Aid olan kitabxanaları vahid strukturda özünd



Yüklə 464,98 Kb.
səhifə2/3
tarix14.01.2018
ölçüsü464,98 Kb.
#20604
1   2   3
ə bağlı güzəştlər barədə təkliflər hazırlamaq; - MKS-in struktur bölmələrinin (filiallar, şöbələr və hüquqi şəxs olmayan digər xüsusi bölmələr) yaradılması barədə təkliflər vermək; - MKS-ə daxil olan Mərkəzi kitabxananın şöbələrinin, Uşaq kitabxanasının və kitabxana filiallarının işini yoxlayıb müzakirə etmək, fəaliyyətlərinin nəticələrini qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək, qabaqcıl iş təcrübəsini öyrənmək, ümumiləşdirmək və tətbiq etmək; - MKS-ə daxil olan struktur bölmələrinin iş planlarını təsdiq etmək, onlardan hesabatlar yığmaq və ümumiləşdirərək yuxarı təşkilatlara təqdim etmək; - MKS-də çalışan kitabxana işçilərinin attestasiyadan keçirilməsini təşkil etmək, onların ixtisaslarının artırılması üçün tədbirlər görmək, əməkdaşların maddi və mənəvi cəhətdən həvəsləndirilməsi və fərqlənməsi üçün təkliflər vermək; - MKS-in fondlarından istifadə edilməsi qaydalarını, əsas xidmətlərin siyahısını və onların istifadəçilərə təqdim olunması qaydasını müəyyən etmək, Nazirliklə razılaşdıraraq «MKS-dən istifadə qaydaları»nı təsdiq etmək; - nadir və qiymətli nəşrlər istifadəyə təqdim edildikdə, eləcə də MKS-dən istifadə qaydalarında müəyyən edilmiş başqa hallarda girovun məbləğini müəyyən etmək; - «Kitabxana işi haqqında» Qanuna, habelə MKS-dən istifadə qaydalarına müvafiq olaraq, MKS-in kitabxana fonduna istifadəçilər tərəfindən vurulmuş ziyanın maddi məsuliyyətini tələb etmək; - istifadəçilərə təqdim edilən xidmətlərin siyahısının genişləndirilməsi və MKS-in inkişafı məqsədilə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq (bu cür fəaliyyət MKS-in əsas fəaliyyətinə zərər vurmamaq şərti ilə); - Nazirliklə razılaşdırılmaqla MKS-də əlavə pullu xidmətlərin tətbiq edilməsi və reallaşdırılması mexanizmini müəyyən etmək; - MKS-in inkişafı və ayrı-ayrı fəaliyyət növləri üçün müxtəlif fondlardan qrantlar almaq; - müəyyən olunmuş qaydada kitabxanalarla və başqa təşkilatlarla birgə razılıq, yaxud müqavilə əsasında əməkdaşlıq etmək; - kitabxana-informasiya sahəsinə dair konfranslar, seminarlar, dəyirmi masalar, sərgilər, müsabiqələr və s. tədbirlər təşk؀l etmək; - beynəlxalq kitab mübadiləsi və beynəlxalq əməkdaşlığı həyata keçirmək, beynəlxalq təşkilatlara üzv olmaq, beynəlxalq kitabxana və s. proqramların həyata keçirilməsində iştirak etmək (Nazirliklə razılaşdırdıqdan sonra); - Azərbaycan Respublikasının qanunvericiliyindəəyyən edilmiş qaydada MKS yanında qəyyumluq, oxucu şuraları və başqa şuralar, habelə kitabxana birlikləri yaratmaq, ictimai və həmkarlar təşkilatlarının, assosiasiyaların, birliklərin üzvü olmaq; - Azərbaycan Respublikasının qanunvericiliyi ilə büdcəəssisələrinə verilən bütün güzəştlərdən istifadə etmək; - Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa fəaliyyətlə məşğul olmaq. MKS, onun fəaliyyətinin məqsədlərinə müvafiq olaraq aşağıdakı vəzifələri yerinə yetirir: - MKS-in fondunda olan Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin, bütün kitab sərvətlərinin, digər informasiya vasitələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasını, onların geniş təbliğini təmin edir; - fondlarını gələcək nəsillər üçün qoruyub saxlamaqla bəşəriyyətin məcmu mədəniyyətinə töhvə verir; - fəaliyyətində partiyalara, ictimai hərəkatlara və dini konfessiyalara münasibətdə neytrallığa riayət edir; - zəruri resurslardan, materiallardan və informasiyadan bərabərhüquqlu istifadə prinsiplərinə riayət etməklə MKS-in bütün istifadəçilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir; - sistemə daxil olan kitabxana filiallarının fondlarının komplektləşdirilməsini təmin edir; - istifadə üçün yararsız olan kitabları müəyyən olunmuş qaydada fonddan çıxarır; - əhaliyə və kitabxana filiallarına metodik, məsləhət və digər zəruri kömək göstərilməsini təmin edir; - MKS-in maddi və insan resurslarından, o cümlədən operativ idarə edilmək üçün ona verilmiş əmlakdan səmərəli istifadə edir; - fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini MKS qanunvericilikdəəyyən edilmiş qaydada tələb edir; - qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada Nazirlik və dövlət statistika orqanları qarşısında hesabat verir; - «İnternet» sistemi vasitəsilə respublika və xarici ölkələrin kitabxanaları ilə işini əlaqələndirir; - MKS-in fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu və mühafizəsi ilə məşğul olur; - MKS-in fəaliyyəti ilə bağlı ərizə və müraciətlərə qanunvericilikləəyyən edilmiş qaydada baxılmasını təmin edir; - kitabxana-informasiya sahəsində kadr siyasətini həyata keçirir; - MKS-in inkişafı və modernləşdirilməsinə dair layihələr və planlar hazırlayır. MKS-in əmlakı. MKS-in əmlakı müstəqil balansda uçota alınır və bu Əsasnaməyə müvafiq olaraq MKS-in məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan əsas və dövriyyə vəsaitlərindən ibarətdir. MKS-in bütün əmlakı ona operativ idarəetmə hüququ ilə təhkim olunmuşdur. MKS-in əmlakına aşağıdakılar aiddir: - MKS-ə təhkim olunmuş bütün əmlak; - MKS-in mövcud maliyyə vəsaitləri hesabına, o cümlədən Nizamnamə üzrə nəzərdə tutulan fəaliyyətdən əldə edilən gəlirlər hesabına alınan əmlak; - hüquqi və fiziki şəxslərdən, eləcə də vəsiyyətnamə üzrə, müqavilə üzrə və ya başqa əsaslarla bağışlama, ianə formasında alınan əmlak. 4.3. MKS ona təhkim olunmuş əmlaka operativ idarəetmə hüquqları ilə sahiblik edir, Azərbaycan Respublikasının qanunvericiliyi iləəyyən edilmiş hədlər daxilində bu əmlakdan istifadə edir və onun barəsində sərəncam verir. MKS-in maliyyə vəsaitləri və maddi-texniki təchizatı. MKS Dövlət Mədəniyyət sisteminin tərkib hissəsi kimi büdcə təşkilatıdır və şəhər (rayon) büdcə vəsaiti hesabına maliyyələşdirilir. MKS-in maliyyə vəsaitləri aşağıdakı mənbələr hesabına yaranır: - büdcə vəsaitləri və yerli büdcədən alınan başqa daxilolmalar; - qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına; 5.3. MKS-in əsas fəaliyyətinin həyata keçirilməsi üçün ayrılan büdcə vəsaitlərindən onun məqsədinə aid olmayan istifadəsi, o cümlədən büdcə ayırmalarının kredit müəssisələrinin depozit hesablarında yerləşdirilməsi və MKS tərəfindən əlavə gəlir əldə edilməsi üçün qiymətli kağızlar alınması qadağandır. Müxtəlif mənbələrdən daxil olan vəsaitlər, o cümlədən MKS-in Nizamnaməsində nəzərdə tutulan fəaliyyətindən əldə edilən gəlirlər – əsaslı təmir, bərpa işləri, texniki vasitələr və avadanlıqla təchizat üçün ayırmalar, eləcə də məqsədli təyinatı olan könüllü ianələr müstəsna olmaqla, MKS-in ümumi gəlirinə daxil edilir. MKS tərəfindən əhaliyə göstərilən pullu xidmətlərdən və hər hansı ödənişli fəaliyyət formalarından əldə edilən gəlir tam həcmdə MKS-in sərəncamında qalır və onun əsas Nizamnamə fəaliyyətinin inkişafına, xidmətin təkmilləşdirilməsinə sərf edilir. MKS təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırır. Pullu xidmətlərin siyahısı müvafiq orqanların razılığı olduqdan sonra MKS-in direktorunun əmri ilə təsdiq edilir və müntəzəm qaydada yenidən nəzərdən keçirilir. Qəbul edilmiş normativl
Yüklə 464,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə