Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 
47 
bir  səbəb,  arzu  kimi  meydana  çıxır.  İdman  fəaliyyətinin  içtimai 
əsaslarının  tərbiyəsi  milli  inamlığının,  iradə  və  xarakterik 
cizgilərinin milli ruhda, ideyalarının tərbiyə edilməsi deməkdir. 
Vətənin  şöhrətini  artırmaq,  kollektiv  borcu  ölkəmizin 
hüdudlarından  kənarda  idmançılarımızın  böyük  sücayət  və 
yenilməzlik göstərməsinə kömək edən başlıca mənəvi ideyalardır. 
İradə  özlüyündə  həlledici  amil  deyildir.  Lakin,  lazımlı  fiziki 
texniki  hazırlıq  sahəsində,  iradə  başlıca  keyfiyyətə  çevrilə  bilir. 
Müvafiq  fiziki  və  texniki  hazırlığa  əsaslanmadan  iradə  səylərinə 
idmançının  təhrik  edilməsi,  idmançının  iradə  hazırlığına  yalnız 
zərər vura bilər. 
Hazırlığın  naqisliyi,  iradə  gərginliyi  ilə  əvəz  edilə  bilməz. 
Rekord  çəkinin  qaldılırmasından  ötrü  bir  iradə  kifayət  deyildir: 
Qarşıya  qoyulan  vəzifənin  həyata  keçirilməsindən  ötrü  müvafiq 
fiziki  və  texniki  hazırlığın  olması,  iradəni  təsiri  heç  bir  səmərə 
vermir.  Yalnız  iradəsinin  səyi  ilə  arzusunun  gücü  ilə  N.Paşayev 
181 kq-lıq ağırlığı birdən qaldıra bilməzdi. Bundan ötrü ayaq bel 
və  yuxarı  ətrafın  gücünün  uzun  müddət  ərzində  inkişaf  etməsi 
əzələ  qüvvəsinin  artması  və  texnikanın  təkmilləşdirilməsi  vacib 
idi. 
Dünya  rekordunun  vurulması,  idmançının  iradəsinin 
nəticəsində buna nail olmuşdur. Niyyətinin möhkəmliyini, həmin 
göstəricinin  yerinə  yetirilməsinin  reallığını  dəfələrlə  yoxlamaq 
tələbini  qarşıya  qoyulmuşdur.  Buna  görə  də  dünya  rekordunun 
əldə  edilməsindən  ötrü  lazım  olan  gərginliklərə  məşq  şəraitində 
idmançının  əzələləri  və  iradəsi  dəfələrlə  gərginliyə  məruz 
qalmışdır. 
Beləliklə  iraədnin  tərbiyəsi  maneələrin  aradan  qaldırılması 
bacarığının  formalaşması  yalnız  müvafiq  idman  növünə  aid 
texniki  taktiki  və  fiziki  hazırlıq  əsasında  mümkündür.  Müvafiq 
fiziki  texniki  və  taktiki  hazırlığa  əsaslanmadan  iradə  səylərinə 
qarşı hər cür meyillər, iradə hazırlığına yalnız zərər vura bilər. 
Hər  idman  növündəki  maneələrin  aradan  qaldırılmasının 
özünə məxsus xüsusiyyətləri vardır. Lakin elə maneələr vardır ki, 
bunlar  bütün  idman  növlərnə  görə  səciyyəvidir.  Ümumi  spesifik 


 
48 
maneələrin 
aradan 
qaldılrılması 
üçün 
xüsusi 
iradə 
keyfiyyətlərinin inkişaf etdirilməsi tələbi qarşıya qoyulur. 
Buna  görədə  iradə  tərbiyəsindən  danışarkən  biz  ümumi  və 
xüsusi  çətinliklərin  aradan  qaldırılması  prosesində  ümumi  və 
xüsusi iradə tərbiyyəsindən söz aça bilərik. 
Ağırlıqqaldıranlara  məxsus  iradə  keyfiyyətlərinin  tədbiqini 
tələb edən hərəkətlərin məşq prosesində müntəzəm sürətdə yerinə 
yetirilməsi  ağırlıqqaldıranların  iradə  keyfiyyətlərinin  tərbiyyə 
edilməsinin başlıca vasitəsidir. 
Aşağıdakı  cəhətlər  çox  vaxt  qətiyyətsizliyin  meydana 
çıxmasına səbəb olur: 
1.  Daha  güclü  rəqib  qarşısında  qorxudan hazırlıqdakı  texniki 
qüsurlardan 
irəli 
gələn 
inamsızlıqdır.  Bunların  aradan 
qaldırılması  rəqibin  bir  o  qədərdə  qorxulu  olmasına  inam 
oyadılması,  idmançının  inamsızlıq  hissini  tərk  etməsinə  kömək 
göstərir. 
2. 
Yarışların 
gedişindəki 
zədələr, 
yaxud 
böyük 
uğursuzluqlardır:  belə  hallarda  uğursuzluğun  səbəblərini  təhlil 
etmək, zədələri sağaltmaq və məşq prosesində son hədd çəkilərini 
bir neçə dəfə qaldırmağa cəhd göstərmək lazımdır. 
3.  Tamaşaçıların,  hakimlərin  iştirakına  vərdiş  edilməməsi:  - 
ağırlığın  qaldırılması  zamanı  mümkün  ola  bilən  uğursuzluq 
barədə fikirlərdir. 
Hər  şeydən  əvvəl  qətiyyətsizliyin  səbəbi  aşkar  olunmalıdır. 
Qətiyyətliliyin  tərbiyyə  edilməsindən  ötrü  icrası  müəyyən  qədər 
risk ilə əlaqədar oln və qroxu hissinin aradan qaldırılmasını tələb 
edən hərəkətlər tədbiq edilir. 
Ağırlıq  qaldıranların  qətiyyətliliyinin  xüsusi  olaraq  inkişaf 
etdirilməsi  məqsədilə  məşqlərə  yoxlama  hərəkətlər,  yarışlarda 
iştirak etmək kimi tədbirlər daxil edilir. 
Dəqiq  olaraq  misallara  əsaslanan  söhbətlərin  keçirilməsi, 
idmançının  öz  qüvvəsinə  inamının  oyadılması  qətiyyətliliyini 
tərbiyyə edilməsi sahəsində böyük əhəmiyyətə malikdir. 
İdmançının  hissiyatına  təsir  etmək,  ona  öz  imkanlarını  başa 
salmaq bacarığı da mühüm rol oynayır. 


 
49 
Bacarıq  məşqin  vacib  keyfiyyətidir: - bacarıq böyük çəkili 
ağırlıqlara dözməyə, idman ustalığını durmadan artırmağa kömək 
göstərir. 
Dözüm  və  soyuqqanlılıq  birlikdə  bacarıq,  bütün  hərəkətlər 
üzrə  ilk  yanaşmadan  son  yanaşmaya  qədər  idmançının  öz 
enerjisini  və  fəallığını  qoruyub  saxlamasına,  yarışlara  tamamilə 
“birnəfəsə” başa çatmasına imkan verir. 
İradə və soyuqqanlılıq. Başlanğıc mərhələsindəki həyacnların 
aradan qaldırılmasına, yarışlarda ilk uğursuzluq baş verərsə, axıra 
qədər var qüvvəsi ilə yarışmağa ruh düşkünlüyünə üstün gəlməyə 
hətta rəqib gözlənilmədən müvəffəqiyyət qazandıqda belə inamla 
hərəkət etməyə kömək göstərir. 
Məşqlərin  müvəffəqiyyətli  olmasının  başlıca  səbəblərindən 
biridə idmançıların həmən prosesə marağından ibarətdir. 
İdman  növünə  qarşı  bağlılıq  olmazsa,  kollektivin  idman 
həyatında  fəal  iştirak  etməyə  həvəs  göstərilməzsə  məşq  səyləri 
heç  bir  səmərə  verməz.  İdmançının  məşqləri  səbirsizliklə 
gözləməsi  onun  məşq  etmək  istəyi  artırır.  Idmançıdan  ötrü 
lazımsız  (gərəksiz)  bir  məcburiyyət  çevrilən  uzun  müddətli 
gərginlik  əsəbiliyə,  süstlüyə  səbəb  olur.  Məşqdən  imtina  etməyə 
gətirib çıxarır. 
Məşq  yükünün  ardıcıl  sürətdə  artırılmasını  nəzərdə  tutan 
məşq  işinin  hökmən  və  müntəzəm  sürətdə  yerinə  yetirilməsi, 
iradə tərbiyyəsinin vacib şərtlərindən biridir. 
Nəzərdə 
tutulan 
tədbirləri 
həyata 
keçirmək 
geriyə 
çəkilməmək, yarımçıq işi sonraya saxlamaq vacibdir. 
Səmimilik,  yekdil  kollektivdə  məşqlər  daha  böyük  səmərə 
verir,  belə  məşqlərə  daha  böyük  maraq,  həvəs  doğurur. 
Müntəzəm  sürətdə  rəy  mübadiləsi  keçirməyə,  bir-birinə  nəzarət 
etməyə, texnikanın daha tez mənimsəməyə imkan verir. 
İdmançının “kollektivdə, kollektiv vasitəsi ilə və kollektivdən 
ötrü”  tərbiyyə  etmək  barədə  məşqçi  qayğısı  idman-məşqinin 
başlıca vəzifələrindən biri olmalıdır. 
İdmançının  iradə  keyfiyyətlərinin  formalaşmasından  ötrü 
kollektiv ən yaxşı mühütdür. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə