Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   2   3   4   5   6   7   8   9   ...   30

 
12 
2)  Əzələlərin  gücü  sinir  sistemindən  ona  göndərilən 
impulslardan  çox  asılıdır.  Qıcıqlanmaların  təsir  qüvvəsi  çox 
olduqca əzələ güçü də bir o qədər artıq olur. 
3)  Mərkəzi  sinir  sisteminin  emosional  oyanma  səviyyəsi 
yüksəldikcə əzələ gücüdə artır. 
4)  Qısa  müddətdə  tənəffüsü  saxlamaq  (gecikdirmək)  əzələ 
gücünün artmasına səbəb olur. 
5)  İdmançılar  psixoloqlar  tərəfindən  gipnoz  edilərkən  əzələ 
gücü 30% artır. 
6) Əzələlərin qızışması əzələ gücünü təxminən 19% artırır. 
7)  Soyuq  duş  qəbul  etmək  də  əzələ  gücnünü  artmaısna  təsir 
göstərir. 
8) İdmançıların yarışlar zamanı soyuq suda islanmış dəsmalla 
silinmək eyni nəticə verir. 
9)  Əzələnin  gücü  ilin  fəslindən  və  günün  müddətindən 
asılıdır. Əzələnin gücü ən aşağı gecə saat 2-4 arasında, ən yüksək 
gücü isə 11-12 (gündüz) və 17-18 arasında olur. 
Bəzi  alimlər  sübut  edirlər  ki,  əzələ  gücü  payız  fəslində  daha 
çox, yayda isə daha az olur.  
Bəziləri  isə  bahar  fəslini  bu  cəhətdən  ən  münasib  fəsil 
sayırlar, lakin payız fəsli daha münasib fəsildir. 
10)  Ultra  bənövşəyi  şüalar  əzələ  gücünün  artmasına  təsir 
göstərir. 
11)  Qidalanma  əzələ  gücünün  artmasına  xeyli  təsir  göstərir, 
qəbul  olunmuş  qidanın  tərkibinin  müəyyənləşdirilməsi  olduqca 
vacibdir.  Çünki  orqanizmə  lazım  olan  yağlar,  zülallar  və 
karbohidratlar məhz qida vasitəsi ilə daxil olunur. 
Hazırda əzələnin gücünü artırmaq, onu tonusa gətirmək üçün 
əsas iki metoddan istifadə edilir. 
1) statik metod (izometrik) 
2) dinamik metod (izotonik) 
Bu  metodlar  öz  adlarını  əzələlərin  gördüyü  işin  rejimində, 
xarakterindən almışdır. Skelet  əzələləri iki iş rejiminə - statik və 
dinamik rejimə uyğunlaşmışdır. 


 
13 
Statik iş zamanı əzələnin tonusu dəyişir, lakin onun uzunluğu 
dəyişilmir,  həm  də  hərəkət  yoxdur.  Məsələn,  həlqələrdə  “xaç” 
saxlamaq,  müxtəlif  dayaqlı  durmalar  və  xüsusi  hərəkətlərlə 
müxtəlif  tutmalarda    asılmadan  ağırlığn  saxlanması  3,  4,  5,  6 
(saniyələrlə).   
Dinamik (uzotonik) iş zamanı əzələnin tonusu dəyişdiyi kimi, 
əzələnin uzunluğu da dəyişilir və bu zaman hərəkət mövcud olur. 
Dinamik  iş  zamanı  əzələlərin  uzunluğu  həm  uzanır  və  həm  də 
qısala bilir. Bu zaman əzələ dəfedici xarakterli iş görür. Məsələn, 
idmançı ağırlıq qaldıran zaman əzlə qruplarının hamısı müəyyən 
növbə ilə dəfedici xarakterli iş görür. 
Ağırlıqqardırma  idmanının  yarandığı  ilk  vaxtlardan  əzələ 
gücünü  artırmaq  üçün  yalnız  dinamik  metod  tətbiq  olunurdu. 
Hazırda  da  həmin  metod  müvəffəqiyyətlə  tətbiq  olunur.  Lakin 
statik  metodla  əzələ  gücünün  inkişaf  etdirilməsi  son  zamanlar 
tətbiq  edilməyə  başlamışdır.  Bu  metod  rəsmi  olaraq  alman 
fizioloqları  Müller  və  Xettinqer  tərəfindən  1953-cü  ildə  irəli 
sürülmüşdür. Sovet ağırlıqqaldıranları (atletləri) isə bu metoddan 
təxminən 1957-1958-ci illərdən istifadə etməyə başlamışlar. 
Aparılmış  çoxlu  təcrübələr  göstərmişdir  ki,  əzələ  gücünün 
inkişafı  üçün  tətbiq  olunan  bu  üsullardan  dinamik  üsul  daha 
xeyirli  və  daha  həyatidir.  Mütəxəssislər  sübut  etmişlər  ki,  statik 
metoddan istifadə edərkən əzələ qruplarının hamısı eyni dərəcədə 
iş görmür ki, bu da inkişafda müxtəliflik yaradır. Hətta eyni əzələ 
qrupuna  daxil  olan  əzələ  lifləri  belə eyni  dərəcədə  inkişaf etmir. 
Statik  iş  zamanı  əzələ  gərginliyinin  müddəti  6  saniyədən  artıq 
olmamalıdır.  Məsələn,  ağırlıqqaldıran  ağırlığı  böyük  olan 
çəkilərdə  ştanqı  çiyinlərinə  götürərək  yarım  cömələrək  və  bu 
vəziyyətdə  5-6  saniyə  saxlamaqla  sonra  yenidən  düzəlir  və 
hərəkət təkrar olunur. 
Mütəxəssislərin  fikrincə  statik  və  dinamik  metodlardan 
kombina olunmuş şəkildə istifadə etmək daha böyük nəticə verir. 
Hazırda  bu  üsuldan  məşqlərdə  geniş  istifadə  edirlər.  Məsələn, 
məşq  zamanı  idmançı  dartma  hərəkətini yerinə  yetirir.  O,  ştanqa 
pəncələrlə  dartma  (podrıv)  səviyyəsinə  qədər  dartır  və  3-4  san 


 
14 
saxladıqdan  sonra  hərəkəti  davam  etdirir.  Və  yaxud  idmançı 
asılmadan  birdən  qaldırarkən  ştanqı  döşəməyə  yaxın  aşağı 
buraxır, bu vəziyyətdə 3-5 san. saxlayır və sonra hərəkəti davam 
etdirərək asılmadan birdən qaldırmanı tamamlayır.  
Yüksək  dərəcəli  məşqçilər  qeyd  edir  ki,  hər  məşqdə  statik  iş 
görmə metodundan istifadə etmək gözlənilən nəticəni vermir. Bu 
metoddan məşqlərdə vaxtaşırı istifadə edilməlidir. Hər məşqə 4-5 
statik hərəkət daxil etmək məsləhət görülür. 
Əzələ qruplarının statik iş rejimində iş görmə müddəti 60-80 
san-dən çox olmamalıdır. 
Əzələ  gücünü  inkişaf  etdirməkdə  daha  çox  dinamik  metoda 
yer verilir ki, bu da təbiidir. 
Əzələ gücünü inkişaf etdirərkən məşqçi bir ciddi məsələni də 
nəzərə  almalıdır.  O,  bilməlidir  ki,  əzələnin  bağlandığı  nöqtələr, 
bədənin  hansı  nahiyyəsində  əzələ  liflərinin  təxmini  sayı,  kütləsi, 
sinirlənməsi,  qanla  təchiz  olunması  da  məşqçinin  yaddaşından 
çıxmamalıdır. 
Bu  və  ya  digər  idmançının  əzələ  qruplarının  hamısı  heç  də 
eyni  inkişaf  etmiş  olmur.  İdmançılarda  kürək,  bel  və  ayaq 
əzələləri  daha  güclü  olmalıdır.  Məşqçi  ilk  növbədə  bu  əzələləin 
gücünü  inkişaf  etdirməlidir.  Məlumdur  ki,  əzələnin  gücünü 
artırmaq  üçün  onun  kütləsinin  həcmini  artırmaq  lazımdır.  Lakin 
əzələ  kütləsini  artırmaq  vasitəsi  və  metodlarından  asılı  olaraq 
əzələlərdə  güc  keyfiyyəti  müxtəlif  ola  bilir:  güclü,  sürətli-güclü 
və  ya  sürətli.  İdmançılara  güc  və  sürətli-güc  keyfiyyəti  olduqca 
vacibdir.  Odur  ki,  məşqçi  hansı  fiziki  hərəkətlərdən  istifadə 
edəcəyini  aydın  başa  düşməli  və  güc  keyfiyyətinin  inkişaf 
etdirilməsi vasitələrini yaxşı dərk etməlidir. 
Əzələ  gücünü  müxtəlif  vasitələrlə  inkişaf  etdirmək 
mümkündür.  Məşqlər  də  müəllim-məşqçi  bu  vasitələrin 
hamısından növbə ilə istifadə etməlidirlər. 
Bunlar  –  qantelər,  pudluq  daşlar,  ispanderlər,  gimnasitka 
divaları,  paralel  qollar,  turnik,  həlqələr,  ipə  dırmanmaq  və  s. 
misal ola bilər. Lakin əzələ gücünü inkişaf etdirməyin ən vacib və 
səmərəli üsulu stanqla görülən işlərdir, hərəkətlərdir. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə