Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   2   3   4   5   6   7   8   9   10   ...   59

Ansarullah Production 
16 
 
yer  üzü  insanlarının  bu  elçini  rədd  etmələridir.  Ona  görə  də  o, onlar  üçün  bir  cəzadır: 
[Haradadır onlarda öyüd almaq, halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.] 
Elə isə bu elçi kimdir? Və inu kim göndərmişdir? 
Allah  subhanəhu  və  təala  belə  buyurmuşdur:  [Göylərdə  və  yerdə  olanların  hamısı 
Hökmran,  Müqəddəs,  Qüdrətli,  Müdrik  Allahın  şəninə  təriflər  deyir.  Ümmilərin 
arasına özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın )ayələrini oxuyar, onları 
(pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər 
açıq-aydın  azğınlıq  içində  idilər.  Hələ  onlara  qoşulmamış  başqalarına  da.  O, 
Qüdrətlidir,  Müdrikdir.  Bu,  Allahın  lütfüdür,  onu  istədiyinə  verir.  Allah böyük  lütf 
sahibidir.] [Cumuə 62:1-4] 
[Hələ  onlara  qoşulmamış  başqalarına  da.]  Yəni  O  (s.v.t)  onlara  da  özlərindən  bir  elçi 
göndərəcək.  O,  onlara  Onun  ayələrini  oxuyar,  onları  təzkiyə  edər,  onlara  Kitabı  və 
Hikməti öyrədər... 
Muhəmməd (s), Allaha dönüşündən sonra gələn başqa kəslərə ayələri oxuyan kəs əsla ola 
bilməz.  Elə  isə  bir  elçi  olmalıdır  və  o  elçi,  ümmilərin,  yəni  öz  zamanının  Ümmü 
Qurasındakıların  arasına  göndərilər.  O  elçinin  bu  xüsusiyyətləri  var:  ayələri  oxumaq, 
insanları təzkiyə etmək, yəni göylərin mələkutuna baxa bilmələri üçün onları təmizləmək 
və onlara Kitabı və Hikməti öyrətmək.  
Allah (s.v.t) belə buyurmuşdur: [Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların 
arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.] [Yunus 10:47]” 
Və İmam Əhməd əl Həsən (ə.s) başqa bir suala cavabında belə buyurmuşdur: “Bu dəvət 
bir çox dəlillə dəstəklənmişdir. Mən (‘Mən’dən Allaha sğınıram) heç kimə demədim ki, 
mənə  kor-koranə  tabe  olun.  Əksinə  onlara,  atəşdən  xilas  olsunlar  deyə  gözlərini 
açmalarını,  höccəti  ayərd  etmələrini  və  haqqın  sahibini  tanımalarını  söylədim.  Çünki 
haqq  dövlətlərin  yanında  batil  dövlətlər  də  vardır,  eynilə  Rəsulullah  (s)’in  yanında 
Müseyləmətül-Kəzzabın və digərlərinin var olduğu kimi.  
Müfəzzəl  ibn  Ömərdən  nəql  edilir:  Bir  dəfə  Əba  Əbdillah  (ə.s)’ın  məclisində  idim  və 
mənimlə  birgə  başqa  bir  neçə  nəfər  var  idi.  Həzrət  bizə  dedi:  “Məbadə  yayıb  məşhur 
edəsiniz (yəni, Qaim (ə.s)’ın adını).” Mən elə zənn etdim ki, həzrət mənim yanımdakıları 
nəzərdə tutur. Lakin mənə dedi: “Ey Abdullahın atası, məbadə danışıb yayasınız. Allaha 
and olsun ki, (imamınız) bir müddət sizdən qeybdə olacaq və gizli qalacaq. O qədər ki, 
hətta  deyəcəklər:  “Ölüb  ya  həlak  olub,  hansı  vadiyə  gedib?”  Möminlərin  gözləri  ona 
ağlayacaq, gəmi dəniz dalğaları arasında yırğalandığı kimi onlar da yırğalanacaqlar. Bu 
zaman  YALNIZ  Allahın  əhd  aldığı,  qəlbinə  iman  yazdığı  və  Özündən  olan  bir  ruhla 
gücləndirdiyi  şəxslər  nicat  tapacaqlar.  ON  İKİ  ŞÜBHƏLİ  BAYRAQ  qalxacaq  ki,  hansı 
hansındandır  bilinməyəcək.”  Müfəzzəl  deyir:  Mən  ağladım.  Həzrət  mənə  dedi:  “Səni 
ağladan  nədir?”  Dedim:  “Sizə  qurban  olum,  necə  ağlamayım?  Bir  halda  ki,  deyirsiniz 


ahmedalhasan313.wordpress.com 
17 
 
hansı hansından olduğu bilinməyən on iki şübhəli bayraq qalxacaq.” Müfəzzəl deyir: Bu 
zaman həzrət (ə.s) evin içəriyə günəş düşən pəncərəsinə baxıb dedi: “Bu günəş aydındır?” 
Dedim:  “Bəli.”  Buyurdu:  “Allaha  and  olsun  ki,  BİZİM  ƏMRİMİZ  ONDAN  DAHA 
AYDINDIR.” 
-  Biharul-Ənvar:  51/147,  hədis  18;  Bəşarətul-İslam:  148;  Mucəmul-Əhadis:  3/429;  Qeybəti-
Numani: s.158, bölüm 10, hədis 9 
İmam (ə.s) haqq dəvətin günəşdən daha açıq olduğunu açıqlamışdır. O, günəşdən daha 
açıqdır,  çünki  onun  dəlilləri  Nəbilərin,  Elçilərin,  Rəsulullah  Muhəmmədin  (s)  və 
İmamların (ə.s) dəlilləridir. Elə isə bu dəvətin dəlillərinə diqqət edin və onları Rəsulullah 
Muhəmmədin  (s)  dəlilləri  ilə  qarşılaşdırın.  Dəlillərin  saysız  olduğunu  görəcəksiniz  və 
onların  arasında  Rəsulullahın  (s)  vəsiyyəti,  Əhlibeytin  (ə.s)  rəvayətləri,  elm,  haqq, 
hidayət,  mübahilə,  təbərra  andı,  möminlərin  Elçiliyi,  İmamların  və  nəbilərin  (ə.s) 
gördükləri kəşflər və yuxular, möcüzələr və qeyblər də vardır.  
Bütün bu dəlillər sizə fayda vermirsə, [Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. 
O (tüstü ki,) insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.] (Duxan 44:10-11) və o 
zaman  digərləri  ilə  birlikdə  deyəcəksiniz  ki,  [(Onlar:)  'Ey  Rəbbimiz!  Bizi  bu  əzabdan 
qurtar,  biz  də  iman  gətirək'–  deyəcəklər.]  (Duxan  44:12)  və  sizə  belə  cavab  veriləcək: 
[Haradadır  onlarda  öyüd  almaq,  halbuki  onlara  açıq-aşkar  bir  elçi  gəlmişdi.  Onlar 
ondan üz çevirib “öyrədilmiş” və “dəli” dedilər.] (Duxan 44:13-14
Həmd Allahadır. Keçmiş ümmətlərin halına heç diqqət etmədinizmi? Çünki bugün sizin 
halınız,  yəhudilərin  nəbiləri  ilə  olan  halının  eynisidir.  Allahın  sözünə  və  Qurandakı 
qissələrinə heç diqqət etmədinizmi? Bir özünüzə baxın, sizin halınız Zəkəriyya, Yəhya və 
İsa  (ə.s)  ilə  lağ  edən  yəhudi  alimlərin  və  onları  təqib  edənlərin  halının  eynisi  deyilmi? 
Allah xətrinə sizdən soruşuram, sizinlə onlar arasındakı fərq nədir?! 
Sizi mənimlə və bu haqq dəvətə iman edənlərlə lağ etməyə sövq edən nədir? Öz-özündən 
soruşub  Rəbbinə  dön  və  ['Oxu,  kitabını  (əməl  dəftərini).  Bu  gün  sən  haqq-hesab 
çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!'] (İsra 17:14
Əsrlər  boyunca  məsxərə  edənlər  kimlər  olub?  Nəbilərin,  Elçilərin  (ə.s)  və  möminlərin 
məsxərə  etdiyini  heç  eşitmiş  və  ya  oxumusunuzmu?  Lakin  daima  görəcəksiniz  ki, 
məsxərə etmək və alçaltmaq nəbilərin və elçilərin dəvətlərini təkzib edən və inkar edən 
kəslərin əsas götürdüyü şeylərdir. 
Siz pis xalq, mənə qarşı çıxdınız, ey İraq xalqı! Amerikanı izləyən, onun yanında dayanan 
və onun demokratiyasını qəbul edən böyüklərinizə uydunuz. Zalımların Səqifəsini qəbul 
etdiniz  və  Əmirəlmöminin  Əli  (ə.s)’ı  bir  kənara  atan  kəslərin  əllərinə  bəhanə  verdiniz. 
Allahın  qoyduğu  şeyə  və  Onun  hakimiyyətinə  kafir  olaraq  arxanızı  çevirdiniz  və  bu 
qoxumuş dünyanı istəyərək bu haqq dəvətlə savaşdınız. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə