Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə9/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

Ansarullah Production 
20 
 
Bir gün  və günün bir hissəsi  - İmam Muhəmməd Mehdi (ə.s)'ın qeybət müddətidir. Bu 
haqda İmam Əhməd əl Həsən (ə.s) belə buyurmuşdur: 
“Beləliklə bunlar 28 hərfdir ki, Ayın mövqeləri kimidirlər və onlar, Muhəmməd və Al-i 
Muhəmməd, İmamlar və Mehdilərdir (ə.s). Təqvim ayından geriyə bir gün və ya bir gün 
və günün bir hissəsi qalır ki, orada Ay (12ci İmam) qeyb olur (zira ay ya 29 ya da 30 gün 
olur). Və bir gün və ya bir gün və günün bir hissəsi (yaxud bir hərf və ya bir hərf və hərfin 
bir  hissəsi)  Vəlinin  məqamından  asılıdır.  Belə  ki  o,  Muhəmməd  (s)  üçün  sadəcə  bir 
gündür (yaxud bir hərfdir, zira o, Allaha ən yaxın olandır) və o gün qeyb günüdür, və o, 
gizli və qorunmuş isimdir ki, məxluqata açıqlanmamışdır, həmçinin o, Allahın Özündən 
başqa  heç  kimin  bilmədiyi  sirridir.  Əli  və  Fatimə  (ə.s)  üçün  o,  bir  gün  və  günün  bir 
hissəsidir. Həsən və Hüseyn (ə.s) üçün günün bir hissəsi artan şəkildə davam edir, bunun 
kimi İmamlar və Mehdilər üçün də bu şəkildə davam edir. 
Al-i Muhəmməd (ə.s) üçün günün bir hissəsi (pərdə), məsumun mərtəbəsinə görə artıb 
azalır.  Və  bilin  ki,  İmam  Mehdinin  (ə.s)  qeybəti  mərtəbəsinə  görədir,  yəni  bir  gün  və 
günün bir hissəsi (yaxud bir hərf və hərfin bir hissəsi) və ya 1000 il və 1000 ilin bir hissəsi: 
{O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız 
(illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.} [32:5] 
Aydan  geriyə  qalan  gün,  hilalların  və  qəmərlərin  qeyb  olduğu  gündür.  Və  o,  Allah 
qatında min il və min ilin bir hissəsidir. Məlumdur ki, İmam Mehdinin (ə.s) qeybəti ilə 
əlaqədar ittifaq vardır. Odur ki, onun (ə.s) bir gün və günün bir hissəsi müddətində qeyb 
olması lazımdır ki, Allahın sözü tamamlanmış olsun. Əgər bu söz (Əhməd) bu yer üzünə 
gəlsə, haqq və batil əhli arasında haqq-ədalətlə hökm verəcək. Odur ki bu, hesab (hökm) 
üçün bir şərtdir. Bu, Allahın, Öz peyğəmbərlərinə, elçilərinə və vəsilərinə verdiyi vəddir. 
Bu  söz  Qaim  (ə.s)  və  onunla  birlikdə  gələn  əzabdır.  O,  öz  yanında  elmin  28  hərfini 
daşıyaraq gəlir ki, insanlar arasında onun 27’sini yaysın ki, bununla onlar (Əhlibeytə (ə.s) 
xas qılınmış) son hərfi və ya həqiqəti və künhü tanımaqdakı acizliklərini bilsinlər.” 
MEHDİ SÜFYANİDƏN ƏVVƏL ŞƏRQDƏN GƏLİR 
Əmirəl-Möminin (ə.s) buyurdu:  “Mehdi əqbəl
2
 və QIVRIM SAÇLIDIR. Yanağında xal 
vardır. ŞƏRQ TƏRƏFDƏN XÜRUC EDƏCƏK. BU BAŞ VERDİYİ ZAMAN SÜFYANİ 
ÇIXACAQ və  hamilə qadının hamiləlik müddəti qədər: doqquz ay hakimiyyət edəcək. 
Şamda xüruc edəcək...” 
- Təfsirul-Burhan: 3/354, h.1; əl-Məhəccə: 177; Biharul-Ənvar: 52/252, h.142; Yənabiul-Məvəddə: 
427; Mucəmul-Əhadis: 5/357, h.1794; Qeybəti-Numani: s.344-345, h.14 
                                                             
2
 
Əqbəl: Gözlərinin qarası burnuna tərəf olan və ya baxışları burnuna tərəf baxan şəxs.
 


ahmedalhasan313.wordpress.com 
21 
 
Yəhya ibn Fazil Novfili nəql edir: …Əbəl Həsən Musa ibn Cəfər (ə.s) buyurdu: “O, Ali-
Muhəmməd (ə.s)’dan olan MEHDİDİR. Geniş qarınlı, QIVRIM SAÇLI, ayaqları azacıq 
çölə  əyilmiş,  geniş  çiyinli,  TÜND  DƏRİLİDİR,  GECƏDƏN  SONRA  QARANLIĞIN 
ARDINDAN GƏLƏN SARIMTILLIQ KİMİ…” 
- Biharul-Ənvar: 83/81 
İmam  Əli  (ə.s)  buyurdu:  “MEHDİDƏN  ƏVVƏL  ONUN  ƏHLİBEYTİNDƏN  BİR 
NƏFƏR  ŞƏRQDƏN  gələcək,  o  qılıncı  çiynində  SƏKKİZ  AY  daşıyacaq,  öldürəcək  və 
şikəst buraxacaq. Və O Beytül-Məqdisə doğru irəliləyəcək və ölmədən oraya yetişəcək.” 
- Kənzul-Ümmal əl-Mümahidun (Şeyx Korani): 7/261 
İmam Sadiq (ə.s) buyurdu: “Süfyanidən ƏVVƏL Misirli və YƏMANİ vardır.”  
- Biharul-Ənvar: 52/210 
“Belə ki, sonra Allah, Süfyaniyə qarşı ŞƏRQDƏN MEHDİNİN NAZİRİNİN xürucunu 
qərar verəcəkdir və beləliklə o (Mehdinin naziri) Sufyanini Şam yolunun üstündə məğlub 
edəcəkdir.” 
– Şərhi-Əhqaqul-Haqq (Seyyid Mərəşi): 29/620 
İsa  əl-Xəşəb  dedi:  Mən  Hüseyn  ibn  Əli  (ə.s)’a  dedim:  “Sən  bu  işin  sahibisən?”  O  (ə.s) 
buyurdu:  “Xeyr,  lakin  bu  işin  sahibi  qovulub  yurdsuz  qalandır,  atası  məvtur  olandır, 
ƏMİSİ İLƏ KÜNYƏLƏNMİŞDİR və qılıncı çiynində SƏKKİZ AY daşıyacaqdır.” 
- Kəmalud-Din: s.318 
Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: “Bu işin sahibində 4 peyğəmbərin əlaməti 
vardır: Musanın əlaməti, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin (s) əlaməti.” 
… Dedim: “Bəs Muhəmmədin (s) əlaməti nədir?” Buyurdu: “Qiyam etdiyi zaman Allah 
Rəsulunun (s) davrandığı kimi davranacaq. Bir fərqlə ki, o Muhəmmədin irsini açıqlaya-
caq və Allah razı qalanadək SƏKKİZ AY QILINCINI ÇİYNİNDƏN ASIB MƏHV EDƏ-
CƏK…” 
-  əl  İmamətu  vət-Təbsirə:  93,  h.84;  İsbatul-vəsiyyə:  226;  Kəmalud-Din:  s.152,  h.16;  s.326,  h.6; 
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403; 
Ğeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5 
İmam  Cəfər  Sadiq  (ə.s)  buyurdu:  “O  (bayraq)  bizimlədir  və  QAİM  (ə.s)  qalxmayınca 
qaldırılmayacaq.  O  qiyam  etdiyi  zaman  onu  açıqlayacaq.  Şərqdə  və  qərbdə  elə  bir  kəs 
qalmayacaq  ki,  onu  lənətləməsin...  qılıncı  Rəsulullah  (s)’ın  qılıncı  olan  Zülfüqardır.  O 
SƏKKİZ AY boyunca onu qınından çıxarıb döyüşəcək, durmadan öldürəcək…” 
- Biharul-Ənvar: 52/361 


Ansarullah Production 
22 
 
Bu hədislərdən məlum olur ki, SƏKKİZ AY qılıncı çiynində daşıyan İmam Mehdi (ə.s) 
deyil, onun (ə.s) Əhlibeytindən bir nəfərdir ki, Yəmanidir və həmçinin Mehdilərdəndir. 
Əbu Bəkr Həzrəmidən nəql edilir: “XORASANDAN QARA BAYRAQLAR çıxan zaman 
mən və Əban, Əba Əbdillahın (ə.s) yanına daxil olduq. Dedik: “Nə deyirsiniz?” Buyurdu: 
“Evinizdə oturun. Elə ki gördünüz bir nəfərin ətrafına toplanmışıq, o zaman silahla bizə 
qoşulun.” 
-  Hilyətul-Əbrar:  2/644;  Biharul-Ənvar:  52/138,  hədis  44;  Mustədrəkul-Vəsail:  11/36,  hədis  7; 
Mucəmul-Əhadis: 3/465, hədis 1028; Ğeybəti-Numani (azəricə): səh.216, hədis 6 
Əbu Cəfər (ə.s) buyurdu: “Sanki mən  ŞƏRQ TƏRƏFDƏN çıxan bir qövm görürəm ki, 
haqqı tələb edirlər, lakin haqqı onlara vermirlər. Sonra yenə tələb edirlər, lakin yenə də 
vermirlər.  Onlar  belə  olduğunu  görüncə  qılınclarını  çiyinlərindən  asacaqlar.  Bu  dəfə 
istədikləri şeyi onlara verəcəklər, lakin onlar qəbul etməyəcəklər. Beləcə qiyam edəcəklər 
və onu (əldə etdikləri hakimiyyəti) yalnız sizin SAHİBİNİZƏ təhvil verəcəklər. Onlardan 
öldürülənlər  şəhiddirlər.  Əgər  mən  o  zamanda  yaşasaydım  özümü  BU  İŞİN  SAHİBİ 
üçün saxlayardım.” 
- Biharul-Ənvar: 52/243, h.116; Mucəmul-Əhadis: 3/269, h.796; Ğeybəti-Numani (az): 307, h.50 
Əsbağ ibn Nəbatə nəql edir: Əmirəl möminin Əli (ə.s) uzun bir rəvayətdə belə buyurdu: 
QARA  BAYRAQLAR  yer  üzünün  ŞƏRQİNDƏN  gələcək.  Üzərində  işarə  olmaz,  nə 
pambıqdandır  nə  kətandan  nə  də  ipəkdən.  Nizəsinin  başı  Böyük  Seyyidin  möhürü  ilə 
möhürlüdür. ALİ-MUHƏMMƏD (Ə.S)’DAN BİR NƏFƏR ona rəhbərlik edəcək. Şərqdə 
ortaya çıxar və qoxusu, müşk qoxusu kimi qərbdə yayılar. Qorxu bir ay onların önündən 
gedər. Nəhayət atalarının qanını (intiqamını) tələb edərək Kufəyə çatarlar. Onlar bu halda 
ikən  YƏMANİNİN  ATI  və  Xorasaninin  atı  sanki  iki  yarış  atı  kimi  yarışacaqlar.  Tozlu, 
qumlu,  kədərli  üzlər,  qınanmış  insanlar…  Onları  görsən  belə  deyəcəklər:  “Bugündən 
sonra burda oturmağımızda bir xeyir yoxdur. “Allahım, biz tövbəkarlarıq”, onlar, Allahın 
Öz  Kitabında  bəhs  etdiyi  Əbdəl(dəyişdirilənlər)dir,  “Allah  tövbə  edənləri  və  özlərini 
təmizləyənləri sevər” və onların timsalı Ali-Muhəmməd (ə.s)’dır.” 
- Şeyx Əli Yəzdi əl-Hairi: s.103; Biharul-Ənvar: cild 52, s.274 
Allah Rəsulu (s) Abbasın və Əli (ə.s)’ın əlini tutub dedi: “Bu kişinin (Abbasın) nəslindən 
bir nəfər çıxacaq ki, yer üzünü haqsızlıq və zülmlə dolduracaq. Bu kişinin (İmam Əlinin) 
nəslindən bir nəfər çıxacaq ki, yer üzünü ədalət və bərabərliklə dolduracaq. Belə ki, əgər 
bunun baş verdiyini görsəniz, üzərinizə düşən YƏMANİ olan şəxsin ardınca getməkdir, 
zira o ŞƏRQDƏN gələcək və odur MEHDİNİN BAYRAQDARI.” 
- əl-Mehdiyyul-Müntəzirul-Məvud: bab 2, s.207 
Bildiyimiz  kimi,  əlamət  bir  hadisə  baş  verməzdən  öncə  baş  verməlidir,  və  o  əlamət 
hadisənin yaxınlaşdığına işarətdir. Birinci hədisdə MEHDİ SÜFYANİDƏN ƏVVƏL VƏ 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə