Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 
56 
özündə  inam  yaradır.  Başlanğıc  ağırlıq,  qızışdırıcı  hərəkətlər 
zamanı  götürülən  maksimum  ağırlıq  7,5-10  kq  çox,  yarışlar 
zamanı  qaldırılması  nəzərdə  tutulan  çəkidən  də  bir  o  qədər  az 
olmalıdır. 
Adətən,  ilk  uğurlu  yanaşmadan  sonra  hədsiz  həyacan 
tamamilə yox olur, sonra özünü ələ alaraq sərbəst növbəti çəkinin 
qaldırılmasında onda inam yaranır. 
İkinci  yanaşmanın  vəzifəsi  –  qazanılan  nailiyyəti  inkişaf 
etdirməkdən,  təxminən  ən  yaxşı  nəticəyə  bərabər  olan,  son  hədd 
çəkisinə yaxın ağırlığın qaldırmaqdan ibarətdir. 
Ağırlığı nə qədər artırmaq olar? 
Həmin  məsələnin  həlli  ilk  yanaşmanın  müvəffəqiyyətli 
olmasından,  vərdişdən,  ağırlığın  yüngül  qaldırılmasından, 
idmançının idmançının əhval-ruhiyyəsindən və rəqibin texniki və 
xüsusi fiziki hazırlığından asılıdır. 
Üçüncü  yanaşmada  idmançı  son  hədd  göstəricisinə  nail 
olmalı, yaxud ikinci yanaşmanın uğursuzluğunu təshih etməlidir. 
Üçüncü  yanaşmada  idmançı  sonra  hədd  göstəricisinə  nail 
olmalı, yaxud ikinci yanaşmanın uğursuzluğunu təshih etməlidir. 
Yanaşmaların  dəqiq  planlaşdırılması  cəhdlərinə  görə 
idmançının  qüvvəsinin  bölüşdürülməsinin  nə  qədər  mühüm 
əhəmiyyətə malik olduğu barədə danışmaq olar. 
İdmançının  riskə  gedərək  yarışları  özünə  görə  maksimum 
çəkidən başlamaq kimi  yanlış taktikası özünü doğrultmadı və bu 
nəticələr barədə misallar heçdə az deyildir. 
İdmançının  bütün  səyləri  nəzərdə  tutulan  çəkinin 
qaldırılmasına  yönəldilməlidir.  Rəqib  barədə  az  düşünmək 
lazımdır, idmançı ən çox özünün döşəmə üstündəki hərəkətlərini 
düşünməlidir,  çünki  bu  hərəkətlərin  uğurlu  icra  olması  rəqib 
üzərində qələbəni təmin edir. 
İdman mübarizəsinin gedişində riskə yer verilə bilərmi? 
Əgər  risk  özünü  doğrulda  bilərsə  və  idmançının  real 
imkanlarına  əsaslanarsa  ona  yol  verilə  bilər.  Əksər  hallarda 
mübarizənin 
başlanğıcında 
idmançının 
daha 
böyük 
müvəffəqiyyət  qazanmasına  şərait  yaradan  yeni  qüvvə  ehtiyatı, 


 
57 
gözlənilməz imkanlar meydana çıxır. Ağırlığı qaldırıb lazımi xalı 
udub  komandanı  təmin  etdikdən  sonra,  idmançı  sərancamında 
olan cəhtdən istifadə edərək riskə gedə bilər: 
Öz nəticəsini daha da yaxşılaşdıraraq sonra isə rekord vurmaq 
üçün səy göstərə bilər. Bu şərtlə  
yaxın rəqiblərin hərəkətlərinə nəzarət edilməlidir. 
Onların  naliyyət  və  uğursuzluqları,  hərəkətləri  asanlıqla, 
yaxud  çətinliklə,  dəqiq  müvəffəqiyyətsiz  icra  etməsi,  müxtəlif 
yanaşma variantları qabaqcadan müəyyən edilən yanaşma və çəki 
artımları planlarınn dəyişdirilməsinə səbəb ola bilər. 
Ağırlıqqaldıranların  öz  taktikası  vardır,  onu  qabaqcadan 
planlaşdırmaq lazımdır. Çox vaxt yarışın müvəffəqiyyəti düzgün 
müəyyən edilmiş taktikadan asılı olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
58 
TAKTİKİ HAZIRLIĞIN PSİXOLOGİYASI 
İdmançının  taktiki  ustalığı,  onun  müasir  idmanda  atletik 
hazırlığın  4  istiqaməti  –  fiziki,  taktiki,  texniki  və  psixoloji 
hazırlıq əsas götürülür. 
Fiziki  keyfiyyətlərin  zəif  inkişafı,  idmançının  taktiki 
ustalığının  artmasına  mane  olur.  Texniki  hazırlıq  da  idmançının 
taktiki fəaliyyətinin səmərəsinə təsir edir. Taktiki ustalıq müxtəlif 
psixi  proses  və  funksiyaların  –  qavrayış,  təsəvvür,  diqqət, 
təfəkkür və s. tələb olunan inkişafı olmadan qeyri-münkündür. 
Taktiki  hazırlıq  ən  əvvəl  fiziki,  texniki  və  psixoloji 
keyfiyyətlərlə  sıx  bağlıdır.  Belə  ki,  fiziki  inkişafın  tələb  olunan 
səviyyədə  olmaması  idmançıların  taktiki  ustalığına  mənfi  təsir 
edir.  Taktiki  hazırlıq  həm  də  psixi  proseslər  zamanı  qavrayış, 
təsəvvür, diqqət, təfəkkür və s. ilə həmahəng inkişaf edir. 
İdman  fəaliyyətinin  nəzəri  əsaslarında  deyilir  ki,  taktika  öz 
quruluşuna görə üç mühüm amili təcəssüm etdirir.  
1.  İdman şəraitinin qavranılması,  
2. Taktiki məsələlərin fikrən həll edilməsi  
3. Psixoloji fəallıqla icrası.  
Birinci  amil  mahiyyət  etibarı  ilə  ilkin  mərhələ  hesab  olunur. 
İdmançının  tam  və  dəqiq  məlumatlar  toplamaq  bacarığı  ilə 
səciyyələnir. 
Fəaliyyətin  nəticəsi  ondan  zövq  almaq,  daxili  psixoloji 
rahatlıq,  insanın  hiss  və  həyacanları  və  s.lər.  Əksər  hallarda 
insanın psixoloji hazırlığın onun fəaliyyət hazırlığından asılıdır. 
İdmançının  psixoloji  hazırlığı,  idmanda  təlim-tərbiyə 
prosesinin  bir  tərəfidir.  Burada  onun  son  məqsədi,  idmançının 
münasibətlər  sisteminin  dəyişdirilməsi  yolu  ilə  idman  üçün 
həlledici əhəmiyyət kəsb edən şəxsiyyətin təşəkkülü və təkmilləş-
dirilməsinin həyata keçirilməsindən ibarətdir. 
Bu prosesin başlıca vəzifəsi idmançının psixoloji hazırlığının 
yaxşılaşdırılması və təşkilindən ibarətdir. 
Uzunmüddətli  məşq  proseslərinə  psixoloji  hazırlıq,  xeyli 
əvvəldən  başlayır  və  ümumi  psixoloji  hazırlıq  adlanır.  Yarışlara 
hazırlıq  isə  xüsusi  psixoloji  hazırlıq  deyilir.  Ümumi  və  xüsusi 


 
59 
psixoloji hazırlıqları arasında digər tədbirlər keçirilir ki, bunun da 
məqsədi,  idmançının  son  mərhələsindəki  psixoloji  vəziyyətini 
əhmana salmaqdan ibarətdir. 
Psixi  vəziyyətin  səhmana  salınması  proqramı  geniş  psixoloji 
hazırlığın bir növ ixtisar variant hesab olunur. 
Şəxsiyyətin təşəkkül tapması və təkmilləşdirilməsi, hazırlığın 
son  məqsədidir.  Gündəlik  tədbirlərin  keçirilməsində  vəzifə  daha 
konkret  qoyulur.  İdmançıda  elə  xoşagəlməli  psixi  vəziyyət 
yaranmalıdır  ki,  məqşlərin  və  yarışların  müvəffəqiyyətlə  təşkili 
və  aparılması  təmin  edilsin.  Məsələn,  bir  idmançı  həmişə 
məşqçinin  tapşırıqlarını  keyfiyyətli  və  məhsuldar  yerinə  yetirir, 
bir  başqası  isə  onun  candərdi  icra  edir.  Birincidə  işgüzarlıq, 
məşqetmə  prosesinə  vicdanlı  münasibəti  göstərir,  yəni  şəxsi 
xassiyyətlərini  büruzə  verir,  ikinci  isə  günü  ilə  yaşayır  yeni 
əhvali-ruhiyyəsini təzahür etdirir. 
İdmançının,  sxemi  öz  əksini  tapır  ki,  bunun  da  əsasını  psixi 
hadisələrin  üç  əsas  təkmil  qrupu  –  proseslər,  vəziyyətlər  və 
xüsusiyyətlər  təşkil  edir.  Qeyd  olunanlar  göstərir  ki,  idmançının 
psixoloji  hazırlığında  məqsəd  şəxsi  xüsusiyyətlərin  təşəkkülü  və 
təkmilləşdirilməsindən 
ibarətdir, 
məşqləri 
və 
yarışların 
müvəffəqiyyətini təmin edir. 
İdmançının psixoloji hazırlığını əsasən məşqçi həyata keçirir. 
Lakin  buraya  daxil  olan  bütün  cəhətləri  əhatə  edə  bilməz. 
Məsələnin  həllində  peşakar  təcrübəli  psixoloq,  pedaqoq,  idman 
rəhbərləri,  idmançıların  valideynləri  və  başqaları  onun  yaxın 
köməkçiləri  iştirak  edirlər.  Lakin  psixoloji  hazırlığın  bütün 
proseslərini  yalnız  məçqçi  idarə  edir.  Rəhbərliyin  düzgün  və 
savadlı  aparılması  üçün  o  özü  psixoloji  cəhətdən  hazırlıqlı  və 
bilikli olmalıdır. İdman növü üzrə psxioloji biliklərə malik olmaq, 
yaranmış  vəziyyətlərdə  idmançıya  təsir  etmək,  məşqlərdə, 
xüsusilə yarış zamanı baş verən gərgin şəraitlərdə belə özünü ələ 
almaq  bacarığını,  məşqçinin  psixoloji  hazırlığının  ən  mühüm 
xüsusiyyətləridir. Psixi hazırlıqda məşqçinin əsas köməkçisi onun 
fəaliyyətinin  başlıca  motivi,  yetirmələrinin  əldə  etdiyi  nəticələr, 
qazandıqları isə qələbələr və idman şöhrətidir. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə