Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə20/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 
63 
İdmançının  iradəsi  yalnız  şüurlu  tərzdə  çətinlikləri  aradan 
qaldırma  prosesində  innkişaf  edir  və  möhkəmlənir.  İdman 
mübarizəsində idmançının iradi keyfiyyətlərinin tərbiyə olunması 
məşqlərdə, yoxlama və yarış proseslərində fiziki taktiki və texniki 
cəhətdən,  eləcə  də  dözümlük  baxımından  güclü  rəqiblərə 
mübarizə  şəraitinin  yaranması  ilə  mümkündür.  Məşqçilər  təlim 
proqrama  daxil  etməlidirlər.  Yarış  formasında  keçirilən 
məşğələlər  məşqçiyə  imkan  verir  ki,  idmançının  iradi 
keyfiyyətlərini  müəyyənləşdirsin  və  onun  tərbiyə  olunmasına 
kömək etsin. 
İdmançılarda  yüksək  əxlaqi  və  mənəvi  mədəniyyətin  tərbiyə 
olunması  məşqçilər  qarşısında  duran  az  əhəmiyyətli  məsələ 
deyildir.  İdmançıların  mənəvi  keyfiyyətlərinin  tərbiyyə 
olunmasında məşqçinin şəxsi nümunəsi xüsusi əhəmiyyət daşıyır. 
Məşqçilərin bunu daim yadda saxlamaları olduqca vacibdir. 
Yarışlar zamanı məşqçiləri həyacanlandırır, onları düşünməyə 
vadar  edir,  şübhəyə  salır,  inandırmağa,  yeni  dəlillər  axtarmağa 
sövq  edir.  Sonra  işgüzarlıqla  aparıcının  istiqamətləndirdiyi, 
dostcasına  gedən  fikir  mübadiləsində  idman  yarışları  və 
məşqlərin  bu  vəya  digər  məsələləri  üzrə  düzgün  təsəvvür  və 
anlayışlar  formalaşır.  İdman  naliyyətləri  tədricən,  günbəgün, 
uzun  illər  boyu  əldə  edilir.  Müasir  idmanda  yüksək  naliyyətlər 
yalnız  çoxillik  müntəzəm  məşqlər,  məişət  və  idman  rejiminə 
möhkəm əməl etməklə qazanılır. 
İdmançı buna psixoloji cəhətdən hazır olmalıdır. Əldə edilmiş 
hazırlıq  səviyyəsi  müntəzəm  olaraq,  məşq  etmənin  gedişində 
artırılır, təkmilləşir. Belə hazırlığın təmin edilməsi və qorunması 
üçün iki yol vardır. 
1. İdmanda məşqetmə motivlərininin müəyyənləşdirilməsi və 
təkmilləşdirilməsi 
2. Məşqetmə prosesinə xeyirxah münasibətin yaradılması 
Halbuki  motivləşmənin  özünə  məxsus  xüsusiyyətləri  vardır. 
İdmançının  məşqetmə  prosesindəki  motivliyi,  onun  fəalliğı, 
mütəşəkkilliyi, intizamı, işin davamlılığı və nəticəsi ilə müəyyən 
edilir. 


 
64 
Motivləşmə  idmançının  tələblərinə  əsaslanmalı,  strateji, 
taktiki  və  texniki  məqsədlərə  tabe edilməli  və  konkret  əməllərdə 
öz əksini tapmalıdır. 
Burada idmançını yüksək naliyyətlər   qazanmaq  məqsədilə 
fasiləsiz  olaraq  məşqetmə  prosesinə  təhrik  edən  motivlər 
nəzərdən  keçirilir.  İdmançı,  idman  yolunu  hansı  məsafəsində 
olursa  olsun  onun  qarşısında  həmişə  uzaq  və  çoxillik,  yüksək 
səviyyəli prespektiv məqsədlərin qoyulması zəruridir. 
Gələcək  üçün  məqsəd  gündəlik  məşqetmə  məqsədləri  üçün 
əsas  tutulduqda,  idman  təkmilləşməsinin  hər  hansı  bir 
mərhələsində,  işin  keyfiyyətli  görülməsi  üçün  şərait  yaradır. 
Həmən məqsədlərin mərhələlərlə əldə edilməsi idmançının mətin, 
sakit  və  inamlı  vəziyyətini  təmin  edir.  Gələcək  üçün  nəzərdə 
tutulan məqsəd, idmançıya indiki  və  gələcək motivlər arasındakı 
fərqi  başa  düşməyə  kömək  edir.  Yüksək  idman  göstəricilərinin 
yaratdığı  fərəh  hissləri  idmançını  ani  sevinclərdən  qorumağa 
imkan verir. 
İdman  şöhrəti  və  ona  istinad  edilməsi,  məşqetmə  prosesinin 
motivləşmə  sturukturunu  möhkəmləndirir.  Şöhrətlə  bağlı  müsbət 
amillərin inkişaf etdirilməsi, bu şöhrətin yayılmasına kömək edir. 
Məşqçi  öz  fəaliyyətində  həvəsləndirmə  və  cəzalandırma 
tədbirlərinə  əl  atmadan  keçinə  bilməz.  Həvəsləndirmə  və 
cəzalandırmanın  səmərəsi,  onların  ədalətliliyi,  gücü  vaxtında 
edilməsi,  forması,  idmançı  və  məşqçinin  fərdi  xüsusiyyətləri, 
idrəetmənin  üslubu  və  s.  ilə  təyin  edilir.  Sözlə  həvəsləndirmə, 
sadə  görünsə  də  təsirlidir.  Xeyirxah  sözlər  demək,  vaxtında 
əsaslandırılmış  tərif,  idmançıya  yeni  güc  verir.  Həvəsləndirmə, 
fərmanlardan, 
nişanlardan, 
jetonlardan, 
medallar 
və 
mükafatlardan, eləcə də təşkil olunmuş səfərlərdən istifadə oluna 
bilər.  Həvəsləndirmə  idmanda  uzunmüddətli  marağın  və  yüksək 
fəallığın qorunmasında etibarlı stimul hesab olunur. 
Kollektivdə  qərarların  qəbulunda  idmançıların  iştirak  etməsi, 
onların  fəallığını  artırır,  idmanla  bağlı  problemlərin  dərindən 
anlaşılamsını 
təmin 
edir. 
Məşqetmənin 
emosionallığın 


 
65 
yüksəltmək,  idmançının  motivi  üçün  tək  halda,  yaxud  qrup 
halında keçirilən məşqlərdən geniş istifadə olunur. 
Elə  etmək  lazımdır  ki,  məşqlərdən  zövq  almaq  mümkün 
olsun. Buna görə də hər bir məşqçi emosionallıq baxımından kçik 
yarış adlandırırlar. Keçirilən yarışlarda belə bu rolu yerinə yetirir. 
Məşqetmənin  emosionallığını  artırmaq  üçün  xüsusi  musiqi 
proqramlarına da müraciət olunur. 
İdmançıların arzularına müvafiq olaraq yeni plastinkalar əldə 
edilir. İdmançıların arzusu nəzərə alınmalıdır. 
Məşqetmə prosesində fəallıq göstərərk, güclü motivlərə malik 
olmaq, məşqçi şəxsiyyəti ilə bilavasitə əlaqədardır. 
Məşqçi aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: 
İdmançılarla  ünsiyyəti  adi  insani  normalar  əsasında  qurmaq, 
həm  kamil,  məsləhətçi,  yaxın  yoldaş  olmaq,  mülayim  və  kəskin 
xarakter  göstərmək,  işdə  güzəştə,  adamların  alçaldılmasına, 
təhqirinə, qeyri-adi gərginliyə yol verməmək. 
İradəlilik, təçkilatçılıq, icraçılıq, əməksevərlik, mütəşəkkillik, 
məqsədyönlülük  məsələlərdə  nümunə  olmaq.  Bütün  idmançılara 
münasibətdə  tələbkarlıq  və  hörmət  göstərməkdə  eyni  səviyyədə 
olmalı. 
Məşqetmə prosesində idmançı motivi elə bir sınaq daşıyır ki, 
bununla məşqçinin ustalığı yoxlanılır. Yüksək səviyyəli məşqçi o
adama  deyilir  ki,  idmançılarına  son  imkanlarınadək  işlətməyi 
bacarır  və  eyni  zamanda,  qarşılıqlı  xoş  münasibətlərin 
qorunmasına səy edir. 
İdman  insanlara  sevinc,  naliyyət  qazananlara  isə  xoşbəxtlik 
gətirir. Bu mübarizə və qələbə xoşbəxtliyi, özünəqiymət və şöhrət 
hissləri,  özünün  və  başqalarının  qarşısında  vəzifələrini  yerinə 
yetirmək,  idman  uğuru  və  həyat  müvəffəqiyyətləri,  ictimai 
qiymət və vətənpərvərlik hissləri deməkdir. 
Fiziki  tapşırıqların  icrasında  fizioloji  amillərlə  yanaşı, 
psixoloji  amillərdə  nəzərə  alınır.  Ən  sadə  şəkildə  bu,  konkret 
həcm  və  intensivliyi  malik  olan  məşqetmə  icrasında  həyata 
keçirilir. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə