Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   2   3   4   5   6   7   8   9   ...   59

Ansarullah Production 

 
Və Şəvvalın üçü İmam Mehdi əleyhissəlam mənə, təzyiq göstərən və zalım hökmdarlara 
qarşı inqilab etməyi insanlara bildirməyimi buyurdu. Və addımları hesab etmək və surətli 
fəaliyyət göstərməkdə  və Haqqı tətbiq etmək və “lə iləhə illəllah” şüarının yüksəlməsini 
təmin etmək üçün haqq yolundakıları və insanları, haqqı dəstəkləməyə Dəvət etdim.  
Doğrusu,  Allahın  Kəlamı  çox  Ucadır.  Doğrusu,  Allahın  Kəlamı  çox  Ucadır.  Doğrusu, 
Allahın  Kəlamı  çox  Ucadır.  Və  Münafiqlərin  kəlamı  çox  aşağıdır.  Elə  isə  Allahı 
dəstəkləyin, O da, sizi dəstəkləyəcəkdir.” 
- Əhməd əl Həsən (ə.s), İmam Mehdi (ə.s) ilə Görüş Xütbəsindən 
2008ci  ildə  Əhməd  əl  Həsənin  (ə.s)  qeybət  dövrü  başladı  və  2013cü  ildən  etibarən  313 
nəfərin  42sini  bir  araya  topladı.  Daha  sonra,  Səudiyyə  kralı  Abdullahın  (l.ə)  öldüyü  23 
Yanvar, 2015ci il tarixində ən yaxın əshabına İmam Muhəmməd ibn əl-Həsən əl-Mehdi 
(ə.s)’ın zühu müjdəsini verdi. Eyni zamanda eyni ilin 19 Martında Qara Bayraqlar onun 
(ə.s) əmri ilə qaldırıldı. 
Əhməd əl Həsən (ə.s) öz haqqaniyyətini bütün peyğəmbər və elçilərin insanlara təqdim 
etdiyi ilahi dəlillərlə sübut etmişdir. Bu dəlillər aşağıdakılardır: 
1.  O,  Allah  Rəsulu  Muhəmmədin  (s),  vəfat  gecəsində  İmam  Əli  (ə.s)’a  diqtə  etdiyi 
Vəsiyyətində zikr edilmişdir. 
O, Allah Rəsulu Muhəmmədin (s) Vəsiyyəti ilə gəlmişdir ki, Əhlibeytin (ə.s) buyurduğu 
kimi onu öz sahibindən başqa heç kim iddia edə bilməz. Və o, Vəsiyyətdə keçən “Əhməd” 
adının ona istinad edildiyini iddia edən ilk şəxs və Mehdilərin ilkidir.  
O,  həmçinin  Şiə  hədis  kitablarında  keçən,  İmam  Mehdinin  (ə.s)  qiyamından  əvvəl  ən 
böyük 5 əlamətdən biri olaraq zikr edilən vəd edilmiş Yəmani və İmamın (ə.s) qiyamına 
zəmin hazırlayan kəsdir. O kəs ki, hidayət bayrağı ilə gələcəyi və insanları haqqa və doğru 
yola, və Sahibimiz İmam Mehdi (ə.s)’a tərəf dəvət edəcəyi söylənilmişdir. Əhlibeyt (ə.s) 
Yəmaninin Allahın məsum  höccəti olduğunu, onu izləməyin vacib olduğunu  və ondan 
üz çevirməyin insanı cəhənnəm atəşinə düşürəcəyini bildirmişdir.  
“Yəmani” ləqəbi onun nəslinin Peyğəmbərimizin (s) nəslinə dayandığına işarət edir, zira 
Rəsulullah  (s)  da  özünü  “Yəmani”  adlandırmışdır  (o  dövrlərdə  Məkkə  Tühamənin, 
Tühamə də Yəmənin bir hissəsi sayılırdı). “Yəmani” ləqəbi həmçinin onun, İmam Mehdi 
(ə.s)’ın sağ əli (Ərəbcədən “yəmin” sağ tərəf deməkdir) olduğunun göstəricisidir, eynilə 
İmam Əli (ə.s)’ın, Rəsulullahın (s) sağ əli olduğu kimi. Lakin bu, bəzilərinin iddia etdiyi 
kimi, onun bugünki Yəmən adlı ölkədən çıxacağı anlamına gəlmir.  
O,  İmam  Mehdi  (ə.s)’ın  313  yaxın  əshabının  ilki  və  2015ci  ildə,  vəd  edilmiş  Qara 
Bayraqları qaldıran şəxsdir. Və o, İmam Mehdi (ə.s)’a zəmin hazırlayan Al-i Muhəmmə-
din (ə.s) Qaimidir. Lakin müsəlmanlar, xüsusən də şiələr, hədislərdəki “Qaim” ləqəbinin 
həmişə İmam Mehdi (ə.s)’a aid olduğunu düşünmüşlər. Həqiqət budur ki, bu ləqəb həm 


ahmedalhasan313.wordpress.com 

 
də  Yəmaninin  ləqəbidir  ki,  İmam  Mehdi  (ə.s)’ın  əmri  altında  bütün  böyük  savaşlarda 
onun əshabına liderlik edəcək və İlahi Ədalət Dövlətini qurub İmam Mehdi (ə.s)’a təhvil 
verəcəkdir. 
2. O, Allah Rəsulunun (s) silahı olan İlahi Elm ilə gəlmişdir. 
O, öz haqqaniyyətini Sünni, Şiə, Xristian və Yəhudilərin hamısının öz kitabları ilə sübut 
etməkdədir.  Onun  dəvətinin  haqqaniyyəti  hətta  Buddizm  və  Hinduizm  dinlərində  də 
mövcuddur. Və bu zamana qədər onun açıqladığı elm və dəlilləri inkar etməyə heç kimin 
elmi çatmamış və bundan sonra da çatmayacaqdır.  
3. O, həmçinin, Allah Rəsulunun (s) bayrağı olan “Beyət Allahadır” bayrağı ilə gəlmişdir. 
O, bu çağda Allahın Hakimiyyətinə və Allahın Xilafətinə, və Onun Öz məxluqatı üzərinə 
təyin etdiyi xəlifəyə doğru çağıran yeganə şəxsdir.  
Beləliklə  o,  öz  haqqaniyyətini  və  axırzamanda  doğulacağı,  və  yer  üzünü  haqq-ədalətlə 
dolduracağı  gözlənilən  Mehdi  olduğunu  sübut  etmək  üçün  təqdim  edilməsi  mümkün 
olan bütün dəlillərlə gəlmişdir. 
Bu 3 şey – Vəsiyyət, Elm və Allahın Hakimiyyətinə Dəvət – Allahın Höccətini Tanıma 
Qanunudur ki, bütün ilahi kitablarda mövcuddur və bütün elçilər insanlara bu dəlillərlə 
gəlmişdilər. 
Üstəlik  Allah  Əhməd  əl  Həsəni  (ə.s)  dinindən,  irqindən,  milliyətindən  asılı  olmayaraq, 
dünyanın  dörd  bir  tərəfindən  insanların  gördükləri  minlərlə  yuxularla  dəstəkləmişdir. 
Onlar  yuxularında  Peyğəmbərlərin  və  Vəsilərin,  Əhməd  əl  Həsənin  haqqaniyyətinə  və 
onu izləyib ona inanmağın vacibliyinə şahidlik etdiklərini görürlər. Və Allah onu möcüzə 
və kəramətlərlə dəstəkləmişdir.  
Hədislərdə  indiyə  qədər  çözülməmiş  bəzi  sirlər  Əhməd  əl  Həsən  (ə.s)’ın  gəlişi  ilə 
aydınlanmış  və  əsrlərdir  insanların  oxuyub  anlaya  bilmədiyi  ziddiyyətli  məsələlər 
açıqlanmışdır.  Bu  ziddiyyətli  məsələlərdən  biri  budur  ki,  hədisləri  oxuyanlar  Əhlibeyt 
(ə.s)’ın  Mehdiyyət  haqqında  olan  hədislərini  diqqətlə  incələdikləri  zaman  hədislərdəki 
ziddiyyətlərlə  qarşılaşır  və  bu  dolaşıqlığı  çözə  bilmirlər.  Çünki  hədislərdə  Mehdinin 
əlamətləri sayılarkən ziddiyyətlər ortaya çıxır və sanki fərqli insanlardan bəhs edilirmiş 
kimi bir fikir ortaya çıxır. Və bu ziddiyyətlər Əhməd əl Həsən (ə.s)’ın gəlişi ilə son buldu 
və  nəticədə  məsələ  aydın  olmağa  başladı.  Belə  ki,  Əhməd  əl  Həsən  (ə.s)  Mehdilərin 
həqiqətlərini,  Yəmani  hikmətini,  Peyğəmbərin  (s)  vəsiyyətinin  əhəmiyyətini  ortaya 
qoyaraq bütün bu ziddiyyətləri aradan qaldırdı. Nəhayət hədislərə fərqli bir baxış açısı 
gətirdi və artıq oxuduğumuz hədislərdəki bəzi şifrələr çözülməyə başladı. 
Bir  nəfər  öz  yanındakı  ibn  Səvda  deyilən  bir  şəxslə  birlikdə  Əmirəl-Möminin  (ə.s)’ın 
yanına gəlib ona dedi: “Ey möminlərin Əmiri, bu adam Allaha və Onun Peyğəmbərinə 
yalan  nisbət  verir  və  (dediyinə  də)  səni  şahid  gətirir.”  Əmirəl-Möminin  (ə.s)  buyurdu: 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə