Ağirliq qaldiranlarin həRTƏRƏFLİ


Cəldlik və çeviklik, fiziki hazırlığın əsas göstəricisi kimi



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 
35 
Cəldlik və çeviklik, fiziki hazırlığın əsas göstəricisi kimi 
 
Cəldlik-çeviklik  dedikdə  bir  insanın  koordinasiya  cəhətcə 
mürəkkəb  hərəkət  fəaliyyətini  icra  etmək,  dəqiq  sürətdə 
koordinasiya edilmiş bir hərəkətdən dərhal digər hərəkətə keçmək 
və şəraitin dəyişməsi ilə əlaqədar olaraq gözlənilmədən meydana 
çıxan  təlabata  müvafiq  sürətdə  tez  yeni  hərəkət  axtarıb  yarada 
bilmək  qabiliyyətinin  təzahürüdür,  misal olaraq  ağırlıqqaldıranın 
gimnastın, akrobatın, gözəl, zərif və olduqca dəqiq hərəkətlərinin 
icrası  necə  məharətlə  icra  edilməsini  görsək  onda  çevikliyin  nə 
olduğunu dəqiq başaa düşərik. 
Demək  fizioloji  nöqteyi  nəzərdən,  çeviklik  –  cəldlik  şərti 
refleks  fəaliyyətinin  təzahürüdür,  bu  təzahür  çətin  hərəki 
vərdişlərin  icrası  üçün  zəruri  olan  mürəkkəb  koordinasiya 
yaratmaq  imkanından  ibarətdir.  Çevikliyin  inkişafı  qabıq  sümük 
sinir  proseslərinin  yüksək  plastikliyə  malik  olması  çevikliyin 
mühüm  şərtidir.  Plastik  sahəsində  idmançı  bir  reaksiyadan 
digərinə asanlıqla keçir və yeni əlaqələr yarada bilir. 
Çevik insan hərəkətlərinin tezliyi, dəqiqliyi ilə seçilir. Hər bir 
insan  da  cəldlik-çevikliyin  müəyyən  potensialı  vardır.  Ardıcıl 
sistemli  səylər  nəticəsində  bu  potensiyalı  cəldliyə  və  çeikliyə  öz 
fiziki  imkanları  ilə  çevirmək  mümkündür.  İdmançıda  məşq 
zamanı cəldlik – çevikliyin inkişaf etdirilməsi məşqin hazırlayıcı 
və  əsas  hissəsinin  əvvəlində  verilməlidir.  Məşqin  axırında  yəni 
tamamlayıcı  hissədə  yorğunluq  zamanında  cəldlik  az  effektilə 
inkişaf edir. 
Əzələ 
gücünün 
ayrıa-ayrı 
hərəkətlərlə 
artırılmasını 
fərqləndirilməsini  təkminləşdirmək  üçün aşağıdakı  hərəkətlərdən 
istifadə  etmək  olar.  Yerindən  uzunluğa  müəyyən  məsafəni  üç 
təkanla  tullamaq,  hündürlüyə  tullanmaq.  Dəniz  otu  (yosunla 
doldurulmuş)  topları  voleybol,  baksetbol,  tennis  və  s.  müxtəlif 
hədəfə və məsafəyə atmalar. 
Mühütə 
uyğunlaşma 
keyfiyyətinin 
təkminləşdirilməsi 
hərəkətləri. 


 
36 
1)  Yuxarı  gövdə  və  aşağı  ətraf  üçün  (əşyasız  və  əşyalarla) 
hərəkətləri gözləri bağlı ampilitudasını korreksiya etmək. 
Vaxta  görə  hərəkətlərin  icrasına  uyğunlaşdırılması  (yerimək, 
qaçmaq,  tullanmaq,  atmalar,  ağırlıqqaldırma,  ümumi  inkişaf 
etdirici hərəkətləri) cari vaxtla təyin edilmiş
2)  Azad  hərəkətlər  kombinasiyasını  verilmiş  vaxtda  yerinə 
yetirmək; 
3)  Hərəkətləri  bir  neçə  dəfə,  dəqiqliklə,  sürətlə  qüvvə  ilə 
yerinə  yetirmək.  Bu  hərəkətlər  müxtəlif  çıxış  vəziyyətlərində 
istiqamətlərdə, fazalarla, tamamlanır, yerinə yetirilir. 
Bu  hərəkətlər  isə  tarazlıq  funksiyasını  təkmilləşdrmək  üçün 
məsləhətdir. 
1.  Bu  hərəkətlər  ayaq  üstə  durmaq,  gözlərin  açıq  və  bağlı 
olması  şərti  ilə  ayağı  müxtəlif  vəziyyətlərdə  saxlamaq  və 
məhdudlaşmış sahədə tarazlığı pozulana kimi durmaq. 
Estafetlər  maneyələri  dəf  etmək  tarazlıq  elementləri  ilə 
oyunlar və s. 
Yuxarıda  göstərilən  hərəkətlərin  nəticəsi  olaraq  yüksək 
dərəcəli  idmançılarda  məşq  nəticəsində  maksimal  qüvvə,  sürət, 
dözümlülük  və  cəldlik  və  çevikliyin  xeyli  artdığı  məlum 
olmuşdur.  Bu  artım  dərəcəsi  ilə  idmançının  dərəcəsini,  məşq 
zamanı verilən yükü məşqin müddət və rejimini, idmançının fərdi 
xüsusiyyətlərini  (onun  ali  sinir  fəaliyyəti  tipini)  və  s.  göstərmək 
olar. 
Məşq  nəticəsində  çəldlik-çevikliyin  artmasına  misal  olaraq 
ağırlıqqaldıranların,  yüngül  atletlərin,  gimnastların,  idman 
oyunlarını,  suya  tullananların  və  s.  üzərində  aparılan  təcrübələr 
göstərir  ki,  hərəki  keyfiyyət  də  çox  geniş  miqyasda  hər  tərəfli 
inkişaf edir. 
 
 


 
37 
AĞIRLIQQALDIRANLARIN MƏŞQ PROSESİNDƏ  
MƏNƏVİ-İRADİ KEYFİYYƏTLƏRİNİN TƏRBİYƏ 
EDİLMƏSİ 
 
Ağırlıqqaldırmada müasir ən yüksək nəticələrin əldə edilməsi 
yalnız  idmançının  fiziki  və  texniki  hazırlıq  səviyyəsindən  asılı  
deyil,  həmdə  onun  mənəvi-iradə  keyfiyyətlərindən  də  asılıdır. 
Digər  bir-birinə  bərabər  olan  imkanlar  şəraitində  yarışların 
gedişindəki,  idman  mübarizəsində  qələbə  yalnız  möhkəm  iradə 
nəticəsində  əldə  edilə  bilər.  Qələbə  əzmi,  dözümlülükdən  başqa 
fiziki  texniki  və  taktiki  imkanlarından  bütünlüklə  və  dəqiq 
istifadə etməyə kömək göstərir. 
Mənəvi-iradi  keyfiyyətlərin  adətən  nəzərdə  tutulan  məqsədin 
həyata  keçirilməsindən  ötrü  insanın  etdiyi  müxtəlif  əməllərdə  öz 
əksini tapır. Həmən əməllər insanın əqli fəaliyyətinin və mənəvi 
simasını göstəricisi olmalıdır. 
Adətən,  nəzərdə  tutulan  məqsədin  həyata  keçirilməsindən 
ötrü  insan  etdiyi  müxtəlif  əməllərdə  onun  mənəvi-iradə 
keyfiyyətləri  öz  əksini  tapır.  Həmən  əməllər  insanın  əqli 
fəaliyyətini və mənəvi simasını göstərir. 
Buna  görədə  idman  məşqlərinin  gedişində  mənəvi-iradi  və 
intelektual  səviyyəsini  yaratmaq  lazımdır.  Bu  isə  o  deməkdir  ki, 
məşq  prosesində  idmançıların  mənəvi-iradi  keyfiyyətlərini 
tərbiyyə edilməsi işi onların əqli fəaliyyətinin inkişafına, idmanla 
məşqul  olanlarda  milli  ruhda  əxlaq  prinsiplərindən  irəli  gələn 
inam, baxış (onların) və hisslərin formalaşmasına əsaslanmalıdır. 
Nəzərdə  tutulan  məqsədə  nail  olmaq  uğrunda  mübarizədə 
insan  həmişə  müxtəlif  səviyyəli  çətinliklərlə  qarşılaşır,  həmin 
çətinliklərin  aradan  qaldırılmasından  ötrü  müvafiq  iradə  qüvvəsi 
tələb olunur. 
Buradan  iradənin  çətinliklərini  aradan  qaldırmaqla  tərbiyyə 
edilməsinin  başlıca  prinsipi  meydana  çıxır.  Deməli,  ağırlıq 
qaldıranların  iradə  hazırlığının  səviyyəsini  yüksəltməkdə 
məşqçinin  məqsədi  ilə  məşq  prosesində  yerinə  yetirilən 
vəzifələrin 
mürəkkəbliyi 
tədricən 
artırılmalıdır. 
Həmin 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə