Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə1/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
  1   2   3   4   5   6   7   8   9   ...   118


 
 
Kitab Azərbaycanda Şərq-Qərb 
problematikasının sistemli tədqiqinin 
əsasını qoyan görkəmli şərqşünas alim 
Aida xanım İmanquliyevanın 
70 illik yubileyinə 
ithaf olunur. 


 


Şərq-Qərb Tədqiqat Mərkəzi 
 
 
Səlahəddin XƏLİLOV 
 
 
 
 
 
 
 
 
Şərq ruhunun Qərb həyatı 
  
Aida İmanquliyevanın 
 yaradıcılıq axtarışlarının izi ilə 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2009 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 4 – 
 
 
 
 Elmi redaktor:  Nərgiz PAŞAYEVA  
  filologiya elmləri doktoru, professor 
 
 
 R ə y ç i l ə r:    akademik  Nailə VƏLİXANLI 
                            akademik Bəkir NƏBİYEV  
 
 
 
 
 
S.Xəlilov.  
Şərq  ruhunun  Qərb  həyatı.  Aida  İmanquliyevanın  yaradıcılıq 
axtarışlarının izi ilə.  
Bakı, “Şərq-Qərb”, 2009, 380 səh.  
 
 Kitab  Azərbaycanda  Şərq-Qərb  problematikasının  sistemli  tədqiqinin  əsasını 
qoymuş görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuş-
dur. Burada həmçinin Aida  xanım tərəfindən Azərbaycan  oxucularına təqdim olun-
muş məşhur romantik şairlər: Şərqdə – C.X.Cübran, Ə.ər-Reyhani və M.Nüaymənin, 
Qərbdə – U.Bleyk, C.Bayron, R.Emerson və U.Uitmenin ideya dünyası işıqlandırılır, 
onların poetik yaradıcılığında tərənnüm olunan Şərq ilə Qərb arasında vəhdət ideyası 
hərtərəfli şəkildə şərh olunur.  
Kitab Şərq-Qərb düşüncə tərzləri, sivilizasiyaların dialoqu, ədəbi əlaqələr və ro-
mantik poeziya problemləri ilə maraqlanan tədqiqatçılar, habelə geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur. 
  
 
 
ISBN  978-9952-448-52-8 
 
 
 
© S.Xəlilov, 2009 


 
 
 
 
– 5 –  
 
 
 
 
 
 
 
Müəllifdən 
 
Beş  il  öncə  Milli  Elmlər  Akademiyasında  professor  Aida  İman-
quliyevanın 65 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda çıxış 
edərkən belə bir fikir söyləmişdim ki, illər ötəcək, Aida xanımın tədqi-
qatları fəlsəfi aspektdə daha böyük dəyər  kəsb edəcəkdir. Çünki onun 
qoyduğu  və  araşdırdığı  məsələlər  şərqşünaslığın  və    filoloji  düşüncə-
nin  hüdudlarına  sığmır.  Onun  Azərbaycan  oxucularına  təqdim  etdiyi 
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymə sadəcə şair 
yox, böyük vətənpərvər və mütəfəkkir idilər. Aida xanım da onların an-
caq poetikasını deyil, həm də ideya dünyasını araşdırmağa qalxmışdı. 
Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın 
yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb 
düşüncələrinin  vəhdət  zərurəti  elmi-fəlsəfi  arqumentlərlə,  qətiyyət  və 
ardıcıllıqla  sübuta  yetirilir  ki,  bu  da  çağdaş  fəlsəfədə  sivilizasiyalar 
təliminin və kulturoloji nəzəriyyənin ən ümdə məqamlarından biridir.  
Aida  xanım  tərəfindən  hərtərəfli  tədqiq  olunan  Cübran  Xəlil 
Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin öz əsərləri, təəssüf ki, 
indiyədək  Azərbaycan  oxucularına  geniş  çeşiddə  təqdim  olunmamış-
dır. Bunu nəzərə alaraq, kitaba onların bir sıra əsas əsərlərinin tərcü-
mələrini daxil etməyi lazım bildim. Adı keçən ərəb şairlərinin, habelə, 
Aida  xanımın  əsərlərində  onlarla  müqayisəli  şəkildə  təqdim  olunan 
Qərb  romantik  poeziyasının  nümayəndələri  U.Bleyk,  R.Emerson  və 
U.Uitmenin də yaradıcılığından bəzi fraqmentləri ərəb, ingilis, rus və 
türkcədən  dilimizə  çevirən  Aqil  Şirinova,  Könül  Bünyadzadəyə,  Müş-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 6 – 
 
viq  Şükürova,  Bəhram  Həsənova,  Mehriban  Qasımovaya,  Samirə  Hə-
sənovaya  və  Kamil  Şərifova  minnətdarlığımı  bildirirəm.  Onların  ori-
jinaldan tərcümələri sayəsində mən öz tədqiqatımda Aida İmanquliye-
vanın əsərləri ilə yanaşı, ilk mənbələrdən də istifadə etmək imkanı əldə 
etdim.  Həmin  tərcümələrin  bir  qismini  kitaba  əlavə  şəklində  nəşr  et-
məkdə məqsəd Aida xanımın bütün yaradıcı ömrünü həsr etdiyi bu bö-
yük mütəfəkkir-şairlər haqqında oxucuların bilavasitə təsəvvür əldə et-
məsinə imkan yaratmaqdır. Çünki bu böyük romantiklər təkcə ideyala-
rı ilə deyil, həm də bu ideyaların ifadə formaları, fikrin özündəki şei-
riyyətlə  seçilirlər  ki,  belə  bir  gözəlliyin  bilavasitə  duyulması  yüksək 
mənəvi-estetik ilham mənbəyidir.  
Azərbaycan  şairlər  yurdudur.  Bizim  böyük  poetik  ənənələrimiz 
vardır. Yəni milli oxucu auditoriyasını hansı isə fərqli bir poeziya ilə, 
ədəbiyyatla  heyrətləndirmək  çox  çətindir.  Lakin  bununla  belə,  oxucu-
lara  təqdim  olunan  bədii-fəlsəfi  nümunələr  o  dərəcədə  hikmətamiz  və 
orijinaldır ki, bu ecazkar gözəllik qarşısında heyrətlənməmək mümkün 
deyil.  
 
 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə