 
faktorlardandir. 
 
 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə