Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə2/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   2   3   4   5   6   7   8   9   ...   30

 

3)  Mənəvi-iradi 
hazırlığı 
yaxşılaşdırmaq 
“Yarış 
keyfiyyətlərini mökəmləndirmək” 
4)  Hərəkətlərin  texnikasında  düzgün  yiyələnməyə  mane  olan 
fiziki hazırlıqdakı çatışmamazlıqları aradan qaldırmaq və s. 
Ümumi  fiziki  hazırlığın  əsas  mahiyyəti  idman  formasını 
inkişaf  etdirilməsi  üçün  mümkün  qədər  möhkəm  bazanın 
yaradılmasının  təşkil  edilməsidir.  Bu  təməl  ümumi  fiziki 
hazırlığın  yaradılması  və  təkmilləşdirilməsi  üçün  əsas  şərtlərdən 
hesab  edilir.  Orqanizmin  ümumi  funksional  səviyyəsinin  onun 
imkanlarının 
yüksəldilməsi, 
hərəki 
vərdişlər 
fondunu 
zənginləşdirməsini ümumi fiziki hazırlıqla üzvi surətdə bağlıdır. 
İdman  ixtisasında  idmançının  bacarıq  vərdişlərinin  səviyyəsi 
də, ümumi fiziki hazırlığın səviyyəsindən xeyli asılıdır. 
Buna  görədə  məşqin  məzmun  mahiyyətinin  əsas  hissəsi 
ümumi fiziki hazırlıq təşkil etməlidir. Lakin bunu belə düşünmək 
səhv  olardı  ki,  məşqlərin  bütün  əksəriyyətinin  əsas  hissəsini 
ümumi fiziki hazırlıq tutmalıdır. 
Qeyd  etmək  yerinə  düşər  ki,  ümumi  fiziki  hazırlığa  verilən 
saatların  miqdarı  yükün  ümumi  həcmi  idmançını  əvvəlcədən 
fiziki  hazırlıq  səviyyəsindən  onun  ixtisaslaşdığı  idman  növünün 
xarakterindən,  idmançının  məşq  stajından  və  başqa  səbəblərdən 
asılıdır. 
Ümumi  fiziki  hazırlıq  məşq  ilinin  hazırlıq  dövründə,  qalan 
dövrlərə nisbətən daha çox yer tutur. 
Hazırlıq  dövrünün  ilk  mərhələlərində  ümumi  fiziki  hazırlığa 
daha  çox  diqqət  verilməlidir.  Ümumi  fiziki  hazırlıq  zamanı, 
məşqin  hazırlıq  dövründəki  inkişafının  xarakterik  cəhətlərindən 
biri  odur  ki,  bu  dövrdə  həm  yükün  həcmi,  həm  də  intensivlik 
getdikcə artırılır, lakin üstünlük bu zaman həcmə verilir. 
Ümumi  fiziki  hazırlıq  mərhələsində  idman  formasını  bərpa 
edəcək əsas işlər yerinə yetirilir. 
İntensivlik  isə  çox  ehtiyatla  və  tədriclə  artırılır.  İdman 
məşqinin  əsas  dövründə  isə  yükün  həcmi,  yəni  ümumi  fiziki 
hazırlıqla  verilən  yükün  həcmi  xeyli  azaldılır,  intensilik  isə 


 

tədricən yüksəldilir. Məşqin əsas dövründə ümumi fiziki hazırlıq 
səviyyəsinə görə xüsusi fiziki hazırlıqdan geridə qalır. 
Ümumi  fiziki  hazırlıq  idmançının  məşq  etmək  səviyyəsini 
müəyyən  edən  əsas  vasitələrdən  biridir.  Ümumi  fiziki  hazırlığa 
verlən vaxt, dövrün müddətindən də xeyli asılıdır. 
Ümumi  fiziki  hazırlığın  inkişaf  etdirməyin  əsas  yolları 
aşağıdakılardır:  “Öz”  idman  növündə  olan  hərəkətlər;  başqa 
idman növlərindən olan çoxlu hərəkətlər dairəsi daxil edilməlidir. 
Ümumi  fiziki  hazırlıq  hərəkətlərindən  ən  geniş  yayılmışları 
bunlardır: 
a) kros qaçışı 
b) ağırlıqla yerinə yetirilən hərəkətlər 
v) ümumi inkişaf etdirici xarakter daşıyan gimnastika    
    hərəkətləri 
q) idman oyunları 
d) üzgüçülük 
e) xizək sürmək və s. 
 
 


 

XÜSUSI FIZIKI HAZIRLIQ VƏ ONUN  
IDMANÇILARIN HAZIRLIĞINDA YERI 
 
Xüsusi 
fiziki 
hazırlıq 
ümumi 
fiziki 
hazırlığın 
xüsusiləşdirilmiş  formasıdır.  Xüsusi  fiziki  hazırlığın  qarşısında 
duran  vəzifələr,  təbiidir  ki,  bir  qədər  dar  və  spesifikdir.  Bu 
vəzifələri aşağıdakı kimi qruplaşdırmaq olar. 
1. Mövcud idman növü üçün zəruri olan fiziki keyfiyyətlərin 
mükəmmələşdirilməsi. 
2.  “Öz”  idman  növünün  texniki-taktiki  təkmilləşməsini 
müvəffəqiyyətlə həyata keçirməyə imkan verən hərəki vərdişlərin 
daha üstünlüklə inkişaf etdirilməsi. 
3.  Xüsusi  hərəkətləri  yerinə  yetirərkən  əsas  yükü  daşıyan 
əzələlərin və əzələ qruplarının ayrılıqla inkişaf etdirilməsi. 
Bu  mərhələdə  məşqlər  elə  qurulur  ki,  idman  formasının 
bilavasitə  bərpa  olunması  təmin  edilməsi.  Ümumi  fiziki  hazırlıq 
mərhələsilə idman formasının təməli yaradılırsa, yaxşılaşdırılırsa, 
xüsusi 
fiziki 
hazırlıq 
mərhələsində 
hər 
iki 
hazırlq 
əlaqələndirilməli,  vahid  bir  məqsədə  yönəldilməli,  idmançının 
məqsədli hazırlığının harmonik komponentlərinə çevrilməlidir. 
Bu  baxımdan  da  məşqlərin  məzmununun  bütün  tərəfləri  və 
vəsaitlərini elə səfərbərliyə almaq lazımdır ki, bunlar idmançının 
xüsusi məşqetmə səviyyəsini kifayət qədər yüksəltməklə bərabər, 
seçilmiş  idman  növünün  taktiki-texniki  vərdiş  və  bacarıqları 
dərindən mənimsənilmiş olsun. 
İdmançının  idman  forması  qarşıdakı  yarış  fəaliyyətini 
modelləşdirən  və  ya  həmin  fəaliyyəti  tamamilə  əvəz  edə  bilən 
hərəkətlərin  məşq  prosesinə  müntəzəm  surətdə  daxil  edilməsi 
nəticəsində  formalaşır  və  təkmilləşdirilir.  Məhz  buna  görə  də 
ümumi  fiziki  hazırlığın  əhəmiyyəti  nə  qədər  böyük  olsa  da, 
xüsusi  fiziki  hazırlıq  mərhələsində  onun  miqdarı  azaldılır  və 
bunun əksinə olaraq, xüsusi fiziki hazırlığın miqdarı xeyli artırlır. 
(Təxmini olaraq məşqlərə ayrılan ümumi vaxtın 60-70%). 
Xüsusi  hazırlığın  qurtaran  mərhələsində  yarışların  təşkili  və 
keçirilməsi xüsusi əhəmiyyəti kəsb edir. 


 

Məşqlərin  tərkibinə  tez-tez  yarış  xarakterli  hərəkətlər  daxil 
edilir  ki,  bunlarda  yenə  hazırlıq  xarakteri  daşıyır.  (“seçmə”, 
kontrol  məşq  yarışları  və  s.)  və  məşqlərin  tərkibinə  üzvi  surətdə 
daxil olur, qarşıdakı əsas yarışlara hazırlığın əsas vasitəsi rolunu 
daşıyır. 
Bununla  əlaqədar  olaraq,  bu  mərhələdə  keçirilən  məşqlərin 
tipik nümunələrindən biri kontrol hazırlıq yarışlarıdır. Bu yarışlar 
məsul  yarışlar  olmayıb,  yalnız  xüsusi  fiziki  hazırlıq  məqsədi 
güdür.  Belə  yarışların  rəsmi  şəkildə  də  keçirmək  olar,  lakin  bu 
şərtlə ki, bu yarışlar öz xüsusi hazırlıq mənasını itirməsin. 
Xüsusi  fiziki  hazırlıq  mərhələsində  məşq  yüklərinin  bütün 
parametrləri  eyni  səviyyədə  yüksəltməkdə  davam  etmir.  Bu 
mərhələdə,  hər  şeydən  əvvəl,  xüsusi  hazırlıq  və  yarış 
hərəkətlərinin  mütləq  intensivliyi  yüksəlir  ki,  bunlar  da 
sürətin,tempin,  qüvvənin  və  sürətli  -  güc  keyifyyətlərinin 
inkişafında  öz  əksini  tapır.  Göstərilən  hərəkətlərin  intensivliyi 
artdıqca ilk əvvəl yükün ümumi həcmi sabitləşir, sonra isə yavaş-
yavaş azaldılır. 
Bu,  onunla  əlaqədardır  ki,  əvvəla,  xüsusi  hazırlıq 
mərhələsində  məşqetmə  səviyyəsin  inkişaf  etdirən  əsas  faktor 
sayılan intensivliyi artırmaq üçün zəruri şərait yaradır. İkincisi isə 
ümumi  fiziki  hazırlıq  və  xüsusi  hazırlıq  mərhələsinin  ilk 
dövründə  orqanizmin  böyük  fiziki  yüklərdən  aldığı  yorğunluğu 
aradan  qaldırmaq  üçün  yükün  ümumi  həcmi  aşağı  salınmalıdır. 
Bu dediklərimiz xüsusi hazırlıq mərhələsinin orqanizmi yarışlara 
ciddi  hazırlamaq  baxımından  hansı  əhəmiyyətə  malik  olduğunu 
bir  daha  parlaq  sürətdə  göstərir.  Yalnız  yükün  ümumi  həcmini 
müəyyən  bir  müddət  ərzində  aşağı  salmaq  və  intensivliyi 
yüksəltməklə  qarşıdakı  yarışlarda  qazanılan  idman  nailiyyətləri 
üçün  lazımı  şərait  yaratmaq  olar.  Yükün  həcmini  aşağı  salınma 
səviyyəsi  onun  ümumi  hazırlıq  mərhələsindəki  həcmindən  çox 
asılıdır. 
Yükün  həcmini  azaldılması  əvvəlcə  ümumi  hazırlıq 
hərəkətlərinin hesabına baş verir. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə