Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   2   3   4   5   6   7   8   9   ...   59

Ansarullah Production 
10 
 
(Əgər elədirsə) çox böyük və ağır bir iş görüb. Bəs nə deyir?” Dedim: Qəzəb ordusundan 
danışır.” Dedi: “Onunla işin olmasın (düz deyir). Onlar bir dəstədirlər ki, axirəzzamanda 
gələcəklər və payız buludları kimi (bir araya toplanacaqlar). Hər qəbilədən bir, iki, üç, ta 
ki  doqquz  nəfərə  qədər  adam  olacaq.  Agah  olun,  Allaha  and  olsun  ki,  mən  onların 
rəhbərlərini tanıyıram, onun adını da bilirəm. Onların miniklərinin harada dayanacağını 
da bilirəm. Sonra belə deyə deyə ayağa qalxdı: “BAQİR, BAQİR, BAQİR.” Sonra dedi: 
“Bu mənim nəslimdən olan bir şəxsin (adıdır). O HƏDİSLƏRİ YARIB AÇACAQ.” 
- Biharul-Ənvar: 52/247, h.128; Ğeybəti-Numani (azəricə): bab 20, s.353, hədis 1 
İmam Cəfər Sadiq (ə) buyurur:  “Bizim Əhli-Beytimizdən olan İLK QAİM qiyam etdiyi 
zaman, sizinlə elə hədislərlə danışacaq ki onun sözlərinə dözə bilməyib ona qarşı qiyam 
edəcəksiniz.” 
– Biharul-Ənvar: 52/175 
Beləliklə, Əhməd əl Həsən (ə.s)’ın gəlişi ilə  hədislərdəki iki fərqli Mehdinin olduğunun 
səbəbi  aydınlaşmış  oldu.  Sizə  təqdim  etdiyimiz  bu  kitabda  Axırzamanda  baş  verəcək 
hadisələrlə bağlı hədislər incələnmiş və İmam Muhəmməd ibn əl-Həsən əl-Mehdi (ə.s) ilə 
İlk Mehdi (ə.s) arasındakı fərqlər göstərilmiş, Misir Sahibi, Mənsur, Şüeyb ibn Saleh kimi 
qiyamda  mühüm  rola  sahib  xarakterlər  haqqında  hədislərə  və  digər  məsələlərə  də 
toxunulmuşdur.  Ümid  edirik  ki,  bu  kitabı  oxuyan  şəxslər  açıqlanmış  dəlillərə  ədalətlə 
yanaşıb haqqı batildən ayırd edə biləcəklər. Odur ki, Əhlibeyt (ə.s)’ın sözlərindəki mənanı 
anlamağa çalışmalı və inancımızı onların hədisləri üzərində qurmalıyıq ki, son nəfəsimizi 
haqq yol üzrə verə bilək. 
Əba  Əbdillah  (ə.s)  buyurmuşdur:  “BAŞA  DÜŞDÜYÜN  BİR  HƏDİS  rəvayət  etdiyin 
(lakin  başa  düşmədiyin)  on  hədisdən  yaxşıdır.  Hər  bir  haqqın  bir  həqiqəti,  hər  bir 
doğrunun bir nuru vardır.” 
- Biharul-Ənvar: 51/112, hədis 8; Ğeybəti-Numani (azəricə): s.146, h.2 və digər mənbələr. 
Allah Rəsulu (s) buyurdu: “Ey Əli (ə.s), şahanə imana və ən böyük yəqinliyə sahib olanlar 
axırzamanda yaşayan bir ümmətdir, onlar heç vaxt peyğəmbəri və onlardan pərdələnmiş 
höccəti görməyiblər, belə ki, onlar  AĞIN ÜSTÜNDƏKI QARAYA (yəni onlardan (ə.s) 
nəql edilmiş hədislərə) iman gətirmişlər.” 
- Biharul-Ənvar: 52/125 
Qeyd edək ki, hədislərdə  ZÜHUR  XÜRUC ifadələri keçməkdədir və bəzi şəxslər bu 
ifadələr  arasındakı  fərqə  nəzər  yetirmədiklərindən  hədisləri  yalnış  şəkildə  açıqlamağa 
çalışırlar.  Qeyd  edək  ki,  ZÜHUR  –  zahir  olub  tanınmaqdır,  XÜRUC  –  hərəkata 
başlamaqdır. Onu  da qeyd edək  ki, İmam Əhməd əl Həsən (ə.s)’ın zühuru 1999cu  ildə 
gerçəkləşmişdir,  lakin  xüruc  hələ  baş  verməmişdir.  Odur  ki,  hədisləri  doğru  formada 
anlamağa çalışanların bu ifadələrə diqqət etmələri gərəkdir. 


ahmedalhasan313.wordpress.com 
11 
 
Bismillahir Rahmanir Rahim 
MƏSUM VƏ HÖCCƏT OLAN YƏMANİNİN BAYRAĞI 
İmam  Mehdi  (ə.s)’ın  qiyamından  əvvəl,  tək  hidayət  bayrağı  MƏSUM  olan  Yəmani’nin 
bayrağıdır: 
İmam Baqir (ə.s) belə buyurdu: “... BAYRAQLARIN İÇİNDƏ DOĞRU YOLDA OLANI 
YƏMANİNİN BAYRAĞIDIR. O  HİDAYƏT BAYRAĞIDIR. ÇÜNKİ, O İNSANLARI 
SİZİN SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏKYƏMANİ XÜRUC ETDİYİ ZAMAN 
CAMAATA  VƏ  HƏR  BİR  MÜSƏLMANA  SİLAH  SATMAQ  HARAM  OLACAQ. 
YƏMANİ XÜRUC ETDİYİ ZAMAN ONA TƏRƏF TƏLƏS. ÇÜNKİ, ONUN BAYRAĞI 
ƏN  DOĞRU  BAYRAQDIR.  HEÇ  BİR  MÜSƏLMANA  ONDAN  ÜZ  ÇEVİRMƏSİ 
HALAL  DEYİLDİR.  KİM  BELƏ  EDƏRSƏ  CƏHƏNNƏM  ƏHLİDİR.  ÇÜNKİ  O 
İNSANLARI HAQQA VƏ DOĞRU YOLA TƏRƏF ÇAĞIRACAQ.” 
– Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13 
Təkcə bu hədis Yəmaninin MƏSUM, HÖCCƏT, VİLAYƏT SAHİBİ və bir ELÇİ olduğunu 
göstərməyə  kifayət  edir.  Zira  hədisdə  buyurulur  ki,  “Heç  bir  müsəlmana  ondan  üz 
çevirməsi halal deyil. Kim belə edərsə cəhənnəm əhlidir”. Yəni Yəmani vilayətə sahibdir, 
məsumdur  və  Allahın  höccətlərindən  bir  höccətdir,  əks  halda  ondan  üz  çevirmək  niyə 
halal  olmasın  və  niyə  insanı  cəhənnəm  oduna  salsın?!  Həqiqət  budur  ki,  o  doğru  yola 
yönəldən  bir  məsum  olmasaydı,  ondan  üz  döndərmək  insanları  cəhənnəm  oduna 
salmazdı, eynilə Həsəni və Xorasani kimi, zira onlar haqqında bu söz deyilməyib və onları 
dəstəkləməyin vacib olması bizə buyurulmamışdır. 
Həmçinin, hədisdən də göründüyü kimi Yəmani bir Elçidir – SİZİ SAHİBİNİZƏ TƏRƏF 
DƏVƏT EDƏCƏK. Bu da təsdiqləyir ki, İmam Mehdi (ə.s)’ın bir elçisi olacaq ki, zühurdan 
əvvəl insanları ona (ə.s) tərəf çağıracaq. Bəlkə də o Elçinin də elçiləri olacaq ki, insanları 
Mehdiyə dəvət edəcəklər. İmam Əhməd əl Həsən (ə.s) Nübüvvət Möhrü kitabı, s.34’də 
buyurmuştur: “Beləliklə  əvvəlcə  savaş,  sözlü  doktrinal  savaşdır.  Çünki  Mehdi,  Əlidir 
(ə.s) və Hüseyndir (ə.s). Və Əli (ə.s) Cəməl savaşı ilə başlayan Müqəddəs Əsgər-i Qiyam 
savaşını, bir gənci, əlində Quranla, onu (ə.s) öldürmək üçün ona qarşı ordu səfərbər edən 
insanlara  göndərmədən  başlatmadı.  Beləliklə  şeytanın  əsgərlərinin  cavabı,  o  gənci 
öldürmək və Quranı cırıb atmaq oldu. Bununla yanaşı Hüseyn (ə.s) öz əshabı ilə birlikdə 
insanlarla danışmadan və onlara nəsihət vermədən öz Müqəddəs Əsgər-i Qiyam savaşını 
başlatmadı. Lakin onlar, ona və əshabına qılınclarla cavab verdilər. Və o (ə.s) öz əshabına 
dedi  ki,  “Qalxın,  Allah  sizə  mərhəmət  etsin!  Çünki  bunlar,  xalqın  sizə  elçiləridir.”  – 
İmamın (ə.s) sözlərinin sonu. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə