Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   2   3   4   5   6   7   8   9   ...   59

Ansarullah Production 
14 
 
Həm hədislərdən həm də Quran ayələrindən göründüyü kimi əzabdan əvvəl bir elçinin 
olması lazımdır. Bu Allahın qanunudur. Bir halda ki, İmam Muhəmməd Mehdi (ə.s)’ın 
qiyamı əzabdır, elə isə bundan əvvəl ondan (ə.s) olan bir elçi olması lazımdır ki, insanları 
xəbərdar etsin və İmam Mehdi (ə.s)’a tərəf çağırsın.  
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: “Bu işin sahibinin bir qeybə 
çəkilməsi olacaq ki, bu zaman o deyəcək: “Sizdən qorxduğum zaman (sizdən) qaçdım, 
sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.” [Şüəra 21] 
-  İsbatul-Huda:  3/535,  hədis  477;  Biharul-Ənvar:  52/157,  hədis  19,  s.292,  hədis  39;  Mucəmul-
Əhadis: 5/304, hədis 1735; Qeybəti-Numani (azəricə): s.189, hədis 10 və digər mənbələr. 
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə.s) buyurdu: “Əbu Cəfər Muhəmməd ibn 
Əli Baqir (ə.s) dedi: “Qaim (ə.s) qiyam edən vaxt deyəcək ki, “Sizdən qorxduğum zaman 
(sizdən) qaçdım, sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.” 
- Kəmalud-Din: 328, hədis 10; İsbatul-Huda: 3/468, hədis 133, səh.583, hədis 777; Biharul-Ənvar: 
52/281, hədis 8, səh.292, 39-cu hədisin arxasınca, səh.385, hədis 195; Qeybəti-Numani (azəricə): 
səh.189, hədis 12 və digər mənbələr. 
Bu hədislərdən də məlum olur ki, Qaim olan bir elçi vardır, və bu Qaim İmam Mehdi (ə.s) 
deyildir, onun (ə.s) Elçisi və Vəsisi Yəmanidir. Çünki İmamların sifətlərini bilənlər bilirlər 
ki, onların hikməti kamildir, onlar əta edərlər, onlar tamamlanmış nemətlərdir. Ona görə 
də hikmət əta edilən şəxs İmam Muhəmməd Mehdi (ə.s) deyil, əksinə onun elçisidir.  
Və  diqqət  ediləcək  digər  bir  məsələ  isə,  “SİZDƏN  QORXDUĞUM  ZAMAN  SİZDƏN 
QAÇDIM” ifadəsidir ki, bunu İmam Mehdi (ə.s)’a aid edə bilmərik. Çünki, hal-hazırda 
axırzamanda  yaşayırıq  və  min  ildən  çox  müddətdir  ki,  İmam  Mehdi  (ə.s)  aşikar 
olmamışdır.  Elə  isə  İmam  (ə.s)  necə  çıxıb  deyə  bilər  ki,  “SİZDƏN  qorxduğum  üçün 
SİZDƏN qaçdım”, insanlar ona deməzlərmi ki, “ey İmam (ə.s), biz sənə nə etdik ki, bizdən 
qaçdın? Biz heç səni görməmişdik belə.” Ona görə, axırzamanda yaşayan bu camaatdan 
qaçan şəxs, bundan əvvəl gərək bu camaatın içində yaşasın ki, sonra da bu sözü desin. Və 
biz bilirik ki, Əhməd əl Həsən (ə.s) 2008ci ilə qədər İraqda yaşamış və 2001ci ildən açıq 
dəvətə  başlamışdır.  Daha  sonra  xəyanət  nəticəsində  və  hədislərdə  də  keçdiyi  kimi 
imtahan məqsədilə gizlənmişdir. Odur ki, bu hədisdə sözü keçən şəxs İmam Mehdi (ə.s) 
deyil, Əhməd əl Həsən (ə.s)’dır. Ona görə də yer üzündə Əhməd əl Həsən (ə.s)’dan başqa 
İmam Mehdinin (ə.s) elçisi və Yəmani olduğunu iddia edən ikinci bir şəxs yoxdur.  
İmam Cəfər Sadiq (ə.s) Kərbəla haqqında belə buyurdu: “Ora, onun (İmam Mehdi (ə.s)’ın) 
QEYBƏTİ DÖVRÜNDƏ ELÇİNİN ORTAYA ÇIXACAĞI, yer üzündəki son yerdir və 
orada Qaimin zühuru üçün Şiələrə bir həyat olacaq.” 
- Hidayətul-Kübra: s.401  


ahmedalhasan313.wordpress.com 
15 
 
Bu hədisdə də aşkar olaraq deyilir ki, ELÇİ İmam Mehdi (ə.s)’ın qeybəti dövründə ortaya 
çıxacaqdır. Elə isə İmam Mehdi (ə.s)’ın gəlişini gözləyənlər əslində onun (ə.s) gəlişindən 
əvvəl onun Elçisinin gəlişini gözləməli və Elçi gəldiyi zaman da ona təslim olmalıdırlar. 
Çünki bu Elçi İmam Mehdi (ə.s)’a götürən yeganə şəxs və İmamın (ə.s) qapısıdır. Hər kim 
ondan  üz  döndərərsə,  eynilə  Rəsulullahı  (s)  qəbul  edib,  lakin  Əli  (ə.s)’dan  üz  çevirən 
şəxsin durumuna düşmüş olacaqdır.  
“İlahi, əgər ölüm hökmü mənimlə o Həzrətin arasında ayrılıq salsa, məni kəfən geydiyim, 
qılıncımı  siyirib  nizəmi  ələ  aldığım,  kənd  və  şəhərlərdə  DƏVƏT  EDƏN  CARÇININ 
DƏVƏTİNƏ  ləbbeyk  deyən  halda  qəbrimdən  çıxart...  Kitabının  icra  olunmayan 
qanunlarını yeniləşdirən, Sənin dininin, Rəsulunun sünnələrindən gəlib çatan hökmlərini 
dirçəldən  qərar  ver.  Оnun  zühur  еdib  hazır  olması  ilə  bu  ümmətin  müşkül  və 
giriftаrçılıqlаrını аrаdаn qаldır, bizim üçün оnun zühurunu tеzləşdir.” 
- Məfatihul-Cənan: Əhd duası 
Məsələni  biraz  da  açıqlamaq  üçün  sizə  Əhməd  əl  Həsən  (ə.s)’ın  Qurandan  bir  ayənin 
təfsiri haqda cavabından bir hissəni sizə təqdim edirik:  
“Allah  subhanəhu  və  təala  belə  buyurmuşdur:  [Sən  göydən  aşkar  bir  tüstü  gələcəyi 
günü gözlə.  O  (tüstü  ki,) insanları bürüyəcəkdir.  Bu,  ağrılı-acılı  bir  əzabdır. (Onlar:) 
'Ey  Rəbbimiz!  Bizi  bu  əzabdan  qurtar,  biz  də  iman  gətirək'–  deyəcəklər.  Haradadır 
onlarda  öyüd  almaq,  halbuki  onlara  açıq-aşkar  bir  elçi  gəlmişdi.  Onlar  ondan  üz 
çevirib “öyrədilmiş” və “dəli” dedilər. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz 
yenə (azğınlığa) qayıdacaqsınız. (Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün, 
Biz (onlardan) intiqam alacağıq.] [Duxan 44:10-16] 
Bu duman əzabdır və dəvət əzabdan əvvəl gəlir. Allah (s.v.t) belə buyurmuşdur: 
[Biz ELÇİ göndərməmiş əzab vermərik.] [17:15] 
Həmçinin  ayədə  açıq  şəkildə  bəyan  edildiyi  kimi,  bu  duman  və  ya  əzab,  aralarında 
mövcud  olduğu  halda,  elçini  rədd  edən  və  əzab  edilmək  üzrə  olan  insanlar  üçün  bir 
cəzadır: [Onlar ondan üz çevirib “öyrədilmiş” və “dəli” dedilər.] [Duxan 44:14] 
Eynilə əzab Yunus (ə.s)’ın qövmünün başının üstünü kəsdirmiş olduğu kimi, bu duman 
və  ya  əzab  da  yer  üzü  insanları,  onların  başlarının  üstünü  kəsdirməsindən  sonra,  bu 
elçiyə inansınlar deyə ortaya çıxar. 
Bu duman və ya əzab, kiçik qiyamət ilə əlaqədardır. Hətta o, ayədə də açıq olduğu kimi 
kiçik  yaxalamadır.  Çünki  ondan  sonra  böyük  yaxalamadan  və  zalımlardan  intiqam 
almaqdan başqa heçnə qalmır.  
Dolayısıyla  duman,  Qaim  (ə.s)’ın  qiyam  əlamətlərindən  biridir  və  bu,  İmamlar  (ə.s) 
tərəfindən söylənmişdir. Həmçinin o, bir elçi ilə də bağlıdır, hətta onun (dumanın) səbəbi 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə