Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.

səhifə9/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 
28 
əzələ sürətlə müxtəlif hərəkətlər törətməyə qabil isə və nə qədər 
ayrı-ayrı  hərəkətlərin  xüsusiyyətlərini  izola  etmək  mümkün  isə 
bir  o  qədər  əzələ  çox  miqdarda  sinir  lifləri  qəbul  edir  və  əksinə 
dinamik iş  görən  əzələlər  statik iş  görən  əzələlərə  nisbətən  artıq 
miqdarda sinir liflərinə malikdirlər. 
Əksər  hallarda  hər  əzələ  bir  sinir  ilə  təchiz  olunur,  başqa 
hallarda  bir  əzələ  iki  sinir  ilə  innervasiya  olunur.  Bəzən  bir-
birinin yanında yerləşən və eyni vəzifə daşıyan əzələ iki müxtəlif 
sinir ilə innervasiya olunur. 
Hərəki  somatik  sinir liflərindən  başqa,  əzələdə  nazik  özəksiz 
vegatatif fikir lifinədə təsadüf edilir. 
Bu  növ  sinir  lifləri  əzələnin  fiziki-kimyəvi  xassələrinin  onun 
tonusunu tənzim edir. 
Hissi  sinir  lifləri  hərəki  liflərin  əksinə  olaraq,  əzələ  lifləri 
içərisinə  daxil  olmayıb,  sarkolenma  üzərində  incə  saplar  vasitəsi 
ilə başlayırlar. 
Hissi  sinir  lifləri  ümumi  hissiyatdan  əlavə  əzələ  hissini  yəni 
aktiv  və  passiv  hərəkət  hissəsini  müvazinət  saxlamaq  üçün 
koordinasiya hissəsini mərkəzi sinir sisteminə daşıyırlar. 
Əzələ işinin orqanizmi üçün çox əhəmiyyəti vardır. 
1) Üzvlərin forma və quruluşunun təkamül etməsinə təsiredici 
bir amil hesab edilir. Məsələn, sümüklərin forması, onların xarici 
səthlərinin relyefi və hətta daxili quruluşu əzələ işindən asılıdır. 
2)  Əzələlər  ayrı-ayrılıqda  bədənin  bütün  hissələrini  hərəkətə 
gətirir, kimyəvi enerjini mexaniki işə və istiliyə çevirir; (əzələlər 
orqanizm  üçün  ən  başlıca  istilik  mənbəyidir;  bunlar  kimyəvi 
enerjini ¼ və hətta ½ -rin mexaniki işə və yerdə qalan ¾ , ya 
2
/
3
 
hissəsini istiliyə çevirə bilirlər. 
3) Tənəffüs və həzm proseslərində iştirak edir; 
4) Qan və linfa cəryanını tənzim edir; 
5) Maddələr mübadiləsini sürətləndirir. 
6)  Oriyentasiyanı,  orqanizmin  xarici  formasını  şaquli 
vəziyyətdə durmasını təmin edir. 
 
 


 
29 
ƏZƏLƏ QÜVVƏSİ 
 
Əzələ yığılarkən, qısalır və müəyyən qüvvə ilə bağlanan ucu 
başlanan  uca  yaxınlaşdırır.  Əzələnin  qüvvəsi  bir  sıra  anatomik, 
fizioloji və mexaniki səbəblərdən asılıdır. 
Anatomik cəhətcə əzələnin qüvvəsi onun qurluşundan asılıdır; 
əzələ  liflərinin  miqdarı  və  qalınlığı  nə  qədər  artıq  və  sərt 
birləşdirici  toxuma  elementləri  çox,  beləliklə  əzələnin  qüvvəsi 
əzələ  liflərinin  miqdarına  onun  fizioloji  en  kəsiyilə  düz 
mütanasibdir. F=ap
2
/

F-quvvə, a-fiziki hazırlıq, p-bədənin çəkisi 
Əzələ  qüvvəsinin  əzələ  lifləri  uzunluğuna  olan  nisbətinə 
gəldikdə, bu nisbətin əks mütanasib olduğunu görürük, yəni əzələ 
lifləri  nə  qədər  qısa  olarsa,  fizioloji  en  kəsiyi,  beləliklə  əzələ 
qüvvəsi bir o qədər artıq olacaqdır və əksinə. 
Fizioloji  cəhətcə  əzələnin  qüvvəsi  onun  olduğu  haldan  və 
qıcığın dərəcəsindən asılıdır. 
Əzələ  nə  qədər  dartılmış  halda  olarsa  yığılarkən  bir  o  qədər 
artıq  qüvvə  əldə  edəcəkdir.  Zəif  qıcıqlanma  nəticəsində  əzələ 
liflərinin  yeni-yeni  əzələ  lifləri  işə  cəlb  olunur.  Nəhayət  güclü 
qıcıqlanma zamanı əzələ maksimum qüvvə ilə yığılır. 
Beləliklə,  əzələnin  qüvvəsinə  təsiredici  amillərə  əzələ 
liflərinin  miqdarı,  qalınlığı,  uzunluğu,  birləşdirici  toxuma 
elementlərinin  miqdarı  əzələnin  halı  (əzələnin  dartılma  dərəcəsi) 
qıcığın  dərəcəsi,  əzələnin  sümüyə  zəbt  olan  səthinin  ölçüsü 
(istinad səthinin ölçüsü) bağlannma üsulu və seqmentin (oynağın) 
vəziyyəti aiddir. 
Əzələnin qüvvəsi onun fizioloji en kəsiyinin ölçüsü ilə edilir. 
Məlumdur  ki,  insanda  1sm
2
  fizioloji  en  kəsiyinə  malik  əzələ, 
maksimum  qıcıqlanma  və  liflərin  uzunluğu  ən  əlverişli  olmaq 
şərti  ilə,  4-dən  10kq-dək  yükü  qaldırma  qüvvəsinə  malikdir.  Bu 
qüvvə  kiloqram  metri  ilə  yükün  çəkisini  qaldırılan  yüksəkliyə 
vurmaqla ölçülür. İstədiyimiz bir əzələnin qüvvəsini təyin etmək 
üçün fizioloji en kəsiyi ölçüsünü 10-a vurmaq lazımdır. Məsələn, 
həmən  əzələ  5sm
2
  fizioloji  en  kəsiyinə  malik  olarsa,  o  zaman 
5·10=50  kq  ağırlığında  yükü  qaldırmağa  qadir  qüvvə  ilə 


 
30 
yığılacaqdır. Əgər bu əzələ yığıldıqda 5sm qısalarsa, onda əzlənin 
gördüyü  mexaniki  iş  50·0,05=2,5  kiloqram  metrə  bərabər 
olacaqdır. Yəni həmən əzələ 2,5 kq ağırlığında bir yükü bir metr 
yüksəkliyə qaldıra bilər. 
 
 


 
31 
SÜRƏT 
 
Əsas fiziki keyfiyyətlərdən biridə sürətdir. 
Sürət məsafənin zamana olan nisbəti ilə ölçülür. 
t
s
v

  v-sürət, s-məsafə, t-zamandır. Deməli sürət müəyyən 
hərəkət fəaliyyətinə minimal vaxt sərf etmək bacarığıdır. 
Müəlliflər  bəzən  bu  keyfiyyətə  cəldlik  deyirlər.  Sürətin  əsas 
faktorları  və  elementlərindən:  a)  hərəkət  reaksiyasının  gizli 
(latent)  vaxtı,  dövrüdə  adlandırılır  b)  tək  hərəkətin  icra  sürəti  c) 
hərəkət tezliyindən ibarət olub, hərəkətin mümkün qədər tez (qısa 
vaxt ərzində) icra etmək qabiliyyətidir. 
Sürət 
faktorunun 
tərkib 
elementləri 
başqa 
hərəki 
qabiliyyətlərə, xüsusilə də çeviklik qabiliyyətinə daxildir. 
Hərəkət  reaksiyasının  gizli  dövrünə  tək  hərəkətin  icra  sürəti, 
hərəkət  tezliyi  daxildir.  Həm  tək  hərəkətin  icra  tezliyi,  eləcə  də 
hərəkət  tezliyi  əzələnin  sürət-güc,  sürətli  qüvvə,  əzələnin 
elastikliyi və s. kimi faktorlardan asılıdır. 
Məşqçi  müəllim  əvvəlcə  hərəkət  reaksiyasının  tezliyi,  tək 
hərəkətin icra tezliyi və hərəkət tezliyi üzərində işləməklə məşqin 
ardıcılığını təşkil etməlidir. 
Sürəti  təyin  etmək  üçün  ən  yaxşı  vasitə  qısa  məsafəyə 
qaçışdır.  Hərəkət  reaksoyasının  tezliyi  hərəkətə  başlamaq  üçün 
verilən  siqnaldan  hərkətin  icrasına  başlanma  anı  kimi  olan  vaxt 
ölçüsü  ilə  təyin  olunur.  Hərəkət  reaksiyasının  tezliyi  orqanizmin 
seçicisi,  hissedici  reaksiyasıdır.  Bu  reaksiya  sadə  və  mürəkkəb 
ola  bilər.  Sadə  reaksiya  -  əvvəlcədən  gözlənilən  siqnala  və 
komandaya  müəyyən  hərəkətin  icrası  ilə  cavabdır.  Sürətin 
inkişafı  üçün  planlaşdırılan  idman  məşqlərində  həm  hərəkət 
reaksiyasının  tezliyi,  həm  də  bu  tezliyi  inkişaf  etdirmək  üçün 
vasitələr inkişafı üçün vasitələr daxil edilməlidir. 
Sürətin  inkişafı  “təkrar”  “serialı”  metodlardan  istifadə  ilə 
həyata  keçirilir.  Təkrarlama  yorulma  hiss  olunduqdan  sonra 
dayandırılmalıdır. 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə