Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə4/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   2   3   4   5   6   7   8   9   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 13 – 
Birsə Həqq, cümlə din də bir    
                                 … naçar, 
Xəlqi yalnız ayırmış azğınlar. 
Cavid 
yanı Qərbdən kor-koranə transfer etməklə bu sahədə böyük uğur qaza-
na bilməzdi. Heç şübhəsiz, o məhz özünəməxsus dəst-xəttini, üslubunu 
tapmalıdır. Və bu üslubun öyrənilməsi, Aida xanımın fikrinə görə, ye-
ni dövrdə şərqşünaslığın əsas məqsədlərindən, tədqiqat istiqamətlərin-
dən  biri  olmalı  idi.  Təəssüf  ki,  Azərbaycanda  hələ  indiyədək  proble-
min belə universal şəkildə qoyuluşu və tədqiqi istiqamətində çox az iş 
görülmüşdür.  Bizdə  tədqiqatlar  çox  vaxt  ayrı-ayrı  şəxsiyyətlər  üzrə 
aparılır. Halbuki, hansı isə konkret bir şairin, yazıçının, hətta mütəfək-
kirin, filosofun yaradıcılığını öyrənmək, tədqiq etmək üçün  yalnız hə-
min şəxsin əsərlərindən çıxış etmək kifayət deyil. Bütövlükdə mühitin, 
bütövlükdə  dövrün,  həmin  dövrdəki  yaradıcılıq  ənənələrinin  də  öyrə-
nilməsi və tədqiq edilməsinə ehtiyac vardır.  
Müəyyən bir xalqın, millətin ədəbiyyatı haqqında ümumi bir tə-
səvvür  yaratmaq  və  ədəbiyyatın  xüsusiyyətlərini  ortaya  çıxarmaq  isə 
daha  geniş  bir  tədqiqat  dairəsinin  əhatə  olunmasını  tələb  edir.  Çünki 
bu zaman bir milli ədəbi-bədii düşüncə, bir ədəbiyyat başqa millətlərə 
məxsus ədəbiyyatla qarşılıqlı əlaqədə və müqayisədə öyrənilir.  
Müxtəlif  xalqlara,  hətta  müxtə-
lif sivilizasiyalara məxsus olan ədəbi-
bədii  yaradıcılıq  proseslərinin  və  dü-
şüncə  tərzlərinin  müqayisəli  şəkildə 
öyrənilməsi isə, təbii ki, daha böyük 
mədəni-mənəvi  məkanı  əhatə  etdi-
yinə  görə,  olduqca  geniş  dünyagörüşü,  bilik  dairəsi  və  tədqiqata  cəlb 
olunan  çoxçeşidli  materialla  tanışlıq  tələb  edir.  Bu,  məsələnin  ancaq 
texniki tərəfidir. Belə ki, bu müxtəliflik hansı isə vahid bir ideya baxı-
mından ipə-sapa düzülməsi və bu geniş materialdan öz siması, öz ruhu 
olan vahid bir yaradıcılıq metodu, düşüncə tərzi və hətta vahid bir kon-
sepsiya hasil edilirsə, bunun üçün sadəcə böyük zəhmət və tədqiqatçı-
lıq  yetərli  deyil.  Bunun  üçün  tədqiqatçının  özündən  də  müstəqil  fikir 
sahibi olmaq, mütəfəkkirlik tələb olunur.  
Bəli, Aida İmanquliyeva sadəcə ərəbşünas, yaxud ərəb ədəbiyya-
tı mütəxəssisi deyildi. O həm də sivilizasiyalar arasındakı münasibəti, 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 14 – 
 
Şərq və Qərb düşüncə tərzlərinin ortaq və fərqli cəhətlərini və bu prob-
lemlərin  ədəbiyyat  və  fəlsəfə  müstəvisində  proyeksiyasını  öz  tədqiqat 
predmetinə  daxil  edən,  XX  əsrin  sonlarında  Azərbaycan  üçün  xüsusi 
aktuallıq kəsb edən bu məsələləri ədəbi-tənqidi rakursda gündəmə gə-
tirən vətəndaş-alim və bir fəlsəfə tədqiqatçısı idi.  


 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
     
                                                                                                                
                                                   1939-1992 
 
 
 
 
Təbiət kimi insan da gözəlliklə dolub daşır. 
 
Aida İmanquliyeva  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 16 – 
 
 
 
 
 
 
 
Aida İmanquliyeva  
və Şərq-Qərb problematikası 
 
 
Aida xanım Şərq ruhunu özündə  yüksək səviyyədə təcəssüm et-
dirən, eyni zamanda müasir Qərb mədəniyyətinə dərindən bələd olan, 
sovet məkanında bizə görə Qərb sayılan Moskva və Sankt-Peterburqda 
Şərq ruhunu böyük ləyaqətlə təmsil edən bir Azərbaycan qadını, Qərb 
üçün şərqşünas, Şərq üçün qərbşünas alim idi.  
Təbii  gözəlliyin  təcəssümü  olan  insan  özünüdərk  məqamında 
həm də təbiətin və dünyanın gözəlliyini dərk etmiş olur. Təbiət kitabı-
nın  ahəngi,  təbiətdən  gələn  gözəlliyin  ruhu  Aida  xanım  üçün  doğma 
idi.  Aida  xanımın  fikrinə  görə,  “dünyanı  dərk  etmək  elə  özünüdərkə 
bərabərdir”.  Çünki  “dünyanın  dərki  əslində  qəlbin  dərinliklərindəki 
gizli qatların oyanışı sayəsində mümkün olur”.
 1
  
İnsanla təbiət arasındakı adekvatlıq xüsusilə Şərq təfəkkürü üçün 
səciyyəvidir. Təbii gözəlliyə vurğunluq təbiətin də məhz təbiilik məqa-
mını, bakirəliyini, insan əli dəyməmiş, sonradan dəyişdirilməmiş doğal 
vəziyyətini önəmli edir. «Qərb»  ən çox sivilizasiya ilə bağlı olduğun-
dan,  bədii  ədəbiyyatda,  xüsusən  romantik  poeziyada  texnikanın  insan 
həyatına  müdaxiləsinə  qarşı  etirazlar,  insan  ruhu  ilə  təbiətin  ahəngi 
arasında  müvazinətin  pozula  biləcəyindən  ehtiyatlanmalar  əslində  bir 
növ  Şərqə  qayıdış,  Şərq  ruhunun  bərpası  uğrunda  mübarizə  kimi  də 
                                                 
1
 A.İmanquliyeva.  Yeni  ərəb  ədəbiyyatı  korifeyləri.  (XX  əsrin  əvvəllərində  Şərq 
və  Qərb  ədəbiyyatlarının  qarşılıqlı  əlaqəsi  probleminə  dair),  Bakı.,  Elm,  2003,  səh. 
114. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə