Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə29/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   22   23   24   25   26   27   28   29   30

 
91 
qarşılanmasında  böyük  rolu  vardır.  Öz  yoldaşına,  yaxdu 
kollektivin  üzvünə  kömək  göstərilməsi, ağırlıqqaldırmada  həmin 
mənəvi  keyfiyyətinin  təkmilləşdirilməsinə  imkan  yaradır. 
İdmançının hümanizmi eyni vaxta həm onun idman nəticələrinin 
yüksəlməsinə,  həmdə  digər  idmançılar  və  hakimlər  arasında 
nüfuzunun  artmasına  səbəb  olur.  İdmançı  həmişə  yadda 
saxlamalıdırki,  əgər  o,  insanları  sevirsə,  insanlarda  onu 
sevəcəklər.  Buna  görə  də  həmin  keyfiyyətin  təkminləşdirilməsi 
ilk  növbədə  idmançının  özünə  lazımdır  və  idmançı  özü  həmin 
keyfiyyəti 
təkmilləşdirməlidir. 
Humanizm 
duyğusunu 
təkmilləşdirməkdən  idman  sahəsində  və  həyatda  yaxşı  nəticələr 
əldə etmək çox çətin olur. 
Nəzakətlilik – nəzakət (mərifət) elə bir duyğudur ki, o, sanki 
insana bu və ya digər şəraitdə yaxud vəziyyətdə bir hərəkəti edib-
etməməyini,  ya  da  bir  sözü  söyləyib,  söyləməməyin  lazım 
gəldiyini,  hansı  sözü  söyləməyin  və  hansı  hərəkəti  eləməyin 
lazmı  gəlmədiyini,  hazırki  anda  nəyin  yerinə  düşdüyünə,  nəyin 
isə yersiz olduğunu təlqin edir. Nəzakətliliyin insanların müəyyən 
şəraitdəki (vəziyyətdəki) hərəkətləri ilə təkmilləşir. 
Həmən  keyfiyyəti  mənimsəmək  başqalarından  öyrənmək 
mümkün  deyildir.  Burada  insanın  şəxsi  təcrübəsinin  böyük  rolu 
vardır. Ona görə də müxtəlif vəziyyətdən (şəraitdən) irəli gələrək
xüsusən məşq və yarışlar zamanı bir sözü söyləməkdən, yaxud bir 
hərəkət  etməkdən  qabaq  onu  özü-özülüyündə  öz  ağlında  götür-
qoy  eləmək  lazımdır.  Bu  isə  belə  olur  ki,  sanki  idmançı  (ağırlıq 
qaldıran)  danışmaqdan,  yaxud  bir  hərəkəti  etməzdən  qabaq  öz 
ağlında  iki  qat  iş  görür,  fikrində  tutduğu  sözü,  yaxud  hərəkəti 
təsəvvürünə götürməyə çalışır. 
 Nəzakətliliy tərbiyəsi əsasən öyünmək vaxtı aparılır. İdmançı 
bütün  hərəkətləri  həm  özünə,  həmdə  rəqibinə  görə  etməyi 
nəzərdə  tutmalıdır.  Bundan  başqa  məşqlər  zamanı  elə  şərait 
yaradılmalıdır  ki,  həmən  şəraitdə  nəzakətlilik  keyfiyyətinin 
nümayiş etdirilməsi tələb olunsun. 
İctimai fəallıq – ictimai fəallıq da kollektivçiliyin növlərindən 
biridir.  Ümumi  təlabatı  ödəmək  kollektivi  təmsil  etmək  yaxud 


 
92 
ona  rəhbərlik  etmək  üçün  ictimai  fəallıq  göstərən  adamlara 
verilən  tapşırıqları  yerinə  yetirilməsi  yolu  ilə  inkişaf  etdirilir. 
İnsan  məhz  kollektivə  lazım  olan  işi  yerinə  yetirdikdə  ictimai 
fəallığı  inkişaf  edir.  Həmən  iş  mütləq  yerinə  yetirilməli  və 
kollektiv  tərəfindən  komanda  yoldaşları,  məşqçilər  və  rəhbərlik 
tərəfindən 
müsbət 
qiymətləndirilməlidir. 
Bu  iş  müsbət 
emosiyaları  meydana  çıxarmalı,  idmançının  rütbə  qazanmaq 
(sosial)  təlabatını  ödəməlidir.  İctimaiyyətin  verdiyi  qiymət  nə 
qədər  yüksək  olarsa,  ictimai  fəallıq  da  bir  o  qədər  sürətlə 
təkmilləşir.  Əksinə  ictimai  tapşırıqların  yerinə  yetirilməsi  ilə 
əlaqədar  olaraq  insan  nə  qədər  çox  mənfi  emosiyalara  məruz 
qalarsa,  gələcəkdə  onun  ictimai  fəallığı  da  bir  o  qədər  azalar. 
İdmançının yerinə yetirdiyi təmrinlər (tapşırıqlar) sistemi ictimai 
fəallığı  təkmilləşdirməyin  vasitəsidir.  Tapşırıqların  mürəkkəbliyi 
və  çətinliyi  tədricən  artmalıdır  və  idmançının  gücü  çatan 
tapşırıqlar olmalıdır. 
 Qənaətçilik  –  qənaətkarlıq,  səfhesablılıq  –  iki  üsul  ilə 
tərbiyyə 
edilir.  İdmançını  öz  qüvvə  və  vasitələrndən 
qənaətkarlıqla  istifadə  etməyə  məcbur  edən  şəraitin  yaradılması 
yolu  ilə  çatışmazlıq  idmançını  qənaətkarlığa  məcbur  edir. 
Sonralar  isə  hətda  bolluq  zamanı  belə  qənaət  etmək  vərdişi 
yaranır. İdmançı hər şeyə idman formasına, qidaya, öz qüvvəsinə 
və  s.  qənaət  etməlidir.  İdmançı  öz  idman  formsaına  ehtiyyatla 
yanaşmalı onun vaxtlı-vaxtında təmir olunmasının, yuyulmasının 
və s. qayğısına qalmalıdır. Ayaqqabı, idman forması, zaldan olan 
avadanlıq və inventar səliqə-sahmanlı olmalıdır, onların hər hansı 
bir  nasazlığı  təxirsiz  olaraq  aradan  qaldırılmalıdır  ki,  yaddan 
çıxmasın  və  sonralar  xoşagəlməz  nəticələrə  səbəb  olmasın.  Bu 
sahədə  təkmilləşməkdən  ötrü  idmançı  başqalarını  xatırlatmasını 
gözləmədən  bütün  qənaətçillik  imkanlarını  özü  aşkar  etməli  və 
onlardan istifadə etməlidir. 
Bu  üsul  öz  gücünü  və  vaxtını  ehtiyyatla,  qənaət-məşqçi  və 
ağırlıqqaldıranın  (idmançının)  özü  qarşılarına  elə  vəzifələr 
qoyurlar  ki,  bu  vəzifələr  idmançının  güc  və  vaxt  azlığının 


 
93 
(çatışmamazlığı)  şəraitində  çalışmağa  məcbur  edir.  Qənaətçillik 
vərdişləri, tapşırıqlar (təmrinlər) sistemi vasitəsi ilə hasil edilir. 
İntizamlılıq  –  idmançının  kollektivin  bütün  üzvlərindən  ötrü 
vacib  olan  müəyyən  qaydalara  tabe  olmaq  qabiliyyəti  kimi 
təzahür  edən  mənəvi  keyfiyyətdir.  Yüksək  ixitsaslı  ağırlıq 
qaldıran  müəyyən  olunmuş  qaydaları  bilməli  və  onlara  ciddi 
sürətdə əməl etməlidir. Başqalarına baxmayaraq idmançı intizamı 
heç  vaxt  pozmamalıdır.  Bundan  ötrü  o,  qayda  və  tələbləri 
mükəmməl  öyrənməlidir.  İntizam  şüurlu  olmalıdır.  Əgər 
idmançıya  qarşı  müəyyən  tələb  qoyularsa,  o,  həmən  tələblərin 
mənbəyini  aşkar  etmək  vərdişlərini  özündə  tərbiyyə  etməli  və 
onları yerinə yetirməlidir. Həmən tələblərə tabe olmaq idmançıda 
mənfi təsir oyatmamalıdır, onda məmnuniyyət hissi doğurmalıdır. 
Əgər  həmən  tələbkar  hazırki,  vəziyyətdə  idmançının  təlabatı  ilə 
bağlı  olmasa  da,  bu  məhz  belə  olmalıdır.  O,  öz  işini  belə 
qurmalıdır: “Tələb edənin xoşuna gələn bir iş görmək lazımdır”. 
Başqa  yoldaşların  yaxud  məşqçinin  xahiş  və  tələblərinin  yerinə 
yetirilməsinə  idmançı  hörmətsizlik  kimi  baxmalı  və  buna 
müvafiq  olaraq,  onda  mənfi  təsir  əmələ  gəlməlidir.  Xüsusən 
yarışlar  zamanı  hakimlərin  məşq  vaxtı  isə  məşqçinin  tələblərinə 
tabe  olmaq  vərdişlərinin  tərbiyyə  edilməsinə  diqqət  vermək 
lazımdır.  Həmin  qabiliyyət  müəyyən  olunmuş  qaydalara, 
komandanın  digər  üzvlərinin,  məşqçinin,  müdriyyətin  və 
başqalarının  xahiş  və  tələblərinin  yerinə  yetirilməsini  tələb  edən 
təmrinlər  (tapşırıqlar)  vasitəsilə  hasil  olunmalıdır.  İdmançı  həm 
məşqdə, həm işdə, həm də evdə, ailədə, küçədə və ictimai yerlərlə 
özündə intizamlılıq tərbiyyə etməlidir. 
Dəqiqlik – müəyyən olunmuş qaydalara əsasən səliqəyə dəqiq 
sürətdə  riayət  etmək  bacarığıdır.  Bu  intizamlılığın  cəhətlərindən 
biridir.  Adətən,  bu  vaxt  büdcəsindən  (imkanından)  yaxşı  istifadə 
etmək bacarığı ilə bağlıdır. 
İdmançı  bundan  ötrü  öz  hərəkətlərini  vaxt  və  məkana  görə 
dəqiq  uyğunlaşdırmağı  bacarmalıdır.  Vaxtı  və  yolu  nəzərə  alan 
idmançı,  hər  cür  əngəl  və  təsadüflərə  görə  öz  imkanlarını 
müəyyənləşdirməlidir.  Məşğələlər  dəqiq  və  vaxtında  (nə  tez,  nə 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə