Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 
69 
əhvalı  tez  pozulan,  inciyən,  çox  hissiyyatlı,  narahatlıqla  qəbul 
edirlər.  Ən  kiçik  uğursuzluğu  uzun  müddət  unuda  bilmirlər, 
hadisələr  qarşısında  qorxu  hissi  keçirir,  elə  olurki,  adi 
zədələnmədən  huşunu  itirə  bilir.  Belə  sadə  halda  çıxış  yolu  tapa 
bilmir.  Baş  vermiş  hadisələrdə  bu  tipin  nümayəndələri  özlərini 
müxtəlif cür aparırlar. Hər bir tipin ayrı-ayrılıqda öz üstünlüyü və 
zəif  xüsusiyyətləri  vardır.  Müasir  idmanda  o  zaman  naliyyət 
qazanmaq  olur  ki,  idmançı  çıxışa  qədər  (start)  öz  əsəblərini 
saxlaya 
bilsin, 
idman 
bacarığını  səmərəli  və  düzgün 
bölüşdürməyi  rəqibinin  düşünülmüş  taktiki  mübarizəyə  məcbur 
etməyi bacarmalıdır. Belə vəziyyətdə zəif sinir tipinə malik olan 
idmançılar,  böyük  idman  yarışlarında  özünü  müsbət  cəhətlərini 
nümayiş etdirir və qələbə qazanır. 
Xoleriklər – qüvvətli, müvazinətsiz, coşqun, nəhayət bu tipdə 
olan  insalar  tez  coşub,  gec  sakitləşirlər.  Hərəkətləri  cəld  və 
qətidir. Hadisələr haqqında az fikirləşirlər yaxşı reaksiyaları olur, 
az  istirahətdən  sonra  tez  məşqə  keçə  bilirlər.  Sədaqətli  dost  və 
yoldaşdırlar, qarşıya qoyduğu məqsədə nail olmaq üçün onu axıra 
qədər  çatdırmaq  və  tapşırığı  yerinə  yetirmək  və  onları  aldatmaq 
çətin olur. 
Çatışmayan  cəhətləri  isə  onları  tənqid  etmək  mənfi  nəticə 
verir, yarış qabağı çəki itirilməsinə səbəb olur, yüksək danışır, sir 
saxlaya bilmir. 
Subyektiv  çətinliklərin  aradan  qaldırılması  yalnız  xüsusi  səy 
göstərməklə mümkündür. 
“Xolerik”–məşqçi-müəllim  öz  emosiyalarını  cilovlamağı 
bacarmalı,  görəcəyi  iş  hər  tərəfli  planlaşdırmalı,  başqaları  ilə 
müqayisədə,  fiziki  inkişafı  aşağı  səviyyədə  olan  yeni  başlayan 
uşaqlara da daha da diqqətlə yanaşmalıdır. 
“Melanxolik”–məşqçi-müəllim  isə  diqqətlilik,  müşahidəçilik, 
xeyirxahlıq,  işgüzarlıq  kimi  xüsusiyyətlər  özündə  inkişaf 
etdirməlidir. 
“Fleqmatik” – özündə ləng tərpənişliyi aradan qaldırmalı, işdə 
səriştəli  və  səliqəli  olmalı,  uşaqlarla  təmasa  daha  çox  meyl 
göstərməlidir. 


 
70 
Subyektiv  çətinliklərin  aradan  qaldırılması  əvvəla  müəllimin 
ustalığından  (əyani  vəsaitlərdən  yerli-yerində  istifadə  etmək, 
izahati  işi,  hərəkətlərin  nümayiş  etdirilməsi),  ikincisi  onun 
məşqçi-müəllim və idman kollektivləri arasından öz nüfuzundan, 
peşəsini  sevməsindən,  didaktiv  və  metodik  bacarıqlarından,  hər 
bir dərsə canlı maraq yarada bilmək qabiliyyətindən asılıdır. 
Məşqçi-müəllim nüfuzu eyni  zamanda onun şəxsiyyətinə xas 
olan  xüsusiyyətlərlə  -  əməksevərlik,  işgüzarlıq,  qayğıkeşlik, 
xeyirxahlıq,  uşaqlara  yaşından  asılı  olmayaraq,  hörmətlə 
yanaşmaq,  eyni  zamanda,  yüksək  tələbkarlıq  göstərmək,  ədalətli 
olmaq,  qarşılıqlı  anlaşmaya,  ünsiyyətə  meylli  olmaq  və  s.  ilə 
qazanılır. 


 
71 
İDMANÇILARIN TEXNİKİ HAZIRLIĞININ  
PSİXOLOJİ ƏSASLARI 
 
Texnikanı  icra  etmək  bacarığına  idmançının  texniki  hazrılğı 
deyilir.  Texniki  hazırlıq  3  hissədən  ibarətdir:  tac  və  əsas 
hərəkətlər;  baza  texnikası,  texniki  təkmilləşmə  və  yaxud  əsas 
hərəkətlər. 
Baza  texnikası  –  məşqçi-müəllim  10-12  yaşından,  16-17 
yaşına  qədər  idmançının  baza  texnikasını  formalaşdırır.  Baza 
texnikasının sayı nə qədər çox və keyfiyyətli olsa onun yarışlarda 
qalib  gəlmə  şansı  bir  o  qədər  artar.  Eyni  zamanda  idman 
növlərindən  asılı  olaraq  müxtəlif  çıxış  vəziyyətləri,  tutmalar, 
yanaşmalar,  hərəkətlər  icrasında  ağırlıqdan,  ayrılmaq  və  s.  aid 
etmək olar. 
Klassik 
hərəkətlərin 
texnikasının 
təkmilləşdirilməsi  - 
vasitələrinə bunları göstərmək olar:  
1.  Hərəkətlərin  kompleks  şəkildə  verilməsi:  hərəkətlərin 
biomexaniki təhlili və analizi 
2. Yeni hərəkətlərin tərtib edilməsini planlaşdırmaq: 
Yuxarı  ətraf əzələ  quruplarına,  gövdə,  aşağı  ətraf  hərəkətləri 
vermək,  video  və  kinoqramlardan  istifadə  etmək,  texnikanın 
elementlərində dəyişiklik aparmaq. 
3.  Ağırlıqqaldırmada  məşq  zamanı  yarış  qaydalarına 
uyğunlaşmaq:  hərəkətlərin  icrası  zamanı  sürətli  gücə  üstünlük 
vermək. 
4.  Fiziki  keyfiyyətləri  təkminləşdirmək:  onlardan  qüvvə, 
sürət, cəldlik, elastiklik, dözümlülük. 
Hərəkətlərin  texnikasının  icrası  biomenxaniki  əsaslara  görə 
qurmaq. 
İdmançının  dayaq  sahəsi,  ağırlıq  mərkəzi,  mərkəzdən  qaçma 
qüvvəsi,  müqavimət,  tarazlıq,  sürət,  istiqamət  (həmçinin  getdiyi 
yol) çəki, elastikliyi, bir sözlə idman növlərinin müxtəlifliyindən 
asılı olaraq, fizikanın mexnaiki bölməsi bunlara cavab verir. 
Hər  bir  müəllim-məşqçi  öz  yetişdirmələrinin  yalnız  fiziki 
imknalarını deyir, eyni zamanda onların psixoloji vəziyyətlərində 


 
72 
inkişaf  etdirilməsi  qayğısına  qalmalıdır.  Məhz  bu  baxımdan  da 
böyük  idmanında  özünəməxsus  psixologiyası  yaranmışdır. 
İdmançılarda  qarşıya  qoyulan  məqsədə  nail  olmaq  göstəriləcək 
nəticəni  qabaqcadan təxmini  də  olsa, təsəvvür  etmək  üçün  şərait 
yaranır. 
İradi keyfiyyətlər, o zaman özünü qabarıq tərzdə büruzə verir 
ki,  çətinlikləri  dəf  etmək,  maneyələri  aradan  qaldırmaq  tələb 
olunsun. 
Fiziki-psixi  gərginliklər  və  s.  hallarla  daxili  çətinliklərin 
həmahəngliyi diqqət mərkəzində saxlanmalıdır. 
İdman fəaliyyəti zamanı əzələ qrupunun gərginliyi prosesində 
iradi gərginliyin dərəcəsi və davamlığı aşkar edilə bilər. 
İradi  səygöstərməyi  bacarmadan  tələb  olunan  iş  həcminin 
təmin  ediləcəyini  düşünmək  düzgün  olmaz.  Yoxlamalar  göstərir 
ki,  yarışlar  zamanı  bəzi  idmançılar,  xüsusilə  yeniyetmələr 
taqətdən  tez  düşürlər.  Məhz  iradi  səy  göstərilməklə  əzələ 
durğunluğu aradan qaldırılır. Mübarizə davam etdirilir. Bu zaman 
rejimə əməl etmək işində iradi səy etməyin əhəmiyyəti böyükdür. 
Burada  mənəvi  tələbatlar  da  məsuliyyət  hissi  və  ictimai  borc  da 
idmançının yeni adət və vərdişlərə uyğunlaşdırır. 
İdman  məşqləri  fəaliyyətin  digər  növlərindən  özünün  kəskin 
və qüvvətli emosianallığı ilə fərqlənir. 
İdman fəaliyyəti prosesində bir sıra dəyişikliklər baş verir. Bu 
çətinliklərdən yarışlarda qarşıya çıxacaq gözlənilməz çətinliklərin 
məşqlər  zamanı  nəzərə  alınması  və  onların  aradan  qaldırılması 
yollarının  müəyyənləşdirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Qələbənin  qazanılacağına  möhkəm  inam,  çətinliklərii  aradan 
qaldırmaq  üçün  özündə  qüvvə  duymaq  fərəhli  haldır.  Əksinə 
olaraq  zədələnmək,  yaxud  müvəffəqiyyətsizliyə  uğramaq  halları 
baş verdikdə idmançıda )yeniyetmələrdə inamsızlıq, cəsarətsizlik 
yaranır) 
İdman  yarışlarının  təntənəli  şəraitdə  keçməsi  geyim 
formalarının  hərəkətlərə  müvafiqliyi,  tamaşaçıların  azərkeşliyi, 
hakimlərin 
obyektivliyi 
yarış 
iştirakçılarında 
yüksək 
emosianallığı  təmin  etməklə  bərabər  onlarda  qələbəyə  inam 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə