Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə8/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

Ansarullah Production 
18 
 
Eynilə Məkkə əhlinin Əbu Süfyana (l.ə) uyaraq cəddim Rəsulullah (s) ilə savaşdığı kimi, 
siz  də,  pulu  və  dünyası  ziyandan  başqa  bir  şeyini  artırmayan  kəslərə  uydunuz.  Məni 
ciddiyə  almadınız,  halbuki  mən  sizi  Allahın  Kitabına,  Allahın  ən  böyük  vəlisi  İmam 
Mehdi  (ə.s)’a  doğru  və  batil  əhlinə  qarşı  çıxmağa  dəvət  etməkdəyəm.  Eynilə  cəddim 
Hüseyn  (ə.s)’ın  xüruc  etdiyi  kimi,  sadəcə  və  sadəcə  cəddim  Rəsulullahın  (s)  ümmətini 
islah  etmək  üçün  atam  İmam  Mehdi  (ə.s)’ın  əmri  ilə  xüruc  etdim.  Əgər  siz  zəlalət 
imamlarına uydunuzsa, sizdən əvvəlki atalarınız da Hüseyn ibn Əli (ə.s)’ı öldürmək üçün 
zəlalət  fəqihləri  olan  Şəbs  ibn  Rəbiyə,  Şimr  ibn  Zilcövşənə,  Şüreyh  Qaziyə,  yardım 
edilənİbn Ziyad və Yezidə (l.ə) uymuşdu. Doğrusu gözdə tikan və boğazda sümük var, 
biz  Allah  üçünük  və  Allaha  qayıdacağıq.  Zülm  edənlər  aqibətlərini  biləcəklər.  Güc  və 
qüdrət sadəcə Uca və Ulu olan Allah ilədir. 
Onun  (s.v.t)  sözlərinə  çox  diqqət  edin:  [Həqiqətən,  qullarımdan  bir  zümrə  var  idi  ki, 
onlar: 'Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin 
ən yaxşısısan!'– deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) 
Məni  yada  salmağı  belə  sizə  unutdurdu.  Siz  onlara  gülürdünüz.  Bu  gün  Mən  səbr 
etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!'] 
(Müminun (23):109-111
Elə  isə  lağ  edib  bol-bol  gülün  və  atalarınızın  yolunu  davam  etdirin.  Yaxında  bunların 
qarşılığını  axan  qanlar  olaraq  alacaq  və  sonrakı  nəsillər  tərəfindən  lənətlənəcəksiniz, 
eynilə Muhəmmədə (s) qarşı savaşan və onu lağa qoyan kəslərin bugün lənətləndiyi kimi. 
Və sabah bilməyiniz sizə heç bir fayda vermədiyi zaman, kimin qazandığını biləcəksiniz.” 
– İmamın (ə.s) sözlərinin sonu. 
HÖCCƏTDƏN ƏVVƏL VƏSİNİN GƏLİŞİ 
Əhməd əl Həsən (ə.s) buyurdu: “Onlar sizdən soruşarlar: Vəsi necə Höccətdən əvvəl gələ 
bilər?  Bunun  örnəyi  Harundur,  o  Musadan  əvvəl  Misirə  göndərildi,  və  açıq  bir  Quran 
mətni ilə: [Bir zaman Rəbbin Musaya demişdi: 'Get o zalım qövmün – Firon xalqının 
yanına!  Onlar  qorxmurlarmı?'  (Musa)  dedi:  'Ey  Rəbbim!  Qorxuram  ki,  onlar  məni 
yalançı  hesab  edələr,  (belə  olduqda)  ürəyim  sıxılar,  dilim  də  söz  tutmaz.  Buna  görə 
Harunu  da  göndər.]  (Şüəra  (26):10-13)  Bu  ayələr  açıqlayır  ki,  Musa  (ə.s)  Allahdan, 
Harunu  göndərməsini  istədi,  yəni  eynilə  Onun  (s.v.t)  onu  məlumatlandırdığı  kimi 
Harunu da məlumatlandırmasını istədi. Və dəvət Harun ilə başladı və o insanları Musanı 
qəbul  etməyə  hazırladı.  [(Allah)  dedi:  'Xeyr,  (bu  mümkün  deyil)!  İkiniz  də 
möcüzələrimizlə  (onların  yanına)  gedin!  Şübhəsiz  ki,  Biz  də  sizinləyik,  (hər  şeyi) 
eşidirik.] (Şüəra (26):15). Bu ayə göstərir ki, Allah Musanın (ə.s) istəyini cavabladı, sadəcə 
o  da  deyil,  əslində,  Harun  qarşılaşmanı  öz  öhdəsinə  götürmüş  kəs  idi.  [Sehrbazlar 
səcdəyə  qapanıb  dedilər:  'Biz  Harunun  və  Musanın  Rəbbinə  iman  gətirdik!']  (Taha 


ahmedalhasan313.wordpress.com 
19 
 
(20):70). Harun (əvvəlki ayədə) Musadan əvvəl gəldi, çünki onlarla qarşı-qarşıya gələn o 
idi  və  Musanın  Vəsisi  Harun,  Dəvətin  diyarında  göndərildi  və  ora  Misir  idi,  Musadan 
əvvəl, əslində o danışan və qarşılaşan olaraq qaldı, Musa mövcud ikən; çünki Musa bunu 
istədi.  Lakin  Musa  (ə.s)  onun  üzərinə  Höccət  idi  və  Harun  Musanın  əmri  olmadan 
danışmazdı [… ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Harunu da göndər]
Musa (ə.s) nə istəyir? Danışan kimdir? O, danışanın Harun olmağını istədi və Allah ona 
cavab  verdi  və  sehrbazlar  da  Musadan  əvvəl  Haruna  iman  etdiklərini  dedilər.  Buna 
diqqət  etdinizmi?  [Sehrbazlar  səcdəyə  qapanıb  dedilər:  'Biz  Harunun  və  Musanın 
Rəbbinə iman  gətirdik!'].  İndi  bu  sona  çatdı?  Yəni  bu  məsələnin  yanında  Vəsinin  özü 
üzərinə höccət olan Höccətdən əvvəl göndərilə bilməsi sonamı çatdı? Və bundan əvvəl 3 
nümunə verdim: Lut və İbrahim, Muhəmməd (s) və Əli (ə.s), Süleyman və Davud, onların 
hamısına salam olsun, və bu, dördüncü nümunədir və bu dördü kifayətdir. Əslində sənə 
verdiyim son nümunə də kifayətdir. Yerdə qalan, onların səndən İmam Mehdinin (ə.s) 
yüksəldilib  yüksəldilmədiyini  soruşmalarıdır,  o  zaman  onun  örnəyi  İsanın  və  onun 
Vəsisinin örnəyidir.  
Onlar  İmam  Mehdinin  (ə.s)  həyatının  necə  olduğuna  dair  bir  fikrə  belə  sahib  deyillər, 
İmam Mehdinin (ə.s) uzun həyatına nümunə olaraq İsa və Xızırı (ə.s) zikr edirlər və bu, 
onların onun (ə.s) yüksəldiyinə inandıqları mənasına gəlir.” 
- Əhməd əl Həsən (ə.s), “Saleh Qul ilə” kitabından alıntı 
QAİMİN ZÜHURU VƏ ƏZABIN GƏLMƏSİ 
[Onlar SƏNİ tələsdirib ƏZABIN tez gəlməsini istəyirlər. Allah Öz VƏDinə əsla xilaf 
çıxmaz! Rəbbinin dərgahında BİR GÜN sizin saydığınızın MİN İL kimidir!] [22:47] 
Əba  Əbdillah  (ə.s)  Allahın  “Və  əgər  əzabı  az  bir  dəstənin  gəlişinə  qədər  təxirə  salsaq” 
ayəsi barədə buyurdu: “‘ƏZAB’ Qaimin QİYAMIDIR...” 
- Təvilul-Ayat: 1/223, hədis 3; İsbatul-Huda: 3/541; Təfsirul-Burhan: 2/208, hədis 1, s.209, h.8; 
Biharul-Ənvar: 51/58, hədis 51; Qeybəti-Numani (azəricə): səh.268, hədis 36 
Müfəzzəl ibn Ömər deyir  ki, İmam Sadiqdən (ə.s): [Böyük əzabdan əvvəl onlara kiçik 
əzabı  dadızdırarıq.]  (Səcdə  (32):21)  ayəsi  haqqında  soruşdum.  Buyurdu:  “Kiçik  əzab 
bahalıq, böyük əzab isə, Mehdinin (ə.s) qılıncla zühurudur.” 
- İsbatul-Huda: 3/564, hədis 646 
İmam Rza (ə.s) buyurdu: “Qaim vəddir. Allah isə vədinə xilaf çıxmaz.” 
- Qeybəti-Numani (azəricə): bab 18, s.342, hədis 10 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə