A(H1N1) qriPİNƏ qarşi vaksinasiya hamiLƏ qadinlar üÇÜn məlumat



Yüklə 392,74 Kb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü392,74 Kb.
#74367

background image
A(H1N1) QRİPİNƏ QARŞI VAKSİNASİYA

HAMİLƏ QADINLAR ÜÇÜN MƏLUMAT

Yəqin  ki,  yeni   A(H1N1)  adlanan  qrip 

virusu haqqında eşitmişsiniz. Bu virus 

bütün  dünyaya  yayılmışdır  və  əksər 

insanların  A(H1N1)  virusuna  qarşı 

immuniteti 

yoxdur. 

Mütəxəssislər 

xəbərdar edirlər ki, yeni A(H1N1) qripi 

hamilə qadınlar üçün təhlükəli ola bilər. 

Ona görə də hamilə qadınların peyvənd 

olunması məsləhət görülür. 



Qrip haqqında məlumat

Xəstəliyin əlamətləri: yüksək hərarət, əzələ və oynaq ağrıları, təngnəfəslik 

və  hava  çatışmazlığı,  halsızlıq,  öskürək,  boğaz  ağrısı  və  zökəm,  baş 

ağrısı, bəzən qusma və ishal.

Qorunma yolları

Əllərinizi tez-tez sabunla yuyun.

Məlumatla ailə üzvləri, dostlar və işçilər arasında bölüşün.

Xəstə olduğunuz təqdirdə evdə qalın, mümkün qədər çox istirahət 

edin,  insanların  kütləvi  toplandığı  yerlərdən  uzaq  olun,  səyahət 

etməkdən çəkinin.

Öskürmə və asqırma zamanı ağız və burun nahiyələrinizi örtün. 

Maskadan və tənzifdən istifadə edin.



background image
Tərtib edən təşkilat

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Dəstək verən təşkilatlar

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC)

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA)

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)

Rastropoviç-Vişnevskaya Fondu (RVF)

Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi 

Ümumdünya Səhiyyə Təşkilatı (WHO)

BMT-nin Uşaq Fondu (UNICEF)

Peyvənd nə üçün indi lazımdır?

•  A(H1N1)  pandemiyası  ötən  il  başlamışdır  və  çoxsaylı  xəstələnmə  halları 

barədə məlumatlar verilmışdir.  Amma mütəxəssislər proqnozlaşdırırlar ki, bu 

ilin sonunadək və yaxud gələn il qripin ikinci, daha güclü dalğası baş verə bilər.

• 2010-cu ilin fevral ayına olan məlumata əsasən dünyanın 50-dən çox ölkəsində 

350 milyondan çox insan artıq peyvənd edilib.  Avropanın 36 ölkəsində pandemik 

qripə qarşı 51 milyona yaxın insan, o cümlədən 296 min hamilə qadın peyvənd 

olunub.


Peyvənd təhlükəsizdirmi?

A(H1N1)  qripinə  qarşı  peyvənd  təhlükəsizlik  baxımından  mövsümi  qrip 

peyvəndləri  ilə  eynidir.    Bu  günə  qədər A(H1N1)  qripinə  qarşı  peyvəndlərin 

hamiləliyə, döl və uşaqlara heç bir mənfi təsiri aşkar edilməmişdir. 



Qeyd

Bəzi hallarda çox zəif olan yan təsirlər mümkün ola bilər (hərarət, baş ağrısı, əzələ 

ağrıları). Əlamətlər 1-2 gün davam edə bilər. Çox nadir hallarda allergiya halları 

müşahidə oluna bilər. 

Aşağıda qeyd olunan şəxslər peyvənddən çəkinməlidirlər: 



  Peyvəndin  müxtəlif  komponentlərinə  qarşı  yüksək  həssaslığı  olan  şəxslər 

(yumurta və toyuq məhsullarına yüksək həssaslıq). 



  Adi  qripə  qarşı  peyvəndə  və  başqa  peyvəndlərə  allergiyası  olanlar,  xroniki 

xəstəliyin fəsadlaşması və ya xəstəliyin kəskin dövründə olan şəxslər (müalicədən 

sonra peyvənd oluna bilərlər).

Yüklə 392,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə