Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   22   23   24   25   26   27   28   29   30

 
82 
vasitələrinə  yiyələnir,  onlardan  dəyişən  şəraitdə  müvafiq 
olanlardan daha geniş istifadə edir. 
Avtomatlaşdırmalar.  Avtomatlaşma  hərəki  vərdişlər  üçün 
qanuni halda onlar öz quruluşu etibarı ilə müxtəlifdir. Ona görədə 
müxtəlif  idman  vərdilərinin  yaranması  sayəsində  avtomatik  icra 
edilən  hərəkətlərin  sayı  və  dərəcəsi  də  müxtəlif  olur.  Məsələn 
ağırlıqqaldırmada  klassik  hərəkətlərin  icrasında  vərdişlərinin 
strukturu müəyyən təkrarlar sistemindən ibarətdir. Lakin bu tipdə 
olan  vərdişlərin  xarakterik  cəhəti  odur  ki,  bütün  hərəkətlərin 
şüurlu  icrasına  baxmayaraq,  avtomatlaşma  yüksək  dərəcə  kəsb 
edir.  Hərəki  vərdişləri  avtomatlaşması,  idmançının  şüurlu 
fəaliyyətini istisna etmir. 
Dərketmə. İdmançının hərəki fəaliyyəti həmişə dərk ediləndir. 
Vərdişlərin  yaranma  prosesi  və  onların  fəaliyyətdə  istifadə 
olunması  əvvəldən  axıra  kimi  şüurlu  prosesdir.  Vədrişlər  öz 
mexanizminə  görə  nə  qədər  avtomatlaşsa  da,  həmişə  şüurlu 
olaraq qalır. Deməli bütün avtomatlaşmış hərəkətlər yalnız şüurlu 
icra edilir, ona görə ki, idmançı icranın məqsədini, vəzifələrini və 
nəticələrini başa düşür. 
İdmanda  hərəki  vərdişlərin  formalaşması  prosesi  üç 
mərhələdən ibarətdir. 
İcra  texnikası  haqqında  zəruri  anlayış  və  təsəvvürlər 
yaratmaq.  Bu  mərhələdə  görmə  duyğuları  və  qavrayışlar  isə 
dağınıqlı  və  səpkin  olur.  Hərəkətin  icrası  üçün  təşəbbüs 
göstərildikdə  kobud  səhvlərə,  xeyli  artıq  hərəkətlərə  yol  verilir. 
Hərəki vərdişlərin keçirilməsi müsbət mahiyyətli olmur. 
Vərdişlərin  icra  vasitələrinə  yiyələnilir,  hərəkətlərin  düzgün 
icrası  üçün  zəruri  olan  səmərəli  hərəkətlər  möhkəmləndirilir. 
Nəticədə,  hərəki  təsəvvürlər  tam  və  dəqiq  olur,  əzələ  hərəkət 
duyğuları  və  qavrayışlar  anlaşılır,  səlisləşir.  Lakin  hərəkətlərin 
icrasında  görmə  nəzarəti  zəifləyir,  hərəkətlərin  icrası  tədricən 
keyfiyyətli olur, zəifləyir, onun bölüşdürülməsi imkanları artır. 
İdmançı səhvlərdən xilas olur. 
Vərdişlər  möhkmləndirilir  və  təkmilləşdirilir.  Hərəkətlərin 
icrası  maksimal  dəqiqlik  və  differensiyalılıqla  səciyyələnir. 


 
83 
Hərəki  fəaliyyət  sürətlə,  az  enerji  sərfi  ilə  icra  edilir.  Görmə 
nəzarətinin  zəruriliyi  aradan  qalxır.  Nəzarət  yalnız  əzələ-hərəkət 
duyğularının  köməyi  ilə  həyata  keçirilir.  Hərəki  vərdişlər 
sabitləşir və yolları dəyişir. 
İdmançılar  məşqlər  keçir  və  yarışlarda  olurlar.  Bu  mərhələ 
başa çatmır, davam edir. 
Hərəkət 
vərdişlərinin 
yaranmasında 
bir 
sıra 
qanunauyğunluqlara əməl etmək lazımdır. 
1.Hərəki 
vərdişlərin 
yaranması 
fəaliyyətdə 
tərəqqi-
irəlləyişdir. Nəticələin artım ənənəsini möhkəmləndirilməsidir. 
2.Nəticələrin  artımı  qeyri-bərabərdir.  İdman  vərdişlərinin 
başlanğıc  mərhələsində  nəticələr  sürətlə  artır,  sonra  bu  artım 
zəifləyir. 
Bu onunla izah olunur ki, idmançı başlanğıcında hərkətin icra 
mexanizmlərini 
mənimsəyir, 
sonra 
isə 
texnikanın 
təkmilləşdirilməsinə keçir. 
3.Nəticələr sıçrayışlıdır. Mövcudluğuda inkar edilmir. 
4.Vərdişin 
təkmilləşdirilməsi  mərhələsində,  nəticələrin 
sabitliyi  baş  verir.  Vərdişlərin  ayrı-ayrı  mərhələdə  nəticə  artımı 
ləngiyir. 
Bu 
da 
onunla 
izah 
olunur 
ki, 
vərdişlərin 
təkmilləşdirilməsinə  tədbiq  olunan  vasitələr  və  texniki  artım 
təmin etməyə bilər. 
Belə  hallarda  həm  vasitələrdə,  həm  də  məşq  metodikasında 
əsaslı plan dəyişiklikləri lazımdır. 
Yüksək  ixtisaslı  ağırlıqqaldıranların  mənəvi  və  xüsusi 
psixoloji hazırlığının məqsəd və vəzifələri. 
Yüksək  dərəcəli  idmançıların  hazırlığının  məqsədi  – 
Beynəlxalq,  Avropa,  Dünya  və  Olimpiya  oyunlarında  nəzərdə 
tutulan yüksək idman nəticələinə nail olmaqdan ibarətdir. 
Bununla  əlaqədar  olaraq aparılan  mənəvi  və  psixoloji  hzırlıq 
qarşıdakı  yarışlarda  və  həmin  yarışlara  hazırlığı  prosesində  rast 
gələ  biləcək  böyük  mənəvi  və  psixoloji  çətinliklərin  aradan 
qaldırılmasına  ağırlıqqaldıranın  (idmançının)  hər  tərəfli 
hazırlanması  işinə  yönəldilir.  Həmin  ümumi  məqsədə  müvqafiq 
olaraq,  qarşıda  duran  vəzifələr  sistemli  və  onların  məşq 


 
84 
prosesnidə həyata keçirilməsinin ardıcıllığı qabaqcadan müəyyən 
edilir.  Mənəvi  hazırlıq  yarışlar  prosesində  və  yarışda-kənar 
vaxtlarda  (məişətdə,  cəmiyyətdə)  davranışın  müəyyən  norma  və 
tələblərinin yerinə yetirilməsinin məşq edilməsindən ibarətdir. 
Mənəvi  hazırlığın  vəzifəsi  –  idmançıda  müəyyən  davranış 
normalarına 
riayət 
olunması 
vərdişlərinin 
(adətlərinin) 
formalaşmasından ibarətdir.  
Psixoloji  hazırlığın  vəzfiəsi  isə  psixikanın  (əsəb  sisteminin) 
müxtəlif  xarakterli  əsəbi  gərginliklərin  nisbətən  asanlıqla  aradan 
qaldırılmasına  imkan  verə  biləcək  səviyyədə  məşq  etdirilməsi 
kimi  ifadə  olunur.  Ağırlıqqaldıranın  fəaliyyətini  xarakterini 
qabaqcadan  müəyyən  edən  gərginliklər,  adətən,  səbəblər 
mübarizəsi kimi təzahür edir. 
Təcrübəli  -  məşqçi  həmin  vəzifəni  çox  vaxt  bu  kimi  sözlərlə 
ifadə edir: “rəqibə qalib gəlməkdən əvvəl öz-özünə qalib gəlmək 
lazımdır” bu isə o deməkdir ki, idmançının qələbə qazanmaqdan 
ötrü  diqqəti  yayındıran  bütün  amilləri  dəf  etməli,  qarşıya 
qoyduğu məqsədə nail olmaq işinə mane olan bütün səbəbləri və 
bununla bağlı tələbləri aradan qaldırmalıdır. 
Ağırlıqqaldırma 
idmanında 

idmançıların 
mənəvi 
keyfiyyətləri 
Azərbaycan  xalqının  özünə  xas  olan  çoxlu  mənəvi 
keyfiyyətlərdən  söz  açılır,  bunlardan  ən  çox  prinsipallıq, 
əməksevərik, 
yoldaşlıq 
(kollektivçilik, 
vətənpərvərlik, 
beynəlmiləlçilik,  humanizim,  nəzakətlilik,  ictimai  fəallıq, 
qənaətçilik, 
intizamlılıq,  dəqiqlik,  düzlük,  təvazökarlıq, 
yaradıcılıq,  yeniçilik  və  s.  kimi  keyfiyyətlər  haqqında  tez-tez 
danışılır. 
 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə