Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə5/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   2   3   4   5   6   7   8   9   ...   59

Ansarullah Production 
12 
 
Əmirəl möminin (ə.s) buyurdu: “Və Süfyan ailəsinin atlısı yalanlarla ortaya çıxacaq, və 
YƏMANİNİN BAYRAĞI ONDAN QISA ZAMAN SONRA QALDIRILACAQ VƏ O, 
HAQQA  VƏ  DOĞRU  YOLA  ÇAĞIRAN  HİDAYƏT  BAYRAĞIDIR.  Sonra  Misir 
məsələləri Mehdiyə zəmin  hazırlayan görkəmli sərkərdənin əllərində, Misirin səmasın-
dan  gələn  çoxlu  sayda  nidalarla  başlayacaq,  və  Qüdsə  doğru  çağıracaq,  öz  əmri  ilə 
tanındığı kimi.” 
- Axırzaman Əlamətləri: s.131 
Əmirəl Möminin Əli (ə.s) buyurdu: “HAQQ VƏ HİDAYƏT BAYRAĞI BİZİMLƏDİR
hər kim ondan  üz çevirsə, həddi aşmışdır, hər kim onu tərk etsə, zərər içindədir.  HƏR 
KİM ONA TUTUNARSA, DOĞRU YOLDADIR. Əgər onu izləsəniz bizim nəzərimizlə 
hidayət olunarsınız, ondan üz çevirsəniz, Allah sizi ya bizim əlimizlə, ya da iradə etdiyi 
şəkildə cəzalandırar.” 
- Süleym ibn Qeysin Kitabı: s.257-259 
Əhməd əl Həsən (ə.s) bu və Yəmani haqda olan digər hədislər barədə belə buyurur: “İlk 
Mehdi  və  Yəmaninin  dəvətinə  gəlincə,  bu,  Əhlibeytin  (ə.s)  heç  kimə,  hətta  onların 
hədislərinə yönələnlərə belə açıqlamaq istəmədiyi bir sirdir. Bu səbəblə onlar (ə.s) bunu, 
camaatın,  onların  bütün  hədislərini  toplamasına  ehtiyac  duyduqları,  lakin  sadəcə  bu 
əmrin sahibi tərəfindən təsdiqlənəcək, simvolik bir şəkil halına saldılar. Belə ki, Yəmani 
hədisindəki,  silahların  satışının  haram  edilməsi  bir  simvoldur  ki,  hədəfi,  öz  aşkar 
zühurunun baş verdiyi və təqiyyənin qaldırılacağı dövrdə tanınacaq Yəmaninin həm də 
Qaim və İlk Mehdi olduğunu bəyan etməkdir. Və bu, Yəmani barədə və silahların qarşı 
tərəfə  satılmasının  haram  edilməsi  barədə  hədislər  toplusundan  bu  cür  anlaşılır.  Bu 
(hədislər) vurğulayır ki, silahların, Mübayənə'yə (Əhlibeyt (ə.s) şiələrinə, açıq-aşkar küfr 
edən və ya nasibi olan qarşı tərəfin (kimlər olduğunun) agah olması) qədər qarşı tərəfə 
satılması  haram  edilmir  və  bu,  İlk  Mehdinin  və  ya  Qaimin,  Al-i  Muhəmməddən  (ə.s) 
(olan) Mübayənə ilə əks tərəfə qarşı zühur etdiyi vaxta qədər baş verməyəcək...” 
Bir  nəfər  İmamlardan  (ə.s)  birinin  hüzuruna  gələrək  dedi:  “Şama  yəhərlər  və  sursatlar 
daşıyanlar haqda nə buyurursunuz?” O (ə.s) buyurdu: “Sənlik bir şey yoxdur, sən bugün 
Peyğəmbərin  (s)  əshabı  mövqeyindəsən  və  sən  Hüdnadasan  (atəşkəsdəsən).  LAKİN 
MÜBAYƏNƏ  BAŞ  VERƏRSƏ,  (O  ZAMAN)  ONLARA  YƏHƏR  VƏ  SİLAHLAR 
DAŞIMAQ HARAMDIR.” 
- Kafi: 5/112 
Əba  Əbdillah  (ə.s)  buyurdu:  “Qaimin  beş  əlaməti  vardır:  Süfyaninin  ortaya  çıxması, 
YƏMANİNİN  ORTAYA  ÇIXMASI,  səmadan  gələn  güclü  səs,  Nəfsi-zəkiyyənin  qətli, 
Beyda çölündə yerə batma.” 
- Əqdüd-Dürər: 111; İsbatul-Huda: 3/735, hədis 96; Biharul-Ənvar: 52/204, hədis 34; Mucəmul-
Əhadis: 5/229, hədis 1729; Ğeybəti-Numani (azəricə): 282, hədis 9 


ahmedalhasan313.wordpress.com 
13 
 
Əbul-Həsən Rza (ə.s) buyurdu: “Bu işdən öncə Süfyani, YƏMANİ, Mərvani və Şüeyb ibn 
Saleh olacaq. Elə isə bu şəxs (Muhəmməd ibn İbrahim) bunu necə deyə bilər?” 
- İsbatul-Huda: 3/735, hədis 97; Biharul-Ənvar: 52/233, hədis 99; Mucəmul-Əhadis: 4/166, hədis 
1227; Ğeybəti-Numani (azəricə): 283, hədis 12 
Əhd  duasında  belə  buyurulur:  “İlahi,  əgər  ölüm  hökmü  mənimlə  o  Həzrətin  arasında 
ayrılıq  salsa,  məni  kəfən  geydiyim,  qılıncımı  siyirib  nizəmi  ələ  aldığım,  kənd  və 
şəhərlərdə  DƏVƏT  EDƏN  CARÇININ  dəvətinə  ləbbeyk  deyən  halda  qəbrimdən 
çıxart...” 
- Məfatihul-Cənan: Əhd duası 
Əhd duasında keçən “DƏVƏT EDƏN CARÇININ” elə Yəmaninin özü olduğu artıq bizə 
məlum  olur.  Əhlibeyt  (ə.s)  sadəcə  məsələni  gizli  şəkildə  simvollarla  bizlərə  çatdırıb. 
Çünki  onlar  yaxşı  bilirdilər  ki,  vaxt  gələcək  Əhli-Şiənin  içində  xain  əməlsiz  alimlər 
olacaqlar. İmam Rza (ə.s)’ın da buyurduğu kimi, əgər istədiyimiz bizə verilsəydi, bizim 
üçün çox pis olardı və əmrin sahibinin boynu vurulardı. Elə isə imtahanlardan qaçmamalı 
və Əhlibeytin (ə.s) hikmətini anlamağa çalışmalıyıq. 
ƏZABDAN ÖNCƏ GÖNDƏRİLƏN ELÇİ YƏMANİDİR 
Əba  Əbdillah  (ə.s)  Allahın  “Və  əgər  əzabı  az  bir  dəstənin  gəlişinə  qədər  təxirə  salsaq” 
ayəsi  barədə  buyurdu:  “ƏZAB”  Qaimin  (ə.s)  QİYAMIDIR.  “Az  bir  dəstə”  isə  onun, 
sayları Bədr əshabının sayı qədər (olan) əshabıdır.” 
- Təvilul-Ayat: 1/223, hədis 3; İsbatul-Huda: 3/541; Təfsirul-Burhan: 2/208, hədis 1, s.209, h.8; 
Biharul-Ənvar: 51/58, hədis 51; Qeybəti-Numani (azəricə): səh.268, hədis 36 
Qurani-Kərim:  
[Biz ELÇİ göndərməmiş əzab vermərik.] [17:15] 
[Sənin Rəbbin (şəhərlərdən) ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan BİR ELÇİ 
göndərməmiş o şəhərləri məhv etmədi.] [28:59] 
[Əgər  Biz  onları  BUNDAN  ƏVVƏL  ƏZABLA  məhv  etsəydik,  deyərdilər:  “Ey 
Rəbbimiz!  Nə  üçün  bizə  BİR  ELÇİ  GÖNDƏRMƏDİN  ki,  biz  də  zəlil  və  rüsvay 
olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”] [20:134] 
[Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O (tüstü) (ki,) insanları bürüyəcəkdir. 
Bu, ağrılı-acılı bir əzabdır. (Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman 
gətirək”–  deyəcəklər.  Hardadır  onlarda  öyüd  almaq?!  Halbuki  onlara  AÇIQLAYAN 
BİR ELÇİ də gəlmişdi. Onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər. Biz 
əzabı  bir  az  sizdən  uzaqlaşdırarıq,  amma  siz  yenə  (azğınlığa)  qayıdacaqsınız. 
(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün, Biz (onlardan) intiqam alacağıq.] 
[44:10-16] 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə