Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 
76 
İnsan  sözlə  ifadə  etməyi  bacardığı  hər  nə  varsa,  bunların 
hamısı  onun  tərəfindən  başa  düşülür,  dərk  edilir.  Yəni  həm 
birinci,  həm  də  ikinci  siqnal  sistemləri  vasitəsi  ilə  çatdırılan 
qıcıqlandırıcılar anlaşılır. 
Hərəki  vərdişlərin  qazanılmasında  sözün  rolu  xüsusilə 
böyükdür.  Bu,  hər  şeydən  əvvəl,  ona  görə  belədir  ki,  söz  xüsusi 
insan qıcıqlandırıcısıdır. 
İ.P.Pavlovun  tədricən  desək,  “Sözlər  mövcuda  siqnallarıdır, 
yəni siqnallar siqnallarıdır” 
İdman  fəaliyyətində  hərəki  vərdişlərin  yaranmasının  dörd 
mərhələdən ibarət müəyyənləşdirilməsi, fikrimizcə daha səmərəli 
olardı. 
Hər 
bir 
mərhələnin 
konkret 
vəzfiələri 
müəyyənləşdirilərkən sözə olan münasibəti, ondan istifadə yolları 
və  onun  rolu  aydın  rəsəvvür  edilməlidir.  Həmin  mərhələlər 
aşağdakılardan ibarət ola bilər. 
Birinci  mərhələ  -  Öyrənilməli  olan  vərdişlər  haqqında  dəqiq 
və  əhatəli  təsəvürlərin  yaradılması.  Müəllim  sözü,  izahalar, 
ümumiyyətlə,  duyma  və  qavrama  proseslərinin  yüksək  maraqla 
aparılması  üçün  bütün  analizatorların  oyanma  vəziyyətini  təmin 
edən vasitələrdən istifadə edilməsi. 
İkinci  mərhələ  -  Nəzəri  biliklərin  əməli  tədbiqi,  hərəki 
proseslərdə nümayiş etdirilməsi, birinci və ikinci siqnal sistemləri 
vasitəsi  ilə  öyrətmə,  məlumat  vermə  prosesinin  davam 
etdirilməsi. 
Üçüncü  mərhələ  -  Hərəki  vərdişlərin  ən  kiçik  səhvlərə  belə 
yolvermədən,  avtomatlaşmış  halda,  yüksək  ritm,  temp  və 
savadlılıqla icrası. 
Dördüncü  mərhələ  -  Avtomatlaşma  səviyyəsinin  idman  növü 
tələblərinə,  idmançının  şəxsi  keyfiyyətlərinə  və  gələcək 
vəzifələrə müvafiq tərzdə qorunması, müxtəlif təkrarlar, təmrinlər 
və təkmilləşmə proseslərinin aparılması. 
Hər  bir  mərhələnin  təşkili  və  müvəffəqiyyətlə  başa 
çatdırılmasında sözdən istifadənin rolu da nəzərə alınır. Ona görə 
də  şərh  etmə  və  izahat  işlərinin  mərhələlər  üzrə  ayrı-ayrılıqda, 
fərqli cəhətlərlə aparılması başlıca məsələ hesab edilir.  


 
77 
Texniki  hazırlığın  psixoloji  quruluşuna,  xüsusi  hərəkət, 
vərdişlər,  bacarıqlar,  hərəki  reaksiyanın  tempi  ilə  bağlı 
xüsusiyyətlə təşkilidir. 
Xüsusi biliklər deyildikdə, aşağıdakılar nəzərdə tutulur.  
a) hərəki fəaliyyətin texnikası haqqında anlayış.  
b) hərəki təsəvvürlər. 
Hərəki fəaliyyətin texnikası haqqında hərəki vəzifələrin daha 
səmərəli  həlli  ilə  bağlı  mahiyyətin  idmançının  baş-beyin 
qabığında  ümumiləşmiş  inikasıdır.  Anlayışların  yaranması, 
idmançı, 
idman 
terminlərinə 
yiyələnmək 
mümkündür. 
Hərəkətlərin 
texnikasına 
dair 
anlayışlar 
idman-texniki 
təfəkkürünün əsasını təşkil edir. Hərəki təsəvürlər konkret hərəki 
vəzifələrin həllini təmin edən idmançı fəaliyyət və hərəkətlərinin 
obrazlarından  ibarətdir.  Hərəki  təsəvvürlər  fəaliyyət  və 
hərəkətlərin bilavasitə təkrar icra edilməsi ilə formalaşır. Hərəkət 
haqqındakı  təsəvvürləri,  hərəki təsəvvürlərdən ayırmaq  lazımdır. 
Hərəki  vərdiş  deyildikdə  əzbər  öyrənilmiş  hərəki  fəaliyyət  başa 
düşülür.  Hərəki  vərdiş  tam  avtomatlaşma  şüurlu  hərəkət  olub, 
yüksək  təkmilləşmə  səviyyəsinə  malik  dəqiq  və  qənaətlə  icra 
edilən  keyfiyyət  və  kəmiyyət  göstəricilərinə  malik  hərəkətdir. 
Vərdişlərə,  fiziki  hərəkətlərin  texnikasına  yiyələnmək,  hərəki 
fəaliyyəti  idarə  etməyi  öyrənmək,  onları  məkan,  zaman 
parametrlərinə görə idarə etmək və sərf edilən səyin intensivliyini 
təmin etmək deməkdir. İdmanla məşğul olarkən, hərəki təcrübəyə 
yiyələnən  idmançı  müəyyən  hərəki  bacarıqlar  əldə  edir.  Hərəki 
bacarıqlar  əldə  edilmiş  biliklər  və  təcrübə  əsasında  hərəkətlərin 
əldə  edilmiş  biliklər  və  təcrübə  əsasında  hərəkətlərin  icrasının 
təkmilləşdirilmiş vasitələridir. 
Idmançının  hərəki  fəaliyyətinin  dəyanəti  və  səmərəliliyi  bir 
sıra  psixi  proses  funksiyaların  inkişaf  səviyyəsi  ilə  bağlıdır  ki, 
buraya  psixomotoruka,  duyğular,  qavrayış,  təsəvvür,  təfəkkür, 
hafizə,  diqqət  və  s.  daxildir.  Aydın  məsələdir  ki,  idmançıların, 
texniki  hazırlığının  psixoloji  əsasları,  hər  bir  idman  növü  üçün 
xarakterik olub hərəki fəaliyyətin tənzim edilməsində iştirak edən 
psixi 
proses 
və 
hərəki 
funksiyaların 
məqsədəyönlü 


 
78 
təkmilləşdirilməsindən  ibarətdir.  Fiziki  tapşırıqların  texnikası 
müxtəlif duyğularla əlaqədardır ki, bunların da ən başlıcası əzələ- 
hərəkət, vestibülyar, toxunma üzvü, görmə, eşitmə duyğularıdır. 
Əzələ-hərəkət  duyğuları,  fiziki  hərəkətlərin  düzgün  icrasında 
o  hiss  siqnalların  qəbulunda  mühüm  əhəmiyyətə  malikdir  ki, 
onlar  hərəkət  aparatından  zühur  edir,  hərəkət  duyğuları  və 
qavrayışları  şəkilində  şüurlu  daxil  olurlar.  İ.M.Seçenov  onlar 
“əzələ hissi” adlandırmışdır. 
Müəyyən  edilmişdir  ki,  əzələ-hərəkət  duyğularının  inkişaf 
səviyyəsi ilə idman ustalığı arasında birbaşa əlaqə vardır. 
Əzələ-hərəkət 
duyğuları, 
hərəkətlərin 
düzgün 
əlaqələndirilməsində 
böyük 
rol 
oynayır. 
Əzələ-hərəkət 
duyğularında  baş  verən  pozuntuluq,  bilavasitə  hərəkətlərin 
pozulmasına səbəb olur. 
İdman  hərəkətinin  icra  texnikasında  əzələ  gərginliyinin  
böyük  əhəmiyyəti  vardır  ki,  bunun  da  aşağıdakı  xüsusiyyətləri 
aşkar edilmişdir. 
- Əzələ səyi duyğuları, yəni sərf edilən fiziki gücün dərəcəsi, 
məslən, ştanq qaldırmaq və s. 
-  əzələ  gərginliyi  zamanı  hiss  edilən  müqavimət  duyğuları, 
məsələn, avarçəkmə, üzgüçülük və s. 
-  əzələ  gərginliyinin  davam  etməsi  duyğuları  və  onların 
dəyişməsi, məslən, gimnastika və s. 
- hərəkət sürəti duyğuları, məsələn, sprint və s. 
-  hərəkət  istiqamətlərinə  əks  olunan  qüvvələrin  aradan 
qaldırılması ilə əlaqədar olan müqavimət duyğuları və s. 
İdmançıların  texniki  hazırlığında  böyük  rol  oynayan  toxuma 
duyğularının aşağıdakı növləri vardır. 
1.Münasibət duyğuları. İdman mübarizəsində rəqibin fikir və 
düşüncələrinin təyin edilməsi 
2.Təzyiq  etmək  duyğuları.  Ağırlıqqaldırma,  gimnastika, 
süvüllə tullanmada tutma gücünün müəyyənləşdirilməsi və s. 
3.Titrəmə duyğuları. İdmançı hərəkətlərinin idman alətləri ilə 
“bərabərləşdirilməsi”nə  kömək  edir,  yaxud  hərəkətin  vasitəçisi 
olur. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə