Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə2/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   2   3   4   5   6   7   8   9   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 7 –  
 
 
 
 
 
 
Giriş
 
 
Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur. Dünya şöhrət-
li şərqşünaslar… Ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillər-
də yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, 
Azərbaycanın  və  bütövlükdə  islam  regionunun  böyük  tarixçiləri,  is-
lamşünaslar, mətnşünaslar və s. İlk baxışda, yaxın keçmişdə Azərbay-
can  şərqşünaslıq  elminə  başçılıq  etmiş  Aida  İmanquliyeva  da  sadəcə 
belə məşhur şərqşünaslardan biridir. Tədqiqatçılar çox vaxt onun məş-
ğul olduğu problemi də bu sırada qeyd edirlər: ərəb filologiyası və ya 
daha konkret – ərəb məhcər ədəbiyyatı.  
Əlbəttə, dünya şöhrətli şərqşünas alimlərlə bir sırada durmaq özü 
də  böyük  şərəfdir.  Lakin  Aida  xanımın  başqalarından  fərqli  olan  elə 
bir  elmi-fəlsəfi  xidməti  vardır  ki,  bu  onu  öz  həmkarlarından  ayırır, 
onun başqa statusda – fəlsəfi aspektdə dəyərləndirilməsinə ehtiyac ya-
radır.  Təəssüf  ki,  bu  xidmət,  bu  yenilik  öz  həqiqi  elmi  qiymətini  hələ 
də  almamışdır.  Bu  yeniliyin  məğzini  düzgün  anlamaq  üçün  ilk  növ-
bədə tədqiqata cəlb olunan görkəmli şairlərin yaradıcılığındakı əsas fi-
kirlər bir daha nəzərdən keçirilməli və bu kontekstdə Aida xanım tərə-
findən  irəli  sürülən  ideyalar  müasir  fəlsəfi  fikir  prizmasından  təhlil 
edilməlidir.  Bu  baxımdan,  onun  yaradıcılığından  qırmızı  xətlə  keçən 
Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyasının 
bu  gün  üçün  əhəmiyyəti  diqqət  mərkəzində  olmalıdır.  Belə  ki,  Aida 
xanım  tədqiq  etdiyi  görkəmli  şəxslərin  xidmətlərini  göstərməklə  kifa-
yətlənməyərək,  özü  də  Şərq-Qərb  probleminin  həlli  istiqamətində  ol-
duqca dəyərli fikirlər irəli sürmüşdür.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 8 – 
 
İnsanın  dəyəri  onun  nail 
olduğu  ilə  deyil,  daha  çox 
nail olmağa çalışdığı ilə ölçü-
lür. 
Cübran 
Aida İmanquliyeva öz genetik-fərdi xüsusiyyətləri ilə də Şərq və 
Qərbin  vəhdətini  simvolizə  edirdi.  Zahiri  görkəmi  və  mənəvi 
keyfiyyətləri ilə Şərqin şeiriyyətini, ülviyyətini təcəssüm etdirən Aida 
xanım  eyni  zamanda,  öz  elmə  bağlılığı,  rasional  düşüncəsi, 
təşkilatçılıq  keyfiyyətləri  ilə  və  ən  başlıcası,  sözün  əsl  mənasında 
müasirliyi ilə çağdaş Qərb sivilizasiyasını təmsil edirdi. Gendən gələn 
Şərq  mahiyyəti  ilə,  müasir  zamanın  tələbatından  gələn  Qərb  key-
fiyyətlərinin vəhdəti ona məhz vəhdətin özünü tədqiqat predmetinə çe-
virmək səlahiyyəti vermişdi. 
Biz Aida İmanquliyevanın tədqiqatlarını ona görə yeni bir istiqa-
mətin əsası kimi qəbul edirik ki, o, Azərbaycan hüdudundan, bütövlük-
də  Şərq  miqyasından  kənara  çıxa-
raq,  yeni  dövrdə  bütöv  bəşəriyyət 
miqyasında  gedən  proseslərin  məğ-
zini  açıb  göstərmiş,  Şərq-Qərb  mü-
nasibətlərinin xarakterini və perspek-
tivlərini  təhlil  etmişdir. O,  Avropada 
və  Amerikada  yaşayan,  lakin  ruhən 
şərqli  olan  və  Şərqi  gözəl  bilən  ərəb  mühacirlərinin  yaradıcılığından 
çıxış etmişdir. Zahirən bu, ərəb filologiyasıdır, yəni ənənəvi şərqşünas-
lığın bir qoludur, əslində isə A.İmanquliyevanın tədqiqatı yeni mahiy-
yətli  və  yeni  ünvanlı  bir  prosesin  –  Şərqdə  təzə  başlanmış  milli  və 
ümumbəşəri  özünüdərk  prosesinin  öyrənilməsinə  yönəlmişdi.  Bu  isə 
tarix və filologiyadan daha çox, fəlsəfi qayəyə malik olan bir missiya-
dır.  A.İmanquliyevanın  elmi  yeniliyinin  həqiqi  böyük  dəyərinin  indi-
yədək kölgədə qalmasına səbəb də onu ancaq ənənəvi şərqşünaslıq və 
filologiya çərçivəsində dəyərləndirmək cəhdlərindən irəli gəlir. Əslin-
də isə Aida xanımın elmə gətirdiyi yeniliyin miqyası elə böyükdür ki, 
o  ancaq  fəlsəfi  kontekstdə,  ümumbəşəri  özünüdərk  prosesinin  araşdı-
rılması zəminində üzə çıxarıla bilər.  
Azərbaycanda Şərq ədəbiyyatının öyrənilməsi yeni hadisə deyil. 
Hətta  Qərb  poeziyasının  da  tərcümələri  və  təqdimatı  əvvəllər  də  ol-
muşdur.  Lakin bir tərəfdən məhz romantik poeziya nümunələrinin se-
çilib araşdırılması, digər tərəfdən də Şərq və Qərb şairlərinin yaradıcı-


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 9 –  
Əsl  xilaskar  o  kəsdir  ki, 
onda Şərqin ruhu və Qərbin 
ağlı var. 
Reyhani 
lığına  vahid  ideya  müstəvisində,  müqayisəli  təhlil  yolu  ilə  baxılması 
qeyd-şərtsiz yenilikdir. Ümumiyyətlə, ədəbiyyatda da, fəlsəfədə də ən 
ağır  işlərdən  biri  fərqli  yaradıcılıq  nümunələrinin  ortaq  məxrəcə  gəti-
rilməsidir.  Fəlsəfi  komparativistika  isə  nəinki  Azərbaycanda,  bütün 
dünyada  hələ  yeni-yeni  gündəmə  gəlir.  Bu  baxımdan,  Aida  xanımın 
tədqiqatları zamanı qabaqlamış, gələcək axtarışlar üçün yol açmışdır.  
Professor  Aida  İmanquliyevanın  yaradıcılıq  axtarışları  ikinci 
mühüm bir istiqamətdə də böyük maraq doğurur.  
İndi,  XXI  əsrin  zaman  məsafəsindən  baxdıqda,  dünyada  gedən 
qlobal  proseslərin  konturları  kifayət  qədər  aydın  görünür  və  məlum 
olur  ki,  dünyanın  yeni  nizamının  formalaşması  sivilizasiyaların  qarşı-
lıqlı  əlaqəsinə  də  fərqli  münasibət  göstərilməsini  tələb  edir.  XX  əsrin 
70-80-ci illərində isə bu yeni tendensiyanın mahiyyətini və üstün isti-
qamətlərini çox az adam görə bilirdi. Bu yenilik, ilk növbədə mədəniy-
yət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahü-
ründən ibarət idi. Dünyada Şərq və Qərb bölgüsünün aktuallığının art-
ması da, məhz bu yeni tendensiyaların nəticəsi idi. 
Azərbaycan əsrlər boyu bir Şərq 
ölkəsi kimi mövcud olduğundan, azər-
baycanlı alimlər SSRİ-də aparılan təd-
qiqatların  əsasən  şərqşünaslıq  aspekt-
lərinə  cəlb  edilirdilər;  qərbşünaslıq 
və  xüsusən  Şərq-Qərb  münasibətlə-
rinin tədqiqi isə bizim üçün bir növ  yasaq mövzu idi. Belə bir dövrdə 
Azərbaycanda ilk dəfə məhz Aida xanım İmanquliyeva öz elmi mühi-
tinin ətalətini dəf edərək və öz zəmanəsini qabaqlayaraq olduqca aktu-
al, gələcəyə yönəlmiş bir mövzu ətrafında tədqiqatlar aparırdı. Həm də 
problemin o aspektləri ön plana çəkilirdi ki, onlar təkcə Azərbaycanda 
yox,  bütün  dünyada  ancaq  90-cı  illərin  axırlarında,  iki  əsrin  qovuşu-
ğunda aktuallaşmış oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, 2000-ci 
ildə  İran  prezidenti  Məhəmməd  Hatəmi  Şərq  və  Qərb  sivilizasiyaları-
nın dialoqu ideyası ilə çıxış edəndə, çoxları bunu bir  yenilik kimi də-
yərləndirdi. 2001-ci il isə, YUNESKO tərəfindən «Sivilizasiyaların di-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə