Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 
44 
Bəzən  yarışlarda  idmançının  bu  vaxtadək  qaldırmadığı 
çəkilərdən  baslamaq  lazım  gəlir.  Lakin  ilk  yanaşmalardakı 
yüksək çəkilərin qaldırılması da qələbə ilə nəticələnməyədə bilər. 
Bu  zaman  növbəti  yanaşmalarda  rekord  nailiyyətlərin  əldə 
olunmasından ötrü cəhd etmək lazım gəlir. 
Belə hallada yalnız məşqçi vəziyyətin çətin və riskli olmasını 
dərk  edərək,  idmançıya  qələbəyə  inam  təqlini  etməli, 
müvəffəqiyyətin  qazanılmasına  bir  zərrə  belə  şübhə  etdiyini 
göstərməməlidir.  Nəticədə  idmançı  dərk  etməlidirki,  hamını  ona 
inamsız, mübarizə apara bilər və ən yaxşı nəticə qazana bilər. 
Müasir  dövrdə  yarışlar  zamanı  idman  mübarizəsinin 
gedişində  qələbənin  qazanılması  sahəsində  idmançının  iradə  və 
psixoloji  hazırlığı  əksər  hallarda  həlledici  rola  malikdir.  Həmən 
keyfiyyətlər  həyat  prosesində  və  idman  məşqlərində  formalaşır, 
ağırlıqqaldırmada  bu  keyfiyyətlər  yüksək  idman  nəticələri 
uğrunda mübarizədə tərbiyə olunur. 
İdmançının  öz  üzərində  fəal  və  şüurlu  işi  iradə  tərbiyyəsi 
prosesində  mühüm  və  həll  edici  cəhətdir.  Lakin  məşqçinin  və 
bədən  tərbiyəsi  kollektivinin  mütəşəkkil  məqsədyönlü  plana 
uyğun  və  ciddi  sürətdə  fərdiləşdirilmiş  tərbiyəvi  fəaliyyəti  daha 
mühüm və həll edici əhəmiyyətə malikdir. 
 
 


 
45 
AĞIRQQALDIRMADA İDMANÇILARIN İRADƏ VƏ 
TAKTİKİ HAZIRLIĞI 
 
İradə və taktiki hazırlıq müasir məşq metodikasının ayrılmaz 
hissəsinə  çevrilmişdir.  Əla  fiziki  və  texniki  hazırlığa  malik  olan 
idmançıların  çox  vaxt  yarışlarda  gözlənilmədən  məğlubiyyətə 
uğramasının  və  çıxışlarının  yarımçıq  kəsilməsinin  şahidi  oluruq. 
Bəs  bunun  səbəbi  nədir?  Fiziki  və  texniki  hazırlığın  aşağı 
səviyyədə    olmasıdımı?  Məşqçilərin  dediyinə  görə,  belə  hallara 
istisna  edilir  –  qələbənin  əldə  ediləcəyinə  heç  bir  şübhə  ola 
bilməzdi,  təsadüfmü?  Həmin  gözlənilməz  vəziyyətin  təhlili  çox 
çətindir, halbuki məsələyə şüurlu sürətdə yanaşılarsa onun qarşısı 
alına bilər.  Bunun səbəbləri tamamilə başqadır: 
Güclü  əsəbi  gərginlik,  psixoloji  yorğunluq  əzələ  qüvvəsinə 
mənfi təsir göstərir. 
Hazırda 
dünya  ağırlıqqaldıranların  birincilik  uğrunda 
mübarizəsinin  kəskinləşdiyi  bir  dövrdə  idmançıların  iradə  və 
psixoloji hazırlığı həmişəkinə nisbətən daha çox olması həll edici 
əhəmiyyət kəsb edir. 
İradə  hazırlığının  təkmilləşdirilməsi  üsullarının  bəzən  biz 
aydın  təsəvvür  edə  bilmirik.  Bu  sahədəki  mühakimələr  standart 
və  səthi  olub,  əsasən  hamıya  məlum  hərəkətlərdən  başqa  bir  şey 
deyildir:  yorğunluqdan  uzaqlaşmalı  yarışlar  dövründə  fikrini 
dağıtmalı,  kinoya  getməli,  kitab  mütaliə  etməli,  fikrini 
cəmləşdirmək yaxşıca yuxulamalı və s. 
Məlum məsələdir ki, hazırda bütün bunlar kifayət deyildir. 
Psixoloji və iradə hazırlığının rolunu müəyyənləşdirərkən biz 
əksər  hallarda  texniki  və  qüvvə  hazırlığını  üstün  tutmaqla  səhvə 
yol  veririk.  İradə  tərbiyyəsi  məsələlərini  isə  alimlərin, 
psixoloqların öhdəsinə buraxırıq. Bu çox böyük səhvdir. 
Doğrudan  həmin  məsələnin  nəzəri  həlli  sahəsində  alimlər  az 
iş görməmişlər. Məgər həmən məsələni məşq və yarışlar zamanı 
idmançıları daima müşahidə edən məşqçilər həll etsələr, alimlərin 
tədqiqatlarının nəticələrini yaradıcı sürətdə tədbiq etsələr düzgün 
olmazmı?  İdman-iradə  tərbiyəsindən  ötrü  ən  yaxşı  məktəbdir. 


 
46 
İradənin  nəaliyyəti  barədə  elmi  müddüalara  əsaslanaraq, 
idmançının  ümumi  hazırlığı  kompleksində  iradə  tərbiyyəsini  də 
nəzərdə tutmaq lazımdır. 
İradə  nədir  –iradə  irəli  çıxan  çətinlik  və  maniyələri  aradan 
qaldırmaqla  insanın  öz  hərəkətlərini  şüurlu  sürətdə  idarə  etməsi 
qarşıya qoyulan məqsədə nail olması bacarığı deməkdir. 
Çətinliklərin  müxtəlifliyi  onların  xarakter  və  məzmunu 
insanın iradə təzahürləri rəngarəngliyini əmələ gətirir. 
Qətiyyətlilik, 
savadlılıq, 
dözüm 
və 
soyuqqanlılıq, 
təşəbbüqskarlıq,  intizamlılıq  başlıca  iradə  keyfiyyətləridir. 
Onların 
lazımlı 
səviyyədə 
inkişafı 
idmançının, 
ağırlıqqaldıranların 
yaxşı 
hazırlaşmasını, 
yarışlarda 
müvəffəqiyyətlə çıxış etməsini təmin edir. 
Əlbəttə,  iradə  daimi  keyfiyyət  deyildir.  İnsanın  psixiloji 
fəaliyyətinin ən fəal bir cəhəti kimi, məqsədə doğru gedən  yolda 
qarşıya çıxan maniyələrin müntəzəm sürətdə aradan qaldırılması 
nəticəsində iradə təkminləşir. 
İradə  müəyyən  dərəcədə  təbii  keyfiyyətdir.  Lakin  digər 
keyfiyyətlər kimi o, da əməli fəaliyyətdə inkişaf edir. 
Ağırlıqqaldıranların  iradə  keyfiyyətlərinin  inkişafı  kortəbii 
şəkildə ola bilməz. 
Yalnız  hazırlıq  səviyyəsinə  daxil  olan,  qabaqcadan 
düşünülmüş  üsul  və  vasitələr  lazımi  keyfiyyətlərin  tərbiyyə 
edilməsini təmin edə bilər. 
İdmançının  qarşıda  qoyulan  məqsəd  vəzifələrin  həyata 
keçirilməsinə  sövq  edən  səbəblərin  formalaşması  da  mühüm 
əhəmiyyət kəsb edir. 
Bu  isə  məşqçi  və  alimlərdən  dərin  metodiki  və  pedaqoji 
tədqiqatların aparılmasını tələb edir. 
İradə  keyfiyyətlərinin,  iradənin  əxlaqi  əsaslarının  tərbiyyəsi 
çox  vacibdir.  Əgər  idmançının  yüksək  əxlaqı  hissləri 
formalaşmamışsa,  bu  zaman  onun  iradə  keyfiyyətləri 
hərəkətlərinin  zahiri  cəhəti  kimi  özünü  biruzə  verəcək. 
İdmançının  fəaliyyətində  milli  əxlaqi  hissləri  qarşıya  qoyulan 
məqsədə nail olmaq uğrunda mübarizəyə idmançını səfərbər edən 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə