Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə5/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   2   3   4   5   6   7   8   9   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 17 – 
Ruh idealı nə təkcə Şərqə 
aiddir, nə də Qərbə... Ruhun 
özünü ifadə cəhdi, ruhun hə-
qiqət  axtarışı  hər  yerdə  ey-
nidir. 
Reyhani 
dəyərləndirilə bilər. Aida  İmanquliyevanın tədqiqatlarının mərkəzində 
duran  Əmin  ər-Reyhaninin,  C.Cübranın  və  Mixail  Nüaymənin  nəyə 
görə  texnogen  sivilizasiyaya  qarşı  çıxmalarının  səbəbi  də  məhz  bu 
kontekstdə aydın olur.  
Bəs «Şərq ruhu» dedikdə biz nəyi nəzərdə tuturuq?  
Milyon illər davam edən əməli fəaliyyət prosesində insanda hey-
vani instinktiv hisslərdən fərqli olan nəcib və ali hisslər – insani hisslər 
yaranıb və bu hadisə bəşər tarixinə «Şərq ruhu» adı ilə daxil olub. Hə-
min  ruhu  ata-babalarımız  bir  məşəl  kimi  nəsildən-nəslə  ötürüb  yaşa-
dıblar.  Əmin  ər-Reyhani  yazır:  “Bu  alovlu  qüvvə  alışdırılıb  ki,  başqa 
qüvvələr  törətsin.  Uca  bir  məqsəd  üçün  alovlanıb.  Ona  görə  alovlan-
mayıb ki, nurunu fəzada yaysın, ya da tüstüsü evlərin kənarında toplaş-
sın. Alovlanıb ki, öz cövhəri və fərd-toplu cövhəri arasında tamamlan-
sın  və  bundan  çörəkdə  olan  yeni,  gizli 
qüvvə meydana çıxsın”.
1
  
Əsrlər  ötüb,  nə  vaxtsa  əzəmətli, 
lakin buz kimi soyuq olan ağıl dəryası-
nın  təlatümləri  sahili  bürüməyə  başla-
yıb  və  bütün  alçaq  sahələrdəki  alovla-
rın  üzərinə  su  çiləyib,  onları  söndü-
rüb.  Atəşlər  söndü,  ehtiraslar  cilov-
landı,  meydanı  mücərrəd  təfəkkür  tutdu.  Bu  hadisə  bəşər  tarixinə 
«Qərb ruhu» adı ilə daxil olub. 
Lakin Qərb ruhu alçaq əraziləri sulara qərq etsə də, uca zirvələrə 
qalxa bilməyib. Uca zirvələrdəki ocaqlar toxunulmaz qalıb.  
Hamıda potensial imkan şəklində həm primitiv, həm də ali, həm 
mənfi,  həm  də  müsbət  hisslər  var.  Lakin  tərbiyə,  mühit,  hakim  ruh 
bunlardan  hansını  isə  canlandırır,  gerçəkliyə  çevirir,  digərləri  isə  pas-
siv imkan şəklində qalır. Necə ki, elə yazılar olur ki, onu yalnız alovda 
isindirəndə oxunmağa başlayır, eləcə də qəlbimizin potensial hisslərini 
müəyyən  bir  canlı  təsir,  müəyyən  bir  atəş  öz  hərarəti  ilə  isindirərkən, 
                                                 
1
 
ﻥﺎﺤﻳﺮﻟﺍ ﻦﻴﻣﺃ
 .
ﺕﺎﻴﻧﺎﺤﻳﺮﻟﺍ
 .
ﺕﻭﺮﻴﺑ
 .
 ﺓﺮﺷﺎﻌﻟﺍ ﺔﻌﺒﻄﻟﺍ
1987
 (Əmin ər-Reyhani. Fikrin nurları // 
Reyhaniyyət, səh.72). 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 18 – 
 
İnsanı ucaldan onun yara-
dıcılığıdır.  
Ə
bu Turxan 
onlar  oyanır,  fəal  qüvvəyə  çevrilir,  «cahanda  kamalın  qalib  gələcəyi-
nə» əminlik yaranır. 
Bu sönməyən atəş, bu insani ləyaqət şöləsi əsrlərdən bizə miras 
qalmış  mənəvi  sərvətlərimiz,  adət-ənənələrimiz,  dini-əxlaqi  dəyərlər-
dir.  Onu  intellektual  inqilabın  tufanlarından,  robot  erasının  buz  kimi 
soyuq  nəfəsindən  qorumaq  vəzifəsi  böyük  bir  sivilizasiyanın,  müqəd-
dəs  bir  ruhun 
“olum,  ya  ölüm”  məsələsidir,  üçüncü  minilliyin  əvvə-
lində Şərq xalqları qarşısında duran ən böyük tarixi missiyadır. 
Qərb dənizində batmamaq, yaxşı üzə bilmək üçün intellekt gəmi-
si lazımdır. Şərq intellektdən heç vaxt korluq çəkməyib. Lakin Şərqdə 
ənənəvi olaraq hərə öz gəmisi ilə üzməyə çalışıb. Birləşib böyük gəmi 
düzəltmək istəməyiblər. Öz gəmisini qura bilməyənlər suya qərq olub-
lar.  
(Deyirlər  ki,  Şərq  adamların  sayına  görə  Qərbdən  üstündür.  La-
kin  Qərbdə  buz  kimi  soyuq  nəfs  dalğaları  üzərində  böyük  ictimai  gə-
milər üzür. Şərqdə isə öz şəxsi gə-
miləri ilə möhtəşəm dalğalara sinə 
gərib  üzmək  az-az  adamlara  qismət 
olur). 
Digər  tərəfdən,  öz  kiçik  şəxsi 
gəmilərində  üzənlər  Qərbin  böyük 
gəmiləri ilə qarşı-qarşıya gəlməmək üçün onların dalınca üzmək məc-
buriyyətindədirlər.  
Böyük  dalğalar  Şərqin  alçaq  təpələrdəki  məşəllərini  suya  qərq 
edib.  Ancaq  uca  zirvələrdəki  alov  hələ  də  şölələnməkdədir  və  yalnız 
nəfs dalğalarının fövqünə qalxanlar bu sönməz ruha qovuşa bilərlər. 
Orta əsrlərdə məhz nəfsin əql vasitəsilə məhdudlaşdırılması, ida-
rə olunması, insanın düşüncəli bir varlıq olaraq öz bədəni və instinktlə-
ri üzərində qələbəsi uğrunda mübarizə getmiş və bu proses fərdi miq-
yasdan  çıxaraq  bir  ruhani  hərəkat  səviyyəsinə  qalxmışdır.  Sufizm  də 
bu hərəkatın nəzəri əsası kimi formalaşmışdır. Lakin bu təlimi sadəcə 
nəzəriyyədən  fərqləndirən  əsas  cəhətlərdən  biri  də  budur  ki,  burada 
ideya həyat tərzi ilə çulğalaşır, vəhdətdə olur.  


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 19 – 
Ruh  və  bədən  ayrılmaz-
dır,  belə  ki, bədən  ruhun  bir 
hissəsi,  beş  duyğu  isə  ruhun 
görən gözləridir. 
Bleyk 
Şərq  kimi  tanıdığımız  sosial  fenomen  əvvəlcə  fərdi-mənəvi  bir 
fenomen kimi formalaşır. Şövqlü fəlsəfi təlim, dərin dini hiss və onlara 
tabe etdirilmiş solğun cismani həyat vahid fenomendə – şərqliliyin ma-
hiyyətində qovuşur. Əmin ər-Reyhani «Mən Şərqəm» şeirində şərqlili-
yin  mahiyyətini  bir  neçə  baxımdan  təqdim  edir.  Aida  İmanquliyeva 
onun yaradıcılığını tədqiq edərkən məhz bu məqamları ön plana çəkir 
və həmin şeirin geniş təhlilini verir.  
 
Mən Şərqəm.  
Mən fəlsəfənin və dinin sahibiyəm. 
 
misralarını  misal  gətirən  A.İmanquliyeva  bu  baxışı  «Şərqin  keçmiş 
əzəməti 
barədə 
düşüncələr» 
adlandırır.
1
 Maraqlıdır  ki,  qoca  Şərqi 
bir  tərəfdən  gənc  və  güclü  Qərblə 
görüşdürən 
ər-Reyhani, 
digər 
tərəfdən  onu  müasir  Şərqlə  müqayisə 
edir.  A.İmanquliyeva  bu  cəhəti 
xüsusi vurğulamaqla diqqəti çağdaş 
Şərqin həqiqi Şərq mahiyyətindən uzaqlaşdığına yönəldir: «Bu böyük 
həcmli  şeirin  sonrakı  hissəsi  xurafat  və  mövhumat  zülmətinə  qərq 
olan,  dinin  bütün  zahiri  ayinlərinə  fanatik  şəkildə  sitayiş  edən  müasir 
Şərqin  tənqidinə  həsr  olunmuşdur.  Cəhalət  və  mövhumat  Şərqi  Qərb 
sivilizasiyasının bütün nailiyyətlərindən çəkindirir.»
2
  
Bu  məqamın  vurğulanması,  bizim  fikrimizcə,  Aida  İmanquliye-
vanın Şərq-Qərb problematikasına gətirdiyi böyük  yenilikdir. Belə ki, 
Şərqlə Qərbin müqayisəli tədqiqində üzə çıxan bir çox ziddiyyətli cə-
hətlər məhz Şərqin zaman axınında ikiləşməsini nəzərdən qaçırmağın, 
çağdaş Şərqlə qoca Şərqi eyniləşdirməyin nəticəsidir. Halbuki, Şərqin 
əzəməti, böyüklüyü, ruhani mahiyyəti məhz qoca Şərqin timsalında tə-
zahür edir. O, hətta, Qərbi də düçar olduğu böhrandan xilas etmək əz-
mindədir.  
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh.166. 
2
 Yenə orada, səh. 167. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə