Ahıl vətəndaşların sağlamlığının qorunması məqsədilə xüsusi profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi



Yüklə 47,78 Kb.
tarix28.08.2018
ölçüsü47,78 Kb.



3.2.1

3.2.2


3.2.3

3.2.4


3.2.5

3.2.6


3.2.7

Ahıl vətəndaşların sağlamlığının qorunması məqsədilə xüsusi profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi

Ahıl vətəndaşların reabilitasiya xidməti ilə təmin edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

Ahıl vətəndaşlar üçün tibbi və sosial-məişət xidmətinin təşkili ilə əlaqədar dövlət standartlarının (xidmətin həcmi, keyfiyyəti, qayda və şərtləri öz əksini tapmaqla) hazırlanması

Rayon və şəhər səhiyyə xidməti müəssisələrində herontoloji xidmətin təşkil edilməsi

Herontologiya üzrə müvafiq tədris kurslarının təşkil edilməsi

Ahıllar üçün ixtisaslaşdırılmış psixoloji tibbi xidmətlərin təşkili

Ahıl vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə idman-sağlamlıq tədbirlərinin həyata keçirilməsi

Ahıl vətəndaşlara tibbi-sanitar və tibbi-sosial və həmçinin tibbi yardımın təmin edilməsi, lazım gəldikdə profilli stasionarlara hospitallaşdırılması, qocalar və əlillər üçün internat evlərinə göndərilməsi onların yaşadıqları ərazi üzrə qeydiyyatda olduqları poliklinikalar tərəfindən həyata keçirilir.


Bakı şəhərində “Sağlamlıq zonası” poliklinikasında Herontoloji mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə əhalinin həssas təbəqəsi olan ahıl vətəndaşlara ambulator, ixtisas-laşdırılmış heriartrik tibb xidməti, reabilitasiya tədbirləri, ixtisaslaşdırılmış psixioloji tibbi xidmətlər və idman sağlamlıq tədbirləri təşkil olunmuşdur. Sağlamlıq zonasının herontoloji mərkəzinə 2010-cu ildə 53374 nəfər ahıl vətəndaş müraciət etmişdir.

Herontoloji mərkəzdə herontologiya sahəsində aparılan işlərin həcminin genişləndirilməsi məqsədilə poliklinikalarla əlaqə yaradılmış və müalicə kursu almaq üçün xəstə ahılların “Sağlamlıq zonasına” göndərilməsi təşkil olunmuşdur.

“Sağlamlıq zonası”na göndərilən və müraciət edən ahıllara həkim müayinəsi, laborator müayinələr, elektrokardioqrafiya, spirometriya, antropometriya və digər müayinələr aparılır. Müayinələrin nəticələrinə əsasən müəyyən edilən xəstəliklərə uyğun olaraq, onların müalicəsi təşkil olunur.

Eyni zamanda ahıl xəstələr dispanser qeydiyyatına götürülərək, ildə iki dəfə hərtərəfli müayinələrdən keçmək və müalicə kursu almaq üçün xüsusi çağırış vəsiqəsi ilə Mərkəzə dəvət olunurlar.

Səhiyyə Nazirliyinin 15.01.2008-ci il tarixli 3 saylı əmrinə uyğun olaraq, Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə və o cümlədən də, yaşlı insanlara pulsuz tibbi xidmət göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2005-ci il tarixli 37 və 38 N-li qərarlarına əsasən imtiyazlı qrupa daxil olan vətəndaşlara, həmçinin qeyd olunan qrupa daxil olan ahıl vətəndaşlara dövlət tibb müəssisələri tərəfindən tam pulsuz tibbi və dərman yardımı göstərilir.

Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən Səhiyyə Nazirliyinin Müharibə Veteranları Xəstəxanasında herontoloji şöbə yaradılmışdır. 2010-cu il ərzində bu şöbədə ahıl vətəndaşlar sırasından 49 nəfər müharibə əlili, 354 nəfər müharibə iştirakçısı, 3 nəfər onların ailə üzvlərinə stasionar tibbi yardım göstərilmişdir.

Respublikanın digər şəhər və rayonlarında ahıl vətəndaşlar dispanser qeydiyyatına götürülmüş və mütəmadi olaraq müayinələrdən keçirilir və lazımi tibbi yardımla təmin olunurlar

Herontologiya Mərkəzi tərəfindən rübdə bir dəfə olaraq tibb müəssisələrində herontologiyanın aktual problemlərinə dair seminar məşğələləri keçirilir.

“Sağlamlıq zonası”nda tənha ahıllar üçün “Gündüz sağlamlıq” klubu təşkil olunmuşdur və burada mütəmadi olaraq ahıllara xüsusi tədbirlər (musiqi terapiyası, fitoterapiya, psixo-terapiya) həyata keçirilir.
“Sağlamlıq zonasın”da müalicəvi bədən tərbiyəsi və katerlə dəniz gəzintiləri təşkil olunmuşdur.











3.3.1

Ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi

Herontologiya üzrə yüksək ixtisaslı mütəxəssislər cəlb olunmaqla ahıl yaşda rast gələn xəstəliklərlə mübarizə, vaxtından əvvəl qocalmanın profilaktikası, aktiv uzunömürlülüyə nail olmaq mövzusunda mətbuatda və digər informasiya vasitələri ilə çıxışlar edilir.



3.3.3

Ahılların asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsi




Hər il 1 oktyabr Beynəlxalq ahıllar günü “Sağlamlıq zonası”nın həkim briqadası Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə gedərək, bu günün qeyd edilməsi üçün tədbirlər keçirir.

Herontoloji mərkəz tərəfindən poliklinikalarda əvvəlcədən elan verməklə ahıllar üçün “Açıq qapı” günləri keçirilir.


3.4.6

Ahıl yaşlarında xəstəliklərin və əlilliyin yaranmasına səbəb olan sosial-iqtisadi, ekoloji və fizioloji amillərin öyrənilməsinə dair tədqiqatların aparılması.





Herontoloji mərkəz Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun “Uzunömürlülər” laboratoriyası və Səhiyyə Nazirliyinin ET Kardiologiya İnstitutu ilə bağlanılmış müqaviləyə əsasən əməkdaşlıq edir.





Ahıllara sosial xidmət göstərən müəssisələrdə sanitariya-gigiyena tələblərinə əməl olunması ilə bağlı keçirilən yoxlama və monitorinqlərin sayı, aşkar olunmuş pozuntular, bununla bağlı görülmüş tədbirlər və nəticələri

İldə iki dəfə yoxlamalar aparılmışdır:

Bakı şəhəri Xəzər rayonu 9 N-li Xüsusi qoca və

əlillər evində;

Bakı şəhəri Sabunçu rayonu Qocalar və əlillər evində;

Zaqatala rayonu Qocalara qulluq evində;

Quba rayonu Veteranlar evində;

Şamaxı rayonu Qocalar və əlillər evində;



Qəbələ rayonu Qocalar evində.





  1. Respublikanın rayon və şəhər tibb müəssisələrinin nəzdində herontoloji kabinetlərin açılması;

  2. Respublika ərazisində yaşayan ahıl vətəndaşların, yaşadıqları ərazi üzrə tibb müəssisələrində dispanser qeydiyyatına götürülməsi;

  3. Ahılların reabilitasiyası işinin təşkili və yerlərdə bu işə nəzarət məsələləri Səhiyyə Nazirliyinin ET Bərpa İnstitutuna həvalə olunsun;

  4. Herontoloji xidmət sahəsində mütəxəssislərin hazırlanması məqsədilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda hazırlıq kurslarının tədris proqramına herontologiya mövzusu daxil edilsin;

  5. Qocalar və əlillər evlərində sanitariya-gigiyena tələblərinə əməl olunması ərazi sanitariya-epidemioloji xidmətlərə tapşırılsın.

: storage -> uploads -> task documents
task documents -> Gəncə şəh., Dədə Qorqud küç., ev 34, m. 38 Könül Məmmədovaya
task documents -> Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru
task documents -> Balakən r., Fikrət Əmirov küç, ev 18. Amil Əzizova
task documents -> Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsini icra edən Ə. Dadaşova
task documents -> Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkim B. Haqverdiyevə
task documents -> Respublika Endokrinoloji Mərkəzin direktoru Y. İsmizadəyə
task documents -> Rəhbərlik Səbinə Əhmədova Kollegiyanın katibi
task documents -> Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi R. Nağıyevə
task documents -> Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkim B. Haqverdiyevə


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə