Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 
38 
çətinliklərin  idmançılar  tərəfindən  mütləq  sərbəst  sürətdə  aradan 
qaldıırlmasına nail olmaq lazımdır. 
Ağırlıqqaldıranların  idman  fəaliyyəti  təcrübəsində  iradi 
təzahürləri müxtəlif səciyyəyə malikdir. 
Rejimə  riayət  edilməsi  ilə  böyük  çəkili  ağırlıqlarla 
hərəkətlərin  yerinə  yetirilməsi  zamanı  göstərilən  əzələ  gəginliyi 
ilə,  müəyyən  vaxt  ərzində  hərəkətlərin  ayrı-ayrı  cəhətləri 
üzərində,  diqqətin  cəmləşdirilməsi  ilə,  yorğunluğu  aradan 
qaldırılması  ilə  əzələ  ağrılarını,  böyük  çəkili  ağırlıqların 
qaldırılması  zamanı  qorxu  hissinin  komanda  yoldaşları  və 
tamaşaçılar  qarşısında  utancaqlıq  duyğularının  və  s.  aradan 
qaldırılması  ilə  əlaqədar  olaraq  iradi  səylər  özünü  büruzə  verə 
bilər. 
Dəqiq  iradi  təzahürləri  idmançının  iradi  keyifyyətləri  kimi 
qiymətləndirilir,  məqsəd  aydınlıqlı,  təşəbbüskarlıq,  qətiyyətlilik 
və  cəsarət,  inadkarlıq,  dözüm  və  soyuqqanlılıq  insanın  iradi 
fəaliyyətini xarakterizə edən başlıca keyfiyyətlərdir. 
Başlıca  olaraq  iradi  keyfiyyətlərinə  və  onların  əlamətlərinə 
əsaslanaraq  ağırqlı  qaldıranların  iradi-hazırlığı  prosesini  daha  da 
məqsədyönlü etmək mümkündür. 
Fiziki  hazırlıq  işi idmançının  fiziki  və  hərəki  keyfiyyətlərinə 
əsaslandığından  onun  göstərilən  iradi  keyfiyyərlərinin  inkişaf 
etdirilməsi də nəzərdə tutulmalıdır. 
Ağırlıqqaldıranların mənəvi və iradi keyfiyyətlərinin tərbiyyə 
olunması  və  inkişaf  etdirilməsi,  onun  məşq  və  həyat  şəraitindən 
irəli gəlir. 
Hər  şeydən  əvvəl  bu  məşqçinin  və  bədən  tərbiyyəsi 
kollektivinin  təlim-tərbiyyə 
prosesinə  məqsədyönlü  təsiri 
deməkdir.  Başlıcası  bundan  ibarətdir  ki,  idmançı  dəqiq  iradi 
keyfiyyətlərin göstərilməsini tələb edən şəraitə düşsün. 
Nəzərdə tutulan (göstəricinin) nəticələrin əldə olunması işinə 
idmançının  öz  hərəkətlərini,  düşüncələrini  fəal,  şüurlu  və  gərgin 
əməyini  tələb  etmək  bacarığı  kimi  anlaşılan  məqsədyönlülük 
tərbiyə edilməsi məşqin hər bir mərhələsindən ötrü dəqiq, yerinə 
yetirilməsi  mümkün  olan  məqsəd  qoyulmalıdır.  Yaxın  və  uzaq 


 
39 
məqsədlər ola bilər. Məsələn, gənc ağırlıq qaldıranlardan ötrü ən 
yaxşı 
məqsəd 
klassik 
hərəkətlər 
texnikasının 
mənimsənilməsindən  II-III  idman  dərəcələri  normalarının  yerinə 
yetirilməsindən ibarət ola bilər. 
Çox  illik,  perespektiv  planın  məqsədi  isə  idman  ustası 
normasını yerinə yetirməsini hesab etmək olar. 
Bu  çox  çətin  məsələdə  olsa,  hər  halda  yerinə  yetirilməsi 
mümkündür. Həmin məsələnin həyata keçirilməsindən ötrü izahat 
yolu  ilə,  başqa  idmançıların  və  idmançının  şəxsi  təcrübəsindən 
götürülmüş  inandırıcı  misallarla,  qarşıya  qoyulan  məqsədə  nail 
olmağın  reallığı  və  mümkünlüyü  barədə  idmançıda  inam 
yaratmaq lazımdır. 
İdmançının  işini  sadələşdirmək  və  asanlaşdırmaq  prespekti 
məqsədə  nail  olunması  gedişinə  daha  yaxşı  nəzarət  etməkdən, 
məşq işinin nəticələrinə qarşı böyük məqsəd aydınlığı, inamlılığı 
istiqamətini  yaratmaqdan  ötrü  mərhələlər  müəyyən  edilir.  Yəni, 
mərhələ  məqsədləri  qarşıya  qoyulur.  Adətən  bu  məqsədlər  2 
klassik  hərəkətlərin  göstəriciləri  illərə  görə  müəyyən  olunur.  Bu 
zaman həmin göstəricilərin əldə olunmasını təmin eədn xallar və 
vasitələr  göstərilir.  Bu  isə  prespektiv  məqsədi  əsaslandırır  və 
reallaşdırır.  Məqsədin  reallığı  idmançının  həvəsini  artırır,  onu 
məqsədyönlü  inadlıq  və  gərgin  təlim-tərbiyə  işinə  qarşı  daha 
böyük  mənəvi  qüvvə  ilə  silahlandırır.  İdmançının  öz  idman 
fəaliyyətinin  və  qarşısında  duran  məqsədin  (optimal)  ictimai 
mahiyyətini  dərk  etməsi,  onun  məqsəd  aydınlığını  artmasının 
mühüm şərtidir. 
İradəlilik keyfiyyətlərindən biri olan təşəbbüskarlıq, qarşıya 
qoyulan  məqsədin  əldə  olunması  sahəsində  müəyyən  şəraitdə 
idmançının  öz  şəxsi  planı  üzrə  hərəkət  etməsindən,  həm  də  bu 
zaman yaradıcılıq bacarığını göstərməsindən ibarətdir. 
Lakin  bu  heçdə  o  demək  deyilldir  ki,  şəxsi  təşəbbüskarlıq 
göstərən idmançının, məşqçinin heç bir yardıma ehtiyacı qalmır. 
Həmən  yardım  məsələnin  daha  tam  və  uğurlu  müstəqil 
həllinin üsullarını göstərmək tərzində edilir. Bu halda təşəbbüsün 
mükafatlandırılması və bəyənilməsi böyük əhəmiyyət kəsb edir. 


 
40 
Qətiyyətlilik  və  cəsarət  –  ağırlıqqaldırmada  idman 
fəaliyyətinin mühüm iradə keyfiyyətidir. 
Qətiyyətlilik və cəsarət dedikdə idman fəaliyyəti təcrübəsində 
meydana çıxan məsələnin hərtərəfli əsaslandırılmış həllini vaxtlı-
vaxtında  axtarıb  tapmaq  və  məsuliyyəti öz  üzərinə  götürməkdən 
çəkinməyərək,  həmən  keyfiyyətləri  risk  və  təhlükə  şəraitində 
həyata keçirmək bacarığı anlaşılır. 
Məhşur idmançıya qarşı birincilik uğrunda mübarizədə böyük 
çəkili ağırlığın götürülməsi, yaxud rekord nəticəsinin göstərilməsi 
lazım gəldikdə, idmançının qətiyyətliliyi və cəsarəti özünü xüsusi 
ilə büruzə verir. 
Yarışlarda  iştirak  zamanı  bərabər  qüvvəli  və  güclü  rəqiblərə 
qarşı  mübarizədə  qətiyyətlilik  və  cəsarət  daha  yaxşı  tərbiyyə 
olunur. 
Həmən iradə keyfiyyətlərini tərbiyyə etməkdən ötrü: müxtəlif 
yarışlarda tez-tez çıxış etmək lazımdır. Yarışlar idman mübarizəsi 
şəraitində  əsas  rəqiblərlə  görüşlər  idmançının  öz  qüvvəsinə 
inamını tərbiyə etməkdən ötrü ən ciddi məktəbdir, lakin ayrı-ayrı 
idmançılardan  ötrü  bütün  yarışlarda  layiqli  rəqiblər  olmaya  da 
bilər. Belə hallarda qiyabi yarışlar forması tövsiyyə edilir. 
Bundan  ötrü  məşq  salonunda  idmançıların  və  onların 
mümkün  olan  soyadı,  atasının  adı  və  idman  göstəriciləri  yazılıb 
vurulmalıdır, 
idman 
göstəriciləri 
müəyyən 
ardıcıllıqla 
göstərilməlidir.  Hazırlıq  prosesindən  idmançının  və  onun 
rəqibinin 
göstəriciləri 
dəyişildikdə, 
həmin 
siyahıdakı 
göstəricilərin  düzülüşündə  də  müəyyən  dəyişiklik  edilməlidir. 
Beləliklə,  idmançı  qiyabi  sürətdə  öz  rəqiblərinə  qarşı  mübarizə 
aparmağa  və  onlara  qalib  gəlməyi  öyrənir,  həmdə  bununla 
birlikdə  idmançının  qətiyyətliliyi,  cəsarətliliyi  və  qələbə  əzmi 
tərbiyə  olunur  və  iradə  keyfiyyəti  kimi  inad,  səy  və  fəallığının 
azalmadan,  bu  zaman  bir  sıra  o  cümlədən  hətta  gözlənilməz 
çətinlikləri  aradan  qaldıraraq  uzun  müddətli  və  gərgin  mübarizə 
aparmaq bacarığı kimi xarakterizə edilir. 
Qələbə  qazanmaqdan  ötrü  yarışlarda  idmançının  apardığı 
idman  mübarizəsinin  gedişində  əksər  hallarda  soyuqqanlılıq  və 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə