Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   22   23   24   25   26   27   28   29   30

 
85 
MƏNƏVİ KEYFİYYƏTLƏRİN 
TƏKMİLLƏŞDİRİLMƏSİNİN VASİTƏLƏRİ VƏ 
ÜSULLARI 
 
Prinsipiallıq  –  anlayışı  ltında  müəyyən  prinsiplərin  ardıcıl 
sürətdə həyata keçirilməsi anlaşılır. 
Prinsip  –  nəyə  isə  daxili  inam,  nə  barədə  isə  fikir,  davranış 
norması qaydası deməkdir. Əsl psinsipiallıq dərin elmi biliklərə, 
düzgün  dünyagörüşünə  əsaslanır.  İdmançının  fəliyyətindən  ötrü 
prinsipiallıq rəhbər müddəa, əsas qayda qanun və göstəriş rolunu 
oynayır. 
Prinsipiallığın tərbiyə edilməsi əqidəlik və əqidə tərbiyəsi ilə 
qarşılıqlı sürətdə bağlıdır. 
Əqidələr  həm  şəxsi  bilik  və  təcrübəyə  həm  də  başqa 
adamların  bilik  və  təcrübəsinə  əasalanır.  Onlar  idmançıda  onun 
öz işinə, mülahizələrinə və hərəkətlərinə inam yaradır. Beləliklə, 
prinsipialıq  qanunları,  davranış  qaydalarını  və  onların  həyata 
tədbiq  etmək  üsullarını  bilmək  əsasında  təkmilləşir,  bu  zaman 
yadda, 
saxlamaq 
lazımdırki, 
bilik 
prinsipiallığın 
təkmilləşdirməyin  ilk  mərhələsidir,  onun  yalnız  başlanğıcıdır. 
Həmən  keyfiyyətin  təkmiləşdirilməsi  zamanı  lazımı  hərəkət 
qaydalarının əməli  sürətdə  tədbqi  vacibdir.  Bundan  ötəri  məşqçi 
və  ağırlıqqaldıran  (idmançı)  məşq  prosesində  müəyyən 
prinsiplərə müvafiq olaraq qərarların qəbul edilməsini tələb edən 
vəziyyələr  yaratmalı  və  həmin  prinsiplərini  təsir  qüvvəsini 
yoxlamalıdırlar. 
Prinsipiallığın  tərbiyyə  edilməsi  zamanı  yadda  saxlamaq 
lazımdır  ki,  hər  bir  prinsip  müəyyən  bir  vəziyyətdə  tətbiq  oluna 
bilər. 
Prinsipin başqa vəziyyətdə tətbiqi adətən acınacaqlı nəticələrə 
gətirib çıxarır. 
Yüksək  dərəcəli  idmançı  müəyyən  prinsipləri  özü  tədbiq 
etməlidir,  onların  tədbiqini  yoldaşlarınada  müəyyən  qədər 
öyrətməlidir.  O,  bu  və  ya  digər  vəziyyətdə  davrnaış 


 
86 
qanunauyğunluqlarına  dair  biliklərini  başqalarına  öyrəməli  öz 
prinsiplərini göz bəbəyi kimi qorumalıdır. 
Prinsipiallıq  yalnız  məşq  prosesində  deyil,  həmdə  gündəlik 
həyatda müstəqil təmrinlər yolu ilə təbiət və cəmiyyət qanunlarını 
dərk etmək yolu ilə hasil olunmalıdır. 
Prinsipiallıq  yoldaşlarla,  məşqçi  ilə,  digər  adamlarla 
mübahisələrdə,  həmçinin  daha  çox  idmançıların  özü-özü  ilə  əqli 
“mübahisələrin”in  gedişində  qazanılır.  Belə  “mübahisə”  və 
müzakirələrin  mövzusunu  məqşçi  yaxud  ağırlıqqaldıranın  özü 
müəyyən edir. Həmin mövzularda məşq prosesinin və idmançının 
yarışlarda  baş  verə  biləcək  bu  və  ya  digər  vəziyyətlərdəki 
davranışının vacib problemləri öz həllini tapmalıdır. 
Müəyyən  vəziyyətdə  idmançının  hərəkətlərinin  doğruluğunu 
və düzgünlüyünü başqa adamlar (məşqçilər)  yoldaşlar və şəxslər 
tərəfindən  etiraf  edilməsi  də  prinsipallıq  tərbiyyəsi  sahəsində 
böyük  rola  malikdir.  İdmançının  doğruluğuna  şübhə  edilərsə,  o, 
özünün haqlı olduğunu sübut etməyə çalışır.  
Uğurlu  sübut  prinsipiallıqğı  təkmilləşdirməyə  kömək  edir. 
Sübut  etmənin  uğursuzluğu  inamsızlıq  yaradır  və  prinsipiallığın 
kamilliyini azaldır. 
Əməksevərlik  -  əməyə  məhəbbətlə,  səylə  yanaşmaq  demək 
qabiliyyətidir. 
Yüksək 
ixtisaslı  idmançıların  əməyi  yüksək  idman 
göstəriciləri əldə edilməsindən ötrü zehni və fiziki gərginlik tələb 
edən  məqsədyönlü  fəaliyyət  formasında  öz  əksini  tapır. 
İdmançının (ağırlıq qaldıranın) və hər hansı əməyi idmançı yalnız 
elə halda sevə bilərki, bu zaman əmək prosesi onda məmnuniyyət 
hissi doğursun özünü yaxud məşqçini qarşıya qoyduğu vəzifələri 
müvəffəqiyyətlə  qarşıya  qoyduğu  tapşırıq  və  vəzifələr  güc  çatan 
olmalıdır.  Çox  vaxt  deyirlərki  məşq-xoşagəlməz  ağır  zəhmətdir. 
Əgər  məşq  prosesi  ilə,  gərginliklərlə  əlaqədar  olaraq,  idmançıda 
mənfi  emosiyalar  əmələ  gəlirsə,  bu  əmək  sevərliyin  tərbiyyə 
edilməsi  və  təkmilləşdirilməsi  sahəsində  yanlış  metodikanın 
tətbiq olunmasına dəlalət edir. Hətta ən ağır zəhmət belə müsbət 
emosiyalar  doğurmalıdır,  bu  hlda  zəhmətin  nəticələrinin 


 
87 
doğurduğu məmnuniyyət hissi idmançıda daha böyük çətinlikləri 
aradan  qaldırmaq  həvəsi  oyatmalı,  onda  “döşəməyə  nifrət”  hissi 
əmələ  gətirməməlidir.  Döşəmə  (körpücük)  onun  zəhləsini 
aparmamalıdır.  Nəticələri  məmnuniyyət  hissi  doğurmayan  iş 
adamı təngə gətirir. 
Əgər  fəaliyyətin  məqsədi  əldə edilməzsə  ya  həmən  fəaliyyət 
məqsədin  əldə  olunmasına  mane  olarsa,  yaxudda  məqsəd 
başqaları  tərəfindən  qoyularsa,  ağırlıqqaldıranın  isə  həmən 
məqsədə  nail  olmaq  həvəsi  olmazsa,  belə  fəaliyyət  adamı 
usandırır.  Çətin  məsələlərin  müvəffəqiyyətlə  həll  olunması  üçün 
tapşırıqlar etmək, çarpışmaq və yarışlarda əmək sevərliyi tərbiyyə 
etmək  vasitəsidir.  Əldə  olunan  nəticələrin  başqa  adamlar 
tərəfindən 
qiymətləndirilməsi 
əmək 
sevərliyin 
tərbiyyə 
edilməsində  xüsusi  əhəmiyyətə  malikdir.  Yüksək  dərəcəli 
ağırlıqqaldıranların  öz  fəaliyyətinin  nəticələrini  çox  vaxt 
başqalarının verdiyi qiymət vasitəsi ilə qiymətləndirir. 
Onun  fəaliyyəti  yalnız  öz  tələbatının  deyil  çox  vaxt  hər 
şeydən  əvvəl  ictimai  (komandanın,  idman  cəmiyyəti,  dövlətin) 
tələbatın ödənilməsinə yönəldilir. Yarışlarda ağırlıq qaldıranların 
çıxışının mənfi qiymənləndirilməsi onun əmək sevərliyini azaldır, 
müsbət  qiymət  isə  onu  daha  böyük  fəallıqla  çalışmağa 
həvəsləndirir. 
Buna  görə  də  yüksək  ixtisaslı  idmançılarda  əmək  sevərliyi 
tərbiyyə  edərkən  çatışmamazlıqlar  barədə  çox  ehtiyatla  və  əksər 
hallarda  fərdi  sürətdə    danışmaq,  onun  hərəkətlərindəki  müsbət 
cəhətləri  aşkar  etmək  və  beləliklə  çatışmamazlıqların  aradan 
qaldırılması  əmək  sevərliyin  daha  da  təkmilləşdirilməsi  ilə  onu 
fəal  işə  səfərbər  etmək  lazımdır.  Çıxışından  sonra  idmançıya 
onun 
bacarıqlarının 
ümumi-qeyri 
konkret 
mənfi 
qiymənləndirilməsinə xüsusən yol verilə bilməz. 
Bu  güclü  mənfi  emosiyaların  əmələ  gəlməsinə  və  bir  qayda 
olaraq  əmək  sevərliyin  (çalışqanlığın)  xeyli  azalmasına  səbəb 
olur. 
Kollektivçilik – kollektiv eyni məqsədlə, daima birgə işləmək 
yaxud məşq etməklə bağlı olan, birləşən adamlar qrupu deməkdir. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə