Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə25/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   22   23   24   25   26   27   28   29   30

 
79 
Hərəkətlərin 
qavranılmasını 
formalaşdıran 
kompleks 
duyğularda, hərəki aparatın vəziyyəti haqqında siqnal verən üzvü 
duyğuların xüsusi rolu  vardır. Onlara  əzələ və oynaqlardakı ağrı 
duyğuları,  həmçinin  əzələlərin  sərbəst  və  yüngüllük  duyğuları 
daxil edilir. Üzvü duyğuların əhəmiyyəti ondan ibarətdir ki, onlar 
işçi üzvün və bütün bədənin fiziki vəziyyətini əks etdirir, ümumi 
əhval-ruhiyyəsinin  əsasını  təşkil  edir  ki,  bu  da  idman 
hərəkətlərinin səmərəli icrasına kömək edir. 
Fiziki  hərəkətlərin  icrasında  görmə  və  eşitmə  duyğularının 
böyük rolu vardır. Onlar əsasən, istiqamələndirici və tənzimedici 
funksiyanı  yerinə  yetirir,  idman  hərəkətlərinin  dərk  edilməsinə 
kömək  edir.  Əsas  anları  artırır,  icranı  qiymətləndirir,  düzəlişlər 
edir, hərəkəti, fəaliyyəti idarə edir. 
Fiziki  hərəkətlərin  icrasında  qavrayışların  da  əhəmiyyəti 
böyükdür.  Hərəkət  qavrayışı,  idman  fəaliyyətinin  icrası,  texniki 
priyomların  müxtəlif  xüsusiyyətləri  və  xassələri,  xarakteri, 
forması  ampilitudası,  istiqaməti,  səy  müddəti,  sürət  və  tezliyi, 
bədən  və  onun  ayrı-ayrı  hissələrinin  müxtəli  vəziyyətidə  inkişaf 
edir. 
Fiziki 
hərəkətlərin 
zaman  qavrayışında  hərəkətlərin 
müddətliliyi,  sürəti,  ardıcıllığı,  temp  və  ritm  böyük  əhəmiyyət 
kəsb edir. Burada müxtəlif analizatorlar sistemi iştirak edir. Lakin 
vaxtın  dəqiq  diferensiallığını  ginestik  və  eşitmə  duyğuları  verə 
bilir. 
İ.M.Şeçenov onları “kiçik müddətlər üçün əla ölçülər” hesab 
etmişdir.  Bütün  hərəki  fəaliyyətlə  ömrün  uzanması  ilə,  tezliyi 
ardıcıllığı,  temp  və  ritm  ilə  xarakterizə  edilir.  İdmançının 
müvəqqəti  hərəki  münasibətlərinin  forması  temp  və  ritmin 
qavranılmasında ibarətdir. 
Temp  –  qavrayışının  əsasını  əzələ-hərəkət  duyğularını 
ardıcıllıqla dəyişməsi təşkil edir. Burada hərəkətin fazalarının bir 
birini  əvəz  etməsi  baş  verir.  Fiziki  hərəkətlərin  mütəşəkkilliyi 
onların quruluş, əlaqələri fəaliyyətin tempindən çox asılıdır. Ona 
görə  də  hərəkətin  optimal  tempinə  yiyələnmək,  idmançıların 
texniki  hazırlığının  vacib  məsələlərindən  biridir.  Tempin, 


 
80 
hərəkətlər  zümrəsinin  idman  növləri  üçün  əhəmiyyəti  xüsusilə 
böyükdür. 
Ritm  idmançıların  texniki  hazırlığında  xüsusilə  ciddi 
əhəmiyyətə malikdir. Belə ki, məlum olur ki, texniki hərəkətlərin 
icrasında  nə  üçün  idman  fəaliyyətinin  ritmliyi  dəyişməməlidir. 
Əgər o dəyişərsə, hərəkət və fəaliyyətin xarakteri dəyişər. 
Xüsusi  qavrayışlar  kontakt  idman  növləri  üzrə  məşqlər 
prosesində duyğular, qavrayışlar, diqqət və s. inkişafı nəticəsində 
formalaşır. 
Xüsusi  hərəkətlər  qavrayışın  əsasını  müxtəlif  analizatorlara 
daxil  olan  qıcıqların  incə  tərzdə  baş  verən  diferensiyasını  təşkil 
edir.  Əzələ-hərəkət  aparatı  görmə,  vestibuliyator,  eşitmə 
duyğuları  və  qavrayış  burada  əsas  rol  oynayır.  İdman 
təcrübəsində  “zaman  hissi”,  “məsafə  hissi”  və  s.  kimi 
xüsusiləşmiş duyğular mövcuddur. 
Fiziki  hərəkətlərin  icrasında  diqqətin  böyük  rolu  vardır. 
İdmançının  diqqətin  mərkəzləşdirilməsi  kimi  meydana  gələn 
qabiliyyəti  onun  qavrayışını  hər  şeydən  yayındırır,  yalnız  icra 
edilən  hərəkətə  yönəldir.  Ona  görə  də  bu  diqqətin  əhəmiyyəti 
ağırlıqqaldırmada,  yüngül  atletikada  start,  dəmir  lövhə  kürəni 
itələmək, tullanmaq, kimi idman hərəkətlərində xüsusilə vacibdir. 
Diqqətin  həcmi  mürəkkəb  hərəkətlərin  bir  sıra  ünsürlərinə 
ciddi  nəzarət  tələb  edən  texniki  vasitələrin  icrasında  böyük 
əhəmiyyətə malkdir. 
Diqqətin  bölüşdürüləsi  sürətlə  dəyişən  mürəkkəb  şəraitlərdə 
texniki  vasitələrin  icrası  üçün  xüsusilə  əhəmiyyətlidir  (idman 
mübarizələri, oyunlar). 
Diqqətin  keçirilməsi,  bir  hərəkətdən  digərin  sürətlə  və  dəqiq 
keçməyə kömək edir. Məsələn, bir dəqiqədə idmançı öz diqqətin 
altı  obyektiv  üzərinə  keçirə  bilər.  Əgər  diqqətin  bölüşdürülməsi 
kompleks  hərəkətləri  təmin  edirsə,  diqqətin  keçirilməsi  dəqiqlik 
və vaxt ehtiyatı, onların ardıcıllığını və növbəliyini təmin edir. 
Texniki 
hərəkətlərin 
səmərəli 
icrasında 
diqqətin 
davamlılığının  əhəmiyyəti  böyükdür.  O,  uzun  müddət  icranın 
sabitlik və etibarlığını təmin edir. 


 
81 
İdmançıların  texniki  hazırlığında  öyrənilən  hərəkətlərin 
şüurlu  yadda  saxlanmasının  ciddi  əhəmiyyəti  vardır  ki,  bu  da 
hərəki hafizəsi qeyri-mümkündür. 
Hərəki 
təsəvvürlər 
proqramlaşdırıcı, 
məşqedici 
və 
tənzimləyici  funksiyaları  icra  edir.  Əgər  birinci  xüsusiyyət,  yeni 
hərəki  fəaliyyətə  yiyələnməkdə,  idman  texnikasının  bərqərar 
olduğu  başlanğıc  mərhələlərdə  əsas  hesab  olunursa,  ikinci  və 
üçüncü  xüsusiyyətlər  idman  ustalığı  mərhələsində,  texnikanın 
yiyələnməkdə ciddi əhəmiyyətə malikdir. Belə ki, onlar hər hansı 
bir idman növündə texnikanın əsasını təşkil edir. 
 
İdmanda 
hərəki 
vərdişlərin 
aşağıdakı 
psixoloji 
xüsusiyyətləri vardır. 
1.  Hər  bir  hərəki  fəaliyyət  bir  sıra  ünsürlərdən  ibarətdir. 
Məsələn:  ağılıq  qaldırmada,  klassik  hərəkətlərdə  yerdən  dizə 
qədər  dartma,  dartaraq  pəncələrə  getmə,  hoppanaraq  ayaqları 
yana  ataraq  çöməlmək,  çöməlmədən  qalxaraq,  ağırlığın  sinədən 
düz  qollar  üzərinə  yarım  çöməlməklə  qayçıvari  üsulda  ağırlığın 
itələnməsi, fiksa edərək ağırlığı yerə qoymaq. Lakin bu ünsürlərin 
cəmi  vərdişləri  təyin  etmir,  əksinə  hərəkətin  tam  olan  xarakteri, 
onun  ünsürlərini  şərtləndirir,  onları  başlıca  vəzifəyə  mürəkkəb 
texniki  fəaliyyətə  tabe  edir,  bu  vəzifənin  həlli  üçün  onları 
vasitələrə çevirir. 
Təkmilləşmə.  Hərəki  fəaliyyətin  bütün  ünsürlərinin  icrasında 
yüksək  təkmillilik  hərəkətin  dəqiqliyi  vərdişlərin  sabitliyi  və 
elastikliyi tələb olunur. 
İdmançıların  texniki  hazırlığında  əzələ-hərəkət  duyğularının 
inkişafı  müşahidə  edilir  ki,  bu  da  hərəki  fəaliyyətin  məkan, 
zaman  və  güc  komponentlərinə  görə  dəqiq  əlaqələndirmənin 
yaradılmasına  imkan  verir.  Hərəki  vərdişlərin  yaranması 
sahəsində fəaliyyət qənaətlə və səmərəli icra edilir. 
Məşqlər  prosesində  hərəki  vərdişlərin  sabitliyi  təmin  olunur. 
Onlara mane olan amillərisə aradan qalxır. 
Vərdişlərin  dəqiqliyi  və  sabitliyi  ilə  yanaşı  onların 
elastikliyidə  formalaşır.  İdmançı  hərəkət  icrasının  müxtəlif 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə