Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə49/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

Ansarullah Production 
108 
 
Əbu  Cəfər  (ə.s)  buyurdu:  “Sanki  mən  sizin  BU  DİNİNİZİN  QANA  BULANMIŞ  bir 
(yaralı kimi) ÇIRPINDIĞINI görürəm. Sonra onu sizə biz Əhlibeytdən (ə.s) olan bir şəxs 
QAYTARACAQ.  O, ildə iki dəfə sizə bəxşiş əta edəcək. Ayda iki dəfə sizə ruzi verəcək. 
Onun dövründə sizə elə bir  hikmət veriləcək ki,  hətta bir qadın evində oturub Allahu-
təalanın kitabı və Allah Rəsulunun (s) sünnəsi əsasında hökm verəcək.” 
- Hilyətul-Əbrar: 2/642; Biharul-Ənvar: 52/352, hədis 106; Mucəmul-Əhadis: 3/324, hədis 868; 
Qeybəti-Numani (azəricə): səh.265, hədis 30 
Əbu Cəfər (ə.s) buyurdu: “Mehdi ona görə “mehdi” adlanıb ki, GİZLİ QALMIŞ BİR İŞƏ 
tərəf yönləndirəcək. Tövratı və izzət və cəlal sahibi olan Allahın sair kitablarını Antakya-
dakı  bir  mağaradan  çıxaracaq.  Tövrat  əhli  ilə  Tövrat,  İncil  əhli  ilə  İncil,  Zəbur  əhli  ilə 
Zəbur, Quran əhli ilə Quran əsasında hökm verəcək...” 
- İləlüş-Şərai: 161, hədis 3; Əqdüd-Dürər: 39; İsbatul-Huda: 3/497, hədis 268, səh.540, hədis 507; 
Biharul-Ənvar: 51/29, hədis 2, həmçinin 52/350, hədis 103; Qeybəti-Numani (azəricə): səh.262, 
hədis 26 və digər mənbələr. 
Əba Əbdillah (ə.s) buyurdu:  “Allah  Rəsulu (s) insanları  yeni bir şeyə dəvət etdiyi  kimi 
bizim Qaimimiz də qiyam etdiyi zaman insanları YENİ BİR ŞEYƏ TƏRƏF dəvət edəcək. 
Həqiqətən də İslam qərib olaraq başlamışdır. Sonra yenidən başladığı kimi qərib olacaq. 
Elə isə xoş qəriblərin halına.” 
- Biharul-Ənvar: 52/366, h.147; Mucəmul-Əhadis: 3/319, h.860; Qeybəti-Numani: s.365, bölüm 
22, hədis 1 
Bugünki  müsəlman  cəmiyyəti,  istər  şiə  məzhəbi  olsun,  istərsə  də  sünni  məzhəbinə 
mənsub  olanlar,  özlərinin  həqiqi  İslamı  yaşadıqlarını  və  həqiqi  müsəlman  olduqlarını 
zənn  edirlər,  hətta  bu  barədə  heç  şübhələri  də  yoxdur.  Halbuki  hədislərdən  də 
gördüyümüz  kimi,  Qaimin  (ə.s)  qiyamına  yaxın  yer  üzündə  İslam  qalmayacaq  və  ona 
görə  də  Qaim  (ə.s)  İslamı  yenidən  başladacaq.  Və  insanlar  bu  günlərin  və  bu  dövrün 
axırzaman  olduğuna  və  İmam  Mehdinin  (ə.s)  zühur  əlamətlərinin  demək  olar 
əksəriyyətinin gerçəkləşdiyinə  və qyama  da  az qaldığına  inanırlar. Buna inanmayanlar 
axırzamanla  bağlı  hədisləri  oxuyub  yəqinə  çata  bilərlər.  Böyük  Dəccal  Amerikanın 
dünyanı  necə  zülm  və  ədalətsizliklə  öz  əli  altında  saxladığı  hamıya  məlumdur.  Elə  isə 
İslamdan da adından başqa heç nəyinin qalmadığı hədislərdə açıq-aşkar bildirilib. Odur 
ki,  Əhməd  əl  Həsənin  (ə.s)  bugün  insanlara  indiyə  qədər  heç  eşitmədikləri  mövzuları 
açması  da  çox  təbiidir.  Və  Əhlibeyt  (ə.s)  hədislərinə  bağlı  olan  kəslər  açıqlanmış  yeni 
məsələlərin bugünki "İslama" uyğun olacağını gözləməsinlər. 
Əbu Cəfər Baqir (ə.s) buyurdu: “Qaim YENİ BİR ƏMR, YENİ BİR KİTAB VƏ YENİ BİR 
QƏZAVƏT  gətirəcək.  Ərəblərə  qarşı  sərt  olacaq.  İşi  yalnız  qılıncla  olacaq.  Heç  kəsdən 
tövbə qəbul etməyəcək. Allah  yolunda bir  kimsənin məzəmmət və qınağından  narahat 
olmayacaq.”  


ahmedalhasan313.wordpress.com 
109 
 
-  İsbatul-Huda:  3/540,  hədis  502;  Biharul-Ənvar:  52/354,  hədis  114;  Mucəmul-Əhadis:  3/253, 
hədis 783; Qeybəti-Numani (azəricə): 257, hədis 19 
Əmirəl-Möminin  (ə.s)  buyurdu:  “Sanki  mən  Kufə  məscidində  şiələrimizə  baxıram. 
Çadırlar qurub camaata Quranı NAZİL OLDUĞU KİMİ öyrədirlər. Bilin, bizim Qaimi-
miz qiyam etdiyi zaman onu (Kufə məscidini) sökəcək, qiblə tərəfini yerlə bir edəcək.” 
-  Biharul-Ənvar:  52/364,  hədis  139;  Mucəmul-Əhadis:  3/126,  hədis  664;  Qeybəti-Numani 
(azəricə): səh.361, hədis 3 
Əba  Əbdillah  (ə.s)  buyurdu:  “Sanki  mən  Əli  şiələrini  görürəm  ki,  əllərində  “məsani” 
(Quran) vardır və onu insanlara YENİDƏN öyrədirlər.” 
- Biharul-Ənvar: 52/364, hədis 140; Qeybəti-Numani: 361, hədis 4 
Əsbəğ  ibn  Nəbatə  nəql  edir  ki,  Əli  (ə.s)  buyurdu:  “Sanki  mən  əcəmləri  görürəm  ki, 
çadırları  Kufə  məscidində  (qurulub).  Quranı  nazil  olduğu  kimi  camaata  öyrədirlər.” 
Dedim: “Ey möminlərin Əmiri, məgər o nazil olduğu kimi deyil?” Dedi: “YOX. ONDAN 
QÜREYŞDƏN  OLAN  70  NƏFƏRİN  ADI  VƏ  ATALARININ  ADI  SİLİNMİŞDİR
Yalnız  Əbu  Ləhəbin  adı  saxlanışmışdır.  Onu  da  Allah  Rəsulunu  (s)  təhqir  etmək  və 
gözdən salmaq üçün saxlamışlar. Çünki o, peyğəmbərin əmisi idi.” 
- Biharul-Ənvar: 52/364, hədis 141; Qeybəti-Numani: 361, hədis 5 
Əba  Əbdillah  Cəfər  ibn  Muhəmməd  (ə.s)  buyurdu:  “Qaimin  əshabı  Kufə  məscidində 
çadırlar qurduğu zaman necə olacaqsınız? Sonra onlar üçün YENİDƏN öyrədilən Quran 
gətirəcək və YENİ ƏMR gətirəcək. Ərəblərə qarşı sərt olacaq.” 
-  Biharul-Ənvar:  52/365,  hədis  142;  Bəşarətul-İslam:  223;  Mucəmul-Əhadis:  4/47,  hədis  1119; 
Qeybəti-Numani (azəricə): səh.362, hədis 6 
1- Əba Əbdillah (ə.s) buyurdu: “Allah Rəsulu (s) insanları yeni bir şeyə dəvət etdiyi kimi 
bizim  Qaimimiz  də  qiyam  etdiyi  zaman  insanları  YENİ  BİR  ŞEYƏ  dəvət  edəcək. 
Həqiqətən  də  İslam  QƏRİB  olaraq  başlamışdır.  Sonra  yenidən  başladığı  kimi  QƏRİB 
OLACAQ. Elə isə xoş QƏRİBLƏRİN halına.” 
-  Biharul-Ənvar:  52/366,  hədis  147;  Mucəmul-Əhadis:  3/319,  hədis  860;  Qeybəti-Numani 
(azəricə): səh.365, hədis 1 
4- Cəfər ibn Muhəmməd (ə.s) buyurdu: “İslam QƏRİB olaraq başlamışdır və başlandığı 
kimi də QƏRİB OLACAQ. Elə isə xoş qəriblərin halına.” 
- Biharul-Ənvar: 52/191, hədis 139; Kəmalud-Din: 308; Qeybəti-Numani (azəricə): s.366, hədis 4 
5- Əbu Bəsir nəql edir: Əba Əbdillaha (ə.s) dedim: “Mənə Əmirəl-Mömininin (ə.s) bu sözü 
barədə məlumat verin: İslam qərib başlamışdır və başladığı kimi də qərib olacaq. Elə isə 
xoş  qəriblərin  halına.”  Buyurdu:  “Ey  Əba  Muhəmməd.  Qaim  (ə.s)  qiyam  etdiyi  zaman 
YENİ BİR DƏVƏTƏ başlayacaq. Necə ki, Allah Rəsulu (s) yeni bir şeyə dəvət etmişdi...” 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə