14
saxladıqdan sonra hərəkəti davam etdirir. Və yaxud idmançı
asılmadan birdən qaldırarkən ştanqı döşəməyə yaxın aşağı
buraxır, bu vəziyyətdə 3-5 san. saxlayır və sonra hərəkəti davam
etdirərək asılmadan birdən qaldırmanı tamamlayır.
Yüksək dərəcəli məşqçilər qeyd edir ki, hər məşqdə statik iş
görmə metodundan istifadə etmək gözlənilən nəticəni vermir. Bu
metoddan məşqlərdə vaxtaşırı istifadə edilməlidir. Hər məşqə 4-5
statik hərəkət daxil etmək məsləhət görülür.
Əzələ qruplarının statik iş rejimində iş görmə müddəti 60-80
san-dən çox olmamalıdır.
Əzələ gücünü inkişaf etdirməkdə daha çox dinamik metoda
yer verilir ki, bu da təbiidir.
Əzələ gücünü inkişaf etdirərkən məşqçi bir ciddi məsələni də
nəzərə almalıdır. O, bilməlidir ki, əzələnin bağlandığı nöqtələr,
bədənin hansı nahiyyəsində əzələ liflərinin təxmini sayı, kütləsi,
sinirlənməsi, qanla təchiz olunması da məşqçinin yaddaşından
çıxmamalıdır.
Bu və ya digər idmançının əzələ qruplarının hamısı heç də
eyni inkişaf etmiş olmur. İdmançılarda kürək, bel və ayaq
əzələləri daha güclü olmalıdır. Məşqçi ilk növbədə bu əzələləin
gücünü inkişaf etdirməlidir. Məlumdur ki, əzələnin gücünü
artırmaq üçün onun kütləsinin həcmini artırmaq lazımdır. Lakin
əzələ kütləsini artırmaq vasitəsi və metodlarından asılı olaraq
əzələlərdə güc keyfiyyəti müxtəlif ola bilir: güclü, sürətli-güclü
və ya sürətli. İdmançılara güc və sürətli-güc keyfiyyəti olduqca
vacibdir. Odur ki, məşqçi hansı fiziki hərəkətlərdən istifadə
edəcəyini aydın başa düşməli və güc keyfiyyətinin inkişaf
etdirilməsi vasitələrini yaxşı dərk etməlidir.
Əzələ gücünü müxtəlif vasitələrlə inkişaf etdirmək
mümkündür. Məşqlər də müəllim-məşqçi bu vasitələrin
hamısından növbə ilə istifadə etməlidirlər.
Bunlar – qantelər, pudluq daşlar, ispanderlər, gimnasitka
divaları, paralel qollar, turnik, həlqələr, ipə dırmanmaq və s.
misal ola bilər. Lakin əzələ gücünü inkişaf
etdirməyin ən vacib və
səmərəli üsulu
stanqla görülən işlərdir, hərəkətlərdir.