Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə14/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   10   11   12   13   14   15   16   17   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 44 – 
 
Gözəlliyin  kamil  olması 
üçün  daha  ali  bir  tərkib  his-
səsi  –  ruhani  cövhər  gərək-
dir.  Yüksək,  ilahi  gözəlliyin 
oyatdığı məhəbbət insan ira-
dəsindən ayrılmazdır. 
Emerson 
məhcər ədəbiyyatına təsirindən danışırsa, digər tərəfdən təməldə  yenə 
də Klassik Şərqin dayandığını qeyd edir: “Şərqin ədəbi ənənələri Qər-
bin romantik dünya qavramının təşəkkülündə müəyyən rol oynamışdır. 
Qərbin bir çox romantik şairləri təxəyyülləri üçün ilhamı məhz Şərqdə 
axtarırdılar. Hələ keçən əsrin əvvəllərində Göte romantik şairlərə ziya-
rətin yolunu göstərmişdir”.
1
  
Əlamətdar  haldır  ki,  romantik  ərəb  poeziyasının  nümayəndələri 
özləri 
də 
ənənəvi 
Şərq 
poeziyasının  Qərb  romantizmi 
üçün  təməl  rolunu  qeyd  edirlər. 
Məsələn,  Cübran  “İbn  Sina  və  onun 
poeması”adlı  əsərində  İbn  Sinanın 
şeirlərində  səslənən  bəzi  ideyaların 
sonralar  Şekspir  və  Göte  də  daxil 
olmaqla,  bütün  Qərb  poeziyasında 
əsas  motivlərdən  biri  olduğunu 
yazır.
2
 Aida  xanım  da  bu  məqama  xüsusi  diqqət  yetirir  və  bu  poetik 
nümunə  əsasında  Şərq-Qərb  əlaqələrini  ortaya  çıxaran  Cübrana  haqq 
qazandırır.   
Aida İmanquliyeva izah edir ki, romantik metodu zəruri edən sə-
bəb  əslində  mövcud  reallığın  yazıçını  qane  etməməsi  və  onun  qəhrə-
manının daha yüksək bir həyat arzusu ilə yaşamasıdır. “Romantik qəh-
rəmanla cəmiyyətin qarşıdurması, onların bir-birini başa düşməməsi – 
onların  qarşılıqlı  əlaqələrinin  ən  ümumi  göstəricisidir.  Bu  –  aydındır. 
Axı, adi qəhrəmanlar adi həyatla yaşayır, onlar çoxcəhətli, cismani və 
mürəkkəb  insanlardır.  Romantiklərin  qəhrəmanı  başqadır,  yalnız  yük-
sək  məqsəd  və  ideallarla  yaşayır.  Gündəlik  həyat  onun  üçün  mövcud 
deyildir, buna görə də, romantik yazıçılar bu həyatı təsvir etmirlər”.
3
 
Romantizm barədə Mir Cəlaldan Aida xanıma qədər olan dövrdə 
aparılan tədqiqatlar da, heç şübhəsiz, sonuncunun konseptual baxışları-
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 52. 
2
 Дж.Х.Джебран. Избранное: Пер. с араб., англ. – Л.: Худож.лит., 1986, стр. 
439-440. 
3
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 178. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 45 – 
Fəlsəfənin  əli  göylərdə, 
ayağı yerdə olmalıdır.
  
Ə
bu Turxan 
nın  formalaşmasında  müəyyən  rol  oynamışdır.  Lakin  təəssüf  ki, 
A.İmanquliyevanın  1964-91-ci  illərdə  çap  olunmuş  əsərləri  Azərbay-
can romantizmşünaslığındakı sonrakı tədqiqatlarda, demək olar ki, nə-
zərə alınmamışdır. Görünür, məhz bua görə də, milli ədəbiyyatşünaslı-
ğımızda  bu  sahənin  nəzəri  və  komparativistik  araşdırılması  hələ  indi-
yədək  milli  çərçivədən  kənara  çıxa  bilmir.  Halbuki,  Aida  xanımın 
1991-ci  ildə  çap  etdirdiyi  fundamental  monoqrafiya  romantik  ədəbiy-
yat barədə təsəvvürləri yeni səviyyəyə qaldırır.   
Dünya ədəbiyyatşünaslığında belə qəbul olunmuşdur ki, roman-
tizm bir ədəbi-bədii cərəyan və metod 
kimi Qərb hadisəsidir. Digər tərəfdən, 
biz  klassik  Şərq  poeziyasında  da  tez-
tez  romantizm  ünsürlərinə  rast  gəli-
rik. 
Bəs 
onda 
nəyə 
görə 
romantizmin tarixi bir neçə əsr əvvələ çəkilmir?  
Əlbəttə, böyük mövzu əhatəsi və fikir tutumu olan, ilham pərisi-
nin  qanadlarında,  bəlkə  heç  özləri  də  bilmədən,  öz  dövrünün  poeziya 
ənənəsinin sədlərini keçərək çox uzaqlara gedən dahi şairlərin yaradı-
cılığında romantik ünsürlər yox deyil. Bu fikir Nizami və Füzuliyə aid 
olduğu  kimi,  Dante  və  Şekspirə  də  aiddir.  Təsadüfi  deyildir  ki,  Elçin 
Əfəndiyev  Şekspirin  Azərbaycanca  nəşrinə  yazdığı  ön  sözdə  onun 
qəhrəmanlarının  romantik  əhval-ruhiyyəsindən  bəhs  edir.
1
 Lakin 
Qərbdə  romantizmin  Dante  və  ya  Şekspirlə  başlandığını  söyləmirlər. 
Çünki  onların  yaradıcılığı  da  sinkretikdir.  Burada  klassisizmin  də, 
maarifçiliyin  də,  sentimentalizmin  də,  romantizmin  də,  realizmin  də 
ünsürlərini  tapmaq,  əlbəttə,  mümkündür.  Amma  söhbət  metodun 
konturlarının  görünməsindən,  durulub  kristallaşmasından  gedir.  Poe-
ziyanın  ideya-siyasi  gerçəkliklə,  dövrün  ab-havası  ilə,  ictimai  gerçək-
liklə  deyil,  onlara  qarşı  olan  üsyankar  ruhla  səsləşməsindən  gedir. 
Düzdür,  hər  hansı  bir  ideya-bədii  istiqamət  məhz  tam  formalaşdıqdan 
sonra,  onun  ən  əsas  xüsusiyyətləri  özünü  qabarıq  surətdə  büruzə  ver-
                                                 
1
 Elçin. Vilyam Şekspir haqqında söz // Vilyam Şekspir. Pyeslər və sonetlər, Bakı, 
Yazıçı, 1980, səh. 9. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 46 – 
 
Şərqdə həyatın təkmilləş-
məsi  üçün  yalnız  qəlbin  hə-
yatı və fəlsəfi idrakın dərin-
liyi  bəs  olmadığı  kimi,  mə-
dəni  nailiyyətlər  və  texniki 
tərəqqi də  hələ insanın mə-
nəvi  və  sosial  dirçəlişi  üçün 
kifayət deyil.  
Aida İmanquliyeva 
dikdən  sonra,  –  ancaq  bütün  bunlardan  sonra  geriyə,  tarixə  nəzər  sal-
maq və ənənəvi poeziyanı da həmin meyarlar baxımından yenidən nə-
zərdən keçirmək mümkün olur.  
Görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi Yaşar Qara-
yev hərdən bir “orta əsrlər Şərq romantizmi” ifadəsini işlətsə də, yuxa-
rıda göstərdiyimiz mühüm fərqi görür və onu belə izah edirdi: “Füzuli 
– romantik poeziyanın hələ Skeletsiz və  İblissiz (dialektik qütbləşmə-
lər  və  qarşıdurmalar)  dövrünün  hadisəsi  idi  və  “Leyli  və  Məcnun”da 
mənfi surət, xalis şər obrazı hələ yox idi”.
1
 
Nəzərə alınmalıdır ki, Şərq poeziyası sinkretik poeziyadır, bura-
da  ədəbi-bədii  metodlar  müstəqil  istiqamətlər  kimi  diferensiallaşma-
mışdır.  Şərq  poeziyası  heç  milli  mənsubiyyətinə  görə  də  bölünmür. 
Təsadüfi deyildir ki, Hegel poeziyanın milli xüsusiyyətlərinə görə təs-
nif edərkən Şərq poeziyasında böl-
gü  aparmadan  onu  ispan,  ingilis, 
yunan, alman və s. poeziyaları ilə bir 
sıraya  qoyur
2
;  yəni  bölünməyən  va-
hid  kimi  götürür.  Çünki  bütün  Şərq 
xalqları  üçün  vahid  bütöv  bir  ənənə 
vardır.  Çünki  millətlərin  hələ  forma-
laşmadığı bir dövrdə milli poeziya da 
ola bilməzdi. Lakin Şərq poeziyasının 
bütövlüyü və ənənəviliyi özünü bütün 
metodları  ehtiva  etmək  baxımından 
da  göstərir.  Hegelin  haqlı  olaraq  mü-
şahidə  etdiyi  kimi,  “Şərqdə  bölünməz,  möhkəm,  vahid,  substansional 
olan üstünlük təşkil edir... Qərb isə, xüsusən yeni dövrdə, sonsuzluğun 
müntəzəm bölünməsindən və parçalanmasından çıxış edir”.
3
  
Kim  isə  Şərq  poeziyasının  bu  ənənəçiliyini  və  bütövlüyünü  bir 
məziyyət kimi dəyərləndirə bilər. Bunun müsbət cəhətləri həqiqətən də 
                                                 
1
  Y.Qarayev. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. Bakı, Elm, 2002, səh. 530.  
2
  Г.В.Ф.Гегель. Лекции по эстетике. Т.2, СПб., Наука, 2001, стр. 311. 
3
 Yenə orada. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə