Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə14/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

ahmedalhasan313.wordpress.com 
31 
 
Yanından  ayrılıb  Səmərrada  deyilən  yerə  getdim.  Qapıçıya  vəkili  soruşduğum  zaman 
biraz  məşğul  olduğunu  və  biraz  sonra  gələcəyini  söylədi.  Uzun  müddət  keçmədən 
yanıma vəkil gəldiyində ayağa qalxdım və salamlaşdıqdan sonra məni evinə qəbul etdi. 
Halımı soruşdu, mən də İmamın  vəkilinə  verilmək  üzrə mallarla bərabər gəldiyimi, və 
onları dəlil gətirən kəsə verəceyimi dedim. Sən yol yorğunusan, otur, yemək yeyib dincəl, 
namazdan  sonra  mən  sənə  istədiyin  dəlili  gətirəcəyəm  dedi.  Yeməyimi  yeyib 
dincəldikdən sonra namazımı qıldım. Namazdan sonra əlində bir kağızla yanıma gəldi.  
Bəsmələ  ilə  başlayan  yazını  mənə  oxumağa  başladı.  Əhməd  ibn  Muhəmməd  Deynuri 
yanında  16.000  dinar  bu  qədər  zənbillə  bərabər  gəldi.  Bütün  zənbillərin  içini  bir-bir 
saymağa başladı. Filankəsdən alınan zənbildə bu qədər paltar bu qədəri bu növdən bu 
qədəri  də  bu  rəngdən  şəklində  hər  zənbilin  kimdən  alındığı  və  içində  nə  olduğunu 
ayrıntılı bir şəkildə bir-bir saydı. Ən son olaraq Deynurdan çıxıb Qarmisinə gəldiyində 
Əhməd  ibn  Həsəndən  bir  torba  içində  1000  dinar  və  içinde  bu  paltarlar,  bu  qədəri  bu 
rəngdə yüklüklə yola qoyuldu şəklində bitirdi. Qəlbimdəki şübhəni apardığı üçün Allaha 
şükr etdim. Ona malı vermək istədiyim zaman malları Bağdada Osman ibn Səidə aparıb 
verməyimi əmr etdi. Ona, bu mala ehtiyacı olan Şiəmizin kimlər olduğunu bildirəcəyik, 
dedi. 
- Əbu Cərir İbrahim ibn Rüstəm ət-Təbəri, “Dəlailul-İmamə”: səh.277 
Beləliklə  bu  hədislərdən  anlaşılır  ki,  İmam  Mehdi  (ə.s)’ın  həqiqi  naibi  Muhəmməd  ibn 
Nuseyr  olmuş  və  ikinci  naib  deyə  tanınan  Osman  ibn  Səid  isə  əslində  Muhəmməd  ibn 
Nuseyrin işlərindən məsul şəxs  və onun  yardımçısı olmuşdur.  Deynuridən  nəql edilən 
hədisdə də FİLAN OĞLU FİLAN olaraq keçməsi heç də təsadüfi deyildir, zira ona qarşı 
insanlarda olan nifrətin və həsədin olması onun İmam Mehdi (ə.s)’ın naibliyi dövründə 
özünü gizli saxlamasına gətirib çıxarmışdır. Lakin Nuseyrin məqamını qısqananlar tarixi 
saxtalaşdıraraq  onun  barəsində  yalanlar  uydurmuş  və  insanları  İmamın  (ə.s)  həqiqi 
qapısından  uzaq  salmışlar.  Odur  ki,  haqqı  axtaran  kəslər  üçün  bir  hədis  belə  kafidir, 
inkarçılara  gəldikdə,  yüzlərlə  dəlil  də  təqdim  olunsa,  qəbul  etməyəcəklər.  Lakin  haqq 
sayın çoxluğu ilə tanınmaz. Haqqı tanıyan onun əhlini də tanıyar.  
Digər  tərəfdən  Muhəmməd  ibn  Nuseyr  özündən  sonra  əmrin  ƏHMƏD  adlı  şəxsə 
keçəcəyini  bildirmişdir  ki,  bu  da  İmam  Əhməd  əl  Həsən  (ə.s)’n  haqqaniyyətinin 
dəlillərindəndir.  
Səid deyir ki, Əbu Şueyb MUHƏMMƏD İBN NUSEYR ən Numeyri xəstə olduğu zaman  
ondan soruşdular: “Səndən sonra bu əmr kimdədir?” O güclə özünü toplayıb asta səslə 
buyurdu: “ƏHMƏD”. Onun vəfatından sonra isə ardıcılları üç qrupa ayrıldılar: bir qrupu 
dedi ki, “O, onun oğlu Əhməddir”, digər qrup dedi ki, “O, Əhməd  ibn Muhəmməd ibn 
Musa ibn əl-Fəratdır”, üçüncü qrup isə dedi ki, “O, Əhməd ibn Əbəl-Həsən ibn Bəşir ibn 
Yəziddir”. Və bununla öz aralarında təfriqəyə düşmüş oldular. 


Ansarullah Production 
32 
 
- Ğeybəti-Tusi: səh.399, hədis 373; Biharul-Ənvar: 51/269 
ƏHLİBEYT (Ə.S) YƏMANİYƏ TƏRƏF ÇAĞIRIR 
Əba Əbdillah (ə.s) buyurdu: “Süfyani mütləq baş verəcək. O Rəcəb ayında zühur edəcək.” 
Bir nəfər ona dedi: “Ya Əba Əbdillah, o zühur etdiyi zaman bizim halımız necə olacaq?” 
Buyurdu: “Bu baş verdiyi zaman BİZƏ TƏRƏF GƏLİN.” 
-  Biharul-Ənvar:  52/249,  h.135;  Mucəmul-Əhadis:  3/463,  h.1024;  Ğeybəti-Numani:  18ci  bab, 
s.341, h.7 
Əba Əbdillahın (ə.s) yanında Süfyanidən danışıldı. Həzrət buyurdu: “Nə qədər ki ONUN 
GÖZÜNÜ OYACAQ ŞƏXS SƏNADAN ZÜHUR ETMƏYİB, o necə zühur edə bilər?” 
- Biharul-Ənvar: 52/245, h.123; Bəşarətul-İslam: 123; Mucəmul-Əhadis: 3/478, h.1044; Ğeybəti-
Numani: bab 14, s.312, h.60 
İmam  Baqir  (ə.s)  dedi:  “Süfyaninin,  Yəmaninin  və  Xorasaninin  ortaya  çıxması  (xüruc 
etməsi)  eyni  ildə,  eyni  ayda  və  eyni  gündə  baş  verəcək.  Onların  ortaya  çıxmağı  sapa 
düzülmüş  muncuqların  məsəli  kimi  olacaq  ki,  biri  o  birisinin  ARDINCA  gələcək.  Hər 
tərəfdə sıxıntı baş verəcək. Onlarla düşmənçilik edənin vay halına. Bayraqların içində ƏN 
DOĞRU YOLDA OLANI YƏMANİNİN BAYRAĞIDIR. O HİDAYƏT BAYRAĞIDIR. 
ÇÜNKİ, O İNSANLARI SİZİN SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏK…” 
- ər-Rəcət: 157; Mucəmul-Əhadis:3/253, h.783; Ğeybəti-Numani: bab 14, s.286, h.13 
Xalid Saiq Əbu Abdullah (ə.s)’dan nəql edir: “Süfyanidən qaçış yoxdur və onun xürucu 
Rəcəb  ayından  qeyri  bir  vaxt  deyildir.”  Və  bir  nəfər  ona  (ə.s)  dedi:  “Ey  Əba  Abdullah, 
əgər  o  (Süfyani)  çıxarsa  bizim  vəziyyətimiz  necə  olacaq?”  O  (ə.s)  dedi:  “Əgər  bu  baş 
verərsə, BİZƏ TƏRƏF GƏLİN.” 
– Biharul-Ənvar: cild.52 səh.249 hədis 135 
Yunis  ibn  Əbu  Yafur  Əbu  Əbdullahdan  (ə.s)  nəql  edir:  “Əgər  Süfyani  çıxarsa,  o  öz 
ordularını BİZƏ və SİZƏ doğru göndərəcək. Əgər bu baş verərsə, mümkün olan hər bir 
asan vəya çətin yolla BİZƏ doğru gəlin.” 
– Dəlailul-İmamə: s.261; Biharul-Ənvar: 52/253, hədis 145 
Əba  Əbdillah  (ə.s)  buyurdu:  “Süfyani  mütləq  baş  verəcək.  O,  rəcəb  ayında  XÜRUC 
edəcək.” Bir nəfər ona dedi: “Ya Əba Əbdillah, o xüruc etdiyi zaman bizim halımız necə 
olacaq?” Buyurdu: “Bu baş verdiyi zaman BİZƏ tərəf gəlin.” 
- Biharul-Ənvar: 52/249, hədis 135; Mucəmul-Əhadis: 3/463, hədis 1024; Qeybəti-Numani (az): 
səh.341, hədis 7 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə