Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 
41 
dözümlülük  həlledici  rola  malik  olur.  Həmən  keyfiyyətlər 
idmançıya  özünü  idarə  etməsinə,  həm  müvəffəqiyyətli  çıxışlar, 
həmdə  uğursuz  yanaşmalar  zamanı,  ilk  yanaşmalarda  və  rəqibin 
hərəkətlərində  gözlənilməz  yüksək  nəticələr  göstərildikdə, 
hakimin  qərəzli  və  aşağı  səviyyədə  olduqda,  son  məşqlərdə 
uğursuzluq  baş  verdikdə  zədələnmə  xəstəlik  və  başqa  sözlər 
gətirməklə  öz  hisslərini  şüurlu  sürətdə  istiqamətləndirilməsinə 
imkan verir, bu keyfiyyətlər yarışların, uğursuz başlanğıcı zamanı 
idmançıya  həmdə  öz  həyəcanının  inamsızlıq  və  qorxu  hissini 
cilovlamaq imkanı verir. 
Məşq  prosesində  soyuqqanlılıq  və  dözümlülüyün  tərbiyəsi 
sahəsində yalnız müəyyən iş aparıldıqda həmən keyfiyyətlər yarış 
zamanı  özünü  büruzə  verə  bilir  bu  məqsədlə  yarışlar  qabağı 
mərhələdə  məşqlər  yarışlar  maksimum  bərabər  olan  bir  şəraitdə 
keçirilir.  Son  həddə  yaxın  və  son  hədd  çəkilərinə  daha  çox 
yanaşmalar  edilir.  Lakin  bütün  bunları  əsasən  enerjisinin 
toplamaqlarını gəldiyi yarış qabağı günlərdə etmək olmaz. 
Yarışların  gedişində  başlanğıc  yanaşmaların  uğursuz  yerinə 
yetirilməsi  zamanı  baş  verən  vəziyyətlər  olmasın  deyə  məşq 
prosesinə xüsusi olaraq diqqət yaradılır. 
Bu  zaman  son  hədd  çəkisindən  2  yaxud  5  kq-dan  az  olan 
ağırlığının qaldırılması vəzifəsi qarşıya qoyulur. 
Ayrı-ayrı hərəkətlər üzrə bir neçə yanaşmada yaxud məşqərin 
axırındakı  müəyyən  yorğunluq  vəziyyətində  maksimum  şəkilli 
ağırlığın qaldırılması tövsiyyə olunur. 
Bütün  bunları  böyük  ağırlı  çəkililərin  uğurla  qaldıracağına 
tam təminat olduğu halda etmək lazımdır. Həmən hallarda heç bir 
uğursuz yanaşma olmamalıdır. 
Məşqlərdə  yarış  üsulunun  tədbiqi  ayrı-ayrı  hallarda  iradə 
keyfiyyətlərinin  tərbiyəsinə  kömək  göstərir:  Hər  hansı  bir 
hərəkətdə  kim  daha  böyük  çəkini  (ağırlıq)  qaldırarsa,  o  həmin 
hərəkəti texniki cəhətdən daha yaxşı yerinə yetirmiş olar. 
Bəzən idmançı daha böyük çəkini qaldırmağa qadir olmasına 
baxmayaraq,  özünü  bu  hərəkəti  yerinə  yetirməyə  məcbur  edə 
bilmir,  belə  halda  idmançının  bədənini  qızışdırmaq,  onun  tam 


 
42 
səfərbər  olmasına  texnikasına  psixoloji  maniyələri  aradan 
qaldırılmasına kömək göstərmək lazımdır. 
Ayrı-ayrı hallarda ağırlığın əsl çəkisinin gizlədilməsində buna 
kömək göstərir. 
İdmançıya  xəbər  verilir  ki,  çəkinin  ağırlığı  həmişə  asanlıqla 
qaldırdığı  çəkidən  aşağı  olmalıdır,  lakin  həmən  çəki  uğurluqla 
qaldırıldıqda onun əsil çəkisi barədə idmançıya məlumat verilir. 
İdmançının  psixoloji  vəziyyətinin  müşahidəsi  və  müvafiq 
psixoloji  hazırlığı  məşq  prosesində  onun  iradə  hazırlığını  daha 
məqsədəyönlü etməyə kömək edir. 
Ağırlıq qaldıranların psixoloji vəziyyəti bir sıra amillərə görə 
müəyyən olunur. 
Lakin  məşqçi  bundan  ötrü  məşqlərdə  və  yarışlarda  apardığı 
müşahidələrdən  əldə  etdiyi  məlumatlarla  kifayətlənir.  Bununla 
əlaqədar  olaraq  idmançının  məşqlərə,  yaxud  yarışlara  necə 
hazırlaşması,  qızışdırıcı  hərəkətlərə  başlaması  və  hansı  sürətlə 
yerinə  yetirilməsinə  böyük  maraq  doğurur.  İdmançı  maksimum 
çəkinin  qaldırılmasını  nəzərdə  tutulduğu  məşq,  yaxud  yarışlara 
yaxşı  yanaşdıqda  idmançı  bu  tədbirlərə  diqqətlə  hazırlaşır, 
qızışdırıcı  hərəkətləri  yaxşı  icra  edir.  Çəkinin  qaldırılmasının 
böyük həvəslə yerinə yetirir. 
Yüksək  emosional  vəziyyətə  baxmayaraq,  hərəkətlər  dəqiq, 
yaxşı  sürətlə  tam  ampilitudada  yerinə  yetirilir.  İdmançı  fikrini 
cəmləşdirir,  diqqətini  yayındırır,  qarşısında  duran  vəzifənin 
öhdəsindən müvəffəqiyyətlə gəlir. 
Əgər məşqlər orqazmin, natamam bərpası fonunda keçirilirsə 
və  yüksək  emosialar  müşahidə  edilmirsə,  deməli  idmançı 
qızışdırıcı hərəkətləri süst (hərəkətləri) yerinə yetirir, məşq etmək 
və məşqlərdən yayılmaq istəyini açıq şəkildə büruzə vermir. 
Belə hallarda böyük çəkilərdə məşq etmək olmaz. Ən yaxşısı 
idmançının  çox  böyük  əsəb  gərginliyi  tələb  etməyən  və 
orqanizmin  bərpa  proseslərin  gücləndirən  hərəkətlərin  icrasına 
həvəsləndirməkdən  ibarət  olmalıdır.  Süstlük  anında  böyük 
çəkilərin qaldırılması cəhdləri əksərən heç bir nəticə vermir, əgər 


 
43 
məşqlə  bilavasitə  yarışlar  ərəfəsində  keçirilirsə,  əsəbilik  doğurur 
və yarışlardakı çıxışların uğurlu olacağına şübhə oyadır. 
Yarışlar  ərəfəsində  və  onların  gedişində  idmançıların 
psixoloji  hazırlığı  da  əməli  əhəmiyyət  kəsb  edir.  Yarışlarda  ilk 
dəfə  iştirak  edən  və  məşhur  idmançılarla  yarışa  çıxmaq, 
hazırlaşmaq,  idmançılardan  ötrü  bunun  xüsusi  ilə  mühüm 
əhəmiyyəti  vardır.  Yarış  yerlərinə  toplaşdıqda,  onlar  öz 
nəaliyyətlərini  sözdə,  adətən  şişirtməyə  çalışan  rəqiblərinin 
məşqlərini müşahidə edirlər. 
Psixikası  qeyri-sabit,  iradəsi  zəif  olan  idmançı  belə  söz-
söhbətlər  nəticəsində  öz  qüvvəsinə  qarşı  inamını  itirir.  Buna 
görədə  yarışların  gedişində  elə  bil  şərait  yaratmaq  lazımdırki, 
idmançının diqqəti bu kimi söz-söhbətdən yayınsın və idmançıda 
vaxtından  qabaq  gərəksiz  həyacan  və  narahatlıqlar  əmələ 
gəlməsin. 
Məşq  və  yarışlar  barədə  söhbətlər  yalnız  lazımi  hallarda 
aparılmalıdır.  Lakin  bu  heçdə  o  demək  deyildir  ki,  yarışlardan 
əvvəl  rəqiblər  barədə  onların  hazırlıq  vəziyyəti  və  qarşıdakı 
yarışlar haqqındakı söhbət gedə bilməz. Belə söhbətləri aparmaq 
lazımdır,  özüdə  bu  söhbətlər  idmançının  öz  qüvvəsinə  inamını 
daha  da  artırmalır,  idmançının  yarışlara  yaxşı  hazırlaşdığına  və 
çıxışlarının müvəffəqiyyətlə başa çatacağına əmin etməlidir. 
Rəqiblərin 
idman 
formasını 
və  hazırlıq  səviyyəsini 
idmançılardan gizlətmək olmaz. 
Rəqiblərin  gücünü  və  öz  imkanlarının  hər  tərəfli  təhlili 
yarışlarda müvəffəqiyyətin əldə olunması işinə idmançının bütün 
fikrinin  və  iradəsinin  səfərbər  edilməsinə  kömək  göstərilməlidir. 
Bu halda idmançının fiziki və texniki hazırlığındakı üstünlüklərin 
inandırıcı  izahı,  onun  orqanizmini  yaxşı  funksional  göstəriciləri, 
həmçinin  kamanda  yoldaşlarının  uğurlu  çıxışlarıda  köməyə  gələ 
bilər. 
Məşhur  yarışlarda  qalib  gəlməkdən  ötrü  böyük  çəkili  daşları 
qaldırmaq, psixoloji maniyələri dəf etmək lazımdır. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə