45
AĞIRQQALDIRMADA İDMANÇILARIN İRADƏ VƏ
TAKTİKİ HAZIRLIĞI
İradə və taktiki hazırlıq müasir məşq metodikasının ayrılmaz
hissəsinə çevrilmişdir. Əla fiziki və texniki hazırlığa malik olan
idmançıların çox vaxt yarışlarda gözlənilmədən məğlubiyyətə
uğramasının və çıxışlarının yarımçıq kəsilməsinin şahidi oluruq.
Bəs bunun səbəbi nədir? Fiziki və texniki hazırlığın aşağı
səviyyədə olmasıdımı? Məşqçilərin dediyinə görə, belə hallara
istisna edilir – qələbənin əldə ediləcəyinə heç bir şübhə ola
bilməzdi, təsadüfmü? Həmin gözlənilməz vəziyyətin təhlili çox
çətindir, halbuki məsələyə şüurlu sürətdə yanaşılarsa onun qarşısı
alına bilər. Bunun səbəbləri tamamilə başqadır:
Güclü əsəbi gərginlik, psixoloji yorğunluq əzələ qüvvəsinə
mənfi təsir göstərir.
Hazırda
dünya ağırlıqqaldıranların birincilik uğrunda
mübarizəsinin kəskinləşdiyi bir dövrdə idmançıların iradə və
psixoloji hazırlığı həmişəkinə nisbətən daha çox olması həll edici
əhəmiyyət kəsb edir.
İradə hazırlığının təkmilləşdirilməsi üsullarının bəzən biz
aydın təsəvvür edə bilmirik. Bu sahədəki mühakimələr standart
və səthi olub, əsasən hamıya məlum hərəkətlərdən başqa bir şey
deyildir: yorğunluqdan uzaqlaşmalı yarışlar dövründə fikrini
dağıtmalı, kinoya getməli, kitab mütaliə etməli, fikrini
cəmləşdirmək yaxşıca yuxulamalı və s.
Məlum məsələdir ki, hazırda bütün bunlar kifayət deyildir.
Psixoloji və iradə hazırlığının rolunu müəyyənləşdirərkən biz
əksər hallarda texniki və qüvvə hazırlığını üstün tutmaqla səhvə
yol veririk. İradə tərbiyyəsi məsələlərini isə alimlərin,
psixoloqların öhdəsinə buraxırıq. Bu çox böyük səhvdir.
Doğrudan həmin məsələnin nəzəri həlli sahəsində alimlər az
iş görməmişlər. Məgər həmən məsələni məşq və yarışlar zamanı
idmançıları daima müşahidə edən
məşqçilər həll etsələr, alimlərin
tədqiqatlarının nəticələrini yaradıcı sürətdə tədbiq etsələr düzgün
olmazmı? İdman-iradə tərbiyəsindən ötrü ən yaxşı məktəbdir.