Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   2   3   4   5   6   7   8   9   ...   30

 

Bunun  fonunda  isə  xüsusi  hazırlıq  hərəkətlərinin  həcmi 
yüksəltməklə  davam  edir.  Daha  sonralar  məşq  yükün 
komponentinin həcmidə sabitləşir və getdikcə azalmağa başlayır. 
Həcmi yüksəlməkdə davam edən yarış və buna yaxın olan xüsusi-
hazırlıq hərəkətləri müstəsnalıq təşkil edir. 
Məşqin ümumi gərginliyinin artımı ilə əlaqədar olaraq, ikinci 
mərhələdə  yükün  orta  artım  sürəti  bir  qayda  olaraq  xeyli  aşağı 
düşür.  Bununla  əlaqədar  olaraq  məşqin  mezoskillərinin 
strukturasıda  müvafiq  sürətdə  dəyişilir.  Mezoskillərə  tez-tez 
“zərbəçi” və “yükü azaldan” mikrotskillər daxil edilir. 
Xüsusi  hazırlıq  mərhələsindən  sonra  dərhal  hər  hansı  bir 
məsul  yarış  başlanarsa  onda  mərhələnin  son  hissəsi  yarışqabağı 
hazırlıq  şəklində  qurulur.  Bu  zaman  məşq  istirahətin  ritmini  və 
qarşıdakı yarışın modelini elə konkret şəraitdə yaratmaq lazımdır 
ki,  idmançı  bunları  ən  yüksək  iş  görmə  qabiliyyətin  saxlaya 
bilsin. 
Ümumi  fiziki  hazırlıq  mərhələsində  məşq  yüklərinin 
dinamikası  daimi  surətdə  artan  həcm  və  gərginliklə  xarakterizə 
olunur. 
Bu  mərhələdə  idman  formasını  əldə  etmək  üçün,  möhkəm 
bünövrə yaradan həcminə görə əsas hazırlıq işləri görülür. 
Müasir idman metodikası ümumi fiziki hazırlığı “ daşıma” adı 
ilə əvəz etməyə səy göstərən təşəbbüsü elmi surətdə inkar edir. 
Xüsusi  fiziki  hazırlıq  bilavasitə  idman  formasının  əldə 
olunmasını təmin edir. 
Yükün ümumi həcmi intensivliyin artması ilə əlaqədar olaraq 
əvvəlcə sabitləşir, sonra isə azalmağa başlayır. 
Yükün 
həcminin 
azalması  əvvəlcə  ümumi  hazırlıq 
hərəkətlərinin  hesabına  azalır  (bu  zaman  xüsusi  hazırlıq 
hərəkətlərinin  həcmi  artır),  sonra  isə  məşqlərin  intensivliyi  və 
gərginliyin  yüksəlməsi  hesabına  xüsusi  hazırlıq  hərəkətlərinin 
həcmi də azalmağa başlayır. 
 
 
 


 
10 
GÜCÜ INKIŞAF ETDIRMƏYIN METOD VƏ 
VASITƏLƏRI 
 
Bir çox idman növlərində olduğu kimi, ağırlıq qaldırmada da 
yüksək  idman  nəticələri  qazanmaq,  gücün  inkişaf  səviyyəsindən 
çox  asılıdır.  Məlum  olduğu  kimi  gücün  (qüvvə)  yüksəkliyi, 
istiqaməti  və  tətbiq  nöqtəsi  vardır.  Bu  gücün  mexanikadan  bizə 
məlum olan xüsusiyyətidir. 
Mexanikada  güc 





 
t
A
N
 kəmiyyət  göstəricisi  kimi 
xrakterizə  olunur.  N-güc,  A-iş,  t-zamandır.  Beynəlxalq  sistemdə 
gücün  vahidi  vt,  işin  vahidi  Coul,  zaman  vahidi  isə  saniyədir. 
Deməli 





 
t
A
N






 
san
coul
vt
 olur.  Lakin  fiziolagiyada  güc 
kəmiyyət xarakteri daşıyır,  güc-qram və  kiloqramla ifadə olunan 
və əzələ liflərini inkişaf etdirən maksimal gərginlik kimi anlaşılır.  
Mütəxəssislərin 
rəyincə 
gücün 
fiziologiyası 
tərifinin 
B.M.Zaçiorski  (1966-cı  ildə)  daha  yaxşı  müəyyən  etmişdir.  O, 
qeyd  edirki  insanın  gücünü  –  xarici  maneələri  aradan  qaldırmaq 
qabiliyyəti və həmin maneələrə əzələ qüvvəsi vasitəsilə əksdurma 
qabiliyyəti kimi anlamaq lazımdır. 
Əzələ  gücünü  (qüvvəsini)  dinamometr  və  digər  cihazların 
vasitəsilə ölçmək olar. Müxtəlif əzələ qrupların gücünü müqayisə 
etmək  üçün  əzələnin,  mütləq  gücü  müəyyən  edilmişdir.  İzolə 
edilmiş (ayrılmış) hər hansı əzələnin gücünü onu eninə kəsiyi ilə 
asan  təyin  etmək  mümkündür.  Lakin  canlı  insanda  təbiidirki  bu 
mümkün deyildir. 
Veber  ayaq  əzələlərinin  gücünü  müəyyənləşdirmək  üçün 
vasitə  hazırlamışdır.  O,  təcrübəçi  üzərində  belə  bir  eksperiment 
aparmışdır. 
Eksperiment  aparılan  şəxsin  çiyinlərinə  müəyyən  yük 
qoymuşdur.  Yükün  miqdarı  (çəkisi,  kq)  o  vaxta  qədər 
artırılımışdır  ki,  o  artıq  pəncələr  üzərinə  qalxa  bilməmişdir. 
Bununla da o, ayaq əzələlərinin gücün təyin edə bilmişdir. 


 
11 
Ayrı-ayrı  şəxslərdə  gücün  keyfiyyətini  müəyyənləşdirməkdə 
xüsusi  çəkidə  nəzərə  alınmalıdır.  Müəyyən  olunmuşdur  ki, 
əzələnin  gücü  orqanizmin  kütləsilə  düz  mütanasibdir.  Kütlənin 
çəkisi  artdıqca  əzələnin  gücü  də  artır.  Bu  asılılıq  aşağıdakı 
formulada ifadə olunmuşdur. 
 
3
2
aP
F

 
 
Burada,  F  –  qüvvə,  a  –  fiziki  hazırlıq  və  P  –  orqanizmin 
çəkisidir. 
Əzələnin  kütləsi  ilə  onun  gücü  arasındakı  mütanasibliyi 
müəyyənləşdirmək üçün çoxlu təcrübələr aparılmışdır. 
1) Baldır əzələlərin gücü – 6,24 kq-la 
2) boyunu açan əzələlərin gücü  - 9,0 kq-la 
3) Çeynəmə əzələlərin gücü – 10,0 kq-la 
4) kürəyin iki başlı əzələsinin gücü – 11,4 kq-la 
5) kürəyin üç başlı əzələsinin gücü isə - 16,8 kq-la bərabərdir. 
Ağırlıq qaldırma idmançılarda orqanları açan  əzələlərin gücü 
çox yüksək inkişaf etmişdir. 
Açan  əzələlərin  gücü,  bükücü  əzələlərin  gücündən  nəzərə 
çarpacaq  dərəcədə  2,86  dəfə  yüksəkdir.  Məsələn,  gövdəni  açan 
əzələ, bükən əzələdən 4,3 dəfə, budu açan əzələ, bükən əzələdən 
4,3  dəfə,  dizləri  açan  əzələlər  isə  bükən  əzələlərdən  5,4  dəfə 
güclüdür. 
Start  vəziyyətində  idmançı  270  kq  qədər  qüvvə  tətbiq  edə 
bilir.  Pəncələrlə  dartmada  (podruv)  isə  bu  500  kq-dək  yüksələ 
bilir. 
Ağırlıqqaldırmada  idmançının  əzələ  gücünün  etdirilməsi 
vasitələri  və  metadkasından  danışmazdan  əvəl,  bəzi  həyatı 
faktorlarının əzələ gücünə təsirini də qeyd etmək lazımdır. 
1)  Məlumdur  ki,  insan  bədənində  müxtəlif  formalı  əzələlər 
vardır.  Bunlardan  lələkvari  əzələləri  göstərmək  olar.  Lələkvari 
əzələnin gücü bşqa əzələlərin gücündən güclüdür. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə