Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə30/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   22   23   24   25   26   27   28   29   30

 
94 
gec)  gəlmək  təmrinləri  (hərəkətlərin  tapşırıqları)  dəqiq  müəyyən 
olunmuş  vaxta,  müəyyən  məkanda  yerinə  yetirmək  –  dəqiqliyi 
təkmilləşdirməyin  əsas  üsuludur.  Müvafiq  hesablamaların 
olmasının  və  onların  yerinə  yetirilməsi  zamanı  düzgünlüyünün 
yoxlanılmasını  tələb  edən  təmrinlər  dəqiqliyi  inkişaf  etdirməyin 
vasitəsidir. 
Vicdanlılıq  –  idmançının  doğruçuluğu,  düzlüyü  vicdanlılığı 
kollektivin,  cəmiyyətin  digər  üzvlərinə  və  öz  ləyaqətinə  hörmət 
etmək  bacarığı  ilə  bağlı  mənəvi  keyfiyyətdir.  Vicdanlılıq 
idmançının  sözünə  və  işinə  müvafiq  olaraq  təzahür  edir.  Həmən 
keyfiyyət  başqa  adamların  etimadından  öz  şəxsi  məqsədləri 
naminə  istifadə  etmək  imkanına  yol  vermir.  Bu  cəhət  verilən 
vədlərə  də  aiddir.  Hər  hansı  bir  vədi  verməkdən  əvvəl  vaxtın 
düzgün  hesabını  aparmaq  və  mümkün  ola  bilən  bütün  əngəlləri 
(maneyələri)  nəzərə  almaq  lazımdır.  Yalnız  bundan  sonra  vəd 
vermək,  yaxud  öz  etirazlarını  müvafiq  vaxt  hesablamaları  ilə, 
yada  başqa  təxirəsalınmaz  işin  yerinə  yetirilməsi  lüzumu  ilə 
əsaslandıraraq,  hər  hansı  bir  işin  icrasından  imtina  etmək 
lazımdır.  Əgər  vəd  verilmişisə,  vədə  mütləq  əməl  olunmalıdır. 
Söz (vəd) verdinmi – yerinə yetir, vədinə əməl elə. 
Doğruçuluğa,  vicdanlılığa,  öz  sözünə  sədaqətlə,  rəğbət 
göstərilməsi  və  nüfuz  vicdanlılığı  təkmilləşdirməyin  əsas 
üsuludur. 
Vicdanlı, saf ürəkli idmançı haqlı olaraq nüfuz qazanır. Buna 
görədə ətrafdakıların qarşısında öz nüfuzunu qorumaq idmançının 
şəxsi  mənafeyindən  irəli  gəlir.  Məşqçi  vicdanlılığının 
təkmilləşdirilməsi  qayğısınada  qalmalıdır.  Bundan  ötrü  müvafiq 
təmrinlərin  yerinə  yetiilməsini  tövsiyə  etməlidir.  Vicdanlılığın 
tərbiyyə  edilməsi  zamanı  yadda  saxlamaq  lazımdır  ki,  həmin 
keyfiyyət  nəzakətliliklə  qarşılıqlı  əlaqə  şəraitində  inkişaf 
etdirilməlidir. Ətrafdakılar tərəfindən hər hansı bir vicdanlılıq və 
doğruçuluq 
müsbət 
qiymətləndirilmir. 
Vicdanlılığın, 
doğruçuluğun  pis,  xoşa  gəlməz  nəticələrə  səbəb  ola  biləcəyi 
hallarda,  idmançının  susması  daha  çox  məqsədə  uyğundur. 
Vaxtsız və yersiz söylənilmiş bir həqiqət adamlara mənfi təsirini 


 
95 
buraxa 
bilər. 
Buna 
görədə 
həmən 
keyfiyyətin 
təkmilləşdirilməsindən  ötrü  idmançının  nəisə  etməyin  və 
söyləməyin lazım gəlib-gəlmədiyini öz ağlında götür-qoy elədiyi 
hallardan ötrü təmrinlər, tapşırıqlar sistemli verilməlidir. Adətən, 
həqiqəti  demək  və  beləliklə  öz  çatışmazlılığın  yaxud  nöqsanını 
etiraf  etmək,  yxsu  uydurma  təsadüflərlə  özünü  doğrutmaq 
labüdlüyü meydana çıxdıqda beləcə seçməyə ehtiyac əmələ gəlir. 
Məşqçi  belə  vəziyyətləri  işgüzar  oyun  formasınd  şərti  olaraq, 
yaxud  gündəlik  həyati  vəziyyətdən  istifadə  edərək  təbii  sürətdə 
yarada  bilər.  Bu  zaman  idman  mübarizəsi  şəraitində  təmrinlər 
(hərəkətlər)  sistemi,  gündəlik  həyatdakı  məşğələlər  sistemi 
başlıca vasitə rolunu görür. 
İcranı  və  nəzarəti  məşqçilərin,  hakimlərin  və  ətrafdakıların 
iştirakı ilə idmançının özünün həyata keçirməyi daha yaxşıdır. 
Düzlük  və  vicdanlılıq  çox  vaxt  yalana  qarşı  qoyulur.  Yarış 
qaydalarına  görə  ağırlıqqaldıranada  hərəkətlərin  icrasında 
hakimlər  tərəfindən  səhvə  yol  verilir  və  bu  səhv  yüksək  çəkinin 
sayılmasına  səbəb  olur.  Lakin  bunu  gündəlik  həyatda  səhv 
fikirlərlə (aldatma ilə) eyniləşdirmək olmaz. 
Təvazökarlıq 
–  davranışın  təmkinliliyi,  məğrurluğun, 
lovğalığın  olmaması  tərzində  təzahür  edən  bir  keyfiyyətdir. 
Təvazökar idmançı öz nailiyyətlərini gözə soxmur, öz xidmətləri 
ilə öyünmür, başqa yoldaşlarından özünü üstün tutmağa çalışmır, 
onların  xidmətlərini  və  ləyaqətini  alçatmır.  Yüksək  ixtisaslı 
idmançıya  görə  həmən  mənəvi  keyfiyyətin  təkmilləşdirilməsi 
xüsusi ilə vacibdir. Adətən belələrinin öyünməli bir cəhəti var, bir 
çox başqa yoldaşlarına və idman kollektivinin üzvlərinə nisbətən 
onların  idman  nailiyyətləri  yüksək  ola  bilər.  Elə  buna  görədə 
belələrinin  keçmiş  xidmətləri  ilə  öyünməməkdən  özlərini 
saxlaması 
çətin 
olur. 
Təvazökarlıq 
keyfiyyətinin 
təkmilləşdirməkdən ötrü idmançı öz hərəkətlərini tənqidi sürətdə 
qiymətləndirməli,  başqa  adamlarda  daha  artıq  yaxşı  cəhətlər 
görməlidir. 
Şəxsi davranış və mülahizələrinə özünə nəzarət təvazökarlığı 
təkmilləşdirməyin  əsas  üsuludur.  Həmən  nəzarət  məşqçidə  eyni 


 
96 
vaxtda 
həyata 
keçirilməlidir. 
Hazırlıq 
işinin 
başqa 
çatışmamazlıqlarına  irad  tutulduğu  kimi  lovğalıq,  təkəbbürlülük, 
təmkinsizlik  hallarına  qarşıda  müvafiq  tərzdə  irad  tutulmalıdır. 
Çatışmamazlıqların  aradan  qaldırılmasından  ötrü  tapşırıqlar 
verilir. 
Təvazökarlığın  təkmilləşdirilməsi  vasitəsi  kimi  isə  elə 
tapşırıqlar  tədbiq  olunur  ki,  həmən  tapşırıqların  icrası  zamanı 
idmançı söhbətlər aparır, yarışlarda iştirakı barədə məlumat verir, 
ona  verilən  suallar  idmançının  öz  şəxsiyyətini  və  onun 
kollektivindəki  rolunu  qiymətləndirməyə  sövq  edir.  Həmən 
məqsədlə  elə  tərəfmüqabil  çəkilərdə  idmançılar  daha  güclü, 
yaxud daha yüksək hazırlıqlı ağırlıq qaldıranları seçilir ki, bunlar 
onun “lovğalıq köpünü ala bilsinlər”. 


 
97 
MƏNƏVİ KEYFİYYƏTLƏRƏ NƏZARƏTİN  
VASİTƏLƏRİ VƏ ÜSULLARI 
 
Mənəvi  keyfiyyətlər  psixi  proseslərin  təzahürü  olub, 
idmançının (ağırlıq qaldıranın) niyyət və hərəkətlərinin məzmunu 
kimi  ifadə  olunur.  Buna  görə  mənəvi  keyfiyyətlərin  inkişaf 
dərəcəsinə  nəzarət  zamanı  ilk  növbədə  pedaqoji  müşahidələr 
üsulu  tətbiq  edilir.  İdmançının  davranışını  komandaya,  idman 
kollektivinə və ağırlıq qaldırma növünə görə qoyulan normalarla 
müqayisə  edərək  hər  normaların  pozulması  səviyyəsini 
müəyyənləşdirirlər. 
Mənəvi  keyfiyyətlərin  təkmilləşməsinə  nəzarət,  idmançının 
özü  tərəfindəndə  yerinə  yetirilə  bilər.  Bundan  ötrü  idmançı 
mənəvi-iradi  hazırlıqla  bağlı  çəatışmazlıqların  meydana  çıxması 
mexanizmini,  müxtəlif  vəziyyətlərdəki  davranış  qaydalarını, 
ictiami  rəyin  yaradılması  qanunauyğunluqlarını,  tələbləri  bilməli 
və  qiymətləndirmə  ölçülərindən  xəbərdar  olmalıdır.  O,  ayrı-ayrı 
mənəvi  keyfiyyətlərin  təkminləşdirməsi  vasitələrini  və  üsullarını 
da bilməlidir. 
Mənəvi  keyfiyyətlərə  nəzarət  etməkdən  ötrü  məşqlərin 
gedişində  konkret  məşğələlər  zamanı  mənəvi  keyfiyyətlərin 
təkmilləşdirməsi  üzrə  hərəkətlərin  yerinə  yetirilməsi  idmançının 
qeyri-müvafiq, yaxud yanlış reaksiyası şəklində təzahür edən şərti 
reflekslər  mexanizminin  pozulması  kimi  özünü  göstərir. 
Həddindən  artıq  məşq  etmək  nəticəsində  bədənin  zəifləməsi 
idman  formasının  aşağı  düşməsi  həmin  vəziyyətinin  ən  parlaq 
təzahürüdür,  normadan  artıq  məşq  etmək  nəticəsində  zəifləmək 
idmançıya  görə  çox  ağır  yük  gərginliklərin  olması  ilə  bağlıdır. 
İdmanın  digər  növlərində  isə  həddindən  artıq  məşq  etmək 
nəticəsində  zəifləmək  (yorulmaq)  çox  vaxt  daha  böyük  fiziki 
gərginliklərlə  bağlı  olur.  Ağırlıqqaldırmada  isə  həmən  zəifləmə 
əksər  hallarda  böyük  əsəbi  (psixi)  gərginliklərlə  əlaqədar  olur. 
İdmançı  hərəkət  vərdişlərinin  dəyişdirilməsi  ilə  bağlı  çətin 
məsələlərin  həllini  tələb  edən  vəziyyətlə  qarşılaşdıqda  belə 
gərginliklər  meydana  çıxır.  Zəifləmənin  səbəbi  çox  vaxt 


 
98 
idmançının güclü ağır çəkilərdə tez-tez məşq etməsi ilə bağlıdır, 
idmançı  texniki  üsullarda  dəqiq  istifadə  edə  bilmir.  Həmin 
çəkilərdə  idmançı  hərəkətlərin  icrasında  avtomatizm  ardıcıllığı 
pozulur.  O,  çoxdan  bəri  öyrəndiyi  vərdişləri  mənfi  emosiyalar 
fonunda  yenidən  qurmalı,  dəyişdirməli  olur.  Əgər  vərdişlərdə 
(hərəkətlərin  texnikasında) müsbət  dəyişiklər  təkmilləşmə  lazımı 
sürətlə  baş  vermirsə,  yaxud  xoşa  gəlməz  dəyişikliklər  meydana 
çıxarsa,  bu  zaman  mənfi  emosiyalar  üst-üstə  yığılır  və  ən  əvvəl 
“döşəmədən çiyrinmə” duyğusu əmələ gəlir. 
İdmançı  döşəmə  üzərinə  çıxmaq  istəmir.  Müsbət  emosiyalar 
(duyğular,  hisslər)  oyadan  digər  hərəkətlərlə  idmançı  böyük 
məmnuniyyətlə  məşğul  olur.  Həddindən  artıq  məşq  etmək 
nəticəsində  zəifləməyin  ən  ağır  formaları  tədris  planının  digər 
fənnlərində  daha  yaxşı  nəzarətdən  keçirilir.  Biz  burada  onlardan 
söz açmayacağıq. 
Yadda saxlamaq lazımdır ki, bir qayda olaraq həddindən artıq 
məşq  etmək  nəticəsində  əmələ  gələn  zəifləmə  işin  başqa  idman 
növləri  vasitəsi  ilə,  yaxud  istirahət  etməklə  aradan  qaldırıla 
bilməz. Zəifləmə fiziki yorğunluq nəticəsində əmələ gəlmişsə işin 
başqa növünə keçmək, yaxud istirahət səmərə verə bilər. 
Bir  müddətdən  sonra  (10-15  gün)  ərzində  idmançı  məşq 
edərək  öz  əvvəlki  idman  formasına  gələ  bilər.  Texniki 
hərəkətlərin  səmərəli  sürətdə  yerinə  yetirilməsi  idman  formasına 
nəzaərtin ən çox yayılmış üsullardan biridir. 
İdmançının 
formadan 
düşməyə 
başlamasının 
müəyyənləşdirməyin  daha  bir  əməli  üsulla,  bəzi  hərəkətlərin 
dürüst  (dəqiq)  olmaması,  xırda  zədə  və  travmalar  idmançının 
formadan düşməsinin ilk əlamətləridir. Adətən idman formasının 
zirvəsində  olan  idmançının  öz  hərəkətlərini  rəqibinin  hərəkətləri 
ilə  çox  yaxşı  uzlaşdırır.  Əgər  onun  reaksiyaları  pozulursa,  bu 
göstərir  ki,  rəqibin  hərəkətlərinə  görə  idmançının  reaksiyalarının 
tam  uyğunluğu  pozulmuşdur.  Bu  isə  idmançının  idman 
formasından  çıxmasına,  idman  göstəricilərinin  aşağı  düşməsinə 
gətirib çıxara bilər. Çox vaxt formadan düşmənin qarşısnı almaq 


 
99 
üçün  məşq  gərginliklərin  azaldılması  və  xüsusən  məqsədə 
uyğundur. 
Sonuncu  əlamətlər  idman  formasının  “zirvəsində  olan” 
idmançılarda  daha  tez  müşahidə  olunur.  Gərginliyin  azaldılması 
zirvəsində  qalmağa,  yaxud  idman  formasının  səviyyəsini  bir 
qədər  azaltmağa  imkan  veriri,  lakin  sonrakı  yarışların  gedişində, 
onun idman formasına girməsi sürətlə bərpa olunur. 


 
100 
ƏDƏBİYYAT 
 
1.
 
Abiyev A. Q., Qurbanov H. H. Ramazanov Ə. X. “Orduda 
fiziki hazırlığın təşkilinin nəzəri əsasları”,Dərslik, Bakı 2004 
2.  K. A. Balakişiyev “İnsanın normal anatomiyası”, “Maarif” 
nəşriyyatı, Dərslik, Bakı 1971  
3.  Воробьева А. Н. “Тяжолая атлетика” В учебник ФиС, 
1967-1977-1981 год 
4.  Cəbraylov Q. Ə. “Ağırlıqqaldirma idmanında yeniyetmələrin 
məşq metodikası”, Dərs vəsaiti, Bakı 2010 
5. Əlizadə Ə. Ə. Bayramov Ə. S. “Psixologiya”  
                                                                            Dərs vəsaiti, Bakı 
1989, Maarif 
6.  Qurbanov H. H. “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” 
Dərslik Bakı 2001 
7.  Qurbanov X. K., İsmayılov T. M. “Azərbaycanda idman 
psixologiyasının bəzi aktual problemləri”, Bakı 2008 
8.  Qurbanov N. N., Əskərov A. Y., Ramazanov Ə. X. “Bədən 
tərbiyəsi nəzəriyyəsi və metodikası”, Dərslik, Bakı 2006 
9.  Hüseynov Ş. H., Mustafayev A. İ. “Ağır atletika”, tədris 
vasitəsi, Bakı 1988 
10. Hüseynov Ş. H. “Atletizim hərtərəfli fiziki inkişafın əsasları”, 
Bakı 1999 
11. İsmayılov T. M., Qurbanov X. K., “Ali məktəb psixologiyası” 
Bakı 2011 
12. Mustafayev M. K. “Fiziki hərəkətlərin və idmanın fizioloji 
əsasları”, Maarif Bakı 1972 
13. Матвеев Л. П., Новиков А. Д. “Теория и методика 
физического воспитания”, Учебник Т 1.2-ое издание, 
Москва ФИС  1976 
14. Мороз Р. А. “Силовая подготовка спортсменов”, Москва 
ФИС 1988 
15. Məcidov N. B. “İdman nəzəriyyəsi”, Nərgiz nəşriyyatı, Bakı 
2009


 
101 
MÜNDƏRİCAT 
 
 
1.Giriş.......................................................................................... 3 
2.Xüsusi fiziki hazırlıq və onun idmançıların hazırlığında yeri . 7 
3.Gücü inkişaf etdirməyin metod və vasitələri............................10 
4.İdmançinin fiziki hazirliği...................................................... 21 
5.Əzələ qüvvəsi ......................................................................... 29 
6.Sürət, sürət-güc, elastiklik, dözümlülük, cəldlik və çeviklik 
fiziki hazırlığın əsas göstəricisi kimi ........................................ 31 
7.Ağirliqqaldiranlarin məşq prosesində mənəvi-iradi 
keyfiyyətlərinin tərbiyə edilməsi .............................................. 37 
8.Ağirlıqqaldirmada idmançilarin iradə və taktiki hazirliği ..... 45 
9.Taktikanin əhəmiyyəti haqqinda ............................................ 53 
10. Taktiki hazırlığın psixiologiyası............................................58 
11.Idmançilarin texniki hazirliğin psixoloji əsaslari ................. 71 
12.Mənəvi keyfiyyətlərin təkmilləşdirilməsinin vasitələri və 
üsullari....................................................................................... 85 
13.Mənəvi keyfiyyətlərə nəzarətin vasitələti və üsullari .......... 97 
14. Ədəbiyyat ..........................................................................100 
 
 
 
 
 
 
 
 
 


 
102 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Format 64x90, 16/1, s.,ç.v. 6,375, kağız 115 qr/m2 mat, 
Tiraj: 500 əd. 
“Victory” mətbəəsində çap olunmuşdur. 
 


Cəbrayılov Qubad Əli oğlu 1939-cu ildə 
Masallı  rayonunun  Ərkivan  qəsəbəsində 
anadan  olmuşdur.  O,  1962-ci  ildə 
azərbaycan  dovlət  bəden  tərbiyəsi  və 
İdman  akademiyasını  1970-ci  ildə  isə  Ç. 
İldirim  adına  Azərbaycan  Politexnik 
institutunu bitirmişdir.
1962-1966-ci  illərdə  “Dinamo” 
Konullu  İdman  Cəmiyyətində  məşqçi 
1 9 6 6 - 1 9 7 3 - c ü   i l l ə r d ə   P o l i t e x n i k  
İnstitutunda  “Bədən  tərbiyəsi  və  idman 
kafedrasında”  müəllim  vəzifəsində 
işləmişdir.  1973-cu  ildə  bu  günə  kimi   
Azər.  DBTİA-da  “Agirliqqaldırma  və  boks”  kafedrasında  dosent 
işləyir.
Cəbrayılov  Q.Ə.  1958-ci  ildə  ağırlıqqaldırma  idman  növü  ilə 
məşğul olmağa başlaçış, 1963-1966-ci illərdə respublika yarışlarında 
çıxış  etmiş,  mükafata  layiq  yerlər  tutmuşdur.  1963-cü  ildə  yüngül 
çəkidə respublika rekordunu müəyyən etmiş 1965-ci ilde idman ustası 
normasını  yerinə  yetirmiş,  1967-ci  ildə  Azərbaycan  Çempionu 
olmuşdur və mükafata layiq yerlər tutmuşdur 
Qubad  müəllim  Akademiyada  işlədiyi  müddət  ərzində  yüksəl 
dərəcəli idmançilar və beynəlxalq dərəcəli idman ustası hazırlığı üçün 
1996-ci ildə “Azərbaycan Respublikasının əməkdar məşqçisi” adına 
layiq görülmüşdur. 1998-ci ildən beynəlxalq dərəcəli hakimdir.
Cəbrayılov Q. ağırlıqqaldırma idmanı üzrə bir necə elmi-metodiki 
məqalələr və tədris, metodiki və dərs vəsaitinin müəllifidir. 2001-ci 
ildə ona Azərbaycan respublikasının fəxri bədən tərbiyəsi ve idman 
işcisi  adı  verilmişdir.  1970-ci  ildən  baçlayaraq  o,  Baki  şəhəri  və 
respublika  ağırlıqqaldırma  federasiyalari  icrayyə  komitəsinin  üzvü 
olmuş,  respublikada  ağırlıqqaldırma  idmaninin  inkişafinda  fəal 
iştirak etmişdir.
Cəbrayılov  Q.Ə.  öz  ixtisası  üzrə  respublikada  yaxşı 
mütəxəssislərdən  biridir.  Qubad  Əli  oğlu  Cəbrayılovun  təşkilatçı, 
səviyyəli idman mütəxəssisi, yaxşı müəllim olduğunu nəzərə alaraq, 
ona  “Azərbaycan  Respublikası  əməkdar  bədən  tərbiyəsi  ve  idman 
xadimi” adı verilmişdir - 19 dekabr 2011-ci il.


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə